Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu, Naxçıvan MSSR) — Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı.
Kərəm Mustafayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Milli Ordusu |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Kərəm Mustafayev 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
Ailəlidir. 1 oğlu, 2 qızı var.
Təltif və mükafatları
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:
- 24.06.2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
- 22.06.2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
- 25.06.2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
- 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 24.06.2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 25.06.2018-cü il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
Həmçinin bax
İstinadlar
- President.az (25 iyun 2018). "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). president.az. İstifadə tarixi: 28 iyun 2018.
Xarici keçidlər
- Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı