Xakasiya (xakas.Хакасия Республиказы) - Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi.
Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir. Faydalı qazıntıları daş kömür, dəmir filizi və s-dir. Respublika kəskin kontinental iqlimə malikdir. Yanvar ayının temperaturu -20 °C, iyul ayının temperaturu isə 16-18 °C-dir. Yağıntıların miqdarı 400 mm-dir. Əsas çayları Yenisey və Abakandır. Xakasiyanın düzənlik çöllərində çöl, meşə-çöl bitkiləri və qara torpaqlar, dağ yamaclarında tayqa yayılmışdır. Təbii ehtiyatları çoxdur və bura dəmir, qızıl, gümüş, daş kömür, neft və təbii qaz daxildir.
Mədəniyyəti
Türkcə danışan xakasların əsl adı koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texnikiinstitut , dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.
Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna qatılmış, 1930-cu ildə muxtar bölgə statusu almışlar. Xakaslar qədim şamanizm inancına bağlıdırlar.
Xakasların 2000-i aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.
Tanrı Dağı Qırğızlarının dünyada məşhur olan böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının dediyinə görə, Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünki vətənlərinə Manas Xan rəhbərliyi zamanı köç etmişlər. IX əsr Çin qaynaqları qırğızlardan "Heges" və ya "KieKiaSe" adı ilə bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız tayfalarının müsəlmanlaşması və yaşanılan bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə, Yenisey qırğızlarının ayrıca bir kimlik mənimsəməsinə və Xakas adını qəbul etmələrinə gətirib çıxarmışdır.
Qoyun və keçi `yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Düzənlik sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır.
Respublikanın iqtisadiyyatının əsasını elektroenergetika və dağ – mədən sənayesi təşkil edir. Ölkədə zəngin meşə örtüyü meşə və ağac emalı, meşə - kimya sənayesinin inkişafına təkan vermişdir. Yüngül və və yeyinti sənayesi var. Kənd təsərrüfatında buğda, kartof, tərəvəz bitkiləri əkilir. Heyvandarlıqda zərifyunlu qoyunçuluq, atçılıq, maldarlıq inkişaf etmişdir. Xakasiya Respublikasında avtomobil, dəmiryolu, çay nəqliyyatı inkişaf etmişdir.
2007-ci ildə respublikada uzun illər ərzində ilk dəfə əhalinin müsbət təbii artımı qeyd edilmişdir (Çox kiçik olmasına baxmayaraq, illik 0.01 faizdən az), bununla da Rusiyada təbii əhali artımı müsbət olan 20 bölgəsindən biri olmuşdur.[1][2][3]
Etnik qruplar
2010-cu il Rusiya siyahıyaalınmasına görə, etnik ruslar respublika əhalisinin 81,7% -ni təşkil edir, etnik xakaslar yalnız 12.1%-dir. Digər qruplara etnik almanlar (1.1%), ukraynalılar (1%), tatarlar (0.6%) və hər bir əhalinin 0,5% -dən azını təşkil edir digər kiçik qruplar daxildir.
2012-ci il sorğusuna görə, Xakasiyanın əhalisinin 31.6% -i Rus Pravoslav Kilsəsinə, 6% -i qeyri-xristian icmalara, 1% -i heç bir kilsə mənsubiyyəti olmayan və digər (qeyri-rus) pravoslav kilsələrinə aid olmayan pravoslav xristianlardır. Əhalinin 2% -i paqanizmə, 1% İslama, 1% Protestantlıqa, 0.4% Hinduizmə (Vedizmə, Krişnaizmə yaxud Tantrizmə) və digər 0.4% Tibet Buddizminə inanır. Bundan əlavə, əhalinin 38% -i "inanclı, lakin dindar deyil", 16% ateist, 2,6% isə digər dinlərə tabedir və ya suala cavab vermir.
Dil
Xakas dilinuyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.[7]
Şəhərlər
Abakan – 165.197 nəfər (2002-ci il siyahıya almasına əsasən)[8]
Sayanoqorsk – 50.255 nəfər (2002-ci il siyahıya almasına əsasən)[9]
İstinadlar
↑Постоянное население России на начало 2008 года - 142 миллиона человек. Demoscope.ru. Retrieved on 2013-08-20.
↑В 2007 году естественная убыль снизилась до 478 тысяч человек, а миграционный прирост увеличился до 240 тысяч. Demoscope.ru. Retrieved on 2013-08-20.
↑Каталог публикаций::Федеральная служба государственной статистики. Gks.ru (2010-05-08). Retrieved on 2013-08-20.
↑Перепись-2010: русских становится больше 2018-12-25 at the Wayback Machine. Perepis-2010.ru (2011-12-19). Retrieved on 2013-08-20.
↑"Arena: Atlas of Religions and Nationalities in Russia". Sreda, 2012.