Bu məqalənin şübhə doğurur. |

ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi.
1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830–1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı. Fransız bioloqu (Jean Dorst) qeyd etdi ki, əvvəlcə bizonların ümumi sayı təxminən 75 milyon idi, lakin artıq 1880–1885-ci illərdə Şimali ABŞ ovçularının hekayələri "son" bizonu ovlamaqdan danışırdı. 1840-cı illərdə hər il təxminən 2,5 milyon bizon öldürüldü, 1872–1874-cü illər ərzində təxminən 3,5 milyon bizon öldürülmüşdü. "İdmançı" ovçulardan biri olan dr. Karver lovğalanırdı ki, təkcə bir yayda şəxsən 5000 bizon vurmuşdur. Öldürülən 3 bizondan yalnız 1-nin dərisi soyulur, qalanları isə heç bir şəkildə istifadə edilmirdir. Tarixçi Endrü Eyzenberq bizonların 1800-cü ildə 30 milyondan, əsrin sonuna qədər mindən aşağı azalması haqqında yazmışdı.
1887-ci ildə çöllərə səyahət edən ingilis təbiətşünası Uilyam Qrib qeyd edirdi:
| Hər yerdə bizon cığırları var idi, amma canlı bizon yox idi. Bu nəcib heyvanların yalnız kəllələri və sümükləri günəş altında ağarırdı. |
İqtisadi səbəbləri
| ]

Şimali Amerikanın müstəmləkəçiliyinin başlanğıcından bəri Avropada müxtəlif Şimali Amerika heyvanlarının dərilərinə böyük tələbat var idi və bizon da istisna deyildi. Bizon dərilərindən yorğan və xalçalar, isti mantiyalar və başqa paltarlar hazırlanırdı. Dəridən müxtəlif sənaye maşınları üçün ötürücü kəmərlər də hazırlanırdı. Kəllə və digər sümükləri gübrə zavodlarına göndərilirdi. Bizon əti uzaq məsafələrə daşınmasının çətinliyinə görə adətən ya yaxınlıqda satılır, ya da xüsusi ayrılmış tarlalarda çürüməyə buraxılır, sonra sümükləri toplanırdı. Yalnız ABŞ-nin şərq sahilindəki çox bahalı restoranların menyusunda bizon dilinə rast gəlinirdi. Qışda temperaturun aşağı olması səbəbindən əti daha uzaq məsafəyə çatdırmaq mümkün olurdu. Dəmir yollarının çəkilməsi və havalandırılan və soyudulan vaqonların istifadəyə başlaması ilə bizon ətinin istehlakı artdı.
Amerika dəmir yolu şirkətlərinin bizonların sayının azalmasında böyük töhfəsi təkcə ovçuları və tacirləri sürətli nəqliyyatla təmin etmək deyildi. Dəmir yollarının çəkilişi zamanı inşaatçıları yeməklə təmin etmək üçün ovçulardan bizon əti alırdılar. Bizonların nəhəng sürüləri dəmir yolu relslərini keçərkən və ya küləkdən qorunmaq üçün dəmir yolu bəndlərinin arxasına sığınaraq qatarları saatlarla bəzən günlərlə gecikdirdiyi üçün, onlar bizonların sayını azaltmağa çalışdılar. Lokomotivlərin heyvanlarla toqquşması halları da olurdu ki, bu da texnikaya və dəmir yolu xəttinə ziyan vururdu. Dəmiryol şirkətlərinin rəhbərləri çoxlu sayda bizonun qatar relslərinə yaxın olmasının potensial faydasını da dərk etdilər və vaqonun pəncərələrindən bizonlara güllə atmaq fürsəti ilə sərnişinləri cəlb etməyə başladılar. Xüsusi ov səfərləri də təşkil olunurdu.
ABŞ ordusunu və "Kanzas pasifik reylueyz" dəmir yolu işçilərini ərzaqla təmin etmək üçün, bizon ovlayan Buffalo Bill (ing. William Frederick “Buffalo Bill” Cody) ləqəbli kəşfiyyatçı böyük şöhrət qazanmışdı. O, həmçinin 1872-ci ilin yanvarında Böyük Knyaz Aleksey Aleksandroviçin məşhur bizon ovu zamanı kəşfiyyatçı olmuşdu. Billin özünün dediyinə görə, o, 1867–1868-ci illərdə dəmir yolu şirkətində işləyərkən 17 ay ərzində 4000-dən çox bizon öldürmüşdü. Ləqəbinidə elə o vaxt alır. Buffalo Bill 1883-cü ildə Buffalo Bill’s Wild West şou-truppasını yaratdıqdan sonra geniş beynəlxalq şöhrət qazanmışdır.
