Wikipedia
1859
Qriqori | 1859 MDCCCLIX |
Bəhai | 15 – 16 |
Benqal | 1266 |
Berber | 2809 |
Myanma | 1221 |
Bizans | 7367 – 7368 |
Buddist | 2403 |
Erməni | 1308 ԹՎ ՌՅԸ |
Efiopiya | 1851 – 1852 |
Hicri | 1275 – 1276 |
Hind | |
- Vikram-samvat | 1915 – 1916 |
- Şaka samvat | 1781 – 1782 |
- Kali-yuqa | 4960 – 4961 |
Holosen təqvimi | 11859 |
Yəhudi | 5619 – 5620 |
İran | 1237 – 1238 |
Qibti | 1575 – 1576 |
Koreya | 4192 |
Tailand günəş | 2402 |
Hadisələr
- 5 yanvar - polkovnik Aleksandru İoan Kuzanın Moldaviya hökmdarı seçilməsi
- 15 yanvar - Haiti imperatoru I Fosten hökumət əleyhinə baş verən üsyanlar nəticəsində hakimiyyətdən kənarlaşdırılması. Haiti imperiyasının ləğv edilməsi, Haiti imperiyasının ləğv edilməsi və general Fabr Jeffarın respublika prezidenti seçilməsi.
- 14 fevral - Oreqonun ABŞ-ın 33-cü çtatı olması
- 3 mart - Parisdə Fransa ilə Rusiya imperiyası arasında Fransa, Pyemont və Avstriya arasında baş verəcək müharibədə Rusiyanın neytral mövqe tutması haqqında razılaşmanın imzalanması.
- 25 aprel - Süveyş kanalının çəkilişinə başlanması.
- 29 aprel - Avstriya-İtaliya-Fransa müharibəsinin başlanması.
- 20 may - İtaliyada Montebello yaxınlığında fransız ordusu tərəfindən Avstriya ordusunun məğlub edilməsi.
- 24 iyun - İtaliya və Fransanın birləşmiş qüvvələri ilə Avstriya ordusu arasında Solferino döyüşünün baş verməsi, Avstriya ordusunun məğlubiyyətə uğraması.
- 7 sentyabr - Londonda Biq Ben saatlarının istehsalına başlanması
- 23 oktyabr - ABŞ-da Con Braunun başçılığı ilə üsyan baş verməsi.
- Türkiyədə ilk milli dram teatrının fəaliyyətə başlaması.
- İngiltərənin Afrikanın şərq sahillərində yerləşən Zənzibar sultanlığını öz protektoratlığı elan etməsi.
- Bakıda "Qubernator bağı" adlanan bağın salınması
- Şamaxıda güclü zəlzələnin baş verməsi.
- Şamaxı quberniyasının mərkəzinin Bakı şəhərinə köçürülməsi
- Suraxanıda rus kapitalistləri Kokorev və Qubonin tərəfindən neft emal edən zavodunun inşa edilməsi.
- Şamaxıda və Şuşada ilk kütləvi kitabxanaların təşkil olunması
Doğumlar
- 26 mart - Adolf Qurviç - Alman riyaziyyatçı.
- 22 may - Artur Konan Doyl - görkəmli şotland yazıçısı, Şerlok Holms və Professor Çellencer obrazlarının yaradıcısı (ö. 1930).
- Bayraməli Abbaszadə - azərbaycanlı şair, mollanəsrəddinçi (ö.1926).
- 27 yanvar - II Vilhelm - Almaniya İmperiyasının kayzeri.
- 20 oktyabr - Con Dyui, Amerikalı filosof.
- Ələkbər bəy Qədimbəyov - Mirzə Qədim İrəvaninin oğlu.
- 15 dekabr - Lüdviq Lazar Zamenhof - Polyak göz həkimi , Esperanto dilinin yaradıcısı.
Vəfatlar
- Peter Qustav Lejyon Dirixle
- Vaşinqton İrvinq, tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi (d. 1783).