Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir.
Yaşamaq yanğısı | |
---|---|
ing. Lust for Life | |
Janr | dram |
Rejissor | Vinsent Minnelli |
Prodüser | Con Hausman |
Əsərin müəllifi | İrvinq Stoun |
Ssenari müəllifi | Norman Korvin |
Baş rollarda | Kirk Duqlas Entoni Kuinn Ceyms Donald Pamela Braun |
Operatorlar | Freddi A. Yanq Rassel Herlan |
Bəstəkar | Mikloş Roja |
Rəssamlar | Sedrik Gibbons Hans Peters Preston Eyms |
İstehsalçı | Metro-Goldwyn-Mayer |
İlk baxış tarixi | 17 sentyabr 1956, Nyu-York |
Filmin digər adları | Yaşamaq eşqi Yaşamaq istəyi |
Filmin növü | bədii film |
Rəng | rəngli |
Müddət | 122 dəqiqə |
Büdcə | 3,227,000 $ |
Gəlir | 2,695,000 $ |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1956 |
IMDb | ID 0049456 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir.
Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır. Həmin qadın Vinsent kasıb olduğu üçün rəssamı tərk edir.
Qardaşı Teo van Qoq həm maddi, həm də mənəvi cəhətdən ondan öz köməyini əsirgəmir. Vinsent həmkarı Pol Qogenlə birlikdə yaşamağa başlayır. Bir müddət sonra qarabasmalardan əziyyət çəkməyə başlayır və könüllü olaraq ruhi xəstəxanaya yerləşir. Müalicə aldıqdan sonra evə yazılır və Teonun köməyilə əsərlərini sevə-sevə yaratdığı kənd mühitinə qayıdır. Lakin həyatında baş verənlərdən sonra ümidsizliyə qapılır və qardaşı Teonun gözləri önündə əbədi olaraq gözlərini yumur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi : İrvinq Stoun
- Ssenari müəllifi : Norman Korvin
- Rejissor : Vinsent Minnelli
- Operatorlar : Freddi A. Yanq, Rassel Herlan
- Rəssamlar : Sedrik Gibbons, Hans Peters, Preston Eyms
- Bəstəkar : Mikloş Roja
- Prodüser : Con Hausman
- Rejissor assistenti : El Cenninqs
- Montaj edən : Edrienn Fazan
- Geyim rəssamı : Volter Plankett
Rollarda
Aktyor | Rol |
---|---|
Kirk Duqlas | Vinsent van Qoq |
Entoni Kuinn | Pol Qogen |
Ceyms Donald | Teo van Qoq |
Pamela Braun | Kristina |
Everett Sloan | doktor Qacet |
Niall MakGinnis | Roulin |
Noel Pursell | Anton Mauve |
Henri Daniel | Teodor van Qoq |
Mec Kennedi | Anna Korneliya van Qoq |
Cill Bennett | Uillmin |
Canett Sterk | Key |
Layonel Ceffris | doktor Peyron |
Lourens Neysmit | doktor Bosman |
Erik Polmann | Kolbert |
Toni Cerri | Coanna |
Uilton Qraff | Striker |
İzabel Elsom | xanım Striker |
Devid Horn | Piters |
Noel Haulett | komissiya üzvü Van Den Berge |
Ronald Adam | komissiya üzvü De Smet |
Con Raddok | Dakrak |
Culi Robinson | Reyçel |
Devid Leonard | Kamil Pissarro |
Uilyam Fipps | Emil Bernar |
Devid Bond | Sera |
Frenk Perls | Tangi Ata |
Cey Edler | ofisiant |
Lourens Badye | Adelin Revu |
Mükafatlar və nominasiyalar
Nominasiyalar
1957-ci ilin "Oskar" mükafatı
- Ən yaxşı kişi roluna görə – Kirk Duqlas
Şəkil qalereyası
Entoni Kuinn Pol Qogen rolunda və Kirk Duqlas
Kirk Duqlas və Pamela Braun filmin kənd səhnələrində
Mənbə
- MOVIE REVIEW — Lust For Life (1956) — Screen: Color-Full Life of van Gogh; 'Lust for Life' Tells Story Through Tints Kirk Douglas Stars in Film at the Plaza
İstinadlar
- Lust for Life (1956) Synopsis — Plot Summary — Fandango
- Anthony Quinn & Kirk Douglas Lust For Life — Vincent Van Gough (1956)
- Vincent van Gogh — Gauguin Pays a Visit
- The Eddie Mannix Ledger, Los Angeles: Margaret Herrick Library, Center for Motion Picture Study.
- Domestic take see "Top Grosses of 1957", Variety, 8 January 1958: 30
Xarici keçidlər
- "Yaşamaq yanğısı" — Internet Movie Database saytında.
- Lust for Life
- La Vie passionnée de Vincent Van Gogh
- Woody Van Gogh!
- Kitabşünas (RTV). İrvinq Stoun. Yaşamaq yanğısı