CoronaVac
CoronaVac | ||
Kimyəvi birləşmə | ||
IUPAC | CoronaVac | |
Brutto- formul | ? | |
DrugBank | ||
Təsnifatı | ||
ATK | None | |
Dərman forması | ||
ampula | ||
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı..
Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.
2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Türkiyə 7371 könüllü üzərində aparılan sınaqlarda 1322 iştirakçının məlumatlarına əsasən 29 mənfi nəticələr aşkar olduğundan sınaqların 91,25% effektiv olduğunu bildirmişdir.İndoneziya Bandunq şəhərində sınaq iştirakçılarından yalnız 1600 nəfərin məlumatlarına əsasən 65,3% effektivlik dərəcəsini elan etmişdir.
Texnologiyası
CoronaVac vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. CoronaVac peyvəndinin birini standart soyuducuda 2-8 dərəcədə saxlamaq mümkündür. CoronaVac soyuducuda üç ilə qədər sabit qala bilər ki, bu da isti iqlimi olan bölgələrə peyvənd paylanmasında bir qədər üstünlük verə bilər.
Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur. Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, CoronaVac peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.
Effektivliyi
Hazırda CoronaVac peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".
Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65% olub.
Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 faiz olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş.
Braziliyalı alimlər CoronaVac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.38 faiz effektiv olduğunu bildiriblər.
CoronaVac vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib. Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb. Müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".
Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb.
Peyvəndi alan ölkələr
CoronaVac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb. Bu ölkəyə ümumilikdə 50 milyon doza vaksin gətirilib. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib. Sinqapur isə CoronaVac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.
Azərbaycan, Türkiyə, Braziliya, Çili, Malayziya Tailand Filippin və Ukrayna ilə Honkonq kimi ölkələrdə CoronaVac peyvəndini seçib. CoronaVac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir.
Türkiyə
Türkiyə Səhiyyə nazirinin noyabrın 25-də verdiyi açıqlamaya görə, fevral ayına qədər 50 milyon doza CoronaVac peyvəndi alınacaq və prioritet qruplar üzərində tətbiq olunacaq. 2021-ci ilin əvvəllərində planlaşdırılan ilk kütləvi peyvəndləşmədə səhiyyə işçilərinə, hüquq-mühafizə orqanlarına, riskli yaş qruplarında işləyən insanlara və insanların sıx olduğu yerlərdə çalışanlara üstünlük veriləcəkdir. Ölkəyə ilk peyvənd partiyası 30 dekabr 2020-ci il tarixində hava yolu şirkəti ilə gətirildi. İki həftə boyunca gətirilən peyvəndlər Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi tərəfindən analiz edildi.
2021-ci il yanvarın 13-də, Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyi peyvəndə "təcili istifadə təsdiq"i verdi. İlk peyvənd Səhiyyə Naziri Fahrettin Koca və Coronavirus Elmi Komitəsinin üzvlərinə vuruldu.
2021-ci il yanvarın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanda peyvənd etdirdi.
Azərbaycan
Azərbaycanın da seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi. Prezident Azərbaycanda koronavirus peyvəndlənməsinin dövlət hesabına və könüllü aparılacağını bildirmişdir. Azərbaycanda kütləvi vaksinasiya yanvarın 18-dən başlamışdır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov demışdır. Ş.Mövsümov bildirmişdir ki, ilk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq.
2021-ci il yanvarın 16-da Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq olundu.
Sərəncama əsasən Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
2021-ci il yanvar ayının 18-də Azərbaycanda kütləvi Covid-19 əleyhinə peyvəndləşmə başlamışdır. Vaksinasiyadan ilk keçənlərdən biri Səhiyyə naziri Oqtay Şirəliyev olmuşdur. Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə "Sinovac" peyvəndi vurulub. Elə həmin gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də vaksinasiya olunublar.
Azərbaycan hökuməti CoronaVac vaksinin alınmasına görə xərcləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu vasitəsilə qarşılayır.
Yanvar ayının 14-nə Nazirlər kabinetindən verilən məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərindən təqribən 46,1 milyon manat xərclənib.
İstinadlar
- "Indonesia Starts CoronaVac Phase 3 Clinical Trials". Jakarta Globe. İstifadə tarixi: 2020-12-17.
- "Clinical Trial of Efficacy and Safety of Sinovac's Adsorbed COVID-19 (Inactivated) Vaccine in Healthcare Professionals - Full Text View - ClinicalTrials.gov". clinicaltrials.gov (ingilis). İstifadə tarixi: 2020-12-17.
- ":: Welcome Indonesia Registry Center ::". www.ina-registry.org. İstifadə tarixi: 2020-12-17.
- "Tests show China's Sinovac vaccine is safe, Brazil research centre says". South China Morning Post (ingilis). 2020-10-20. İstifadə tarixi: 2020-12-17.
- "China's CoronaVac Trial Resumes in Brazil After 'Adverse Event'". Bloomberg.com. 2020-11-11. İstifadə tarixi: 2020-12-17.
- Staff, Reuters (2020-12-03). "Brazil gets Chinese COVID-19 vaccine doses, Senate OK's British vaccine funding". Reuters. İstifadə tarixi: 2020-12-17.
- "Indonesia receives first COVID-19 vaccine from China's Sinovac". CNA (ingilis). İstifadə tarixi: 2020-12-17.
- "Doria prepara estudo completo e registro chinês para pressionar Anvisa a aprovar Coronavac". Folha de S.Paulo (portuqal). 2020-12-14. İstifadə tarixi: 2020-12-17.
- ↑ Azərbaycanda vurulacaq Covid-19 vaksini haqda nə bilinir?
- "Why did the efficacy of China's top vaccine drop from 78% to 50%?". Fortune (ingilis). İstifadə tarixi: 2021-01-14.
- "Sinovac's Covid Shot Proves 78% Effective in Brazil Trial". Bloomberg.com (ingilis). 2021-01-07. İstifadə tarixi: 2021-01-07.
- Cohen, Jon; Moutinho, Sofia (7 January 2021). "Brazil announces 'fantastic' results for Chinese-made COVID-19 vaccine, but details remain sketchy". Science. İstifadə tarixi: 12 January 2021.
- ↑ Staff, Reuters (December 28, 2020). "Piecemeal data releases threaten to undermine Sinovac's COVID-19 vaccine". Reuters. İstifadə tarixi: January 11, 2021.
- ↑ Zimmer, Carl; Londoño, Ernesto (December 25, 2020). "Turkey and Brazil Say Chinese Vaccine Effective, With Sparse Supporting Data". The New York Times. İstifadə tarixi: January 11, 2021.
- ↑ "Turkish official says CoronaVac vaccine 91.25% effective". ABC News (ingilis). İstifadə tarixi: 2020-12-26.
- ↑ "Turkey set to receive 'effective' COVID-19 vaccine amid calls for inoculation". Daily Sabah (ingilis). December 25, 2020. İstifadə tarixi: December 26, 2020.
- ↑ hermesauto (2021-01-11). "Indonesia grants emergency use approval to Sinovac's vaccine, local trials show 65% efficacy". The Straits Times (ingilis). İstifadə tarixi: 2021-01-11.
- Tan Y (16 December 2020). "Covid: What do we know about China's coronavirus vaccines?". BBC News. İstifadə tarixi: 18 December 2020.
- Zimmer C, Corum J, Wee SL (2020-06-10). "Coronavirus Vaccine Tracker". The New York Times (ingilis). ISSN 0362-4331. İstifadə tarixi: 2020-12-27.
- "CoronaVac: Doses will come from China on nine flights and can..." AlKhaleej Today (ərəb). November 1, 2020. December 16, 2020 tarixində . İstifadə tarixi: November 1, 2020.
- Staff (September 7, 2020). "China's Sinovac coronavirus vaccine candidate appears safe, slightly weaker in elderly". Reuters (ingilis). October 7, 2020 tarixində . İstifadə tarixi: October 6, 2020.
- WHO Working Group on the Clinical Characterisation and Management of COVID-19 infection (2020). "A minimal common outcome measure set for COVID-19 clinical research". The Lancet Infectious Diseases. 20 (8): e192–e197. doi:10.1016/S1473-3099(20)30483-7.
- Mariz, Fabiana; Caires, Luiza (2021-01-07). "Eficaz em prevenir doença grave e morte por covid, Coronavac deve ter impacto em frear pandemia". Jornal da USP (Portuguese). İstifadə tarixi: 2021-01-07.
- Gielow, Igor; Lopes Batista, Everton; Bottallo, Ana (2021-01-12). "Coronavac tem eficácia geral de 50,38% no estudo feito pelo Butantan". Folha de S. Paulo (Portuguese). İstifadə tarixi: 2021-01-12.
- ClinicalTrialsGov|NCT04551547|A Randomized, Double-Blinded, Placebo-Controlled, Phase Ⅰ/Ⅱ Clinical Trial, to Evaluate the Safety and Immunogenicity of the SARS-CoV-2 Inactivated Vaccine (Vero Cell) in Healthy Population Aged 3–17 Years
- "Indonesia books 50 million coronavirus vaccine doses from Sinovac". Reuters (ingilis). August 21, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 21, 2020.
- "Covid: What do we know about China's coronavirus vaccines?". BBC News. 2020-12-30. İstifadə tarixi: 2020-12-30.
- Chen F (2020-12-24). "Brazil joins ranks of Chinese vaccine backers". Asia Times. İstifadə tarixi: 2020-12-30.
- "Turkey signs 50 million dose COVID-19 vaccine deal, health minister says". Reuters (ingilis). November 25, 2020. December 1, 2020 tarixində . İstifadə tarixi: November 27, 2020.
- Simoes E (September 30, 2020). "Brazil's Sao Paulo signs agreement with Sinovac for COVID vaccine doses". Reuters (ingilis). October 1, 2020 tarixində . İstifadə tarixi: October 1, 2020.
- "Government meets with Sinovac for first COVID-19 vaccine clinical trial in Chile" (ingilis). Government of Chile. October 13, 2020. October 17, 2020 tarixində . İstifadə tarixi: November 8, 2020.
- "Malaysian company signs deal to purchase, manufacture China's Sinovac vaccine". CNA (ingilis). İstifadə tarixi: 2021-01-14.
- Limited, Bangkok Post Public Company. "Thailand to get 2 million shots of China's Sinovac". Bangkok Post. İstifadə tarixi: 2021-01-04.
- "Duque says deal sealed for 25M doses of Sinovac COVID-19 vaccine". GMA News Online (ingilis). İstifadə tarixi: 2021-01-10.
- Reuters Staff (2020-12-30). "Ukraine signs up for China's Sinovac vaccine, with doses expected soon". Reuters (ingilis). İstifadə tarixi: 2020-12-30.
- "Government announces latest development of COVID-19 vaccine procurement" 11 dekabr 2020 at the Wayback Machine (Hong Kong Government Press Releases, December 12, 2020)
- https://www.sozcu.com.tr/2020/gundem/bakan-kocadan-corona-asisi-aciklamasi-6142752/ (#bare_url_missing_title).
- https://www.dailysabah.com/turkey/turkey-to-initially-vaccinate-25-million-against-coronavirus/news (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored); (#parameter_ignored)
- https://www.hurriyet.com.tr/gundem/son-dakika-gelismesi-cin-asisi-turkiyeye-geldi-koronavirusle-mucadelede-donum-noktasi-41701748 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored)
- https://www.aa.com.tr/tr/koronavirus/turkiye-ilac-ve-tibbi-cihaz-kurumu-coronavac-asisi-icin-acil-kullanim-onayi-verdi/2108869 (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored)
- https://www.hurriyet.com.tr/gundem/son-dakika-haberi-asilama-yarin-basliyor-bakan-koca-ve-bilim-kurulu-uyeleri-koronavirus-asisi-oldu-41713985 (#bare_url_missing_title). (#parameter_ignored)
- https://www.ntv.com.tr/turkiye/son-dakika-haberi-cumhurbaskani-erdogan-asioldu,yq7sSeJJzkK7XSeEqSyvwQ (#bare_url_missing_title). (#parameter_ignored); (#parameter_ignored)
- Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayacaq
- ↑ “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında
- Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
- Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
- Koronavirusla Mübarizəyə Dəstək Fondundan vaksinlərin alınmasına xərclənən vəsait açıqlandı
Həmçinin bax
Xarici keçidlər
- Clinical Research Protocol for CoronaVac Phase III Trials in Brazil (ing.)
- Clinical Research Protocol for CoronaVac Phase III Trials in Chile (ing.)