Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

əbu Bəkr əyyub ibn əbi Təmimə Keysan əs Sixtiyani ərəb أي وب السختياني 687 749 və ya 748 Bəsrə tabiin nəslinə mənsub fəq

Əyyub əs-Sixtiyani

Əyyub əs-Sixtiyani
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Əbu Bəkr Əyyub ibn Əbi Təmimə Keysan əs-Sixtiyani (ərəb. أيّوب السختياني‎; 687 – 749 və ya 748, Bəsrə) — tabiin nəslinə mənsub fəqih və mühəddis.

Əyyub əs-Sixtiyani
ərəb. أيّوب السختياني‎
image
Doğum tarixi 687
Vəfat tarixi 749 və ya 748
Vəfat yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Elm sahələri fiqh, hədis
Tanınmış yetirmələri Süfyan əs-Səvri, Malik ibn Ənəs, Şöbə ibn Həccac

Bioqrafiyası

Hicri 68-ci (687–88) ildə Bəsrədə doğulub. Sixtiyan (cilalanmış dəri) ticarəti ilə məşğul olduğu üçün ona "Sixtiyani" deyilmişdir. Kiçik yaşlarından etibarən özünü elmə həsr edib. Elm məclislərində böyük səbir və əzmlə iştirak edib və müəllimlərinə göstərdiyi hörmətlə diqqət çəkib. Dörd il boyunca dərslərində iştirak etdiyi məşhur tabiin alimi Həsən əl-Bəsri tərəfindən "Əyyub, Bəsrə gənclərinin ağasıdır" sözləri ilə təriflənib. İyirmi yaşı olanda qarşılaşdığı səhabə Ənəs ibn Malikdən hədis dinləməsi şübhəlidir: İbn Əbu Xətim, Əyyubun Ənəsdən hədis rəvayə etdiyi söyləmiş,İbn Hibban isə bu görüşün doğru olmadığını qeyd etmişdir.Zəhəbi də Əyyubun Ənəs ibn Malikdən her hansı bir rəvayətinə rast gəlmədiyini ifadə etmişdir. O, Əta ibn Əbu Rəbah, Həsən əl-Bəsri, Hişam ibn Urvə, İbn Sirin, İkrimə əl-Bərbəri, Qətadə, Mücahid ibn Cəbr, Mövla ibn Ömər, Səid ibn Cübeyr və Səlim ibn Abdullah kimi bir çox şəxsdən hədis dinləyib. İbnül-Mədiniyə görə Əyyub, 800, İbn Uleyyəyə görə isə təxminən 2000 hədis rəvayıt etmişdir. Əyyubdan da Həmmad ibn Sələmə, Həmmad ibn Zeyd, İbn Sirin, Malik ibn Ənəs, Mamər ibn Rəşid, Süfyan əs-Səvrî, Süfyan ibn Uyeynə, Şöbə ibn Həccac və Zöhri kimi alimlər hədis rəvayət ediblər. Malik ondan başqa heç bir iraqlı alimdən hədis dinləməmiş və onu özündən hədis dinləmiş alimlərin ən üstünü adlandırmışdır. O, İbn Sirin, Yəhya ibn Main, Darəqutni və Nəsai tərəfindən birinci dərəcə tədil (etibarlılıq) ifadələri olan "səbt" və "siqa" sifətləri ilə vəsf olunmuşdur. İbn Sad isə onu ardarda sıraladığı "siqa", "səbt", "cəmi", "hüccət" və "ədl" vəsflər ilə tərifləmişdir. Aralarında müəllimləri və tələbələrinin də olduğu bəzi hədis tənqidçiləri Abdullah ibn Əvn, Asim əl-Əhvəl, Zöhri kimi alimlərlə müqayisə edilərək, üstünlüyü vurğulanmışdır. İbn Uyeynə onu Bəsrə hədis hafizlərindən biri hesab etmiş, şəxsən görüşdüyü altımış səkkiz tabiin içərində onun kimisinə rast gəlmədiyini ifadə etmişdir. İbn Əvn də Əyyubun üstünlüyünü qəbul edərek onun rəvayətlərini öz rəvayətlərinə tərcih etmiştdir. Şöbə Əyyubu "fəqihlərin ağası", İbn Mehdi "Bəsrə əhlinin hüccəti" adlandırmışdır. Əbu Davud, İbn Hənbəlin Əyyubu Malikdən üstün tutduğunu bildirmişdir. Kütübi-sittə müəlliflərinin hamısı ondan hədis rəvayət etmişlərdir. O, hədis və fiqh sahəsində bu qədər tərifə layiq görülməsinə baxmayaraq, xəta etmək qorxusu ilə, hədisdə dəlilini bilmədiyi məsələlərdə ictihad etməkdən çəkinmişdir. Əyyub, hicri 131-ci ilin Ramazan ayında (may 749), cümə günü Bəsrədə vəba xəstəliyindən vəfat etmişdir.

Əqidəsi və fikriləri

Etiqadi məzhəblərin təşəkkül dövründə yaşayan Əyyub, Əhli-Sünnə cihanında mövqe tutmuşdur. Belə ki, Əhli-Sünnədən olan bir şəxsin ölüm xəbərini alınca, bir əzasını itirmiş kimi qəm-qüssəyə boğulduğunu söyləyərdi. Öz ifadəsi ilə desək, "İslama qarşı qılınc çəkməkdə Xaricilərə bənzədiklərinə görə" bidət əhli olanlara da "Xarici" sifətini vermişdi. O, həmçinin bildirmişdi ki, bidətçilərin ictihadı artdıqca Allahdan uzaqlaşmaları da artır. Səmanın fövqündə Allahın olmadığını iddia edən Mötəzilə tərəfdarlarını tənqid edərək, əslində bu sözləri ilə Allahın varlığını inkar etmə vəziyyətinə düşdüklərini irəli sürmüşdür.

O, abid, zahid, fəzilət sahibi, sünnəyə sadiq, bidətçilərlə mübarizə aparan bir alim olmuşdur. O, zahidliyin gizli olmasının daha fəzilətli olduğunu, zöhdün başqa insanlar üzərində bir hökm və təsir vasitəsinə çevrilməməli olduğunu söyləyərdi. Gecələri səhərə qədər ibadətlə keçirsə də, bunu heç kimə hiss etdirməməyə çalışardı. Onun nəzərində zöhd və təqva üç mərhələyə ayrılırdı:

  1. Allahın ibadətində və tövhiddə zöhd,
  2. Haramlardan çəkinməkdə zöhd,
  3. Hətta halal olan şeylərə qarşı da ehtiyatlı olmaqda zöhd.

Yalana düşmək qorxusuyla evinin bəzədilməsində və geyimində həddən artıq sadəliyə getməzdi. Qırx dəfə həcc ziyarəti etdiyi və bu səfərləri zamanı ona bəzi kəramətlərin nəsib olduğu rəvayət olunur. Əməvilərin böhranlı dövründə yaşamış Əyyub siyasətdən uzaq bir həyat sürmüş, hətta dostu xəlifə olduqdan sonra onunla əlaqəsini kəsmişdir.

Əsərləri

Əyyubun rəvayət etdiyi hədislər Cəhdami tərəfindən "Müsnədü (Tənqihu) hədisi-Əyyub əs-Səxtiyani" adı altında cəmləşdirilmişdir. Katib Çələbi və Bağdadlı İsmayıl paşa ona "Fəraizu Əyyub əl-Bəsri" adlı bir kitap nisbət ediblər. Lakin digər mənbələrdə bu haqda bir məlumata rast gəlinməmişdir.

İstinadlar

  1. "Eyyub es-Sahtiyani". TDV İslam Ansiklopedisi. 31.05.2025 tarixində arxivləşdirilib.
  2. əl-Cərh vət-tədil (ərəb). II. Heydərabad. 1952–53. 255.
  3. əs-Siqat (ərəb). Heydərabad. 1973–79. 53.
  4. Məşahir (ərəb). Visbaden. 1959. 150.
  5. Aləmün-nubəla (ərəb). VI. Beyrut. 1981–85. 16.
  6. "أيّوب السختياني". The Hadith Transmitters Encyclopedia. 01.06.2025 tarixində arxivləşdirilib.
  7. Kəşfüz-zunun. II. İstanbul. 1941–43. 1246.
  8. Hədiyyətül-arifin (ərəb). İstanbul. 1951–55. 228–229.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Ebu Bekr Eyyub ibn Ebi Temime Keysan es Sixtiyani ereb أي وب السختياني 687 749 ve ya 748 Besre tabiin nesline mensub feqih ve muheddis Eyyub es Sixtiyaniereb أي وب السختياني Dogum tarixi 687Vefat tarixi 749 ve ya 748Vefat yeri Besre Besre muhafezesi IraqElm saheleri fiqh hedisTaninmis yetirmeleri Sufyan es Sevri Malik ibn Enes Sobe ibn HeccacBioqrafiyasiHicri 68 ci 687 88 ilde Besrede dogulub Sixtiyan cilalanmis deri ticareti ile mesgul oldugu ucun ona Sixtiyani deyilmisdir Kicik yaslarindan etibaren ozunu elme hesr edib Elm meclislerinde boyuk sebir ve ezmle istirak edib ve muellimlerine gosterdiyi hormetle diqqet cekib Dord il boyunca derslerinde istirak etdiyi meshur tabiin alimi Hesen el Besri terefinden Eyyub Besre genclerinin agasidir sozleri ile teriflenib Iyirmi yasi olanda qarsilasdigi sehabe Enes ibn Malikden hedis dinlemesi subhelidir Ibn Ebu Xetim Eyyubun Enesden hedis revaye etdiyi soylemis Ibn Hibban ise bu gorusun dogru olmadigini qeyd etmisdir Zehebi de Eyyubun Enes ibn Malikden her hansi bir revayetine rast gelmediyini ifade etmisdir O Eta ibn Ebu Rebah Hesen el Besri Hisam ibn Urve Ibn Sirin Ikrime el Berberi Qetade Mucahid ibn Cebr Movla ibn Omer Seid ibn Cubeyr ve Selim ibn Abdullah kimi bir cox sexsden hedis dinleyib Ibnul Mediniye gore Eyyub 800 Ibn Uleyyeye gore ise texminen 2000 hedis revayit etmisdir Eyyubdan da Hemmad ibn Seleme Hemmad ibn Zeyd Ibn Sirin Malik ibn Enes Mamer ibn Resid Sufyan es Sevri Sufyan ibn Uyeyne Sobe ibn Heccac ve Zohri kimi alimler hedis revayet edibler Malik ondan basqa hec bir iraqli alimden hedis dinlememis ve onu ozunden hedis dinlemis alimlerin en ustunu adlandirmisdir O Ibn Sirin Yehya ibn Main Darequtni ve Nesai terefinden birinci derece tedil etibarliliq ifadeleri olan sebt ve siqa sifetleri ile vesf olunmusdur Ibn Sad ise onu ardarda siraladigi siqa sebt cemi huccet ve edl vesfler ile teriflemisdir Aralarinda muellimleri ve telebelerinin de oldugu bezi hedis tenqidcileri Abdullah ibn Evn Asim el Ehvel Zohri kimi alimlerle muqayise edilerek ustunluyu vurgulanmisdir Ibn Uyeyne onu Besre hedis hafizlerinden biri hesab etmis sexsen gorusduyu altimis sekkiz tabiin icerinde onun kimisine rast gelmediyini ifade etmisdir Ibn Evn de Eyyubun ustunluyunu qebul ederek onun revayetlerini oz revayetlerine tercih etmistdir Sobe Eyyubu feqihlerin agasi Ibn Mehdi Besre ehlinin hucceti adlandirmisdir Ebu Davud Ibn Henbelin Eyyubu Malikden ustun tutdugunu bildirmisdir Kutubi sitte