Zahid Xəlilov küçəsi (Bakı)
Zahid Xəlilov küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid Xəlilovun adını daşıyır.
Zahid Xəlilov küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Rayon | Yasamal |
metro | Elmlər Akademiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Küçə 2014-cü ildə əsaslı təmir olunmuşdur. 2013-cü ildən Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən bağlı olan küçə 2015-ci ilin may ayında açılmışdır.
Yeraltı keçidlər
Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışının inşası Bakı Dövlət Universitetinin yanından sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu keçid həmçinin Zahid Xəlilov küçəsində piyadaların bir tərəfdən o biri tərəfə keçidini də təmin edəcəkdir.
Kəsişdiyi küçələr
Küçə Seyfəddin Dağlı küçəsi ilə kəsişmədən başlayaraq Əbdülvahab Salamzadə küçəsində bitir.
- Ayna Sultanova küçəsi
- Məmməd Rahim küçəsi
- Bəxtiyar Vahabzadə küçəsi
- Şəhriyar küçəsi
- Əbdürrəhim bəy Haqverdiyev küçəsi
- Həsən Məcidov küçəsi
- Akim Abbasov küçəsi
Mühüm ünvanlar
- № ? — Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
- № 23 — Bakı Dövlət Universiteti
- № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu
- № ? — Meqasiti yaşayış kompleksi
- № 57d — adc CENTRE
- № 65 — Bakı şəhəri 53 nömrəli tam orta məktəb
- № 79a — Kürə-Pizza restoranı
- № ? — Shafa studio
- № ? — AZ1141 saylı poçt şöbəsi
- № ? — Lake Palece Hotel
Ədəbiyyat
İstinadlar
- (azərb.). news.lent.az. 15.05.2015. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
- Təbriz Vəfalı (22.04.2015). (azərb.). hafta.az. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
Xarici keçidlər
- Zahid Xəlilov Küçəsi, Bakü, Azerbaycan
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |