Wikipedia
9 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
9 noyabr — Qriqorian təqvimi ilə ilin 313-cü günü (uzun illərdə 314-cü). İlin sonuna 52 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1799 — Brümer təqvimi ilə Respublika elan edilməsinin VIII ili, 18 Brüumer çevrilişi(fr. Coup d'État du 18 brumaire) nəticəsində direktoriya hakimiyyəti ləğv edilərək, başında Napoleon Bonapart durmaqla yeni müvvəqəti hökumət təşkil edilir.
- 1875 — Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk mətbu orqan - "Əkinçi" qəzeti nəşrə başlamışdır.
- 1918 — Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir.
- 1930 — Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlmiş, nasistlər və kommunistlər parlamentə düşə bilməmişlər.
- 1937 — Yaponiya Şanxayı işğal etmişdir.
- 1938 — Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.
- 1953 — Kamboca müstəqilliyini elan etmişdir.
- 1982 — Kənan Evrən Türkiyə prezidenti seçilmişdir.
- 1989 — Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçmişdır.
- 1990 — Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olmuşdur.
- 1991 — Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.
- 1992 — "Avropada adi silahlar haqqında Müqavilə" qüvvəyə minmişdir.
- 1994 — Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırmışlar.
- 2003 — "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olmuşdur.
Doğumlar
- 1818 — İvan Turgenyev — rus yazıçı.
- 1888 — Jan Mone — Avropa Birliyinin ideya müəllifi hesab olunan fransız iqtisadçı.
- 1959 — İradə Tuncay — yazıçı, publisist.
- 1934 — Karl Saqan — amerikalı astronom.
Ölümlər
- 1914 — Səttar xan
- 1973 — Rza Əfqanlı — aktyor.
- 1994 — Bayram Bayramov — azərbaycanlı yazıçı, Azərbaycanın xalq yazıçısı (d. 1918)
Bayramlar və xüsusi günlər
- Ümumdünya Gənclər Günü.
- Azərbaycan Respublikasının [[Dövlət bayrağı günü və bir neçə kəndin işğaldan azad olunması günü