Xarxar
Xarxar (çarlıq dövründəki rusca adı Novoalekseyevka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Xarxar | |
---|---|
40°42′21″ şm. e. 45°49′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.499 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1515 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2144 |
Tarixi
Xarxar (oyk.) - Gədəbəy rayonunun Zəhmətkənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.
Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldavan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar.
Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629