İvazpaşazadə İbrahim Bəyəfəndi ((1715) və ya (1720), Konstantinopol – (18 aprel) (1798)) — Osmanlı (alimi) və (şeyxülislamı). Atası (Hacı İvaz Mehmed Paşa) (I Mahmud), qardaşı isə (III Mustafa) dönəminin (sədrəzəmlərindəndir). Atası (vəzir) olduğu üçün "bəy", üləma zümrəsinə mənsub olduğu üçün "əfəndi" ünvanı almış, bu səbəblə bir çox tarixi mənbələrdə "bəyəfəndi" ünvanıyla anılmışdır.
İvazpaşazadə İbrahim Bəyəfəndi | |
---|---|
(105. Osmanlı şeyxülislamı) | |
Əvvəlki | (Dürrizadə Mustafa Əfəndi) |
Sonrakı | |
(111. Osmanlı şeyxülislamı) | |
31 mart 1785 – 22 iyun 1785 | |
Əvvəlki | (Dürrizadə Mehmed Ataullah Əfəndi) |
Sonrakı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (1715) və ya (1720) |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Atası | (Hacı İvaz Mehmed Paşa) |
Uşağı | Qazı Mustafa Əfəndi |
Həyatı
İstanbulda dünyaya gəlmişdir. Doğum tarixi bəzi mənbələrdə 1715, bəzi mənbələrdə isə 1720-ci il olaraq qeyd edilir. Atası (Hacı İvaz Mehmed Paşa) (I Mahmud), qardaşı isə (III Mustafa) dönəminin (sədrəzəmlərindəndir). Təhsiliylə bağlı yetərli məlumat olmasa da, atasının çevrəsindəki alim və müdərrislərdən dərs aldığı ehtimal olunur. 1734-cü ildə gənc yaşda (müdərris) olaraq xidmətə başlamış, çox keçmədən 1739-cu ildə (qazı) olaraq təyin olunmuşdur. 1746-cı ildə (Bursa), 1749-cu ildə Mədinə, 17 iyun 1752-ci ildə isə İstanbul qazılığına yüksəldi. 1753-cü ilin noyabrına qədər bu vəzifədə qaldıqdan sonra 1760-cı ilin fevralında (Anadolu qazəsgərliyinə) namizəd göstərilərək ikinci dəfə İstanbul qazısı təyin edildi. 11 ay bu vəzifədə qaldıqdan sonra 21 avqust 1761-ci ildə (Anadolu qazəsgəri), 11 sentyabr 1766-cı ildə (Rumeli qazəsgərliyinə) yüksəldi. Sonuncu xidmətindən sonra uzun müddət dövlət vəzifələrindən uzaq qalsa da, 24 dekabr 1771-ci ildə ikinci dəfə Rumeli qazəsgərliyinə gətirildi. Xidmət müddətinin tamamlanması səbəbilə 12 dekabr 1772-ci ildə vəzifədən ayrıldı. 29 sentyabr 1774-cü ildə (Dürrizadə Mustafa Əfəndinin) yerinə şeyxülislamlığa gətirildi. (Sultan Əbdülhəmid) ona böyük rəğbət bəsləmiş, dövlət işləri haqqında fikrini almış və (Çırağan sarayı) yaxınlığında bir sahil sarayı hədiyyə etmişdi. İbrahim Bəyəfəndini tez-tez öz köşkündə ziyarət edən (Sultan Əbdülhəmid), bu ziyarətlərdən birində şeyxülislamın Saloniki qazısı olan oğlu Mustafa Əfəndini Məkkə qazılığına namizəd təyin etdi (12 dekabr 1774). Qısa zamanda sarayda nüfuz qazanan İbrahim Bəyəfəndi, 1775-ci ilin iyulunda (Dolmabağça sarayında) keçirilən bir məclisdə (sədrəzəm) (İzzət Mehmed Paşa) ilə dalaşmış, bu sərt mübahisədən narazı olan (Sultan Əbdülhəmid) öncə (sədrəzəmi), 22 gün sonra isə şeyxülislamı vəzifədən aldı (29 iyul 1775).
Vəzifədən alındıqdan sonra Çırağan yaxınlığındakı sahil köşkündə ev həbsinə alınan İbrahim Bəyəfəndi, daha sonra uzun müddət Beykozdakı köşkündə yaşadı. Bu müddət ərzində saraydakı hadisələri uzaqdan izlədi və dönəmin siyasi hadisələrində fəal rol oynadı. Xüsusilə (Xəlil Həmid Paşanın) (Sultan Əbdülhəmidi) devirmə təşəbbüsünü (Əsma Sultan) vasitəsilə padşaha xəbər verməsi onun yenidən şeyxülislamlığa yüksəlməsinə yol açdı. (Xəlil Həmid Paşa) ilə birlikdə taxt çevrilişinə adı qarışan (şeyxülislam) (Dürrizadə Ataullah Əfəndinin) vəzifədən alınması ilə 31 mart 1785-ci ildə ikinci dəfə vəzifəyə yüksəldi. Ancaq tarixi mənbələrə görə, hiyləgərliyi və rüşvətə meyilliyi səbəbilə çox keçmədən 22 iyun 1785-ci ildə vəzifədən alındı.
Vəzifədən alınmasına baxmayaraq saray mənsublarını tez-tez köşkünə dəvət etməsi, siyasi hadisələrə müdaxilə etməsi və bəzi dövlət işləriylə bağlı şayələr yayması səbəbilə vəzifədən alındıqdan 85 gün sonra İstanbuldan uzaqlaşdırıldı və Ankaraya göndərildi. 1786-cı ilin aprelində öz xahişiylə sürgün yeri (Bursa) olaraq dəyişdirildi və (Sultan Əbdülhəmidin) vəfatına qədər orada qaldı. (III Səlimin) taxta çıxmasıyla İstanbuldakı sahil köşkündə ev həbsinə alınma şərtiylə İstanbula gəlişinə icazə verildi. Buna baxmayaraq (Sultan Səlim) şahzadəliyi dönəmində baş tutan hadisələr və (Xəlil Həmid Paşanın) edamıyla nəticələnən taxt çevrilişinin üzə çıxmasında İbrahim Bəyəfəndini günahlandırırdı. Bu səbəblə onun bir çox məsələylə bağlı xahişlərini geri çevirdi. 1 fevral 1790-cı ildə Anadolu, 5 ay sonra isə (Rumeli) (qazəsgərliyinə) gətirilən oğlu Mustafa Əfəndi acgözlüyü səbəbilə vəzifədən alınmış, 4 sentyabrda Kipr adasına sürgün edilmişdi. Mustafa Əfəndi isə sürgündə çox yaşaya bilmədi və bir il sonra vəfat etdi. Oğlunun vəfatından sonra nəvəsi Abdullah Əfəndini (ö. 1800) yanına aldıran İbrahim Bəyəfəndi nəvəsinin yaşının az olmasına baxmayaraq (Sultan Səlimdən) onun müdərrisliyə təyin edilməsini xahiş etmiş, ancaq onun bu xahişi də qəbul edilməmişdir. Bütün bu hadisələrin ardından 18 aprel 1798-ci ildə vəfat etmiş, cənazəsi (Bəyazid məscidinin) həyətinə dəfn edilmişdir.
Mənbə
- Çeşmîzâde, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1959, s. 53.
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 145–146, 162; II-B, 87, 90; III, 30–31, 67.
- Halil Nûri, Târih, İÜ Ktp., TY, nr. 5996, vr. 258a, 258b.
- Sâdullah Enverî, Târih, İÜ Ktp., TY, nr. 5994, vr. 4b.
- Vâsıf, Târih, I, 202, 215; a.e. (İlgürel), s. 126, 234–235, 264, 287–288, 335–336.
- Devhatü’l-meşâyih, s. 105–106.
- Cevdet, Târih, III, 130, 150, 262; IV, 271–272, 273.
- Sicill-i Osmânî, I, 143.
- İlmiyye Salnâmesi, s. 542.
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 495–496.
- a.mlf., "Sadrâzam Halil Hamid Paşa", TM, V (1936), s. 239, 247, 249, 250.
- Danişmend, Kronoloji2, V, 104, nr. 107, 113
İstinadlar
- Kethüda Said Efendi Tarihi (haz. Ahmet Özcan, yüksek lisans tezi, 1999), Kırıkkale Üniversitesi Sosyal Bilimler Enstitüsü, vr. 29a.
- Edib Mehmed Emin, Târih, İÜ Ktp., TY, nr. 3220, vr. 50b-51a, 51b, 53b, 60b, 74a, 76b, 77a, 92a.