İlhamə Quliyeva
İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstanın xalq artisti (2008).
İlhamə Quliyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | İlhamə Məzahir qızı Quliyeva |
Ləqəbləri | Primadonna,Türk sənət kraliçasi |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1965–2016 |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | Dağıstanın xalq artisti |
Həyatı
İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir.
Valideynləri
Atası: İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur.
Anası: Görkəmli Azərbaycan müğənnisi Azərbaycan Respublikasının xalq artisti Tükəzban İsmayılova.
Ailə həyatı
İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o hətta həyat yoldaşının soyadını — Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub, lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub yenidən Quliyeva soyadına qayıdıb.
İlqar Nəzərov adlı bir oğul övladı var idi.
Diskoqrafiyası
- Ilhame Quliyeva — Anam mehribanım Azərbaycanım — musiqi: Oqtay Rəcəbov, sözləri: A. Babayev
- Ilhame Quliyeva — Azərbaycan — musiqi: ?
- İlhamə Quliyeva — Toy mahnısı — musiqi: Fikrət Əmirov
- İlhamə Quliyeva — Gülür ellər — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
- İlhamə Quliyeva — Göygöl — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
- İlhamə Quliyeva — De, görüm, neyləmişəm — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
- İlhamə Quliyeva — Gülərəm gülsən — musiqi: Fikrət Əmirov, sözləri: Məmməd Səid Ordubadi
- İlhamə Quliyeva — Mən səni araram — musiqi: Fikrət Əmirov, sözləri: Tələt Əyyubov
- İlhamə Quliyeva — Tarla Qızları — musiqi: Oqtay Kazımov, sözləri: Həmid Abbasov
- İlhamə Quliyeva — Bir xumar baxışla — musiqi: Ramiz Mirişli, sözləri: İslam Səfərli
- İlhamə Quliyeva — Nəğməkar qız — musiqi: Ramiz Mirişli, sözləri: İsgəndər Coşqun
- İlhamə Quliyeva — Çiçək yağışı — musiqi: Emin Sabitoğlu
- İlhamə Quliyeva — Ağ çiçəyim — musiqi: Elza Seyidcahan, sözləri: Cığatel https://www.youtube.com/watch?v=zn0_pFHhwc0
Filmoqrafiya
- Toyda görüş (film, 1970)
- Mahnı qanadlarında (film, 1972)
- Göy göl (film, 1973)
- Payız melodiyaları (film, 1974)
- Oxuyan ürəkdir (film, 2003)
- Adam ol! (film, 2005) (tammetrajlı bədii film) filmin direktoru, rol: Leyli
- Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider TV)
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
- "Şöhrət" ordeni — 19 avqust 2002
- "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 2008
- "Şərəf" ordeni — 17 avqust 2013
İstinadlar
- İlhamə Quliyevanın ölümü ilə bağlı nekroloq imzalandı
- Nekroloq. azertag.az, 25.02.2016 (azərb.)
- İlhamə Quliyeva vəfat etdi
- İlhamə Quliyevanın təltif sənədlərində ata adı niyə fərqli olub?
- Atasının kimliyi barədə İ.Quliyevanın Atv-Maqazinə açıqlaması
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
- "Prokurorluqdan İlhamənin ölümü ilə bağlı - Rəsmi açıqlama" (azərb.). Day.Az. 26 февраля 2016. İstifadə tarixi: 26 fevral 2016.
- İlhamə Quliyevaya "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 712 nömrəli Fərmanı. (azərb.)
- İ. M. Quliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 756 nömrəli Fərmanı. (azərb.)
- İ.M. Quliyevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı