İbrahim Rəhimov
Rəhimov İbrahim Molla Rəhim oğlu (1849, Dağkəsəmən k./Qazax-3.4.1927, Bakı) — ilk psixiatr həkimlərdəndir; atası Molla Rəhim Süleyman oğlu Gəncə qəzasının Dağkəsəmən kəndinin dövlət kəndlilərindən idi.
İbrahim Rəhimov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Dağkəsəmən |
Uşağı | Sona Vəlixan |
Atası | Rəhim Süleyman |
Təhsili | Moskva Universiteti (1881) |
Həyatı
İbrahim Rəhimov 1849-cu ildə Tiflis gimnaziyasının türk dili (azərbaycan dili)və şəriət müəllimi ailəsində doğulub. Onun atası Rəhim Süleyman oğlu Gəncə qəzasının Dağkəsəmən kəndinin dövlət kəndlilərindən idi. O, şərq dillərini vəşəriəti mənimsəyərək mollalıq etmişdir. 1850-ci ildə Tiflis Klassik Gimnaziyasında müəllim kimi fəaliyyətini davametdirən Molla Rəhim ailəsini Tiflisə köçürür və oğlunun tərbiyəsi ilə özü məşqul olur, əvvəlcə ona “Qurani-Kərimi” və doğma dilini öyrədir, 1858-ci ildə isəİbarhimi dərs dediyi gimnaziyanın hazırlıq kursuna göndərir. Ciddi gimnaziyaqaydaları ilə tərbiyyə alan İ.Rəhimov artıq birinci sinifdə rus dilini mükəmməl bilirdi. O dərslərini yaxşı oxuyur, öyrədilən proqramı asanlıqla qavrayırdı, onun soyadı əlaçılar gimnazistlərin siyahısında idi. .
Təhsil
1867-ci ildə Tiflis quberniyası gimnaziyasının direktoruna ünvanlanan müraciətidiqqətsiz qalmır. Təhsildə qazandığı müvəffəqiyyətlərin, dünyəvi elmlərə həvəsini,xüsusi əqli inkişafa malik olmasını nəzərə alan Tiflis Klassik Gimnaziyasının Pedaqoji Şurası 1867-ci il iyunun 19-da keçirilən növbəti iclasında İ. Rəhimova Moskva Universitetində oxumaq üçün zəmanət verir. Əla qiymətlərlə gimnaziyanı bitirən İ.Rəhimov həmin il Moskvaya gəlir,qəbul imtahanlarını müvəffəqiyyətlə verib, nə üçünsə universitetin tibb fakültəsinə deyil, fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Tiflisdən Moskvaya həkim olmaq arzusu ilə gedən İbrahimin ciddi səyi nəticəsində onu tibb fakültəsinə keçirirlər.Gənc İbrahimi alim-zooloq və görkəmli ictimai xadim A.P.Boqdanov, histofzioloq və bakterioloqların Moskva məktəbinin yaradıcısı A.İ. Babuxin, görkəmli terapevt Q.A.Zaxarin, istedadlı nevropatoloq A.J. Kojevnikov və başqalarından tibb elmininsirlərini öyrənir. Təkcə onu qeyd etmək kifayətdir ki, universitetdə təhsil aldığı müddətdə, botanika və fizika fənləri istisna olmaqla, bütün fənlərdən əla qiymətalmışdı. Uşaqlığdan zəhmətsevən və qənaətcil olan İbrahim maddi cəhətdən özünü təmin etmək üçün Moskva gimnazistlərinə rus dilindən xüsusi dərslər də verirdi.
Tələbə İbrahim S.Q. Neçayevin “Народная расправа” adlanan qeyri-leqal təşkilatına qəbul edilməmişdən öncə, ilk həyat imtahanından-inqilabi sınaqdan çıxır. 1869-cu ili noktyabr ayında məhşur “Полунинская история” hərəkatında fəal iştirak etdiklərinə görə univesitetdən qovulan tələbələr sırasında İbrahim də vardı. Başqa dustaqlarla birgə o, Peterburqa göndərilmiş və Petropavlov qalasına salınmışdı.. Rəhimov qalanın müxtəlif kameralarında 11 may 1870-ci ildən 1 oktyabr 1871-ci ilədək oturdu. O, məhbusluq dönəmini ləyaqətlə keçirdi. Dindirmələrdən sonrakı boş vaxtlarında alman dilini öyrəndi və bu, sonralar onun xeyli əlindən tutdu. İ.R.Rəhimov həddi-büluğa çatmamış gənc kimi Peterburqdakı Litva qalasında üç həftəlik dustaqlığa,1869-da həbs edilib və universitetdən çıxarılaraq 5 il polis nəzarəti altında yaşayıb.
Zindandan çıxan I. Rəhimov Xarkovda yerləşməyi qərara aldı ki, universitet təhsilini davam edə bilsin. Xarkovda iş tapa bilmədi və çəkilməkdə olan Xarkov-Sevastopol dəmiryolu xəttində feldşer işləməyə məcbur oldu. O, bir müddət dəmiryolunun Melitopol sahəsində yaşadı. Rusiyada ali təhsilini davam etrdirə bilməyəcəyinə bir daha əmin olanİ.Rəhimov 1875-ci ildə Vyanaya gedərək Vyana Universitetinin tibb fakültəsinə qəbul olundu. Vyanadakı bahalıq və onun maddi baxımdan təminatsızlığı onu təhsilini davam etdirmək üçün kiçik universitet şəhəri olan Yenaya (Almaniya)köçməyə məcbur etdi. Tibb təhsilini başa vuran İ.Rəhimov Xarkova döndü. Onun siyasi əhval-ruhiyyəsini Rusiya-Avstriya sərhədindəki bir hadisə səciyyələndirir.Çar sərhədçiləri gənc həkimin çamadanından K.Marksın “Kapital” əsərini tapdılar.Kitab dərhal müsadirə olundu. Rəhimovun üzərində polis nəzarəti o, xaricdən qayıdandan sonra da bərpa edildi və 1917-ci ildəki fevral inqilabınadək davam etdi. İ.Rəhimova Qafqazda yaşamağa icazə verilmədi və o, Xarkovda yurd saldı. Doğma diyarına getmək üçün hər dəfə jandarmeriyadan icazə alması tələb olunurdu.1881-ci ildə həkim işləmək hüququ almaqdan ötrü o, Xarkov Universitetində həkim rütbəsinə imitahanlar verdi. İ.Rəhimov fiziologiya sahəsində elmi araşdırmalarla məşğul olmağa can atırdı. Bu sahədə ilk addımlarını tibb fakültəsinin məhkəmə təbabəti kafedrasında atdı.
İ.R.Rəhimov tibb doktoru dərəcəsi almaq üçün uğurla imtahan verdi, ancaq dissertasiyanı təqdim edə bilmədi. Onun elmi mənsəbi polisin müdaxiləsi ilə yarımçıq qaldı - siyasi baxımdan səvatsız sayılan doktorant (özü də qeyri-rus)1888-ci ildə “öz xahişinə əsasən” universitetdən çıxarıldı. 1891-ci ildə İ.Rəhimov Xarkov quberniyasında “Saburov bağı” adıyla məşhur yerli xəstəxanada ordinator işləməyə başladı. 34 il boyunca kəsskin ruhi xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışdı, müvəqqəti olaraq bəzən baş həkimi də əvəz etdi.
17 iyul 1916-cı ildə İbrahim Rəhimovun 25 illik həkimlik və ictimai fəaliyyəti Saburov bağıda qeyd olundu. Yubilyarın ünvanına görkəmli alimlərdən, dostlarından və iş yoldaşlarından çoxlu təbriklər gəldi. Əməkdaşlarının dediklərinə görə,İ.Rəhimov olduqca geniş elmi zəkaya, böyük həkimlik təcrübəsinə malik idi. O,gənc psixiatr mütəxəssislərin bir neçə nəslini tərbiyə edib.
40 ildən artıq bir vaxtda Xarkov quberniyasının Zemskaya xəstəxanasındavicdanla çalışan İ.Rəhimov səhhəti ilə bağlı əlaqədar təqaüdə çıxanda, 1925-ci ildəxəstəxananın həkimləri Xarkov quberniya icra komitəsinə müraciət etmişlər ki,ona əməkdar əmək veteranı kimi fərdi təqaüd təyin edilsin və xəstəxananın fəxrikonsultantı adı ilə təltif olunsun.1925-ci ildə İ.Rəhimov ağır xəstə ikən qızı Sona xanımın yanına gəlir, 2 ilsonra onu doğma kəndi Dağkəsəmənə aparırlar. 1927-ci il apreli 3-də İ.Rəhimovcanından atrıq sevdiyi, ömür boyu həsrət qaldığı, yalnız son nəfəsində qovuşduğudoğma Azərbaycana vida deyərək gözlərini əbədi yumur.
Muzeyin Sənədli Mənbələr, Hədiyyələr və Xatirə Əşyaları Fondlarında görkəmli həkim İbrahim Rəhimovun materialları qorunmaqdadır..
İbrahim öncə Tiflis gimnaziyasını qurtarıb (1859-1867); həmin ildə Moskva Univ. tibb fak. girib; "Narodnaya rasprava" təşk. üzvü olub,
1875-ci ildə Vyana Univ. tibb fak. girib, ancaq 1877-ci ildə Almaniyaya köçərək təhsilini Yena Univ-də başa vurub; 1880-də Rusiyaya dönüb, ancaq yolda sərhədçilər çamadanında Marksın "Kapital"ını tapdıqlarına görə yenə polis nəzarəti altına düşüb; Azərbaycana gəlməsinə icazə verilmədiyindən Xarkovda həkimlik edib, ağır xəstəykən 1925-də Bakıya köçüb; Sona xanım Vəlixanın atasıdır)
Mənbə
- [1][ölü keçid]
- [2]
- Nərmin Bağırova. https://www.academia.edu/41995143/Milli_Az%C9%99rbaycan_Tarixi_Muzeyi_2019 Bir nəsildən iki həkim (MATM-nin kolleksiyasında həkimlər İ.Rəhimov və S.Vəlixanın materialları əsasında) S. 210-211] / Milli Azərbaycan Tarixi Muzeyi-2019. Bakı, 2019.
- Nərmin Bağırova.https://www.academia.edu/41995143/Milli_Az%C9%99rbaycan_Tarixi_Muzeyi_2019 Bir nəsildən iki həkim(MATM-nin kolleksiyasında həkimlər İ.Rəhimov və S.Vəlixanın materialları əsasında) S. 211-213] / Milli Azərbaycan Tarixi Muzeyi-2019. Bakı, 2019.