Əbu Bistam Şöbə ibn əl-Həccac ibn əl-Vərd əl-Əzdi əl-Bəsri (ərəb. شعبة بن الحجّاج; 702, Vasit, Vasit mühafəzəsi – 777, Bəsrə) — Təbəi-tabiin nəslinə mənsub mühəddis və rical alimi.
Şöbə ibn Həccac | |
---|---|
ərəb. شعبة بن الحجاج | |
![]() | |
Doğum tarixi | 702 |
Doğum yeri | |
Vəfat tarixi | 777 |
Vəfat yeri | |
Elm sahəsi | hədis |
Tanınmış yetirmələri | İbn İshaq, Süfyan əs-Səvri, Abdulla ibn Mübarək, əl-Kisai, Əbu Yusif, Harun ər-Rəşid |
Bioqrafiyası
Hicri 82–87 (701–706) illəri aralığında Vasitdə anadan olmuşdur. Ailəsi haqqında məlumat yoxdur, lakin Şöbənin həyatına nəzər saldıqda valideynlərinin hədis elminə maraqlı olduqları məlum olur. Onun uşaqlıq və ilk gənclik illəri Vasitdə kemişdir. Əzd qəbiləsinin mövlası olub. 728-ci ildən əvvəl Bəsrədə məskulaşan Şöbə, orada Həsən əl-Bəsridən fiqh öyrənmişdir. O, həm də Bəşşar və Həmmad adlı qardaşlarının təhsil xərclərini də öz üzərinə götürmüşdür. Gəncliyində şeirə həvəsli olub, bir müddət Tirimmah ət-Taidən dərslər almışdır. Əsmai onu "Şeirdə Şöbədən daha biliklisini görmədim" deyərək tərifləmişdir. Ancaq daha sonra Həkəm ibn Uteybənin təsiri ilə hadis sahəsinə yönəlmişdir. O, Həsən əl-Bəsri, Məhəmməd ibn Sirin, Amir əş-Şəbi, Ənəs ibn Sirin, Amr ibn Dinar kimi şəxsiyyətlərə yetişmiş, 400-dən çox tabiin alimindən hədis nəql edərək əshabül-hədisin ən məşhur simalarından biri olmuşdur.Kufə, Məkkə, Mədinə, Bağdad və Mədain şəhərlərinə səfərlər etmişdir. Şöbəyə Əməş, Əyyub əs-Səhtiyani, İbn İshaq, Süfyan əs-Səvri, Əbdürrəhman ibn Mehdi, Vəki ibn Cərrah, Abdullah ibn əl-Mübarək, Yəhya ibn Səid əl-Qəttan, Adəm ibn Əbu İyas, Əbu Davud ət-Təyalisi və Amr ibn Mərzuk tələbəlik etmişdir. Müəllimlərinin bir qismi də ondan hədis rəvayət etmişdir. Şöbə comərd, kasıblara qarşı mərhəmətli, dünya malına dəyər verməyən zahid bir şəxs olub, dövlət adamlarından hədiyyə qəbul etməmişdir.
Hədis elmindəki yeri
Hadis elmi baxımından Şöbəni önəmli edən cəhətləri bunlardır:
- "Kütübi-sittə"də onun yüzlərlə rəvayətinin olması,
- Bəsrədə sistemli şəkildə hədislərin təsnifi, rəvayətçilərin (rical) tənqidi haqqında məlumatların toplanması və dəyərləndirilməsi fəaliyyətinin əsasını qoyması.
Hədisin bütün sahələri haqqında dərin biliyinə görə ona "əmir əl-möminin fil-hədis" (hədisdə möminlərin əmiri) ləqəbi verilmişdi. O, zəif və tərk olunmuş ravilər haqqında apardığı dəyərləndirmələrlə İraq alimlərinə istiqamət göstərmişdir. Şafii onun bu xüsusiyyətinə işarə edərək, "Əgər Şöbə olmasaydı, İraqda hədis bilinməzdi" demişdir. Əvvəlki nəslin hədis mütəxəssislərindən biri olduğu üçün dövrünün bütün məşhur hədis isnadlarında onun adı vardır. Hadisələrin doğru şəkildə təsbitinə önəm verər, mütəxəssis sayılmayan şəxslərin hədis rəvayət etməsini tənqid edər, hədis uyduran şəxsləri isə sultana şikayət etməklə hədələyərdi. Səhih bir hədis əldə etməyin ona hər kəsdən və hər şeydən daha əziz olduğunu söyləyərdi. Tədlisi böyük bir cinayət sayar, muənən hədisi isə müttəsil (zənciri birləşik) hesab etməzdi. Müəllimlərinin dinləmə yolu ilə aldıqları mənbələri açıq şəkildə göstərilməyən və ya özü tərəfindən bilinməyən rəvayətləri, eləcə də icazətlə rəvayət etmə üsulunu qəbul etməzdi. Ehtiyatlılığı səbəbilə yalnız siqa (etibarlı) saydığı şəxslərdən hədis alar, pərdə arxasından rəvayəti eşidən şəxsin rəvayətini qəbul etməz, təqva sahibi olmayan şəxslərdən də hədis rəvayət etməzdi. Şübhə duyduğu hədisləri rəvayət etməzdi. Dərslərdə ən çoxu iki hədis öyrənər, bunları yaxşıca hifz etmədən, yenilərini öyrənməzdi. Hədisləri yazmaz, əzbərləyərdi. Hədis yazan tələbələrinə qəzəbləndiyi söylənsə də, özünün də hədis yazdığı, başqalarına məxsus kitabları araşdırdığı, yazı yolu ilə hədis aldığı, kitab müəllifi olduğu və şəxsi kitabxanasının olduğu məlumdur. Şöbənin hədis məşğuliyyətinin ilk illərində Rafizilərin bəzi fikirlərini mənimsəmişdir. Lakin bəsrəli hədis alimlər ilə etdiyi debatlar nəticəsində bu fikirlərindən daşınmışdır. Ondan "Əyanüş-Şia"da bəhs olunmasının səbəbi də bu olmuşdur.
Əsərləri
Mənbələrdə Şöbəyə "əl-Qəraib fil-hədis", "Kitabü-Şöbə", "Müsənnəfü-Şöbə" və "Təfsirül-Quranil-əzim" kimi bir sıra əsərlər nisbət edilir. Bununla belə, o, bu əsərlərin elmə layiq olmayan şəxslərin əlinə keçməsini istəmədiyi üçün ölümündən əvvəl mirasının məhv edilməsini vəsiyyət etmiş və oğlu Səad bu vəsiyyəti yerinə yetirmişdir. Şöbə, Bəsrə bölgəsində ilk müsənniflərdən biri kimi qeyd edilsə də, dövrümüzə onun heç bir əsərinin çatmaması bu vəsiyyətlə əlaqələndirilə bilər. Bu hal, həm dövrün elmə və ədəbə verdiyi həssas yanaşmanı, həm də bəzi klassik mənbələrin zamanımıza niyə tam çatmadığını anlamaqda mühüm ipucu verir.
Haqqında qələmə alınan əsərlər
Şöbə və rəvayətləri haqqında çoxlu əsərlər qələmə alınmışdır. Onlardan bəziləri bunlardır:
Əhməd ibn Hənbəl: Kitabü-Hədisi-Şöbə.,Müslim ibn Həccac: Məşayixu-Şöbə və ər-Ruvat ən Şöbə., Əbül-Qasım əl-Bəqavi: Hikəyatü-Şöbə və Amr ibn Mürrə., Nəsai: Müsnədü-hədisi-Şöbə ibn əl-Həccac., Əbu Qureyş əl-Kuhistani: Kitabü-Hədisi-Malik və Süfyan və Şöbə., İbn Hibban: Mə xaləfəs-Səvri fihi Şöbə və Mə ində Şöbə ən Qatədə və ləysə ində Məbəd ən Qatədə., Təbərani: Müsnədü-Şöbə. və s.
İstinadlar
- "Şu`be b. Haccac". 15.05.2025 tarixində arxivləşdirilib.
- Əbdülməlik Bəkir. Şöbə ibn əl-Həccac: Əmirül-möminin fil-hədis (ərəb). Qahirə. 1981. 15.
- Mizzi. Təhzibül-Kəmal fi əsmair-rical (ərəb). XII. Beyrut. 1982–92. 479–489.
- Əbdülməlik Bəkir. Şöbə ibn əl-Həccac: Əmirül-möminin fil-hədis (ərəb). Qahirə. 1981. 29, 33, 37–38, 46, 53–54.
- Zəhəbi. Aləmün-nubəla (ərəb). VII. Beyrut. 1981–85. 228.
- Bağdadi, Xətib. Tarixu Bağdad (ərəb). IX. Qahirə. 1931. 260.
- Xeyr əl-Yaği, Məhəmməd. Məvsuatü aləmil-uləma vəl-üdəbail-Ərəb vəl-müslimin (ərəb). VI. Beyrut. 2004–2007. 195.
- Zəhəbi. Təzkiratül-huffaz (ərəb). II. Heydərabad. 1955–58. 665.
- Əbdülməlik Bəkir. Şöbə ibn əl-Həccac: Əmirül-möminin fil-hədis (ərəb). Qahirə. 1981. 155.
- Zəhəbi. Təzkiratül-huffaz (ərəb). II. Heydərabad. 1955–58. 766.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu Bistam Sobe ibn el Heccac ibn el Verd el Ezdi el Besri ereb شعبة بن الحج اج 702 Vasit Vasit muhafezesi 777 Besre Tebei tabiin nesline mensub muheddis ve rical alimi 1 Sobe ibn Heccacereb شعبة بن الحجاج Dogum tarixi 702 Dogum yeri Vasit Vasit muhafezesi Iraq Vefat tarixi 777 Vefat yeri Besre Besre muhafezesi Iraq Elm sahesi hedis Taninmis yetirmeleri Ibn Ishaq Sufyan es Sevri Abdulla ibn Mubarek el Kisai Ebu Yusif Harun er Resid Mundericat 1 Bioqrafiyasi 2 Hedis elmindeki yeri 3 Eserleri 4 Haqqinda qeleme alinan eserler 5 IstinadlarBioqrafiyasiredakteHicri 82 87 701 706 illeri araliginda Vasitde anadan olmusdur 1 Ailesi haqqinda melumat yoxdur lakin Sobenin heyatina nezer saldiqda valideynlerinin hedis elmine maraqli olduqlari melum olur 2 Onun usaqliq ve ilk genclik illeri Vasitde kemisdir Ezd qebilesinin movlasi olub 728 ci ilden evvel Besrede meskulasan Sobe orada Hesen el Besriden fiqh oyrenmisdir O hem de Bessar ve Hemmad adli qardaslarinin tehsil xerclerini de oz uzerine goturmusdur Gencliyinde seire hevesli olub bir muddet Tirimmah et Taiden dersler almisdir Esmai onu Seirde Sobeden daha biliklisini gormedim deyerek teriflemisdir Ancaq daha sonra Hekem ibn Uteybenin tesiri ile hadis sahesine yonelmisdir O Hesen el Besri Mehemmed ibn Sirin Amir es Sebi Enes ibn Sirin Amr ibn Dinar kimi sexsiyyetlere yetismis 400 den cox tabiin aliminden hedis neql ederek eshabul hedisin en meshur simalarindan biri olmusdur 3 Kufe Mekke Medine Bagdad ve Medain seherlerine seferler etmisdir Sobeye Emes Eyyub es Sehtiyani Ibn Ishaq Sufyan es Sevri Ebdurrehman ibn Mehdi Veki ibn Cerrah Abdullah ibn el Mubarek Yehya ibn Seid el Qettan Adem ibn Ebu Iyas Ebu Davud et Teyalisi ve Amr ibn Merzuk telebelik etmisdir Muellimlerinin bir qismi de ondan hedis revayet etmisdir Sobe comerd kasiblara qarsi merhemetli dunya malina deyer vermeyen zahid bir sexs olub dovlet adamlarindan hediyye qebul etmemisdir Hedis elmindeki yeriredakteHadis elmi baximindan Sobeni onemli eden cehetleri bunlardir Kutubi sitte de onun yuzlerle revayetinin olmasi Besrede sistemli sekilde hedislerin tesnifi revayetcilerin rical tenqidi haqqinda melumatlarin toplanmasi ve deyerlendirilmesi fealiyyetinin esasini qoymasi Hedisin butun saheleri haqqinda derin biliyine gore ona emir el mominin fil hedis hedisde mominlerin emiri leqebi verilmisdi O zeif ve terk olunmus raviler haqqinda apardigi deyerlendirmelerle Iraq alimlerine istiqamet gostermisdir Safii onun bu xususiyyetine isare ederek Eger Sobe olmasaydi Iraqda hedis bilinmezdi demisdir Evvelki neslin hedis mutexessislerinden biri oldugu ucun dovrunun butun meshur hedis isnadlarinda onun adi vardir Hadiselerin dogru sekilde tesbitine onem verer mutexessis sayilmayan sexslerin hedis revayet etmesini tenqid eder hedis uyduran sexsleri ise sultana sikayet etmekle hedeleyerdi Sehih bir hedis elde etmeyin ona her kesden ve her seyden daha eziz oldugunu soyleyerdi Tedlisi boyuk bir cinayet sayar muenen hedisi ise muttesil zenciri birlesik hesab etmezdi Muellimlerinin dinleme yolu ile aldiqlari menbeleri aciq sekilde gosterilmeyen ve ya ozu terefinden bilinmeyen revayetleri elece de icazetle revayet etme usulunu qebul etmezdi Ehtiyatliligi sebebile yalniz siqa etibarli saydigi sexslerden hedis alar perde arxasindan revayeti esiden sexsin revayetini qebul etmez teqva sahibi olmayan sexslerden de hedis revayet etmezdi Subhe duydugu hedisleri revayet etmezdi Derslerde en coxu iki hedis oyrener bunlari yaxsica hifz etmeden yenilerini oyrenmezdi Hedisleri yazmaz ezberleyerdi Hedis yazan telebelerine qezeblendiyi soylense de ozunun de hedis yazdigi basqalarina mexsus kitablari arasdirdigi yazi yolu ile hedis aldigi kitab muellifi oldugu ve sexsi kitabxanasinin oldugu melumdur 4 5 Sobenin hedis mesguliyyetinin ilk illerinde Rafizilerin bezi fikirlerini menimsemisdir Lakin besreli hedis alimler ile etdiyi debatlar neticesinde bu fikirlerinden dasinmisdir 6 Ondan Eyanus Sia da behs olunmasinin sebebi de bu olmusdur 7 EserleriredakteMenbelerde Sobeye el Qeraib fil hedis Kitabu Sobe Musennefu Sobe ve Tefsirul Quranil ezim kimi bir sira eserler nisbet edilir Bununla bele o bu eserlerin elme layiq olmayan sexslerin eline kecmesini istemediyi ucun olumunden evvel mirasinin mehv edilmesini vesiyyet etmis ve oglu Sead bu vesiyyeti yerine yetirmisdir Sobe Besre bolgesinde ilk musenniflerden biri kimi qeyd edilse de dovrumuze onun hec bir eserinin catmamasi bu vesiyyetle elaqelendirile biler Bu hal hem dovrun elme ve edebe verdiyi hessas yanasmani hem de bezi klassik menbelerin zamanimiza niye tam catmadigini anlamaqda muhum ipucu verir 1 Haqqinda qeleme alinan eserlerredakteSobe ve revayetleri haqqinda coxlu eserler qeleme alinmisdir Onlardan bezileri bunlardir Ehmed ibn Henbel Kitabu Hedisi Sobe 8 Muslim ibn Heccac Mesayixu Sobe ve er Ruvat en Sobe 9 Ebul Qasim el Beqavi Hikeyatu Sobe ve Amr ibn Murre Nesai Musnedu hedisi Sobe ibn el Heccac Ebu Qureys el Kuhistani Kitabu Hedisi Malik ve Sufyan ve Sobe 10 Ibn Hibban Me xalefes Sevri fihi Sobe ve Me inde Sobe en Qatede ve leyse inde Mebed en Qatede Teberani Musnedu Sobe ve s Istinadlarredakte 1 2 3 Su be b Haccac 15 05 2025 tarixinde arxivlesdirilib Ebdulmelik Bekir Sobe ibn el Heccac Emirul mominin fil hedis ereb Qahire 1981 15 Mizzi Tehzibul Kemal fi esmair rical ereb XII Beyrut 1982 92 479 489 Ebdulmelik Bekir Sobe ibn el Heccac Emirul mominin fil hedis ereb Qahire 1981 29 33 37 38 46 53 54 Zehebi Alemun nubela ereb VII Beyrut 1981 85 228 Bagdadi Xetib Tarixu Bagdad ereb IX Qahire 1931 260 Xeyr el Yagi Mehemmed Mevsuatu alemil ulema vel udebail Ereb vel muslimin ereb VI Beyrut 2004 2007 195 Zehebi Tezkiratul huffaz ereb II Heyderabad 1955 58 665 Ebdulmelik Bekir Sobe ibn el Heccac Emirul mominin fil hedis ereb Qahire 1981 155 Zehebi Tezkiratul huffaz ereb II Heyderabad 1955 58 766 Menbe https az wikipedia org w index php title Sobe ibn Heccac amp oldid 8155741