Məhvi durdurmaq cəhdləri
| ]1870-ci illərin əvvəllərində bizonların sayının əhəmiyyətli dərəcədə azalması ABŞ Konqresində növün tamamilə məhv edilməsinin qarşısını almaq üçün mümkün tədbirlər haqqında müzakirələrə səbəb oldu. 1871-ci ilin martında Arizona ştatından cənab MakKormik qida və şəxsi istifadə üçün dəri saxlamaqdan başqa digər məqsədlər üçün ABŞ hökumətinin torpaqlarında bizonların öldürülməsini qadağan edən bill H. R.157-ni təqdim etdi. Lakin naməlum şəraitə görə bu qanun layihəsi hətta müzakirəyə belə çıxarılmadı. 1872-ci il fevralın 14-də Kaliforniya ştatından cənab Koul bizon, maral, antilop və digər vəhşi heyvanların populyasiyalarının məhv edilməkdən qorunmaq üçün qanunların qəbul edilməsinin məqsədəuyğunluğunu araşdırmaq üçün ərazilər üzrə komissiyaya göstəriş verən qətnamə təklif etdi. Artıq 1872-ci il fevralın 16-da Massaçusetsdən olan cənab Vilson ABŞ Senatına bizon ovunu məhdudlaşdıran S.655 saylı qanun layihəsi təqdim etdi. Qanun layihəsi əlavə araşdırma üçün ərazi komissiyasına göndərilir. 1872-ci il aprelin 5-də Arizona ştatından cənab MakKormik Nümayəndələr Palatasının qarşısında bizonların öldürülməsinə məhdudiyyətlərin qoyulmasının zəruriliyi ilə bağlı nitqlə çıxış etdi və burada o, keçmiş HR157 qanun layihəsini, o cümlədən bizonların məhv edilməsi təhlükəsini göstərən bir sıra materialları, heyvanlara qarşı qəddarlığın qarşısının alınması üzrə Amerika cəmiyyəti prezidentinin məktubunu oxudu. Bununla belə, bu səylər 1874-cü ilin yanvarına, İllinoys ştatından cənab Fort, bizonların faydasız şəkildə öldürülməsinin qarşısını almaq üçün H. R.921 qanun layihəsi təqdim edənə qədər nəticə vermədi. Sənəd öyrənilməsi üçün yenidən Ərazi Komissiyasına göndərildi və 1874-cü ilin martında komissiya qanun layihəsinin qəbul edilməsini tövsiyə etdi. Bir çox müzakirələrdən sonra qanun layihəsi qəbul edildi və 1874-cü ilin iyununda ABŞ Senatına göndərildi və üçüncü oxunuşda təsdiq edildi. Lakin prezident Qrant qanun layihəsinə veto qoydu. ABŞ hökumətinin, rezervasiyalarda ayrılmış torpaqlara köçürməyə çalışdığı hindu tayfalarının bizonlardan asılılığının fərqində olması lazımi qanunların vaxtında qəbul edilməsinə mane olurdu. 1875-ci ildə amerikalı general (ing. Philip Henry Sheridan) konqresdəki dinləmələrdə söyləmişdi:
| Bizon ovçuları hindu problemini həll etmək üçün son iki ildə bütün nizami ordunun son 30 ildə etdiyindən daha çox iş görüblər. Onlar hunduların maddi bazasını məhv edirlər... İstəsəniz barıt və qurğuşun göndərin... və icazə verin bütün bizonları qırana qədər öldürsünlər, dərisini soyub satsınlar! |
Şeridan hətta bizonların məhv edilməsinin vacibliyini vurğulayaraq ovçular üçün xüsusi medal təsis etməyi təklif etdi. Polkovnik (ing. Richard Irving Dodge) söyləyirdi:
| Hər bir bizonun ölümü hinduların yox olmasıdır. |
Bizonların yerlərdə ovlanmasını məhdudlaşdıran və ya qadağan edən və yaxud bizon dərilərinə vergi tətbiq edən digər qanunların qəbul edilməsi cəhdləri 1876-cı ilin martına qədər davam etdi, bundan sonra ABŞ Konqresində bu istiqamətdə heç bir yeni səy göstərilmədi.
1872-ci ildə artıq, ərazisində kiçik bir bizon sürüsü yaşayan və ov üçün bəzi məhdudiyyətlər qoyulan Yellouston Milli Parkı yaradılsa da, yalnız 1894-cü ildə bu federal qoruqda heyvanların ovlanmasını hamılıqla qadağan edən qanun qəbul edildi. Kiçik bizon populyasiyası əsasən bu və bir sıra digər milli parkların mövcudluğu, habelə ştat hökumətlərinin, özəl təşkilatların və xeyriyyəçilərin səyləri sayəsində qorunub saxlanılmışdır.
İstinadlar
| ]- Фарли Моуэт. Глава 9 Смертный час бизона // Трагедии Моря. Прогресс. 1988. ISBN .
- Дорст Ж. До того как умрет природа Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. М.: Прогресс, 1968.
- Isenberg A. The Destruction of the Bison: An Environmental History, 1750–1920 Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine. New York: Cambridge University Press, 2000.
- Моуэт Ф. Конец бизоньей тропы Arxivləşdirilib 2009-11-06 at the Wayback Machine. Вокруг света, № 7 (2574), июль 1988.
- Зорин А. В. Две битвы при Эдоуб Уоллс Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine
- The Lacey Act of 1894; (U. S., Statutes at Large, vol.28, p.73); Chap. 72. — An Act to protect the birds and animals in Yellowstone National park, and to punish crimes in said park, and for other purposes.
Xarici keçidlər
| ]- Моуэт Ф. Конец бизоньей тропы. Вокруг света, № 7 (2574), июль 1988.
- Дорст Ж. До того как умрет природа. М.: Прогресс, 1968.
- Isenberg A. The destruction of the bison: an environmental history, 1750–1920. Cambridge University Press, 2001.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen ve ya mubaligeli fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar istirak edesiniz 1889 cu il ucun Amerika bizonunun mehv edileceyi baslangic erazinin serhedleri gosterilmis xerite ABS de bizonlarin mehvi 1830 cu illerden beri kommersiya meqsedleri ucun Simali Amerikada bu heyvan novunun yox olmaq tehlukesine getirib cixaran nezaretsiz kutlevi bizon ovudur Hindular enenevi olaraq bizonlari yalniz yasayis ehtiyaclarini odemek ucun ovlayirdilar qida ucun elece de geyim hazirlanmasi menzil alet ve qab istehsali ucun ve bir cox qebilelerin sag qalmasi bizonlardan asili idi XIX esrde bezi hindu tayfalari da ticaret meqsedile bizon ovu ile mesgul olurdular ve derilerini Amerika tacirlerine satirdilar Bununla bele mehz ag derili amerikan ovcularin ve ABS demir yolu sirketlerinin hereketleri bizon populyasiyasi ucun kritik neticeler toredirdi 1800 cu illerin evvellerinde derisi ucun ilde texminen 200 000 bizon oldurulurdu 1825 ci ilde Allegeni yaylasinda ing Allegheny Plateau Missisipinin serqinde yasayan son bizonlar olduruldu 1830 1860 ci iller arasinda bir birinin ardinca ABS nin serq sahiline bizon derileri ile dolu vaqonlar gelirdi Vetendas muharibesi basa catdiqdan ve trans Amerika demir yolunun cekilisinden sonra qerb cemenliklerinin aktiv inkisafinin baslangici ile ovculari duzenliklere getirmek ve ovlarini Avropaya gondermek ucun geri serqe dasinmanin daha asanlasmasi bizon populyasiyasinin ehemiyyetli derecede azalmasina sebeb olur Bizonlarin vehsicesine oldurulmesi neticesinde onlarin sayi XX esrin evvellerinde bir nece on milyondan bir nece yuze qeder azalmisdi Fransiz bioloqu Jean Dorst qeyd etdi ki evvelce bizonlarin umumi sayi texminen 75 milyon idi lakin artiq 1880 1885 ci illerde Simali ABS ovcularinin hekayeleri son bizonu ovlamaqdan danisirdi 1840 ci illerde her il texminen 2 5 milyon bizon olduruldu 1872 1874 cu iller erzinde texminen 3 5 milyon bizon oldurulmusdu Idmanci ovculardan biri olan dr Karver lovgalanirdi ki tekce bir yayda sexsen 5000 bizon vurmusdur Oldurulen 3 bizondan yalniz 1 nin derisi soyulur qalanlari ise hec bir sekilde istifade edilmirdir Tarixci Endru Eyzenberq bizonlarin 1800 cu ilde 30 milyondan esrin sonuna qeder minden asagi azalmasi haqqinda yazmisdi 1887 ci ilde collere seyahet eden ingilis tebietsunasi Uilyam Qrib qeyd edirdi Her yerde bizon cigirlari var idi amma canli bizon yox idi Bu necib heyvanlarin yalniz kelleleri ve sumukleri gunes altinda agarirdi Iqtisadi sebebleri span 40 000 bizon derisi Joj siti Kanzas 1878 il Bizon kellelerinden piramida 1870 ci iller Simali Amerikanin mustemlekeciliyinin baslangicindan beri Avropada muxtelif Simali Amerika heyvanlarinin derilerine boyuk telebat var idi ve bizon da istisna deyildi Bizon derilerinden yorgan ve xalcalar isti mantiyalar ve basqa paltarlar hazirlanirdi Deriden muxtelif senaye masinlari ucun oturucu kemerler de hazirlanirdi Kelle ve diger sumukleri gubre zavodlarina gonderilirdi Bizon eti uzaq mesafelere dasinmasinin cetinliyine gore adeten ya yaxinliqda satilir ya da xususi ayrilmis tarlalarda curumeye buraxilir sonra sumukleri toplanirdi Yalniz ABS nin serq sahilindeki cox bahali restoranlarin menyusunda bizon diline rast gelinirdi Qisda temperaturun asagi olmasi sebebinden eti daha uzaq mesafeye catdirmaq mumkun olurdu Demir yollarinin cekilmesi ve havalandirilan ve soyudulan vaqonlarin istifadeye baslamasi ile bizon etinin istehlaki artdi Amerika demir yolu sirketlerinin bizonlarin sayinin azalmasinda boyuk tohfesi tekce ovculari ve tacirleri suretli neqliyyatla temin etmek deyildi Demir yollarinin cekilisi zamani insaatcilari yemekle temin etmek ucun ovculardan bizon eti alirdilar Bizonlarin neheng suruleri demir yolu relslerini kecerken ve ya kulekden qorunmaq ucun demir yolu bendlerinin arxasina siginaraq qatarlari saatlarla bezen gunlerle gecikdirdiyi ucun onlar bizonlarin sayini azaltmaga calisdilar Lokomotivlerin heyvanlarla toqqusmasi hallari da olurdu ki bu da texnikaya ve demir yolu xettine ziyan vururdu Demiryol sirketlerinin rehberleri coxlu sayda bizonun qatar relslerine yaxin olmasinin potensial faydasini da derk etdiler ve vaqonun pencerelerinden bizonlara gulle atmaq furseti ile sernisinleri celb etmeye basladilar Xususi ov seferleri de teskil olunurdu ABS ordusunu ve Kanzas pasifik reylueyz demir yolu iscilerini erzaqla temin etmek ucun bizon ovlayan Buffalo Bill ing William Frederick Buffalo Bill Cody leqebli kesfiyyatci boyuk sohret qazanmisdi O hemcinin 1872 ci ilin yanvarinda Boyuk Knyaz Aleksey Aleksandrovicin meshur bizon ovu zamani kesfiyyatci olmusdu Billin ozunun dediyine gore o 1867 1868 ci illerde demir yolu sirketinde isleyerken 17 ay erzinde 4000 den cox bizon oldurmusdu Leqebinide ele o vaxt alir Buffalo Bill 1883 cu ilde Buffalo Bill s Wild West sou truppasini yaratdiqdan sonra genis beynelxalq sohret qazanmisdir Mehvi durdurmaq cehdleri span 1870 ci illerin evvellerinde bizonlarin sayinin ehemiyyetli derecede azalmasi ABS Konqresinde novun tamamile mehv edilmesinin qarsisini almaq ucun mumkun tedbirler haqqinda muzakirelere sebeb oldu 1871 ci ilin martinda Arizona statindan cenab MakKormik qida ve sexsi istifade ucun deri saxlamaqdan basqa diger meqsedler ucun ABS hokumetinin torpaqlarinda bizonlarin oldurulmesini qadagan eden bill H R 157 ni teqdim etdi Lakin namelum seraite gore bu qanun layihesi hetta muzakireye bele cixarilmadi 1872 ci il fevralin 14 de Kaliforniya statindan cenab Koul bizon maral antilop ve diger vehsi heyvanlarin populyasiyalarinin mehv edilmekden qorunmaq ucun qanunlarin qebul edilmesinin meqsedeuygunlugunu arasdirmaq ucun eraziler uzre komissiyaya gosteris veren qetname teklif etdi Artiq 1872 ci il fevralin 16 da Massacusetsden olan cenab Vilson ABS Senatina bizon ovunu mehdudlasdiran S 655 sayli qanun layihesi teqdim etdi Qanun layihesi elave arasdirma ucun erazi komissiyasina gonderilir 1872 ci il aprelin 5 de Arizona statindan cenab MakKormik Numayendeler Palatasinin qarsisinda bizonlarin oldurulmesine mehdudiyyetlerin qoyulmasinin zeruriliyi ile bagli nitqle cixis etdi ve burada o kecmis HR157 qanun layihesini o cumleden bizonlarin mehv edilmesi tehlukesini gosteren bir sira materiallari heyvanlara qarsi qeddarligin qarsisinin alinmasi uzre Amerika cemiyyeti prezidentinin mektubunu oxudu Bununla bele bu seyler 1874 cu ilin yanvarina Illinoys statindan cenab Fort bizonlarin faydasiz sekilde oldurulmesinin qarsisini almaq ucun H R 921 qanun layihesi teqdim edene qeder netice vermedi Sened oyrenilmesi ucun yeniden Erazi Komissiyasina gonderildi ve 1874 cu ilin martinda komissiya qanun layihesinin qebul edilmesini tovsiye etdi Bir cox muzakirelerden sonra qanun layihesi qebul edildi ve 1874 cu ilin iyununda ABS Senatina gonderildi ve ucuncu oxunusda tesdiq edildi Lakin prezident Qrant qanun layihesine veto qoydu ABS hokumetinin rezervasiyalarda ayrilmis torpaqlara kocurmeye calisdigi hindu tayfalarinin bizonlardan asililiginin ferqinde olmasi lazimi qanunlarin vaxtinda qebul edilmesine mane olurdu 1875 ci ilde amerikali general ing Philip Henry Sheridan konqresdeki dinlemelerde soylemisdi Bizon ovculari hindu problemini hell etmek ucun son iki ilde butun nizami ordunun son 30 ilde etdiyinden daha cox is gorubler Onlar hundularin maddi bazasini mehv edirler Isteseniz barit ve qurgusun gonderin ve icaze verin butun bizonlari qirana qeder oldursunler derisini soyub satsinlar Seridan hetta bizonlarin mehv edilmesinin vacibliyini vurgulayaraq ovcular ucun xususi medal tesis etmeyi teklif etdi Polkovnik ing Richard Irving Dodge soyleyirdi Her bir bizonun olumu hindularin yox olmasidir Bizonlarin yerlerde ovlanmasini mehdudlasdiran ve ya qadagan eden ve yaxud bizon derilerine vergi tetbiq eden diger qanunlarin qebul edilmesi cehdleri 1876 ci ilin martina qeder davam etdi bundan sonra ABS Konqresinde bu istiqametde hec bir yeni sey gosterilmedi 1872 ci ilde artiq erazisinde kicik bir bizon surusu yasayan ve ov ucun bezi mehdudiyyetler qoyulan Yellouston Milli Parki yaradilsa da yalniz 1894 cu ilde bu federal qoruqda heyvanlarin ovlanmasini hamiliqla qadagan eden qanun qebul edildi Kicik bizon populyasiyasi esasen bu ve bir sira diger milli parklarin movcudlugu habele stat hokumetlerinin ozel teskilatlarin ve xeyriyyecilerin seyleri sayesinde qorunub saxlanilmisdir Istinadlar span Farli Mouet Glava 9 Smertnyj chas bizona Tragedii Morya Progress 1988 ISBN 5 01 001079 8 Dorst Zh Do togo kak umret priroda Arxivlesdirilib 2015 09 24 at the Wayback Machine M Progress 1968 Isenberg A The Destruction of the Bison An Environmental History 1750 1920 Arxivlesdirilib 2015 09 23 at the Wayback Machine New York Cambridge University Press 2000 Mouet F Konec bizonej tropy Arxivlesdirilib 2009 11 06 at the Wayback Machine Vokrug sveta 7 2574 iyul 1988 Zorin A V Dve bitvy pri Edoub Uolls Arxivlesdirilib 2008 12 04 at the Wayback Machine The Lacey Act of 1894 U S Statutes at Large vol 28 p 73 Chap 72 An Act to protect the birds and animals in Yellowstone National park and to punish crimes in said park and for other purposes Xarici kecidler span Mouet F Konec bizonej tropy Vokrug sveta 7 2574 iyul 1988 Dorst Zh Do togo kak umret priroda M Progress 1968 Isenberg A The destruction of the bison an environmental history 1750 1920 Cambridge University Press 2001 Lugetler ve ensiklopediyalarKanada Kateqoriyalar BizonlarABS tarixiBoyuk DuzenliklerHindi soyqirimlariEkoloji terrorGizli kateqoriya Vikipediya Terefli meqaleler
