Wikipedia
Əhməd Cəmil küçəsi (Bakı)
Əhməd Cəmil küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyır.
Əhməd Cəmil küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Yasamal |
metro | Elmlər Akademiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
2015-ci ilin may ayında təmiri başa çatan Bəxtiyar Vahabzadə küçəsindən sonra ona perpendikulyar Əhməd Cəmil küçəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulmuş, 1 iyun 2015-ci il tarixdən təmirə başlanılmışdır. Küçənin açılışı 2015-ci ilin sentyabrında olmuşdur.
Bu küçədə yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə isə təmir 2015-ci ilin aprel ayında başlamış, sentyabr ayında bitmişdir.
Kəsişdiyi küçələr
Küçə Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən başlayaraq Akim Abbasov küçəsində bitir.
- Lətif İmanov küçəsi
- Şəhriyar küçəsi
- Mehdi Məmmədov küçəsi
- Əbdürrəhim bəy Haqverdiyev küçəsi
- Həsən Məcidov küçəsi
Mühüm ünvanlar
- № 3 — Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
- № ? — 525-ci qəzetin redaksiyası
- № 41A — Azərbaycan İlahiyyat İnstitutu
Ədəbiyyat
İstinadlar
- "Bu küçələrdə təmir işləri yaxın günlərdə yekunlaşacaq" (azərb.). news.lent.az. 20.05.2015. İstifadə tarixi: 2015-06-04.
Xarici keçidlər
- Əhməd Cəmil Küçəsi, Bakü, Azerbaycan
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |