İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların (kompüter terminalları), kompüterlər və digər cihazlardan istifadə edərək internetə, (e-poçt) və (ümumdünya hörümçək toru) kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir.
İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi. Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi.
Tarixi
Erkən dövrlər
İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi. Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.
1980-ci illərin əvvəlindən ortalarına qədər internetə çıxışın çoxu və loakl şəbəkələrə (LAN) birbaşa qoşulmuş və ya (modemlərdən), analoq istifadə edərək dial-up bağlantılarından idi. LAN-lar adətən 10 Mbit/s sürətlə işləyirdi, modem verilənlər sürəti isə 1980-ci illərin əvvəllərində 1200 bit/s olmasına baxmayaraq, 1990-cı illərin sonunda 56 kbit/s-ə yüksəlmişdi. Başlanğıcda "dial-up" əlaqələri (terminallardan) və ya ilə işləyən kompüterlərdən LAN-lardakı edilirdi. Bu "dial-up" əlaqələri internet protokollarının "end-to-end" istifadəsini dəstəkləmirdi və yalnız host əlaqələri üçün terminal təmin edirdi. "" (SLIP) və daha sonra "point-to-point protocol"u (PPP) dəstəkləyən tətbiqi internet protokollarını genişləndirmişdi.
İnternetə çıxış sürətinin sürətlə artmasında mühüm amil (MOSFET) (MOS tranzistor) texnologiyasında irəliləyişlər olmuşdur. 1959-cu ildə və tərəfindən icad edilən MOSFET internet telekommunikasiya şəbəkələrinin tikinti blokudur. İlk olaraq 1960-cı ildə və tərəfindən nümayiş etdirilən lazer 1980-ci ildə MOS işıq dalğası sistemləri üçün qəbul edilmiş və bu, (internet buraxılış zolağının eninin) eksponensial artmasına səbəb olmuşdu. Davamlı (MOSFET miqyası) o vaxtdan bəri onlayn ötürmə qabiliyyətinin hər 18 ayda iki dəfə artmasına gətirib çıxarmışdı.
1990-cı illərdən
Əksər genişzolaqlı xidmətlər davamlı "həmişə açıq" əlaqəni təmin edir; heç bir dial-in prosesi tələb olunmur və o, telefon xətlərinin səsli istifadəsinə mane olmur. Genişzolaqlı internet xidmətlərinə təkmil çıxış təmin edir, məsələn:
- (Ümumdünya hörümçək toru) daha sürətli giriş
- Sənədlərin, fotoşəkillərin, videoların və digər böyük faylların daha sürətli yüklənməsi
- (Telefoniya), radio, televiziya və (videokonfrans)
- (Virtual şəxsi şəbəkələr) və uzaqdan sistem idarəetməsi
- (Onlayn oyunlar), xüsusən də intensiv qarşılıqlı əlaqə olan (kütləvi çoxnəfərli onlayn rol oyunu)
1990-cı illərdə ABŞ-də təşəbbüsü genişzolaqlı İnternetə çıxışı ictimai siyasət məsələsinə çevirmişdi. 2000-ci ildə evlərə internetin çoxu "dial-up" vasitəsilə təmin edilirdi, bir çox müəssisə və məktəblər isə genişzolaqlı bağlantılardan istifadə edirdilər. 2000-ci ildə (İƏİT)-in 34 ölkəsində 150 milyondan bir qədər az "dial-up" abunəsi və 20 milyondan az genişzolaqlı abunə var idi. 2005-ci ilə qədər genişzolaqlı internetdən istifadə artmış və "dial-up" istifadəçilərinin sayı azalmışdı ki, abunələrin sayı hər biri təxminən 130 milyona bərabər olmuşdu. 2010-cu ildə İƏİT ölkələrində internetə qoşulma abunələrinin 90%-dən çoxu genişzolaqlı şəbəkədən istifadə edirdi.
ADSL və ya kabel ilə xidmət göstərməyən ərazilərdə bəzi icma təşkilatları (Wi-Fi) şəbəkələri quraşdırır. Simsiz, peyk və mikrodalğalı internet tez-tez kənd yerlərində, inkişaf etməmiş və ya simli İnternetin asanlıqla mövcud olmadığı digər xidmət göstərilməsi çətin ərazilərdə istifadə olunur.
Sabit (stasionar) və giriş üçün tətbiq edilən daha yeni texnologiyalara (WiMAX), (LTE) və daxildir. Təxminən 2006-cı ildən başlayaraq mobil genişzolaqlı çıxış , , və (LTE) kimi "(3G)" və "(4G)" texnologiyalarından istifadə edərək istehlakçılar səviyyəsində getdikcə daha çox əlçatan olur.
İstinadlar
- Robinson, Zachary A. The world transformed : 1945 to the present. Oxford University Press. 2015-06-26. 431. ISBN . OCLC 907585907.
- "Akamai Releases Second Quarter 2014 'State of the Internet' Report". Akamai. 30 September 2014. 20 October 2014 tarixində . İstifadə tarixi: 11 October 2014.
- Ben Segal. "A Short History of Internet Protocols at CERN". 1995. 2020-06-19 tarixində . İstifadə tarixi: 2012-05-04.
- (RIPE)
- "Internet History in Asia". 16th APAN Meetings/Advanced Network Conference in Busan. 1 February 2006 tarixində . İstifadə tarixi: 25 December 2005.
- "Retiring the NSFNET Backbone Service: Chronicling the End of an Era" 2011-07-19 at the Wayback Machine, Susan R. Harris and Elise Gerich, ConneXions, Vol. 10, No. 4, April 1996
- Jindal, R. P. From millibits to terabits per second and beyond - over 60 years of innovation // 2009 2nd International Workshop on Electron Devices and Semiconductor Technology. 2009. 1–6. doi:10.1109/EDST.2009.5166093. ISBN . 2019-08-23 tarixində . İstifadə tarixi: 2019-08-24.
- (#empty_citation)
- Lojek, Bo. History of Semiconductor Engineering. . 2007. 321–3. ISBN .
- "Who Invented the Transistor?". . 4 December 2013. 13 December 2013 tarixində . İstifadə tarixi: 20 July 2019.
- . YouTube. . 6 August 2010. Archived from the original on 3 July 2019. İstifadə tarixi: 21 July 2019.
- Raymer, Michael G. The Silicon Web: Physics for the Internet Age. . 2009. səh. 365. ISBN . 2023-01-17 tarixində . İstifadə tarixi: 2019-08-24.
- "How Broadband Works" 2011-09-13 at the Wayback Machine, Chris Woodford, Explain that Stuff, 20 August 2008. Retrieved 19 January.
- Jeffrey A. Hart; Robert R. Reed; François Bar. "The building of the Internet: Implications for the future of broadband networks". Telecommunications Policy. 16 (8). November 1992: 666–689. doi:10.1016/0308-5961(92)90061-S.
- The 34 OECD countries are: Australia, Austria, Belgium, Canada, Chile, the Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Ireland, Israel, Italy, Japan, Korea, Luxembourg, Mexico, the Netherlands, New Zealand, Norway, Poland, Portugal, the Slovak Republic, Slovenia, Spain, Sweden, Switzerland, Turkey, the United Kingdom and the United States. OECD members 2011-04-08 at the Wayback Machine, accessed 1 may 2012
- The Future of the Internet Economy: A Statistical Profile 2012-06-16 at the Wayback Machine, Organization for Economic Co-Operation and Development (OECD), June 2011
Xarici keçidlər
- European broadband
- Corporate vs. Community Internet 2011-05-09 at the Wayback Machine, , June 14, 2005, – on the clash between US cities' attempts to expand and corporate attempts to defend their markets
- Broadband data, from Google public data
- FCC Broadband Map
- Types of Broadband Connections 2018-03-11 at the Wayback Machine, Broadband.gov
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer