Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (29 dekabr 1709, Kolomenskoye[d] və ya Moskva – 5 yanvar 1762[…], Sankt-Peterburq) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi.
Yelizaveta Petrovna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 dekabr 1709 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 yanvar 1762[…](52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Sülalə | Romanovlar sülaləsi |
Atası | I Pyotr |
Anası | I Yekaterina |
| |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir. Prussiyaya qarşı yürütdüyü sərt siyasətlə və səltənəti dövründə ölüm hökmü çıxarmamaqla tanınmışdır.
Həyatı
İlk illəri
Yelizaveta 29 dekabr 1709 tarixində Rus çarı I Pyotr və onun ikinci xanımı I Yekaterinanın qızı olaraq Moskva yaxınlığındakı Kolomonskaya mülkündə dünyaya gəlmişdir. Anası Yekaterina Alekseyevna I Pyotrun xidmətçilərindən olmuş, dəqiq məlumat olmasa da 23 oktyabr və 1 dekabr 1707 tarixləri arasında Sankt Peterburqdakı bir kilsədə gizlicə çarla evlənmişdir.Yekaterina çar üçün olduqca önəmli idi və buna görə də 9 fevral 1712 tarixində Sankt Peterburqdakı Müqəddəs İsaak kafedralında cütlük rəsmi şəkildə evləndi.
Çar Pyotr və Yekaterina Alekseyevnanın dünyaya gələn 12 övladından (5 oğlan və 7 qız uşağı) yalnız iki qızı — Anna və Yelizaveta yetkinlik yaşlarını görə bildi. Onların hər ikisi 6 mart 1711 tarixində şahzadə və 23 dekabr 1721 tarixində vəliəhd şahzadə elan olundu. Onların yeganə sağ qalan qardaşları isə atasının ilk xanımı olan Evdokiya Fyodorovnadan dünyaya gələn Aleksey Pyotroviç idi.
Atasının ən sevimli qızı idi. Həm fiziki, həm də xarakter baxımından atasına çox bənzəyirdi. Olduqca ağıllı olmasına baxmayaraq atasının sevimlisi olan bu balaca qızcığaz mükəmməl bir təhsil ala bilməmişdi. Çünki atasının artıq bir vəliəhdi və oğul nəvəsi var idi. Buna görə də qızlarından birinin və vaxtsa taxta keçəcəyinə inanmırdı. Bu səbəbdən qızların təhsili ilə heç bir təhsili olmayan anaları Yekaterina Alekseyevna məşğul olurdu. Yelizavetanın fransız dayəsi var idi və ona italyan, alman və fransız dillərini öyrətmişdi. Uşaqlığından bəri olduqca gözəl bir qız olan Yelizavetanın xarici görünüşü ilə bağlı ilk məlumat İngilis elçisinin qeydlərində yer alır:
Açıq qəhvə rəngli saçları, iri mavi gözləri, gözəl və parlaq dişləri var. Nisbətən kök olsa da, sarayda gördüyüm ən kübar və ən yaxşı rəqs edən xanımdır. Almanca, italyanca və fransızca danışır, son dərəcədə xoş xasiyyətlidir. |
Evlilik planları və şəxsi həyatı
I Pyotr səltənəti illərində imperiyanı Avropalaşdırmış, bu səbəblə öz qızlarını saray ənənələrinə zidd olaraq Avropanın kral sülalələrinə ərə vermək istəyirdi. Pyotrun yeganə oğlu olan Aleksey Pyotroviç zadəgan bir ailənın qızı olan Evdokiya Fyodorovnadan dünyaya gəlmişdi və bu evliliyin qarşısında heç bir maneə olmamışdı. Buna baxmayaraq Pyotr əvvəlllər xadimə olan bir qadınla evlənmiş və dünyaya gələn qızlarını da zadəganlarla evləndirmək istəyirdi. Ancaq Fransaya səfəri əsnasında qızlarından birini vəliəhd Lüdovikə təqdim etmiş, ancaq bu təklif Burbonlar tərəfindən olduqca istehza ilə qarşılanaraq qəbul edilməmişdi. Qısa zamanda gələn rədd cavabının səbəbi isə qızların anasının bir zadəgan olmaması idi.
1724-cü ildə Pyotr hər iki qızını iki gənc şahzadə ilə nişanladı. Bu gənclər Şimali Almaniyada vaxtilə hakim olan Qolşteyn-Şlezviq ailəsinə mənsub idilər. Çarın böyük qızı Anna Petrovna Qolşteyn-Şlezviq hersoqu Çarlz Frederik ilə nişanlandı. Çarlz Frederik dayısının İsveç kralı seçilməsinin ardından üsyan başlatdı və məğlub olaraq Pyotrun dəvəti ilə Rusiya torpaqlarına qaçaraq burada sürgündə yaşadı. Bütün bunlara baxmayaraq bu gənc zadəgan ailəsində doğulmuşdu və valideynlərinin hər ikisi kral ailələri ilə qohum idi. Bir müddət sonra çarın kiçik qızı Yelizaveta da hersoqun yaxın qohumu olan Çarlz Avqust ilə nişanlandı.Anna Petrovnanın nikah mərasimi planlandığı kimi 1725-ci ildə baş tutdu. Ancaq Pyotr nikahdan bir neçə həftə öncə vəfat etdi. Yelizavetanın toy planları isə baş tutmadı. Çünki nişanlısı 31 may 1727 tarixində toy mərasimi baş tutmadan vəfat etdi. Bədbəxtlikdən Yelizavetanın anası İmperatriça Yekaterina da nişanlısından sadəcə iki həftə öncə 17 may günü anidən vəfat etdi.
1727-ci ilin yayında Yelizaveta artıq həm valideynlərini, həm də nişanlısını itirmişdi. Bundan başqa vəfat edən ögey qardaşının oğlu və ailənin yeganə kişi nümayəndəsi olan II Pyotr taxta keçmişdi. Buna görə də gənc Yelizavetanın evlənmə planları təxirə salındı. II Pyotrun 3 il sonra vəfat etməsi və ailənin ən böyük üzvü kimi əmisi V İvanın böyük qızı Anna İvanovnanın taxta keçməsi də Yelizavetaya sərf etmədi. Çünki artıq Yelizaveta gözdən düşmüş və taxtdan uzaqlaşmışdı. Artıq onunla evlənmək istəyən heç kəs yox idi. Gözəlliyi isə artıq heç bir önəm daşımır, hətta İmperatriça Anna tərəfindən qəzəblə qarşılanırdı.
Bu illər ərzində Yelizaveta saray əhalisi arasında bəzi şəxslərlə münasibət qurmuş, bunlardan ilki isə gənc bir qvardiyaçı olan Aleksis Şubin olmuşdur. Ancaq bu münasibət çox çəkmədi və İmperatriça Anna gənc qvardiyaçınını dilini kəsərək Sibirə sürgün etdi. Bu sevgililərdən yalnız biri — Aleksey Razimovski ömrünü davam etdirmişdir. Bəzi mənbələrdə Yelizaveta ilə bu gəncin gizlicə nikah bağladığı da göstərilir. Çünki gələcək illərdə Razimovski sarayda "Gecə imperatoru" olaraq tanınmış, hətta 1756-cı ildə marşal təyin edilmişdi. Ukraynadan gətirilən gənc və yaraşıqlı bir kəndli olan Razimovski Sankt Peterburqdakı kilsə xorunda oxuyurdu. Səsini bəyənən Yelizaveta isə onu saraya dəvət edərək öz xor orkestrına almışdı. Bu andan etibarən cütlük arasında güclü bir sevgi münasibəti olmuş, ancaq bu münasibət sadəcə saray şayəsi olaraq qalmışdır.
Naməlum illər
Aleksandr Menşikovun iqtidarda söz sahibi olduğu illər boyunca (1727-ci ilin sentyabrınadək) Yelizavetanın gənc və təcrübəsiz qardaşı oğlu II Pyotr ona qarşı mərhəmətli oldu. Qədim bir boyar ailəsi olan Dolqorukovlar isə Menşikovun yürütdüyü siyasətə qarşı çıxırdı.II Pyotrun bu ailəyə bağlılığı isə Aleksandr Menşikovun sonunu hazırladı. Nəticədə Aleksandr Menşikov vəzifədən alındı. Bütün mal-mülkü əlindən alınaraq ailəsi ilə birlikdə Sibirə sürgün edildi və burada 1729-cu ilin noyabrında vəfat etdi.Böyük Pyotra nifrət bəsləyən Dolqorukovların ilk işi isə onun qızını saraydan sürgün etmək oldu.
İmperatriça Annanın ölümündən sonra taxta V İvanın nəvəsi VI İvan çıxardılmış, ancaq körpə imperatorun yerinə imperiya onun anası Anna Leopoldovna tərəfindən idarə edilmişdir. Bu illərdə I Pyotrun qızı olaraq Yelizaveta saray mühafizəçiləri arasında nüfuz qazanmışdı. Ancaq naibə Anna Leopoldovnanın hakimiyyəti yüksək vergi və iqtisadi problemlərlə ön plana çıxmışdı. Hətta Anna Leopoldovnanın Fransaya qarşı yürütdüyü sərt tədbirlər səbəbilə Sankt Peterburqdakı Fransız səfirinin tərtibatı ilə naibənin əleyhinə bir saray çevrilişi də hazırlanmışdı.
Hakimiyyəti
Hakimiyyətə gəlişi
Nəhayət 25 noyabr 1741 tarixində gecə yarısı saray mühafizəçiləri hərəkətə keçdi. Dəmir zireh geyinən və yaxasına gümüş xaç taxan Yelizaveta saray mühafizəçilərinin qərargahına gələrək onlara səsləndi:
Kimə qulluq etmək istəyirsiz: doğuşdan sizin hökmdarınız olan mənə mi, yoxsa mənim taxtıma göz dikənlərə mi ? |
Ardından mühafizə alayı Qış sarayına yürüdü və körpə imperatorla valideynlərini ələ keçirərək həbs etdirdi. Qan tökülmədən taxta keçən Yelizaveta o gecə and içərək səltənəti boyunca ölüm hökmü verməyəcəyinə söz verdi və bu sözünün üzərində ölümünədək dayandı.
33 yaşında nisbətən az təcrübə ilə taxta keçən Yelizaveta Petrovna imperiyanın ən çətin illərində hakimiyyətə gəlmişdi. İmperatriça olaraq elan edilərkən əvvəlki hökmdarların Rusiyanı fəlakətə sürüklədiyini də bildirmişdi. İlk iş olaraq dövlət idarəsindəki alman əsilli bir çox dövlət adamını vəzifədən alaraq sürgünə yolladı. 25 aprel 1742 tarixində isə tacqoyma mərasimi baş tutdu. Bu münasibətlə möhtəşəm şənliklər tərtib edildi və əfv elan olundu.
Hakimiyyət illəri
Bestuzev hadisəsi
Yelizaveta İmperatriça Annanın himayəsində fəaliyyət göstərən hökumət sistemini ləğv etdi və atasının səltənətində olduğu kimi senat quruldu. Bunun ardından İsveçlə davam edən müharibəni bitirmək üçün tərəflər 23 yanvar 1743 tarixində Turku şəhərində görüşdülər. 7 avqust 1743 tarixində imzalanan Abo sülhü ilə cənubi Finlandiya torpaqları və cənubi Danimarkadakı bir çox qala Rusiyaya verildi.
Bu sülh müqaviləsi ilə qazanılan qələbədə yeni baş nazir Aleksey Bestuzev-Ruminin rolu böyük oldu. Taxta çıxdıqdan dərhal sonra xarici əlaqələr üzrə müşavir təyin olunan Aleksey Bestuzev-Rumin senatda Fransa-Prusiya ittifaqı əleyhinə çıxışları ilə məşhurlaşdı. Bununla yanaşı o illərdə Rusiya üçün ən doğru siyasət olan İngiltərə-Avstriya-Rusiya ittifaqını dəstəkləyirdi. Buna görə də tez-tez XV Lüdoviq və Böyük Fridrixin tərtiblədiyi sui-qəsdlərə məruz qalırdı.
Yelizavetanın dəstəyi ilə baş nazir qısa zamanda bir çox uğura imza atdı. Onun qüsursuz siyasəti və 30 minlik ordunu Reyn sahillərinə göndərməsi nəticəsində Avstriya vərasət müharibəsini (1740–1748) bitirən Aaxen sülhünü sürətləndirdi. Nəticədə A. B. Rumin İsveçlə olan münaqişəyə son qoydu, imperatriça ilə Vyana və London sarayını barışdırdı. Yelizavetanın dəstəyi olmadan baş nazirin bütün bunları həyata keçirməsi demək olar ki, mümkün deyildi.
Bütün bunlara baxmayaraq 14 fevral 1758 tarixində Aleksey Bestuzev-Rumin vəzifədən alındı. Gələcəkdə II Yekaterina olaraq taxta çıxan Yekaterina Alekseyevna hadisələri aşağıdakı kimi qeyd edir:
Bütün mükafatlarından və rütbələrindən azad edilən baş nazir könülsüz də olsa, vəzifədən alındı. Hətta sarayda gəzən şayələrə görə, istehfa vərəqini işgəncə ilə imzalayıb. |
Yeddiillik müharibə
Yelizaveta səltənətinin digər mühüm məsələsi isə Yeddiillik müharibə oldu. 16 yanvar 1756 tarixində bağlanan Vestminster müqaviləsi ilə Yelizaveta İngiltərə və Rusiya arasında bağlanan bütün müqavilələri ləğv etdi. II Fridrixə olan şəxsi nifrəti səbəbilə Prussiyaya qarşı cəbhə alan Yelizaveta imperiya üçün təhlükəyə çevrilən bu məsələni aradan qaldırmaq istəyirdi. Yelizaveta (Versal sülhü) bağlayaraq Fransa və Avstriya ilə Prussiya əleyhinə ittifaq qurdu. Plana əsasən 17 may 1757 tarixində 85 minlik rus ordusu Köniqsberqə yürüdü.
Nə Çarski Seloda imperatriçanın ürəkgetməsi (19 sentyabr 1757) ilə başlayan ağır xəstəliyi, nə Bestuzevin vəzifədən gedişi, nə də Sankt-Peterburqda xarici qüvvələrin yaratdığı intriqalar rus ordusunun qələbəsinə (12 avqust 1759) mane ola bildi.
Digər tərəfdən 1759-cu ilin sonundan 1761-ci ilədək davam edən Rusiya müqaviməti bölgədəki anti-Prussiya qüvvələrini gücləndirdi. İmperiyanın gələcəyi üçün Yelizaveta ən doğrusunu düşünmüşdü. O, başından bəri iddia edirdi ki, Prussiya kralını əbədi olaraq zəiflətmək üçün onun kral taxtını rütbəcə aşağı salmaq lazımdır.II Fridrix onu gözləyən təhlükəni başa düşürdü. 1760-cı ilin əvvəllərində yazırdı; "Bütün mənbələrimin sonundayam. Bu müharibəni davam etməsi mənim üçün çöküş olacaq. İyul ayınadək davam etsək, bizi böyük bir fəlakət gözləyir." 21 may 1760 tarixində Rusiya və Avstriya arasında yeni bir müqavilə imzalandı ancaq bu müqavilənin bir bəndi Versal sarayına bildirilmədi. Müharibə təzminatı olaraq Rusiya şərqi Prussiya torpaqlarını almağı təmin etdi.
Vəliəhd seçimi
Subay və uşaqsız olan Yelizaveta Romanov sülaləsinin davamı üçün öz varisini seçməli oldu. Bu varis isə bacısı oğlu Pyotr Fyodoroviç idi. Ancaq vaxtilə taxtdan endirdiyi və təxminən 20 ildir həbsdə saxlanılan VI İvanı yaddan çıxarmamışdı. VI İvanın çevrilişlə hər an taxta çıxma ehtimalı səbəbilə sərt tədbirlər aldı. Hər hansı bir cəhd olduğu halda dərhal qətlə ytirilməsi haqqında əmr verdi. Bu əmr II Yekaterina səltənətində reallaşdı və VI İvan gizlicə öldürülərək qalanın içinə dəfn olundu.
Gənc Pyotr 3 aylıq olanda anasını, 11 yaşında isə atasını itirdi. Bu səbəblə xalası tərəfindən Sankt Peterburqa gətirildi və burada Pravoslav kilsəsinə qəbul edilərək 7 noyabr 1742 tarixində rəsmi vəliəhd elan olundu. Xüsusi müəllimlərlə rus və pravoslav təlimi aldı. Sülalənin davamını təmin edən Yelizaveta bu dəfə də varisinin övladı olması üçün fəaliyyətə başladı. Vaxtilə vəfat edən nişanlısı Çarlz Avqustun bacısı qızı gənc Sofiyanı öz vəliəhdinə xanım seçdi. Rus-pravoslav kilsəsinə qəbul edilən Sofiyaya öz anasının şərəfinə Yekaterina adını verdi. Vəliəhdlə gənc Yekaterina Alekseyevnanın toy mərasimi 21 avqust 1745 tarixində baş tutdu. 9 il sonra, yəni 20 sentyabr 1754 tarixində gələcəkdə I Pavel olaraq taxta oturan Pavel Pyotroviç dünyaya gəldi.
Pavel Pyotroviçin əsl atasının kim olduğu haqqında bir çox şayələr var. Hətta bəzi mənbələrə görə, onun atası gənc bir əsgər olan Sergey Saltıkov idi və bundan Yelizaveta Petrovnanın da xəbəri olmuşdu. Ancaq vəliəhd Pyotr bunları qəbul etmədi. Şayələri qəbul etməsə də, övladına yaxın bir ata da olmamışdı. Yelizaveta doğuşda iştirak edən qadınlardan birinə uşağı ilk olaraq ona gətirməsi üçün əmr vermişdi. Saraydan uzaqlaşdırdığı uşağı anasına belə göstərmədi. Yekaterina Alekseyevna övladını bir neçə ay sonra kilsədə keçirilən mərasimdə görmüşdü. Yalnız 6 ay sonra övladı ilə görüşməsinə icazə verilmişdi. Yelizaveta Petrovnaya görə, bu uşaq atası Böyük Pyotrun nəticəsi və imperiyanın yeganə ümidi olaraq mükəmməl şəkildə yetişdirilməli idi.
Ölümü
1750-ci illərin sonlarında imperatriçanın səhhəti pozulmağa başladı. Kəskin baş ağrılarından şikayətlənən Yelizaveta Petrovna bir müddət sonra dərman qəbul etməyi də rədd etdi. Onun qəbulunda ölüm sözünün deyilməsini qadağan etdi. Artıq ölüm döşəyində olduğunu bilən Yelizaveta son gücünü topladı və şəxsi rahibi ilə günah çıxardı. Ardından son ibadətini etdi və vəliəhdi Pyotr, xanımı Yekaterina və dövlət adamlarından Aleksey Razimovski və qardaşı Kril Razimovskini yanına çağıraraq vidalaşdı. Nəhayət, 5 yanvar 1762 tarixində imperatriça vəfat etdi. Ancaq dövlət adamlarından və əhalidən 6 həftə boyunca gizlədilən bu ölüm 3 fevral 1762 tarixində Sankt Peterburqda elan olundu və elə həmin gün Pyotr və Pavel kafedralında dəfn olundu.
Mükafatları
- Müqəddəs Andrey Pervozvannı ordeni
- Müqəddəs Yekaterina ordeni
- (Polşa)
- (Prussiya)
İstinadlar
- Elizabeth // Encyclopædia Britannica (ing.).
- Elisabet (швед.). SLS.
- Elisabeth Petrowna // Brockhauz Ensiklopediyası (alm.).
- Elisabet I de Rússia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Catalog of the German National Library (alm.).
- Елизавета Петровна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Lundy D. R. Elizabeta Petrovna Romanov, Tsarina of Russia // The Peerage (ing.).
- Russian Tsars by Boris Antonov, p.105.
- Russian Tsars by Boris Antonov, p.104.
- Elizabeth and Catherine by Robert Coughlan, p.46.
- Elizabeth and Catherine by Robert Coughlan, p.50.
- Elizabeth and Catherine by Robert Coughlan, p.23.
- Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 page 66.
- Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 pages 66–67
- Elizabeth and Catherine, p.50.
- Elizabeth and Catherine by Robert Coughlan, p.58.
- Elizabeth and Catherine by Robert Coughlan, p.59.
- Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 page 67
- Elizabeth and Catherine by Robert Coughlan, p.52.
- Chisholm 1911.
- Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 pages 67–68.
- The Russian Tsars by Boris Antonov, p.105.
- Russian Tsars by Boris Antonov, p.106.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yelizaveta Petrovna rus Elizave ta Petro vna 29 dekabr 1709 Kolomenskoye d ve ya Moskva 5 yanvar 1762 Sankt Peterburq 1741 ci ilden olumunedek Rusiya imperiyasinin imperatricasi olmusdur XVIII esrin iki boyuk Avropa muharibesi zamani olkeni idare etdi Avstriya veraset muharibesi 1740 1748 ve Yeddiillik muharibe 1756 1763 Olumu esnasinda imperiya 16 200 000 km2 ehate edirdi Yelizaveta PetrovnaSexsi melumatlarDogum tarixi 29 dekabr 1709 1709 12 29 Dogum yeri Kolomenskoye d ve yaMoskva Moskva quberniyasi d Car RusiyasiVefat tarixi 5 yanvar 1762 1762 01 05 52 yasinda Vefat yeri Sankt Peterburq Rusiya imperiyasiDefn yeri Pyotr ve Pavel kafedraliSulale Romanovlar sulalesiAtasi I PyotrAnasi I YekaterinaMonoqramImzasi Vikianbarda elaqeli mediafayllar Yurutduyu daxili siyaset neticesinde zadeganlar hakimiyyetde soz sahibi oldular Mixail Lomonosovun Moskva Universitetini ve Ivan Suvalovun Sankt Peterburqdaki Incesenet Akademiyasini qurmaqda himayedarliq etdi Eyni zamanda en sevimli memari olan F B Rastrellinin xususile Peterhofda insa etdiyi barokko uslubundaki eserleri maliyyelesdirdi Sankt Peterburqdaki Qis sarayi ve Smolni kafedrali onun seltenetinin esas memarliq eserleridir Prussiyaya qarsi yurutduyu sert siyasetle ve selteneti dovrunde olum hokmu cixarmamaqla taninmisdir HeyatiSahzade Yelizavetanin Ilahe Venera olaraq resm olundugu portret Peterhof Sarayi 1710 cu illerIlk illeri Yelizaveta 29 dekabr 1709 tarixinde Rus cari I Pyotr ve onun ikinci xanimi I Yekaterinanin qizi olaraq Moskva yaxinligindaki Kolomonskaya mulkunde dunyaya gelmisdir Anasi Yekaterina Alekseyevna I Pyotrun xidmetcilerinden olmus deqiq melumat olmasa da 23 oktyabr ve 1 dekabr 1707 tarixleri arasinda Sankt Peterburqdaki bir kilsede gizlice carla evlenmisdir Yekaterina car ucun olduqca onemli idi ve buna gore de 9 fevral 1712 tarixinde Sankt Peterburqdaki Muqeddes Isaak kafedralinda cutluk resmi sekilde evlendi Car Pyotr ve Yekaterina Alekseyevnanin dunyaya gelen 12 ovladindan 5 oglan ve 7 qiz usagi yalniz iki qizi Anna ve Yelizaveta yetkinlik yaslarini gore bildi Onlarin her ikisi 6 mart 1711 tarixinde sahzade ve 23 dekabr 1721 tarixinde veliehd sahzade elan olundu Onlarin yegane sag qalan qardaslari ise atasinin ilk xanimi olan Evdokiya Fyodorovnadan dunyaya gelen Aleksey Pyotrovic idi Atasinin en sevimli qizi idi Hem fiziki hem de xarakter baximindan atasina cox benzeyirdi Olduqca agilli olmasina baxmayaraq atasinin sevimlisi olan bu balaca qizcigaz mukemmel bir tehsil ala bilmemisdi Cunki atasinin artiq bir veliehdi ve ogul nevesi var idi Buna gore de qizlarindan birinin ve vaxtsa taxta kececeyine inanmirdi Bu sebebden qizlarin tehsili ile hec bir tehsili olmayan analari Yekaterina Alekseyevna mesgul olurdu Yelizavetanin fransiz dayesi var idi ve ona italyan alman ve fransiz dillerini oyretmisdi Usaqligindan beri olduqca gozel bir qiz olan Yelizavetanin xarici gorunusu ile bagli ilk melumat Ingilis elcisinin qeydlerinde yer alir Aciq qehve rengli saclari iri mavi gozleri gozel ve parlaq disleri var Nisbeten kok olsa da sarayda gorduyum en kubar ve en yaxsi reqs eden xanimdir Almanca italyanca ve fransizca danisir son derecede xos xasiyyetlidir Evlilik planlari ve sexsi heyati Sahzade Yelizaveta Ivan Nikitin 1720 ci iller I Pyotr selteneti illerinde imperiyani Avropalasdirmis bu sebeble oz qizlarini saray enenelerine zidd olaraq Avropanin kral sulalelerine ere vermek isteyirdi Pyotrun yegane oglu olan Aleksey Pyotrovic zadegan bir ailenin qizi olan Evdokiya Fyodorovnadan dunyaya gelmisdi ve bu evliliyin qarsisinda hec bir manee olmamisdi Buna baxmayaraq Pyotr evvelller xadime olan bir qadinla evlenmis ve dunyaya gelen qizlarini da zadeganlarla evlendirmek isteyirdi Ancaq Fransaya seferi esnasinda qizlarindan birini veliehd Ludovike teqdim etmis ancaq bu teklif Burbonlar terefinden olduqca istehza ile qarsilanaraq qebul edilmemisdi Qisa zamanda gelen redd cavabinin sebebi ise qizlarin anasinin bir zadegan olmamasi idi 1724 cu ilde Pyotr her iki qizini iki genc sahzade ile nisanladi Bu gencler Simali Almaniyada vaxtile hakim olan Qolsteyn Slezviq ailesine mensub idiler Carin boyuk qizi Anna Petrovna Qolsteyn Slezviq hersoqu Carlz Frederik ile nisanlandi Carlz Frederik dayisinin Isvec krali secilmesinin ardindan usyan baslatdi ve meglub olaraq Pyotrun deveti ile Rusiya torpaqlarina qacaraq burada surgunde yasadi Butun bunlara baxmayaraq bu genc zadegan ailesinde dogulmusdu ve valideynlerinin her ikisi kral aileleri ile qohum idi Bir muddet sonra carin kicik qizi Yelizaveta da hersoqun yaxin qohumu olan Carlz Avqust ile nisanlandi Anna Petrovnanin nikah merasimi planlandigi kimi 1725 ci ilde bas tutdu Ancaq Pyotr nikahdan bir nece hefte once vefat etdi Yelizavetanin toy planlari ise bas tutmadi Cunki nisanlisi 31 may 1727 tarixinde toy merasimi bas tutmadan vefat etdi Bedbextlikden Yelizavetanin anasi Imperatrica Yekaterina da nisanlisindan sadece iki hefte once 17 may gunu aniden vefat etdi 1727 ci ilin yayinda Yelizaveta artiq hem valideynlerini hem de nisanlisini itirmisdi Bundan basqa vefat eden ogey qardasinin oglu ve ailenin yegane kisi numayendesi olan II Pyotr taxta kecmisdi Buna gore de genc Yelizavetanin evlenme planlari texire salindi II Pyotrun 3 il sonra vefat etmesi ve ailenin en boyuk uzvu kimi emisi V Ivanin boyuk qizi Anna Ivanovnanin taxta kecmesi de Yelizavetaya serf etmedi Cunki artiq Yelizaveta gozden dusmus ve taxtdan uzaqlasmisdi Artiq onunla evlenmek isteyen hec kes yox idi Gozelliyi ise artiq hec bir onem dasimir hetta Imperatrica Anna terefinden qezeble qarsilanirdi Bu iller erzinde Yelizaveta saray ehalisi arasinda bezi sexslerle munasibet qurmus bunlardan ilki ise genc bir qvardiyaci olan Aleksis Subin olmusdur Ancaq bu munasibet cox cekmedi ve Imperatrica Anna genc qvardiyacinini dilini keserek Sibire surgun etdi Bu sevgililerden yalniz biri Aleksey Razimovski omrunu davam etdirmisdir Bezi menbelerde Yelizaveta ile bu gencin gizlice nikah bagladigi da gosterilir Cunki gelecek illerde Razimovski sarayda Gece imperatoru olaraq taninmis hetta 1756 ci ilde marsal teyin edilmisdi Ukraynadan getirilen genc ve yarasiqli bir kendli olan Razimovski Sankt Peterburqdaki kilse xorunda oxuyurdu Sesini beyenen Yelizaveta ise onu saraya devet ederek oz xor orkestrina almisdi Bu andan etibaren cutluk arasinda guclu bir sevgi munasibeti olmus ancaq bu munasibet sadece saray sayesi olaraq qalmisdir Namelum iller Aleksandr Mensikovun iqtidarda soz sahibi oldugu iller boyunca 1727 ci ilin sentyabrinadek Yelizavetanin genc ve tecrubesiz qardasi oglu II Pyotr ona qarsi merhemetli oldu Qedim bir boyar ailesi olan Dolqorukovlar ise Mensikovun yurutduyu siyasete qarsi cixirdi II Pyotrun bu aileye bagliligi ise Aleksandr Mensikovun sonunu hazirladi Neticede Aleksandr Mensikov vezifeden alindi Butun mal mulku elinden alinaraq ailesi ile birlikde Sibire surgun edildi ve burada 1729 cu ilin noyabrinda vefat etdi Boyuk Pyotra nifret besleyen Dolqorukovlarin ilk isi ise onun qizini saraydan surgun etmek oldu Imperatrica Annanin olumunden sonra taxta V Ivanin nevesi VI Ivan cixardilmis ancaq korpe imperatorun yerine imperiya onun anasi Anna Leopoldovna terefinden idare edilmisdir Bu illerde I Pyotrun qizi olaraq Yelizaveta saray muhafizecileri arasinda nufuz qazanmisdi Ancaq naibe Anna Leopoldovnanin hakimiyyeti yuksek vergi ve iqtisadi problemlerle on plana cixmisdi Hetta Anna Leopoldovnanin Fransaya qarsi yurutduyu sert tedbirler sebebile Sankt Peterburqdaki Fransiz sefirinin tertibati ile naibenin eleyhine bir saray cevrilisi de hazirlanmisdi Imperatrica Yelizavetanin tacqoyma merasimi Moskva 1742HakimiyyetiImperatrica Yelizaveta Petrovnanin portreti Hakimiyyete gelisi Nehayet 25 noyabr 1741 tarixinde gece yarisi saray muhafizecileri herekete kecdi Demir zireh geyinen ve yaxasina gumus xac taxan Yelizaveta saray muhafizecilerinin qerargahina gelerek onlara seslendi Kime qulluq etmek isteyirsiz dogusdan sizin hokmdariniz olan mene mi yoxsa menim taxtima goz dikenlere mi Ardindan muhafize alayi Qis sarayina yurudu ve korpe imperatorla valideynlerini ele kecirerek hebs etdirdi Qan tokulmeden taxta kecen Yelizaveta o gece and icerek selteneti boyunca olum hokmu vermeyeceyine soz verdi ve bu sozunun uzerinde olumunedek dayandi 33 yasinda nisbeten az tecrube ile taxta kecen Yelizaveta Petrovna imperiyanin en cetin illerinde hakimiyyete gelmisdi Imperatrica olaraq elan edilerken evvelki hokmdarlarin Rusiyani felakete suruklediyini de bildirmisdi Ilk is olaraq dovlet idaresindeki alman esilli bir cox dovlet adamini vezifeden alaraq surgune yolladi 25 aprel 1742 tarixinde ise tacqoyma merasimi bas tutdu Bu munasibetle mohtesem senlikler tertib edildi ve efv elan olundu Hakimiyyet illeri Bestuzev hadisesi Yelizaveta Imperatrica Annanin himayesinde fealiyyet gosteren hokumet sistemini legv etdi ve atasinin seltenetinde oldugu kimi senat quruldu Bunun ardindan Isvecle davam eden muharibeni bitirmek ucun terefler 23 yanvar 1743 tarixinde Turku seherinde gorusduler 7 avqust 1743 tarixinde imzalanan Abo sulhu ile cenubi Finlandiya torpaqlari ve cenubi Danimarkadaki bir cox qala Rusiyaya verildi Imperatrica Yelizavetanin Sankt Peterburq kucelerindeki gezintisi Bu sulh muqavilesi ile qazanilan qelebede yeni bas nazir Aleksey Bestuzev Ruminin rolu boyuk oldu Taxta cixdiqdan derhal sonra xarici elaqeler uzre musavir teyin olunan Aleksey Bestuzev Rumin senatda Fransa Prusiya ittifaqi eleyhine cixislari ile meshurlasdi Bununla yanasi o illerde Rusiya ucun en dogru siyaset olan Ingiltere Avstriya Rusiya ittifaqini destekleyirdi Buna gore de tez tez XV Ludoviq ve Boyuk Fridrixin tertiblediyi sui qesdlere meruz qalirdi Yelizavetanin desteyi ile bas nazir qisa zamanda bir cox ugura imza atdi Onun qusursuz siyaseti ve 30 minlik ordunu Reyn sahillerine gondermesi neticesinde Avstriya veraset muharibesini 1740 1748 bitiren Aaxen sulhunu suretlendirdi Neticede A B Rumin Isvecle olan munaqiseye son qoydu imperatrica ile Vyana ve London sarayini barisdirdi Yelizavetanin desteyi olmadan bas nazirin butun bunlari heyata kecirmesi demek olar ki mumkun deyildi Butun bunlara baxmayaraq 14 fevral 1758 tarixinde Aleksey Bestuzev Rumin vezifeden alindi Gelecekde II Yekaterina olaraq taxta cixan Yekaterina Alekseyevna hadiseleri asagidaki kimi qeyd edir Butun mukafatlarindan ve rutbelerinden azad edilen bas nazir konulsuz de olsa vezifeden alindi Hetta sarayda gezen sayelere gore istehfa vereqini isgence ile imzalayib Imperatrica Yelizaveta Petrovna at belinde 1743Yeddiillik muharibe Esas meqale Yeddiillik muharibe Yelizaveta seltenetinin diger muhum meselesi ise Yeddiillik muharibe oldu 16 yanvar 1756 tarixinde baglanan Vestminster muqavilesi ile Yelizaveta Ingiltere ve Rusiya arasinda baglanan butun muqavileleri legv etdi II Fridrixe olan sexsi nifreti sebebile Prussiyaya qarsi cebhe alan Yelizaveta imperiya ucun tehlukeye cevrilen bu meseleni aradan qaldirmaq isteyirdi Yelizaveta Versal sulhu baglayaraq Fransa ve Avstriya ile Prussiya eleyhine ittifaq qurdu Plana esasen 17 may 1757 tarixinde 85 minlik rus ordusu Koniqsberqe yurudu Ne Carski Seloda imperatricanin urekgetmesi 19 sentyabr 1757 ile baslayan agir xesteliyi ne Bestuzevin vezifeden gedisi ne de Sankt Peterburqda xarici quvvelerin yaratdigi intriqalar rus ordusunun qelebesine 12 avqust 1759 mane ola bildi Diger terefden 1759 cu ilin sonundan 1761 ci iledek davam eden Rusiya muqavimeti bolgedeki anti Prussiya quvvelerini guclendirdi Imperiyanin geleceyi ucun Yelizaveta en dogrusunu dusunmusdu O basindan beri iddia edirdi ki Prussiya kralini ebedi olaraq zeifletmek ucun onun kral taxtini rutbece asagi salmaq lazimdir II Fridrix onu gozleyen tehlukeni basa dusurdu 1760 ci ilin evvellerinde yazirdi Butun menbelerimin sonundayam Bu muharibeni davam etmesi menim ucun cokus olacaq Iyul ayinadek davam etsek bizi boyuk bir felaket gozleyir 21 may 1760 tarixinde Rusiya ve Avstriya arasinda yeni bir muqavile imzalandi ancaq bu muqavilenin bir bendi Versal sarayina bildirilmedi Muharibe tezminati olaraq Rusiya serqi Prussiya torpaqlarini almagi temin etdi Veliehd secimi Subay ve usaqsiz olan Yelizaveta Romanov sulalesinin davami ucun oz varisini secmeli oldu Bu varis ise bacisi oglu Pyotr Fyodorovic idi Ancaq vaxtile taxtdan endirdiyi ve texminen 20 ildir hebsde saxlanilan VI Ivani yaddan cixarmamisdi VI Ivanin cevrilisle her an taxta cixma ehtimali sebebile sert tedbirler aldi Her hansi bir cehd oldugu halda derhal qetle ytirilmesi haqqinda emr verdi Bu emr II Yekaterina seltenetinde reallasdi ve VI Ivan gizlice oldurulerek qalanin icine defn olundu Imperatrica Yelizavetanin sarayi 1905 Yevgeni Lansere Genc Pyotr 3 ayliq olanda anasini 11 yasinda ise atasini itirdi Bu sebeble xalasi terefinden Sankt Peterburqa getirildi ve burada Pravoslav kilsesine qebul edilerek 7 noyabr 1742 tarixinde resmi veliehd elan olundu Xususi muellimlerle rus ve pravoslav telimi aldi Sulalenin davamini temin eden Yelizaveta bu defe de varisinin ovladi olmasi ucun fealiyyete basladi Vaxtile vefat eden nisanlisi Carlz Avqustun bacisi qizi genc Sofiyani oz veliehdine xanim secdi Rus pravoslav kilsesine qebul edilen Sofiyaya oz anasinin serefine Yekaterina adini verdi Veliehdle genc Yekaterina Alekseyevnanin toy merasimi 21 avqust 1745 tarixinde bas tutdu 9 il sonra yeni 20 sentyabr 1754 tarixinde gelecekde I Pavel olaraq taxta oturan Pavel Pyotrovic dunyaya geldi Pavel Pyotrovicin esl atasinin kim oldugu haqqinda bir cox sayeler var Hetta bezi menbelere gore onun atasi genc bir esger olan Sergey Saltikov idi ve bundan Yelizaveta Petrovnanin da xeberi olmusdu Ancaq veliehd Pyotr bunlari qebul etmedi Sayeleri qebul etmese de ovladina yaxin bir ata da olmamisdi Yelizaveta dogusda istirak eden qadinlardan birine usagi ilk olaraq ona getirmesi ucun emr vermisdi Saraydan uzaqlasdirdigi usagi anasina bele gostermedi Yekaterina Alekseyevna ovladini bir nece ay sonra kilsede kecirilen merasimde gormusdu Yalniz 6 ay sonra ovladi ile gorusmesine icaze verilmisdi Yelizaveta Petrovnaya gore bu usaq atasi Boyuk Pyotrun neticesi ve imperiyanin yegane umidi olaraq mukemmel sekilde yetisdirilmeli idi Olumu 1750 ci illerin sonlarinda imperatricanin sehheti pozulmaga basladi Keskin bas agrilarindan sikayetlenen Yelizaveta Petrovna bir muddet sonra derman qebul etmeyi de redd etdi Onun qebulunda olum sozunun deyilmesini qadagan etdi Artiq olum doseyinde oldugunu bilen Yelizaveta son gucunu topladi ve sexsi rahibi ile gunah cixardi Ardindan son ibadetini etdi ve veliehdi Pyotr xanimi Yekaterina ve dovlet adamlarindan Aleksey Razimovski ve qardasi Kril Razimovskini yanina cagiraraq vidalasdi Nehayet 5 yanvar 1762 tarixinde imperatrica vefat etdi Ancaq dovlet adamlarindan ve ehaliden 6 hefte boyunca gizledilen bu olum 3 fevral 1762 tarixinde Sankt Peterburqda elan olundu ve ele hemin gun Pyotr ve Pavel kafedralinda defn olundu MukafatlariMuqeddes Andrey Pervozvanni ordeni Muqeddes Yekaterina ordeni Polsa Prussiya IstinadlarElizabeth Encyclopaedia Britannica ing Elisabet shved SLS Elisabeth Petrowna Brockhauz Ensiklopediyasi alm Elisabet I de Russia Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Catalog of the German National Library alm Elizaveta Petrovna Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Lundy D R Elizabeta Petrovna Romanov Tsarina of Russia The Peerage ing Russian Tsars by Boris Antonov p 105 Russian Tsars by Boris Antonov p 104 Elizabeth and Catherine by Robert Coughlan p 46 Elizabeth and Catherine by Robert Coughlan p 50 Elizabeth and Catherine by Robert Coughlan p 23 Cowles Virginia The Romanovs London William Collins 1971 page 66 Cowles Virginia The Romanovs London William Collins 1971 pages 66 67 Elizabeth and Catherine p 50 Elizabeth and Catherine by Robert Coughlan p 58 Elizabeth and Catherine by Robert Coughlan p 59 Cowles Virginia The Romanovs London William Collins 1971 page 67 Elizabeth and Catherine by Robert Coughlan p 52 Chisholm 1911 Cowles Virginia The Romanovs London William Collins 1971 pages 67 68 The Russian Tsars by Boris Antonov p 105 Russian Tsars by Boris Antonov p 106