Wikipedia
5 avqust
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1583 – Hemfri Hilbert, Şimali Amerikadakı ilk İngilis koloniyasını qurdu: indiki Nyufaundlend.
- 1634 – IV Murad içkini qadağan edərək meyxanaları sökdürdü.
- 1789 – Fransada təhkimçilik hüququ ləğv edilmişdir.
- 1858 – ABŞ və Avropa arasında ilk transatlantik kabel çəkildi.
- 1876 – İsgəndəriyyədə ilk ərəb qəzeti "Əl-Əhram" nəşrə başlamışdır.
- 1882 – Yaponiyada hərbi vəziyyət elan edildi.
- 1884 – Nyu-York limanının girişindəki Azadlıq heykəlinin ilk daşı qoyuldu.
- 1897 – Tomas Alva Edison ilk reklam filmini istehsal etdi.
- 1914 – ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforlar quraşıdırılmışdır.
- 1924 – Türkiyədə çoxarvadlılıq qadağan edilmişdir.
- 1949 – Ekvadorda zəlzələ: 50 kənd dağıldı, 6.000-dən çox adam öldü.
- 1960 – Burkina Faso, (köhnə adıyla Yuxarı Volta), Fransadan ayrılaraq müstəqilliyini elan etdi.
- 1962 – Nelson Mandela həbs edildi (1990-cı ildə azadlığa buraxıldı).
- 1971 – Türkiyə, Çin Xalq Respublikasını rəsmi olaraq tanıdı.
- 2003 – İndoneziyanın paytaxtı Cakartada bir nəqliyyat vasitəsinə yerləşdirilən bomba partladı; 12 nəfər öldü, 150 nəfər yaralandı.
Azərbaycanda olan hadisələr
- 1918 – Azərbaycanda hərbi–dəniz donanmasının yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi-dəniz donanması təşkil olunmuşdur.
Doğumlar
- 1802 - Nils Abel, məşhur Norveç riyaziyyatçısı.
- 1809 - Alfred Tennison, Böyük Britaniyada viktorian dövrünün ən məşhur şairlərindən biri.
- 1844 - İlya Repin, rus rəssam (ö. 1939).
- 1850 - Gi de Mopassan, fransız yazıçı (ö. 1893).
- 1895 - Məmmədtağı Bağırov, azərbaycanlı opera müğənnisi (ö. 1961).
- 1895 - Mustafa Topçubaşov, azərbaycanlı cərrah, akademik (ö. 1981).
- 1928 - Ramazan Tarverdiyev, azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, professor (ö. 1983).
- 1930 – Nil Armstronq, amerikan astronavtı.
- 1958 - Məhərrəm Qasımlı, azərbaycanlı şair, publisist.
- 1968 – Marin Le Pen, Fransız siyasətçisi.
- 1974 - Kacol Devqan, Hindistan aktrisasi
- 1956 – Asif Rüstəmov (şəhid), – Qarabağ müharibəsi şəhidi.
Ölümlər
- 1895 – Fridrix Engels, Londonda elmi kommunizmin banilərindən biri, XIX əsr yəhudi filosofu və siyasətçisi.
- 1962 - Merilin Monro, məşhur Amerika aktrisası və müğənnisi, pop-mədəniyyətin ikonası.
- 1998 - Todor Jivkov, Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibi.
- 2020 - Anil Ratod, Hindistan diplomatı.
- 2020 - Aqafon İakovidis, Yunan müğənni.
Bayramlar və xüsusi günlər
- Azərbaycan, Hərbi Donanma Günü
- Burkina-Fasoda Müstəqillik Günü.
