
Yaponiyada rus dili (rus. русский язык в Японии) populyar xarici dillərdən biridir. Yaponların rus dili ilə tanışlığı ilk dəfə XVIII əsrdə baş versə də, Meyci dövrünə qədər rus dili tədrisi olmamışdır. Meyci dövründə Yaponiyalı Nikolay və Futabatey Şimey kimi şəxslər rus dilinin təbliğində vacib rol oynamışdırlar.
Müasir dövrdə Yaponiyada bir çox universitet və kollecdə yapon tələbələr üçün rus dili dərsləri təşkil olunur və 1971-ci ildən etibarən rus dili üzrə natiqlik müsabiqəsi keçirilir. Hokkaydo prefekturasının Hakodate və Nemuro şəhərlərində xeyli rus yaşadığı üçün həmin şəhərlərdə rus dilində yol nişanları və lövhələr quraşdırılmışdır.
Tarixi
| ]Edo dövrü
| ]Ruslarla yaponlar arasında ilk əlaqələrin tarixi XVII əsrin ikinci yarısına qədər uzanır. Rusiya imperiyasının sərhədləri Uzaq Şərq sahillərinə qədər çatsa da, qapalı ölkə siyasət yürüdən Yaponiya ilə diplomatik münasibətlər qurmaq mümkün olmamışdır. Yaponiya torpaqlarında rus dilinin ilk dəfə 1770-ci illərin əvvəlində istifadə olunduğu güman olunur. Belə ki, XVIII əsrdə qəzaya uğramış bir çox yapon dənizçi ruslar tərəfindən xilas olunaraq Rusiyaya aparılmışdır. Həmin yaponların çoxu Rusiyada qalaraq rus dilini öyrənmiş, xristianlığı qəbul etmiş və ruslarla evlənmişdir.Qonza adlı belə dənizçilərdən biri dünyadakı ilk rusca-yaponca lüğətinin müəllifi olmuşdur. Qonza lüğəti tərtib edərkən doğulduğu yerin – dialektini əsas götürmüşdür. Bu cür dənizçilərdən ən məşhuru hesab olunan 1782–1791-ci illərdə Rusiyada yaşamış və rus dilini öyrənmişdir. O, Yaponiyaya qayıdanda özü ilə kiril əlifbası ilə yazılmış kitablar və digər nəşr materialları gətirmişdir.
1804-cü ildə Yaponiyaya səyahət etmiş rus zadəgan Nikolay Rezanov rusca-yaponca lüğəti və ifadələr kitabı yazmışdır. Ranqaku alimi və tərcüməçi Baba Sadayoşi 1811-ci ildə Ezo adasına gedərək Vasili Qolovnindən rus dilini öyrənmişdir. O, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Sadayoşi Qolovninin köməyi ilə rusca-yaponca lüğət tərtib etmiş, eləcə də, onun qeydləri əsasında 1813-cü ildə "Roqo bunpo kihan" (azərb. "Rus qrammatikasının qaydaları") əsərini yazmışdır. Botanik və həkim Udaqava Yoan ondan rus dilini öyrənmiş və onun təsiri altında "Roşioci on ko" (azərb. "Rus hərfləri və səsləri haqqında traktat") əsərini yazmışdır.
Meyci dövrü
| ]
Yaponiyada qapalı dövlət siyasətinin başa çatmasından sonra 1855-ci ildə Rusiya ilə Yaponiya arasında diplomatik əlaqələr qurulmuş, rusların Yaponiyaya gəlməsi üçün şərait yaranmışdır. 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya gəlmiş İvan Kasatkin ölkədə həm , həm də rus dilinin təbliği ilə məşğul olmuşdur. O, rus dili məktəbləri təşkil etmiş və açdığı ilahiyyat seminariyasında yaponlara rus dili öyrətmişdir. Yaponiyanı Lev Tolstoyun yaradıcılığı ilə tanış etmiş Konişi Masutaro; Maksim Qorkinin yaradıcılığını tədqiq etmiş ; rus dili tədiqatçısı və tərcüməçi Şomu Nobori; Lev Tolstoyun əsərlərini yapon dilinə tərcümə etmiş və bu seminariyada rus dili öyrənmişdirlər. Seminariyanın ilk məzunu olmuş 1882-ci ildə Sankt-Peterburq İlahiyyat Akademiyasına daxil olmuş, bir çox yapon tələbə onun yolu ilə getmişdir. Həmin tələbələrdən biri olan rus dilini yüksək səviyyədə öyrənmişdir.
Rusiya alimi Lev Meçnikov 1874–1876-cı illərdə Yaponiyada rus dili dərsləri vermişdir. 1880-ci illərdən etibarən rus dili tədris olunmağa başlamışdır. Bu məktəb uzun müddət Yaponiyada rus dilinin intensiv tədris olunduğu yeganə dövlət təhsil müəssisəsi olmuşdur. 1881–1885-ci illərdə burada təhsil almış Futabatey Şimey dövrünün ən yaxşı rus dili bilicilərindən biri olmaqla yanaşı Yaponiyada rus dilinin yayılmasında böyük rolu olmuşdur. Başda İvan Turgenyev olmaqla bir çox rus ədibinin əsərlərini rus dilindən tərcümə etmişdir.Sadatoşi Yasuqi və Uçida Roan kimi rus dili mütəxəssisləri ondan təsirlənmişdirlər.
Rus-yapon müharibəsi və Rusiyada baş verən inqilabi proseslər Yaponiyada rus dilinə olan marağın böyüməsinə səbəb olsa da, həmin dövrdə rus dili tədrisi sistematik deyil və keyfiyyətli dərsliklər mövcud deyildi. 1917-ci ildə baş vermiş sosialist inqilabından sonra sosializm və kommunizm prinsipləri ilə maraqlanan bir çox yapon rus dilini öyrənməyə çalışmışdır.
SSRİ
| ]1910–1940-cı illərdə rus dili Vaseda Universiteti, Tokio Universiteti, Osaka Xarici Dillər Məktəbi, Harbin Rusiya İnstitutu kimi yerlərdə, eləcə də, hərbi məktəblərdə tədris olunmuşdur. Vaseda Universitetinin rus ədəbiyyatı bölməsi 1920-ci ildə tərəfindən yaradılmışdır. 1930–1937-ci illərdə Tokioda "Russian" adlı, İkinci Dünya müharibəsi zamanı isə Harbində "Practical Russian" adlı rus dilinə həsr olunmuş jurnal nəşr olunmuşdur. Bu dövrün tanınmış rus dili mütəxəssisi Sadatoşi Yasuqi olmuşdur. O, Tokio Universitetində 2 illik rus dili kursları vermiş, 1935-ci ildə rusca-yaponca lüğət nəşr etdirmiş, rus dilinin qrammatikasını araşdırmışdır.
İkinci Dünya müharibəsindən əvvəl Yaponiyada rus dilini öyrənən tələbələrin illik sayı təxminən 100 nəfər olduğu halda, 1950-ci illərdə bu say təxminən 300 nəfərə qalxmışdır. 1956-cı ildə SSRİ ilə Yaponiya arasında diplomatik əlaqələr qurulmuş və Yaponiyada rus dilinin yayılması üçün yeni yol açılmışdır. Bir çox yapon rus dilini öyrənmək üçün Xalqlar Dostluğu Universitetinə daxil olmuşdur. Həmin tələbələrdən bəziləri Yaponiyaya qayıdaraq rus dili müəllimi olmuşdurlar. SSRİ dövründə rus dili iki dəfə Yaponiyada populyarlığının pik nöqtəsində olmuşdur. Birinci dəfə Yuri Qaqarinin 1961-ci ildə kosmosa çıxmasından sonra, ikinci dəfə isə 1985–1993-cü illərdə Rusiya bazarının yaponlar üçün cəlbedici olduğu dövrdə baş vermişdir. 1971-ci ilin noyabrında ilk dəfə Tokio Rus Dili İnstitutu tərəfindən İllik Rus Dili Natiqliq Müsabiqəsi keçirilmişdir.
Müasir dövr
| ]
1990-cı illərin ortalarında rus dili Yaponiyanın qərb sahilinin bəzi yerlərində, xüsusilə, və Hokkaydoda linqva frankaya çevrilmişdir. Belə ki, SSRİ-nin dağılmasından sonra sonra ticarət məhdudiyyətləri aradan qalxmış, Primorsk diyarından və Saxalindən bir çox şəxs ikinci əl maşın bazarı üçün Hokkaydoya üz tutmağa başlamışdır.
Müasir dövrdə Yaponiyada rus dili əsasən ruslar və postsovet ölkələrindən olan şəxslər tərəfindən danışılır. 2016-cı ilin statistikasına görə Yaponiyada 8306 Rusiya vətəndaşı yaşayır. Xüsusilə, Hokkaydo prefekturasının Hakodate şəhəri, eləcə də, Vakkanay və Nemuro şəhərlərində ən böyük xarici diapora ruslara məxsusdur və buraya tez-tez rus turistlər gəlirlər. Bu səbəbdən bu şəhərlərin mərkəzi küçələrində rus dilində olan yol nişanları və lövhələr quraşdırılmışdır.
Tədris
| ]| İl | Dövlət | Bələd. | Özəl | Cəmi |
|---|---|---|---|---|
| 2002 | 54 | 22 | 113 | 189 |
| 2005 | 53 | 21 | 110 | 184 |
| 2007 | 50 | 19 | 100 | 169 |
| 2009 | 46 | 22 | 97 | 165 |
| 2012 | 44 | 17 | 88 | 149 |
| 2014 | 44 | 19 | 84 | 147 |
Yaponiyada rus dili ixtisas dili və ikinci xarici dil kimi tədris olunur. Hokkaydo Universiteti, Sapporo Universiteti, , Vaseda Universiteti, Tokio Universiteti, , , Osaka Universiteti, , və kimi yerlərdə rus dili ixtisası keçirilir. Bundan əlavə, bir çox özəl və ictimai universitetdə rus dili ikinci xarici dil kimi təklif olunur. 1949-cu ildə əsası qoyulmuş rus dili və mədəniyyəti üzrə dərslər keçirilir. İnstitut fəaliyyətinin ilk 50 ilində 30 mindən çox tələbəyə rus dilini öyrətmişdir. Bu istitututun kitabxanasında rus dilinə aid 150 mindən çox material saxlanılır və bu baxımdan Yaponiyada yeganə belə kitabxanadır. Rus dilinin tədrisindəki çətinlikləri həll etmək üçün 2000-ci ildə Rus Dili Tədrisində Çətinliklərin Həlli üzrə Yaponiya Cəmiyyəti yaradılmışdır. Yaponiyada yerləşən bəzi rus pravoslav kilsələrində (məsələn, ) rus dili kursları təşkil olunur.
Yaponiyada Rusiyanın nəzarətində olan iki rusdilli təhsil müəssisəsi mövcuddur. 1970-ci illərin ortalarında açılmışdır və əvvəlcə sovet diplomatlarının uşaqları üçün nəzərdə tutulmuş ibtidai məktəb idi. 1985-ci ildə məktəbə Rixard Zorgenin adı verilmiş, həmin il orta məktəbə, 1992-ci ildə isə 11 illik liseyə çevrilmişdir. Məktəbin şagirdi olmaq üçün Rusiya vətəndaşı olmaq, rus valideynə malik olmaq və ya rus dilini yaxşı başa düşmək lazımdır. 2018–2019 tədris ilində məktəbin 331 şagirdi var idi. İkincisi isə 1994-cü ildə açılmış Hakodate filialıdır. Beynəlxalq Dostluq Mübadilə Mərkəzi, Yaponiya–Rusiya Cəmiyyəti və Yapon-Rus Əlaqələri Cəmiyyəti kimi diaspor təşkilatları da rus dili kursları təşkil edirlər.
Yaponiyada rus dilinin səviyyəsini yoxlamaq üçün vahid sistem mövcud deyil. Lakin xarici ölkə vətəndaşlarının rus dilindən imtahan verməsi üçün Rusiya dövlətinin sistemi olan 6 səviyyədən ibarət keçirilir. İlk dəfə 1999-cu ildə Uzaq Şərq Federal Universitetinin Hakodate filialı tərəfindən keçirilmiş bu imtahan hazırda Sankt-Peterburq Dövlət Universitetinin Dil Sınaq Mərkəzinin rəhbərliyi altında və əməkdaşlığı ilə Yaponiya Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunur. 2002-ci ildən 2010-cu ilə qədər imtahandan keçən şəxslərin sayı 11-dən 66-ya qalxmışdır. Bir başqa imtahan Tokio Rus Dili İnstitutu tərəfindən ildə iki dəfə keçirilir və 4 səviyyədən ibarətdir.
Alınma sözlər
| ]Müasir yapon dilinin lüğətində rus dilindən keçmiş bir sıra alınma sözlər mövcuddur. Rus dilindən alınma sözlər əsasən yemək və ya rus əşyaları ilə bağlı sözlərdir.
| Katakana | Romaci | Götürüldüyü rus sözü | Yapon dilində mənası |
|---|---|---|---|
| アジト | acito | агитпункт | gizli baza |
| イクラ | ikura | икра | |
| インテリ | interi | интеллигенция | intellektual şəxs |
| ウォッカ | okka | водка | vodka |
| コンビナート | kombinato | комбинат | sənaye kompleksi |
| タイガ | tayqa | тайга | tayqa |
| ノルマ | noruma | норма | norma |
| セイウチ | seyuçi | сивуч | morj |
| ステップ | suteppo | степь | çöl |
| ピロシキ | piroşiki | пирожки | pirojok |
| ペチカ | peçika | печка | |
| トーチカ | toçika | точка | DOT |
Populyar mədəniyyətdə
| ]2024-cü ildə yayımlanmağa başlayan "" anime serialı öz hislərini rus dilində ifadə edən rusəilli yapon qız haqqındadır. Animedə personajların rus dilində danışdığı bir çox səhnə var.
İstinadlar
| ]- Русский язык в мире. Доклад Министерства иностранных дел России (rusca). Olma Media Group. 2003. səh. 286. ISBN . 23 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Yamaşita. səh. 93
- Podalko. səh. 101
- Yamaşita. səh. 92
- Podalko. səh. 102
- Joby, Christopher. The Dutch Language in Japan (1600–1900) (ingiliscə). Brill. 2021. ISBN . 1 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Doke, Tatsumasa. "Yoan Udagawa: A Pioneer Scientist of Early 19th Century Feudalistic Japan" (PDF). Japanese Studies in the History of Science (ingiliscə). 12. 1973: 99–120. 17 oktyabr 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 avqust 2023.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 44. ISBN . 20 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 116. ISBN . 20 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Qorina, Y.N. "Л. И. Мечников о роли географического фактора в развитии общества". Известия Саратовского университета. Новая серия. Серия Социология. Политология. (rusca). 8 (2). 2008: 55. 23 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Kimura. səh. 349
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1770. İstifadə tarixi: 23 avqust 2023.
- Kimura. səh. 350
- Yamaşita. səh. 94
- Kimura. səh. 351
- Kimura. səh. 352
- Arsentyeva, İ.İ.; Qao, Yui. "Русский язык в Азиатско-Тихоокеанском регионе (Южная Корея, Япония, Китай)". Вестник Забайкальского государственного университета (rusca). 41 (4). 2006: 50. 23 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
- Podalko. səh. 109
- Podalko. səh. 103
- Podalko. səh. 108
- Podalko. səh. 105
- Podalko. səh. 104
- Podalko. səh. 107
- Yamaşita. səh. 96
- Yamaşita. səh. 95
- Kodansha Encyclopedia of Japan. V cild. Tokio: Kodansha. 1983. səh. 61. ISBN . 20 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2023.
- "Alya Sometimes Hides Her Feelings in Russian Light Novels Get TV Anime". Anime News Network (ingiliscə). 17 mart 2025. 17 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2025.
Ədəbiyyat
| ]- Yamaşita, Mariko. "Русский язык в Японии". Мир русского слова (rusca) (4). 2010: 92–96. İstifadə tarixi: 23 avqust 2023.
- Podalko, Petr E. "Russian Language in Japan" (PDF). The Aoyama Journal of International Politics, Economics and Communication (ingiliscə) (103). noyabr 2019: 109–111. İstifadə tarixi: 23 avqust 2023.
- Kimura, Şoiçi. "The Study of Russian in Japan". WORD (ingiliscə). 4 (9). 1953: 349–353. doi:10.1080/00437956.1953.11659479. İstifadə tarixi: 23 avqust 2023.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya 1807 ci ilde Yaponiyada nesr olunmus kitabinda rus elifbasinin herflerini gosteren sehife Yaponiyada rus dili rus russkij yazyk v Yaponii populyar xarici dillerden biridir Yaponlarin rus dili ile tanisligi ilk defe XVIII esrde bas verse de Meyci dovrune qeder rus dili tedrisi olmamisdir Meyci dovrunde Yaponiyali Nikolay ve Futabatey Simey kimi sexsler rus dilinin tebliginde vacib rol oynamisdirlar Muasir dovrde Yaponiyada bir cox universitet ve kollecde yapon telebeler ucun rus dili dersleri teskil olunur ve 1971 ci ilden etibaren rus dili uzre natiqlik musabiqesi kecirilir Hokkaydo prefekturasinin Hakodate ve Nemuro seherlerinde xeyli rus yasadigi ucun hemin seherlerde rus dilinde yol nisanlari ve lovheler qurasdirilmisdir Tarixi span Edo dovru span Ruslarla yaponlar arasinda ilk elaqelerin tarixi XVII esrin ikinci yarisina qeder uzanir Rusiya imperiyasinin serhedleri Uzaq Serq sahillerine qeder catsa da qapali olke siyaset yuruden Yaponiya ile diplomatik munasibetler qurmaq mumkun olmamisdir Yaponiya torpaqlarinda rus dilinin ilk defe 1770 ci illerin evvelinde istifade olundugu guman olunur Bele ki XVIII esrde qezaya ugramis bir cox yapon denizci ruslar terefinden xilas olunaraq Rusiyaya aparilmisdir Hemin yaponlarin coxu Rusiyada qalaraq rus dilini oyrenmis xristianligi qebul etmis ve ruslarla evlenmisdir Qonza adli bele denizcilerden biri dunyadaki ilk rusca yaponca lugetinin muellifi olmusdur Qonza lugeti tertib ederken doguldugu yerin dialektini esas goturmusdur Bu cur denizcilerden en meshuru hesab olunan 1782 1791 ci illerde Rusiyada yasamis ve rus dilini oyrenmisdir O Yaponiyaya qayidanda ozu ile kiril elifbasi ile yazilmis kitablar ve diger nesr materiallari getirmisdir 1804 cu ilde Yaponiyaya seyahet etmis rus zadegan Nikolay Rezanov rusca yaponca lugeti ve ifadeler kitabi yazmisdir Ranqaku alimi ve tercumeci Baba Sadayosi 1811 ci ilde Ezo adasina gederek Vasili Qolovninden rus dilini oyrenmisdir O Mixail Lomonosovun seirlerini rus dilinden yapon diline tercume etmisdir Sadayosi Qolovninin komeyi ile rusca yaponca luget tertib etmis elece de onun qeydleri esasinda 1813 cu ilde Roqo bunpo kihan azerb Rus qrammatikasinin qaydalari eserini yazmisdir Botanik ve hekim Udaqava Yoan ondan rus dilini oyrenmis ve onun tesiri altinda Rosioci on ko azerb Rus herfleri ve sesleri haqqinda traktat eserini yazmisdir Meyci dovru span 1905 1906 ci illerde rus muharibe esirleri ucun Kobe seherinde nesr olunmus Yaponiya i Rossiya qezeti Yaponiyada qapali dovlet siyasetinin basa catmasindan sonra 1855 ci ilde Rusiya ile Yaponiya arasinda diplomatik elaqeler qurulmus ruslarin Yaponiyaya gelmesi ucun serait yaranmisdir 1861 ci ilde Hakodate limaninda yerlesen rus konsullugu kilsesinin kesisi kimi Yaponiyaya gelmis Ivan Kasatkin olkede hem hem de rus dilinin tebligi ile mesgul olmusdur O rus dili mektebleri teskil etmis ve acdigi ilahiyyat seminariyasinda yaponlara rus dili oyretmisdir Yaponiyani Lev Tolstoyun yaradiciligi ile tanis etmis Konisi Masutaro Maksim Qorkinin yaradiciligini tedqiq etmis rus dili tediqatcisi ve tercumeci Somu Nobori Lev Tolstoyun eserlerini yapon diline tercume etmis ve bu seminariyada rus dili oyrenmisdirler Seminariyanin ilk mezunu olmus 1882 ci ilde Sankt Peterburq Ilahiyyat Akademiyasina daxil olmus bir cox yapon telebe onun yolu ile getmisdir Hemin telebelerden biri olan rus dilini yuksek seviyyede oyrenmisdir Rusiya alimi Lev Mecnikov 1874 1876 ci illerde Yaponiyada rus dili dersleri vermisdir 1880 ci illerden etibaren rus dili tedris olunmaga baslamisdir Bu mekteb uzun muddet Yaponiyada rus dilinin intensiv tedris olundugu yegane dovlet tehsil muessisesi olmusdur 1881 1885 ci illerde burada tehsil almis Futabatey Simey dovrunun en yaxsi rus dili bilicilerinden biri olmaqla yanasi Yaponiyada rus dilinin yayilmasinda boyuk rolu olmusdur Basda Ivan Turgenyev olmaqla bir cox rus edibinin eserlerini rus dilinden tercume etmisdir Sadatosi Yasuqi ve Ucida Roan kimi rus dili mutexessisleri ondan tesirlenmisdirler Rus yapon muharibesi ve Rusiyada bas veren inqilabi prosesler Yaponiyada rus diline olan maragin boyumesine sebeb olsa da hemin dovrde rus dili tedrisi sistematik deyil ve keyfiyyetli derslikler movcud deyildi 1917 ci ilde bas vermis sosialist inqilabindan sonra sosializm ve kommunizm prinsipleri ile maraqlanan bir cox yapon rus dilini oyrenmeye calismisdir SSRI span 1910 1940 ci illerde rus dili Vaseda Universiteti Tokio Universiteti Osaka Xarici Diller Mektebi Harbin Rusiya Institutu kimi yerlerde elece de herbi mekteblerde tedris olunmusdur Vaseda Universitetinin rus edebiyyati bolmesi 1920 ci ilde terefinden yaradilmisdir 1930 1937 ci illerde Tokioda Russian adli Ikinci Dunya muharibesi zamani ise Harbinde Practical Russian adli rus diline hesr olunmus jurnal nesr olunmusdur Bu dovrun taninmis rus dili mutexessisi Sadatosi Yasuqi olmusdur O Tokio Universitetinde 2 illik rus dili kurslari vermis 1935 ci ilde rusca yaponca luget nesr etdirmis rus dilinin qrammatikasini arasdirmisdir Ikinci Dunya muharibesinden evvel Yaponiyada rus dilini oyrenen telebelerin illik sayi texminen 100 nefer oldugu halda 1950 ci illerde bu say texminen 300 nefere qalxmisdir 1956 ci ilde SSRI ile Yaponiya arasinda diplomatik elaqeler qurulmus ve Yaponiyada rus dilinin yayilmasi ucun yeni yol acilmisdir Bir cox yapon rus dilini oyrenmek ucun Xalqlar Dostlugu Universitetine daxil olmusdur Hemin telebelerden bezileri Yaponiyaya qayidaraq rus dili muellimi olmusdurlar SSRI dovrunde rus dili iki defe Yaponiyada populyarliginin pik noqtesinde olmusdur Birinci defe Yuri Qaqarinin 1961 ci ilde kosmosa cixmasindan sonra ikinci defe ise 1985 1993 cu illerde Rusiya bazarinin yaponlar ucun celbedici oldugu dovrde bas vermisdir 1971 ci ilin noyabrinda ilk defe Tokio Rus Dili Institutu terefinden Illik Rus Dili Natiqliq Musabiqesi kecirilmisdir Muasir dovr span Hokkaydonun Nemuro seherinde rus dilinde olan yol nisani 1990 ci illerin ortalarinda rus dili Yaponiyanin qerb sahilinin bezi yerlerinde xususile ve Hokkaydoda linqva frankaya cevrilmisdir Bele ki SSRI nin dagilmasindan sonra sonra ticaret mehdudiyyetleri aradan qalxmis Primorsk diyarindan ve Saxalinden bir cox sexs ikinci el masin bazari ucun Hokkaydoya uz tutmaga baslamisdir Muasir dovrde Yaponiyada rus dili esasen ruslar ve postsovet olkelerinden olan sexsler terefinden danisilir 2016 ci ilin statistikasina gore Yaponiyada 8306 Rusiya vetendasi yasayir Xususile Hokkaydo prefekturasinin Hakodate seheri elece de Vakkanay ve Nemuro seherlerinde en boyuk xarici diapora ruslara mexsusdur ve buraya tez tez rus turistler gelirler Bu sebebden bu seherlerin merkezi kucelerinde rus dilinde olan yol nisanlari ve lovheler qurasdirilmisdir Tedris span Rus dilinin tedris olundugu Yaponiya universitetlerinin sayi Il Dovlet Beled Ozel Cemi2002 54 22 113 1892005 53 21 110 1842007 50 19 100 1692009 46 22 97 1652012 44 17 88 1492014 44 19 84 147 Yaponiyada rus dili ixtisas dili ve ikinci xarici dil kimi tedris olunur Hokkaydo Universiteti Sapporo Universiteti Vaseda Universiteti Tokio Universiteti Osaka Universiteti ve kimi yerlerde rus dili ixtisasi kecirilir Bundan elave bir cox ozel ve ictimai universitetde rus dili ikinci xarici dil kimi teklif olunur 1949 cu ilde esasi qoyulmus rus dili ve medeniyyeti uzre dersler kecirilir Institut fealiyyetinin ilk 50 ilinde 30 minden cox telebeye rus dilini oyretmisdir Bu istitututun kitabxanasinda rus diline aid 150 minden cox material saxlanilir ve bu baximdan Yaponiyada yegane bele kitabxanadir Rus dilinin tedrisindeki cetinlikleri hell etmek ucun 2000 ci ilde Rus Dili Tedrisinde Cetinliklerin Helli uzre Yaponiya Cemiyyeti yaradilmisdir Yaponiyada yerlesen bezi rus pravoslav kilselerinde meselen rus dili kurslari teskil olunur Yaponiyada Rusiyanin nezaretinde olan iki rusdilli tehsil muessisesi movcuddur 1970 ci illerin ortalarinda acilmisdir ve evvelce sovet diplomatlarinin usaqlari ucun nezerde tutulmus ibtidai mekteb idi 1985 ci ilde mektebe Rixard Zorgenin adi verilmis hemin il orta mektebe 1992 ci ilde ise 11 illik liseye cevrilmisdir Mektebin sagirdi olmaq ucun Rusiya vetendasi olmaq rus valideyne malik olmaq ve ya rus dilini yaxsi basa dusmek lazimdir 2018 2019 tedris ilinde mektebin 331 sagirdi var idi Ikincisi ise 1994 cu ilde acilmis Hakodate filialidir Beynelxalq Dostluq Mubadile Merkezi Yaponiya Rusiya Cemiyyeti ve Yapon Rus Elaqeleri Cemiyyeti kimi diaspor teskilatlari da rus dili kurslari teskil edirler Yaponiyada rus dilinin seviyyesini yoxlamaq ucun vahid sistem movcud deyil Lakin xarici olke vetendaslarinin rus dilinden imtahan vermesi ucun Rusiya dovletinin sistemi olan 6 seviyyeden ibaret kecirilir Ilk defe 1999 cu ilde Uzaq Serq Federal Universitetinin Hakodate filiali terefinden kecirilmis bu imtahan hazirda Sankt Peterburq Dovlet Universitetinin Dil Sinaq Merkezinin rehberliyi altinda ve emekdasligi ile Yaponiya Medeniyyet Assosiasiyasi terefinden teskil olunur 2002 ci ilden 2010 cu ile qeder imtahandan kecen sexslerin sayi 11 den 66 ya qalxmisdir Bir basqa imtahan Tokio Rus Dili Institutu terefinden ilde iki defe kecirilir ve 4 seviyyeden ibaretdir Alinma sozler span Muasir yapon dilinin lugetinde rus dilinden kecmis bir sira alinma sozler movcuddur Rus dilinden alinma sozler esasen yemek ve ya rus esyalari ile bagli sozlerdir Katakana Romaci Goturulduyu rus sozu Yapon dilinde menasiアジト acito agitpunkt gizli bazaイクラ ikura ikraインテリ interi intelligenciya intellektual sexsウォッカ okka vodka vodkaコンビナート kombinato kombinat senaye kompleksiタイガ tayqa tajga tayqaノルマ noruma norma normaセイウチ seyuci sivuch morjステップ suteppo step colピロシキ pirosiki pirozhki pirojokペチカ pecika pechkaトーチカ tocika tochka DOT Populyar medeniyyetde span 2024 cu ilde yayimlanmaga baslayan anime seriali oz hislerini rus dilinde ifade eden ruseilli yapon qiz haqqindadir Animede personajlarin rus dilinde danisdigi bir cox sehne var Istinadlar span Russkij yazyk v mire Doklad Ministerstva inostrannyh del Rossii rusca Olma Media Group 2003 seh 286 ISBN 978 5 224 04547 1 23 avqust 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Yamasita seh 93 Podalko seh 101 Yamasita seh 92 Podalko seh 102 Joby Christopher The Dutch Language in Japan 1600 1900 ingilisce Brill 2021 ISBN 978 90 04 43644 2 1 iyul 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Doke Tatsumasa Yoan Udagawa A Pioneer Scientist of Early 19th Century Feudalistic Japan PDF Japanese Studies in the History of Science ingilisce 12 1973 99 120 17 oktyabr 2021 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 23 avqust 2023 Kodansha Encyclopedia of Japan ingilisce III cild G I Tokio Kodansha 1983 seh 44 ISBN 0 87011 623 1 20 sentyabr 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Kodansha Encyclopedia of Japan ingilisce VI cild Niju Saka Tokio Kodansha 1983 seh 116 ISBN 0 87011 626 6 20 sentyabr 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Qorina Y N L I Mechnikov o roli geograficheskogo faktora v razvitii obshestva Izvestiya Saratovskogo universiteta Novaya seriya Seriya Sociologiya Politologiya rusca 8 2 2008 55 23 avqust 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Kimura seh 349 The Japan Biographical Encyclopedia amp Who s Who ingilisce II Tokio Rengo Press 1961 seh 1770 Istifade tarixi 23 avqust 2023 Kimura seh 350 Yamasita seh 94 Kimura seh 351 Kimura seh 352 Arsentyeva I I Qao Yui Russkij yazyk v Aziatsko Tihookeanskom regione Yuzhnaya Koreya Yaponiya Kitaj Vestnik Zabajkalskogo gosudarstvennogo universiteta rusca 41 4 2006 50 23 avqust 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 23 avqust 2023 Podalko seh 109 Podalko seh 103 Podalko seh 108 Podalko seh 105 Podalko seh 104 Podalko seh 107 Yamasita seh 96 Yamasita seh 95 Kodansha Encyclopedia of Japan V cild Tokio Kodansha 1983 seh 61 ISBN 0 87011 625 8 20 sentyabr 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 24 avqust 2023 Alya Sometimes Hides Her Feelings in Russian Light Novels Get TV Anime Anime News Network ingilisce 17 mart 2025 17 mart 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 4 fevral 2025 Edebiyyat span Yamasita Mariko Russkij yazyk v Yaponii Mir russkogo slova rusca 4 2010 92 96 Istifade tarixi 23 avqust 2023 Podalko Petr E Russian Language in Japan PDF The Aoyama Journal of International Politics Economics and Communication ingilisce 103 noyabr 2019 109 111 Istifade tarixi 23 avqust 2023 Kimura Soici The Study of Russian in Japan WORD ingilisce 4 9 1953 349 353 doi 10 1080 00437956 1953 11659479 Istifade tarixi 23 avqust 2023 Kateqoriyalar Olkelerine gore rus diliYaponiya dilleri