muelliflerinin hamisi ondan hedis revayet etmislerdir O hedis ve fiqh sahesinde bu qeder terife layiq gorulmesine baxmayaraq xeta etmek qorxusu ile hedisde delilini bilmediyi meselelerde ictihad etmekden cekinmisdir Eyyub hicri 131 ci ilin Ramazan ayinda may 749 cume gunu Besrede veba xesteliyinden vefat etmisdir Eqidesi ve fikrileriEtiqadi mezheblerin tesekkul dovrunde yasayan Eyyub Ehli Sunne cihaninda movqe tutmusdur Bele ki Ehli Sunneden olan bir sexsin olum xeberini alinca bir ezasini itirmis kimi qem qusseye boguldugunu soyleyerdi Oz ifadesi ile desek Islama qarsi qilinc cekmekde Xaricilere benzediklerine gore bidet ehli olanlara da Xarici sifetini vermisdi O hemcinin bildirmisdi ki bidetcilerin ictihadi artdiqca Allahdan uzaqlasmalari da artir Semanin fovqunde Allahin olmadigini iddia eden Motezile terefdarlarini tenqid ederek eslinde bu sozleri ile Allahin varligini inkar etme veziyyetine dusduklerini ireli surmusdur O abid zahid fezilet sahibi sunneye sadiq bidetcilerle mubarize aparan bir alim olmusdur O zahidliyin gizli olmasinin daha feziletli oldugunu zohdun basqa insanlar uzerinde bir hokm ve tesir vasitesine cevrilmemeli oldugunu soyleyerdi Geceleri sehere qeder ibadetle kecirse de bunu hec kime hiss etdirmemeye calisardi Onun nezerinde zohd ve teqva uc merheleye ayrilirdi Allahin ibadetinde ve tovhidde zohd Haramlardan cekinmekde zohd Hetta halal olan seylere qarsi da ehtiyatli olmaqda zohd Yalana dusmek qorxusuyla evinin bezedilmesinde ve geyiminde hedden artiq sadeliye getmezdi Qirx defe hecc ziyareti etdiyi ve bu seferleri zamani ona bezi kerametlerin nesib oldugu revayet olunur Emevilerin bohranli dovrunde yasamis Eyyub siyasetden uzaq bir heyat surmus hetta dostu xelife olduqdan sonra onunla elaqesini kesmisdir EserleriEyyubun revayet etdiyi hedisler Cehdami terefinden Musnedu Tenqihu hedisi Eyyub es Sextiyani adi altinda cemlesdirilmisdir Katib Celebi ve Bagdadli Ismayil pasa ona Feraizu Eyyub el Besri adli bir kitap nisbet edibler Lakin diger menbelerde bu haqda bir melumata rast gelinmemisdir Istinadlar Eyyub es Sahtiyani TDV Islam Ansiklopedisi 31 05 2025 tarixinde arxivlesdirilib el Cerh vet tedil ereb II Heyderabad 1952 53 255 es Siqat ereb Heyderabad 1973 79 53 Mesahir ereb Visbaden 1959 150 Alemun nubela ereb VI Beyrut 1981 85 16 أي وب السختياني The Hadith Transmitters Encyclopedia 01 06 2025 tarixinde arxivlesdirilib Kesfuz zunun II Istanbul 1941 43 1246 Hediyyetul arifin ereb Istanbul 1951 55 228 229

Nəşr tarixi: İyun 13, 2025, 05:29 am
Ən çox oxunan
  • Aprel 02, 2025

    Desmodium

  • Fevral 01, 2025

    Desim Yuni Yuvenal

  • May 10, 2025

    Dermatoz

  • Fevral 27, 2025

    Demokratiya ocağı

  • Fevral 13, 2025

    Demokrat Partiyası (Qacar)

Gündəlik
  • Azərbaycan dili

  • BMT-nin əsas qurumları

  • Beynəlxalq Ədalət Məhkəməsi

  • Bakı Ali Partiya Məktəbi

  • HƏMAS–İsrail müharibəsi

  • Qazi Yaşargil

  • 922

  • Süleymaniyyə məscidi

  • Mussolini

  • II İohan Pavel

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı