Qurban Məmmədov
Qurban Məmmədov (2 aprel 1959, Cəhri, Naxçıvan MSSR) — Vəkil, siyasətçi. [Mənbə göstərin]
Qurban Məmmədov | |
---|---|
Qurban Cəlal oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR Cəhri kəndi, Babək rayonu, Naxçıvan Muxtar Respublikası |
Vətəndaşlığı | |
Fəaliyyəti | Vəkil, siyasətçi |
Saytı | gurbanmammadov.com |
Həyatı və fəaliyyəti
Qurban Cəlal oğlu Məmmədov 2 aprel 1959-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olub.
Orta təhsilini 1966-1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb.
1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
1982-1987 -ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır. [Mənbə göstərin]
1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlamışdır. [Mənbə göstərin]
1989 - cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilmişdir. [Mənbə göstərin]
1995-1998-ci illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. [Mənbə göstərin]
1998-2003-cü illərdə 5 il müddətinə həbs edilmişdir.
2013-cü ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.
30 Dekabr 2014-cü ildə əvf edilərək, həbsdən azad edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu 8 sentyabr 2020-ci il tarixində Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilmiş, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilmişdir. Qurban Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı halda, 8 ilədək azadlıqdan məhrum ediləcək.
2020-ci ilin sentyabr ayının əvvəllərində Qurban Məmmədova məxsus, Bakı şəhərinin Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən, qanunsuz olduğu bildirilən tikilinin söküntüsünə başlanılmışdır. Müxtəlif obyekt və yaşayış evlərindən ibarət olan binanın içərisindəki bütün əşyalar çıxarılmışdır. Azərbaycan KİV-lərində bina Qurban Məmmədova Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun istəyi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən verildiyi qeyd edilmişdir. Əlavə olaraq, "Turan" İnformasiya Agentliyinin iki müxbiri foto və videoçəkilişlərin apardıqlarına görə saxlanılmışdır.
İstinadlar
- "Qurban Məmmədov, Orduxan Bəbirov, Tural Sadıqlı və digərləri beynəlxalq axtarışa verilib". Aze Voice (azərb.). 8 sentyabr 2020. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- "Qurban Məmmədovu 8 ilədək həbs cəzası gözləyir". Aze Voice (azərb.). 8 sentyabr 2020. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- "Qurban Məmmədovun beşmərtəbəli obyekti sökülür - Fərzəliyev və "kassa Nurlan" üçün həbs təhlükəsi". Arqument.az (azərb.). 6 sentyabr 2020. İstifadə tarixi: 7 sentyabr 2020.
- "Qurban Məmmədovun beş mərtəbəli binası sökülür". Aze Voice (azərb.). 7 sentyabr 2020. 7 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2020.
- "Polis Qurban Məmmədovun evinin sökülməsilə bağlı çəkilişə görə Turan-ın müxbirini saxlayıb" (azərb.). Turan İnformasiya Agentliyi. 7 sentyabr 2020. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.