Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir.
Qrip | |
---|---|
| |
XBT-10 | J , J |
XBT-10-KM | J11.1 |
XBT-9 | |
XBT-9-KM | 487, 487.8 |
OMIM | 614680 |
DiseasesDB | 6791 |
MedlinePlus | 000080 |
eMedicine | med/1170 |
MeSH | D007251 |
Vikianbarda əlaqəli mediafayllar |
Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Qrip virusu sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur. Böyük epidemiya olan illərdə isə illik insan ölümlərinin sayı bir neçə milyona çata bilər. Statistikaya görə ABŞ-də 1979-cu ildən 2001-ci ilə qədər hər il orta hesabla 41.400 nəfər qripdən vəfat edib.
Qripə qarşı peyvənd inkişaf etmiş ölkələrdə geniş yayılıb. Onlar mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Peyvənd nəticəsində əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Qrip virus sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirə bilər.
Təsnifatı
Hal-hazırda qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Virus təsnifatına görə qrip virusu 3 tipə ayrılır. Bunlar , və . A tipli qrip virusunun əsas daşıyıcıları su hövzələrində yaşayan vəhşi quş növləridir. A tipli Qrip Virusları ən təhlükəli viruslar sayılır və böyük epidemiyalara səbəb olan əsas viruslardır. Bunlara nümunə kimi 1918-ci ildə baş yayılan və 2009-cu ildə yayılan Donuz Qripini göstərmək olar. Hər iki epidemiyaya A tipli qrip Virusuna aid olan H1N1 virusu səbəb olmuşdur. 2005-ci ildə yayılan isə virusu vasitəsilə yayılmışdır. Bundan başqa bu tipdə olan viruslara , , , , , , virusları aid edilir.
B tipli Qrip Virusuna isə yalnız insanlar yoluxur və A tipli virusa nisbətən daha az rast gəlinir. Bu tip qripə yoluxan yeganə heyvan növləri suitilərdir. B tipli Qrip Virusu A tipli virusa nisbətən 2-3 dəfə daha aşağı sürətlə mutasiya edir, genetik olaraq daha az müxtəlifliyə malikdir, bu səbəbdən B tipli virusa qarşı immunitet insanlarda aşağı yaşlardan etibarən formalaşır.
C tipli Qrip Virusuna isə insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Bu virus tipi daha az yayılıb, yalnız lokal səviyyədə epidemiyaya səbəb ola bilir.
Strukturuna görə hər üç virus tipi bir-birinə oxşardırlar. Virus dənəciyinin diametri 80-120 nanometrə bərabərdir və sferik formaya malikdir. Qrip virusu yalnız canlı mühitə düşdükdə çoxalmaq qabiliyyətinə malik olur.
Yoluxma
İnsanın qrip virusu ilə yoluxması simptomların ortaya çıxmasından bir gün əvvəl başlanır və bu 5-7 müddətində davam edir. Həmin müddətdə qrip olan insan digər insanları da yoluxdurma qabiliyyətinə malik olur. Virusa yoluxmadan 2-3 gün sonra insan ətrafdakıları daha çox yoluxdurma ehtimalına sahib olunur, sonrakı günlər isə bu ehtimal azalmağa başlayır. Temperaturu daha yüksək olan insanlar adətən virusu daha çox yayırlar. Uşaqlar daha çox virusu yaymaq qabiliyyətinə malik olurlar, onlar yoluxmadan sonrakı iki həftə sonrakı müddət ərzində belə digər insanları bu virusa yoluxdura bilərlər. Qrip virusunun yayılmasının riyazi modelini qurmaq mümkündür, bu isə mütəxəssislərə qripin əhali arasında yayılma dərəcəsini təyin etməyə imkan verir.
Simptomları
Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 °C kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər. Qripin əsasən aşağıdakı simptomları olur:
- Qızdırma və titrəmə
- Öskürək
- Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları)
- Halsızlıq
- Gözlərin yaşarması
- Gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması
Müalicəsi
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalıdır. Vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyışdirilməlidir. Qripə yoluxan insan mütləq spirtli içkidən və siqaretdən imtina etməli və çoxlu istirahət etməlidir. (həmçinin Tamiflu da adlanır) və (Relenza) dərmanları qripin bədənə yayılmasının qarşısını aldıqları üçün effektiv dərman hesab olunurlar.
Proqnozu
Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzunmüddətli olur. İnsanların çoxusu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar, lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır (məsələn sətəlcəm) Buna görə qrip azyaşlı, qoca, zəif və xroniki xəstəliklərə malik olan insanlar üçün ölümcül ola bilər. Siqaret çəkmə də qripdən ölüm riskini artıran amillərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Hər qış dünyada on milyonlarla insan qripə yoluxur. Yoluxan insanların çoxu bir həftə ərzində iş və ya təhsildən kənarda qalırlar, lakin yuxarı yaş qrupuna aid insanlar xəstəlik nəticəsində ölüm riski altında qala bilərlər. Məlumdur ki, hər il dünyada yüm minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Lakin hətta inkişaf etmiş ölkələrdə belə ölən insanların qripdən yoxsa qripə bənzər digər xəstəlikdən öldüyünə dair dəqiq statistika aparılmır."
Tarixi
Qrip haqqında ilk yazılı məlumata təxminən 2400 il əvvəl qədim yunan alimi Hippokratın yazılarında rast gəlinir. Qrip bütün tarix boyu çoxlu epidemiyalara və kütləvi ölümlərə yol açsa da, baş verən bu faciələrə qrip virusunun və ya qripəbənzər digər tənəffus yolları xəstəliklərinə səbəb olan virusların səbəb olmasını təyin etmək çətindir. Xəstəlik Avropadan Amerikaya yayılmışdır. Belə ki, Xristofor Kolumbun Amerikaya gəlişindən az sonra 1493-cü ildə Antil Adalarının demək olar ki, bütün əhalisi avropalılar tərəfindən gətirilmiş qrip virusuna yoluxma nəticəsində məhv olmuşdur. [1] Digər bir qeydə alınmış epidemiya 1580-ci ildə Rusiyada başlamış və Afrika vasitəsilə Avropaya yayılmışdır. Nəticədə təkcə Roma şəhərində 8.000 insan həlak olmuşdur, İspaniyada isə bir neçə şəhərin əhalisi ümumiyyətlə məhv olmuşdur. 17-ci, 18-ci və 19-cu əsrlərdə də qrip virusu epidemiya şəklində yayılmış və çoxlu ölümlərə yol açmışdır. Lakin indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və İspan qripi adı ilə tanınan H1N1 virusu səbəb olmuşdur. Bu virus 1 il ərzində davam edən epidemiyaya səbəb olub və 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub. Bu tibb tarixində Qara ölümdən sonra qeydə alınan ən böyük epidemiya sayılır. İspan qripi, ona yoluxanların 2%-dən 20%-nə qədərinin ölümü ilə nəticələnirdi. Anomal şəkildə güclü təsirə malik olan bu virus hətta Arktikaya və Sakit Okeandakı adalara qədər geniş ərazilərə yayılmışdı.
Qriplə mübarizədə ən böyük uğurlardan biri də 1944-cü ildə ABŞ-də qripə qarşə peyvəndin kəşf olunması idi. Hal-hazırda qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün molekul səviyyəsində tədqiqatlar aparılır.
Həmçinin bax
İstinadlar
- Disease Ontology (ing.). 2016.
- Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- "Medical Blog". 2019-06-14 tarixində . İstifadə tarixi: 2010-11-06.
- "Ümumdünya Sağlamlıq Təşkilatı Qrip Haqqında". 2014-11-30 tarixində . İstifadə tarixi: 2010-11-05.
- "Qrip Virologiyası". 2008-05-09 tarixində . İstifadə tarixi: 2010-11-05.
- Ölüm virusu – Qrip[ölü keçid]
- "Qripin Tarixi". 2018-03-04 tarixində . İstifadə tarixi: 2010-11-10.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qrip fr grippe qrip virusu terefinden toredilen nefes yollarinin keskin infeksiya xesteliyi Bu xesteliye hem insanlar hem de heyvanlar ve quslar da yoluxur Esas simptomlari titreme qizdirma bogaz agrisi ezele agrilari keskin bas agrisi oskurme zeiflik ve umumen narahatliqdir Bunlarin arasinda bogaz agrisi qizdirma ve oskurek en cox rast gelinenleridir Qrip keskin sekilde olduqda setelcem ile neticelene biler bu ise olume sebeb ola biler Xususile setelceme tutulma hallari azyasli ve qoca insanlarda daha cox bas verir Qrip sebebiyle immunitet sistemi o qeder zeifleyir ki diger infeksiyalara qarsi bir sey ede bilmez veziyyet gelir Qrip diger qripe benzeyen xesteliklerle meselen zokem ile tez tez qarisdirilsa da qrip daha agir formali xestelik hesab olunur ve ferqli virusla yoluxma neticesinde bas verir QripElektron mikroskopu vasitesile teqriben 100000 defe boyudulmus qrip virusunun mikrofotoqrafiyasiXBT 10 J10 J11 XBT 10 KM J11 1XBT 9 487XBT 9 KM 487 487 8OMIM 614680DiseasesDB 6791MedlinePlus 000080eMedicine med 1170 ped 3006MeSH D007251 Vikianbarda elaqeli mediafayllar Adeten qrip oskurme ve asqirma yolu ile oturulur Qrip virusu gun suasi dezinfeksiyaedici ve temizleyici vasitelerin tesiri altinda aktivliyini itirir Qrip virusu sabunun tesiri ile aktivliyini itirdiyine gore mutemadi olaraq ellerin sabunla yuyulmasi qripe yoluxma riskini azaldir Qrip butun dunyada movsumi epidemiya seklinde yayilir ve her il orta hesabla 250 000 ile 500 000 nefer arasinda insanin olumune sebeb olur Boyuk epidemiya olan illerde ise illik insan olumlerinin sayi bir nece milyona cata biler Statistikaya gore ABS de 1979 cu ilden 2001 ci ile qeder her il orta hesabla 41 400 nefer qripden vefat edib Qripe qarsi peyvend inkisaf etmis olkelerde genis yayilib Onlar mutemadi olaraq insanlara ve teserrufat quslarina vurulur Peyvend neticesinde emele gelen qrip insandan insana oturulmur hemcinin cox zeif guce malik olur Qrip virus suretle tekamul etdiyine gore mueyyen bir il ucun tetbiq edilen peyvend novbeti il tesirini itire biler TesnifatiHal hazirda qrip virusunun 2000 den artiq varianti elme melumdur Virus tesnifatina gore qrip virusu 3 tipe ayrilir Bunlar ve A tipli qrip virusunun esas dasiyicilari su hovzelerinde yasayan vehsi qus novleridir A tipli Qrip Viruslari en tehlukeli viruslar sayilir ve boyuk epidemiyalara sebeb olan esas viruslardir Bunlara numune kimi 1918 ci ilde bas yayilan ve 2009 cu ilde yayilan Donuz Qripini gostermek olar Her iki epidemiyaya A tipli qrip Virusuna aid olan H1N1 virusu sebeb olmusdur 2005 ci ilde yayilan ise virusu vasitesile yayilmisdir Bundan basqa bu tipde olan viruslara viruslari aid edilir B tipli Qrip Virusuna ise yalniz insanlar yoluxur ve A tipli virusa nisbeten daha az rast gelinir Bu tip qripe yoluxan yegane heyvan novleri suitilerdir B tipli Qrip Virusu A tipli virusa nisbeten 2 3 defe daha asagi suretle mutasiya edir genetik olaraq daha az muxtelifliye malikdir bu sebebden B tipli virusa qarsi immunitet insanlarda asagi yaslardan etibaren formalasir C tipli Qrip Virusuna ise insanlarda donuzlarda ve itlerde rast gelinir Bu virus tipi daha az yayilib yalniz lokal seviyyede epidemiyaya sebeb ola bilir Strukturuna gore her uc virus tipi bir birine oxsardirlar Virus deneciyinin diametri 80 120 nanometre beraberdir ve sferik formaya malikdir Qrip virusu yalniz canli muhite dusdukde coxalmaq qabiliyyetine malik olur YoluxmaAsqirma qripin yayilmasina sebeb ola biler Insanin qrip virusu ile yoluxmasi simptomlarin ortaya cixmasindan bir gun evvel baslanir ve bu 5 7 muddetinde davam edir Hemin muddetde qrip olan insan diger insanlari da yoluxdurma qabiliyyetine malik olur Virusa yoluxmadan 2 3 gun sonra insan etrafdakilari daha cox yoluxdurma ehtimalina sahib olunur sonraki gunler ise bu ehtimal azalmaga baslayir Temperaturu daha yuksek olan insanlar adeten virusu daha cox yayirlar Usaqlar daha cox virusu yaymaq qabiliyyetine malik olurlar onlar yoluxmadan sonraki iki hefte sonraki muddet erzinde bele diger insanlari bu virusa yoluxdura bilerler Qrip virusunun yayilmasinin riyazi modelini qurmaq mumkundur bu ise mutexessislere qripin ehali arasinda yayilma derecesini teyin etmeye imkan verir SimptomlariQrip simptomlari virusa yoluxmadan 1 ve ya 2 gun sonra baslayir Adeten ilk simptomlar asqirma olur lakin qizdirma da bura daxil edilir Bele ki yoluxmadan az sonra beden temperaturu 38 39 C kimi qalxir Bezi insanlar qripi cox agir formada kecirir gunlerle yataqda qalir butun bedende xususile ayaqlarda ve belde keskin agrilar kecirirler Qripin esasen asagidaki simptomlari olur Qizdirma ve titreme Oskurek Bedende agrilar xususile bogaz ve bas agrilari Halsizliq Gozlerin yasarmasi Gozlerin bogazin agizin sifet derisinin burunun qizarmasiMualicesiQripe tutulmus xestelerin boyuk bir qismi evde mualice olunur Lakin qrip agir forma aldiqda xesteni evde saxlamaq onun veziyyetinin daha da pislesmesine sebeb ola biler Xeste qizdirmali dovrunde yataq rejiminde qalmalidir Vitaminle zenginlesdirilmis mehsullar onun esas qidasi olmalidir Qripin qizdirmali dovrunde bol maye icmek meslehetlidir cunki yuksek qizdirmasi olan insan boyuk hecmde maye itirir Xeste olan otagin mutleq havasi deyisdirilmelidir Qripe yoluxan insan mutleq spirtli ickiden ve siqaretden imtina etmeli ve coxlu istirahet etmelidir hemcinin Tamiflu da adlanir ve Relenza dermanlari qripin bedene yayilmasinin qarsisini aldiqlari ucun effektiv derman hesab olunurlar ProqnozuQrip virusu eleyhine laboratoriyada aparilan arasdirmalar Qripin tesiri zokeme nisbeten daha agir ve daha uzunmuddetli olur Insanlarin coxusu qripe yoluxduqdan bir ve ya iki hefte sonra sagalirlar lakin bezilerinde qrip heyat ucun tehlukeli olan basqa xesteliklere yol acir meselen setelcem Buna gore qrip azyasli qoca zeif ve xroniki xesteliklere malik olan insanlar ucun olumcul ola biler Siqaret cekme de qripden olum riskini artiran amillerden biridir Umumdunya Sehiyye Teskilatinin melumatina gore Her qis dunyada on milyonlarla insan qripe yoluxur Yoluxan insanlarin coxu bir hefte erzinde is ve ya tehsilden kenarda qalirlar lakin yuxari yas qrupuna aid insanlar xestelik neticesinde olum riski altinda qala bilerler Melumdur ki her il dunyada yum minlerle insan bu xestelik neticesinde dunyasini deyisir Lakin hetta inkisaf etmis olkelerde bele olen insanlarin qripden yoxsa qripe benzer diger xestelikden olduyune dair deqiq statistika aparilmir TarixiQrip haqqinda ilk yazili melumata texminen 2400 il evvel qedim yunan alimi Hippokratin yazilarinda rast gelinir Qrip butun tarix boyu coxlu epidemiyalara ve kutlevi olumlere yol acsa da bas veren bu facielere qrip virusunun ve ya qripebenzer diger teneffus yollari xesteliklerine sebeb olan viruslarin sebeb olmasini teyin etmek cetindir Xestelik Avropadan Amerikaya yayilmisdir Bele ki Xristofor Kolumbun Amerikaya gelisinden az sonra 1493 cu ilde Antil Adalarinin demek olar ki butun ehalisi avropalilar terefinden getirilmis qrip virusuna yoluxma neticesinde mehv olmusdur 1 Diger bir qeyde alinmis epidemiya 1580 ci ilde Rusiyada baslamis ve Afrika vasitesile Avropaya yayilmisdir Neticede tekce Roma seherinde 8 000 insan helak olmusdur Ispaniyada ise bir nece seherin ehalisi umumiyyetle mehv olmusdur 17 ci 18 ci ve 19 cu esrlerde de qrip virusu epidemiya seklinde yayilmis ve coxlu olumlere yol acmisdir Lakin indiye qeder elme melum olan en boyuk ve dagidici qrip virusu 1918 ci ilde yayilan ve Ispan qripi adi ile taninan H1N1 virusu sebeb olmusdur Bu virus 1 il erzinde davam eden epidemiyaya sebeb olub ve 20 milyondan 100 milyona qeder insanin olumune sebeb olub Bu tibb tarixinde Qara olumden sonra qeyde alinan en boyuk epidemiya sayilir Ispan qripi ona yoluxanlarin 2 den 20 ne qederinin olumu ile neticelenirdi Anomal sekilde guclu tesire malik olan bu virus hetta Arktikaya ve Sakit Okeandaki adalara qeder genis erazilere yayilmisdi Qriple mubarizede en boyuk ugurlardan biri de 1944 cu ilde ABS de qripe qarse peyvendin kesf olunmasi idi Hal hazirda qripe qarsi daha guclu vasitelerin hazirlanmasi ucun molekul seviyyesinde tedqiqatlar aparilir Hemcinin baxZokem Setelcem Qus qripi Donuz qripiIstinadlarDisease Ontology ing 2016 Monarch Disease Ontology release 2018 06 29 2018 06 29 2018 Medical Blog 2019 06 14 tarixinde Istifade tarixi 2010 11 06 Umumdunya Saglamliq Teskilati Qrip Haqqinda 2014 11 30 tarixinde Istifade tarixi 2010 11 05 Qrip Virologiyasi 2008 05 09 tarixinde Istifade tarixi 2010 11 05 Olum virusu Qrip olu kecid Qripin Tarixi 2018 03 04 tarixinde Istifade tarixi 2010 11 10