| Ruri Rocks | |
![]() Birinci tankobon cildinin üzlüyü. Personajlar: Naqi Arato (solda) və Ruri Taniqava (sağda). | |
| 瑠璃の宝石 (Ruri no Hoseki) | |
|---|---|
| Janr | macəra, həyat dilimi |
| Manqa | |
| Manqaka | |
| Nəşriyyat | |
| İmprint | Harta Comix |
| Jurnal | |
| Demoqrafiya | seynen |
| Nəşr tarixi | 10 avqust 2019 – hazırda |
| Cildlər | 7 (cild siyahısı) |
| Anime serialı | |
| Rejissor | Şinqo Fucii |
| Ssenarist | |
| Bəstəkar | |
| Studiya | |
| Lisenziya | Crunchyroll |
| Kanal | , , , , |
| Yayım tarixi | 6 iyul 2025 – 28 sentyabr 2025 |
| Seriyalar | 13 |
Ruri Rocks, həmçinin Introduction to Mineralogy, Yaponiyada tanınan adı ilə Ruri no Houseki – tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2019-cu ilin avqustundan "" nəşriyyatının "" jurnalında serializasiya olunur. 2025-ci ilin sentyabrına qədər 7 tankobon cildi buraxılmışdır. Manqa seriyası mineralları və qiymətli daşları sevən Ruri Taniqava adlı lisey tələbəsindən bəhs edir. Bir gün o, mineralogiya ilə maraqlanan məzun Naqi Arato ilə tanış olur və mineralogiyaya marağı getdikcə artır.
"" studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2025-ci ilin iyulundan sentyabrına qədər yayımlanmışdır.
Məzmun
| ]Ruri Taniqava cəvahirat və qiymətli daşları sevən lisey tələbəsidir. Bir gün o, cəvahirat mağazasına daxil olur və kristallardan hazırlanmış aksesuarlar görür. Ruri kristalların gözəlliyindən heyrətə gəlir, lakin pulu olmadığı üçün ala bilmir. Buna görə kristalları təbiətdə tapmağa qərar verir. Axtarışlar zamanı mineralogiya təhsili alan məzun tələbə Naqi Arato ilə qarşılaşır. Naqi ona axtardığı kristalları tapmaqda kömək edir. Bu tanışlıq Rurinin mineralogiyaya və kristallara olan həvəsini artırır. Tezliklərə onların komandasına Naqinin həmkarı Yoko İmari və Rurinin ən yaxın dostu Şoko Seto da qoşulur.
Manqa seriyası personajların kvars, pirit, qranat, qızıl və flüorit kimi mineralları axtarmalarından, ələk, çəkic və topoqrafik xəritə kimi mineralogiya alətlərindən istifadə etmələrindən bəhs edir.
Personajlar
| ]- Ruri Taniqava (谷川 瑠璃, Taniqava Ruri)
- Səsləndirən:
- Mineralogiya ilə maraqlanan lisey şagirdi. Naqi ilə tanış olandan sonra onunla birlikdə minerallar axtarmağa başlayır. "Ruri" (瑠璃) hərfi tərcümədə "lacivərd daşı" deməkdir.
- Naqi Arato (荒砥 凪, Arato Naqi)
- Səsləndirən: Asami Seto
- Mineralogiya təhsili almış məzun tələbə. Ruri ilə birlikdə minerallar axtarır, ona minerallar haqqında öyrədici məlumatlar verir.
- Yoko İmari (伊万里 曜子, İmari Yoko)
- Səsləndirən:
- Naqinin həmkarı. Mineralogiya haqqında kitablar oxumağı sevir. Ruri və Naqi ilə birlikdə minerallar axtarır.
- Şoko Seto (瀬戸 硝子, Seto Şoko)
- Səsləndirən:
- Rurinin yaxın dostu və sinif yoldaşı. Uşaqlıqdan etibarən minerallarla maraqlanır, lakin dostları və valideynləri tərəfindən kifayət qədər dəstək görməyib. Gələcəkdə mineraloq olmaq istəyir. Digərləri ilə birlikdə minerallar axtarmağa başlayır. "硝" kancisi "şüşə" mənasına gəlir.
İstehsal
| ]Manqa
| ]Manqa müəllifi Keyiçiro Şibuyanın mineralogiya üzrə elmi dərəcəsi var və manqanı yazarkən elmi biliklərindən istifadə etmişdir. O, bu manqadan öncə "Daikagaku Shoujo" adlı başqa bir elmi manqa üzərisində işləmişdir. Şibuya hər iki manqadakı hadisələrin eyni dünyada baş verdiyini bildirmişdir.
Anime
| ]Yaradıcılıq prosesi
| ]Anime adaptasiyasının rejissoru Şinqo Fucii universitetdə geologiya ixtisası üzrə oxumuş, geologiya və paleontologiya təhsili almışdır. O, manqanı oxuyandan sonra anime adaptasiyasını çəkmək istəmişdir. Fucii, xüsusilə, Şoko Setonun hekayəsinin yer aldığı fəsillərdən təsirlənmiş, animeni çəkmək qərarını məhz həmin hissəni oxuyandan sonra vermişdir.
Fucii animedə realizmə böyük diqqət ayırmağa çalışdığını qeyd etmişdir. İstehsalçı heyət minerallar barəsində orijinal müəllif Şibuya ilə məsləhətləşmələr aparmışdır. Animedə görünən kristalların və mineralların realistik görünməsi üçün mineralları çəkmək üzrə mütəxəssis olan illüstrator Cluselleri layihəyə cəlb etmişdirlər. Cluseller həm mineralların animasiyasında, həm də onların xüsusi effektlərinin hazırlanmasında iştirak etmişdir. Piritlə qızıl bir-birinə oxşadığından onları animedə fərqli göstərmək üçün çətinlik çəkmişdirlər. Onlar qranat və qızıl üçün müxtəlif yerlərə baş çəkmiş, təlimçilər və mütəxəssislərdən rəylər almışdırlar. Fucii dağa dırmaşmağı "üzləşdikləri ən çətin əngəl" adlandırmışdır. Onlar flüorit səhnələrinin dəqiq alınması üçün gəzmək icazəsi almışdırlar. Kristalları mikroskop altında detallı şəkildə təsvir üçün işi arxa plan, animasiya, minerallar və kinematoqrafiya üzrə bölmüşdürlər. Bəzi minerallardakı göy qurşağı rəngi effektini yaratmaq üçün kinematoqrafiya və xüsusi effektlərin qarışığından istifadə olunmuşdur.
Fucii animedə təbiəti kəşf etmək hissini yaratmaq üçün birinci seriyadan etibarən təbiət təsvirlərinə üstünlük vermiş, böcək və quşların mütəmadi olaraq görünməsinə, eləcə də, suyun şırıltısı və heyvan pıçıldıları kimi səslərə diqqət yetirmişdir. Mineralları toplayanda vaxtın çoxu maraqsız və sakit keçdiyi üçün bu anları maraqlı göstərməyə çalışmışdır. Animedə yer alan minipersonaj səhnələri əvvəlcə sadəcə mətnlərdən ibarət olsa da, seyyular həmin mətnləri səsləndirmiş və heyət həmin hissələri şirin hesab edərək saxlamağa qərar vermişdir. Bəzi hissələr çox akademik olduğu üçün onları animedə izah etmək mümkün olmamış, bu səbəbdən izləyicilərin onları rahat oxuması üçün ara səhnələr əlavə etmişdirlər. Fucii sapfir arkını ən vacib ark hesab etsə də, Şokonun hekayəsindən xeyli təsirləndiyini bildirmişdir. Bu səbəbdən animenin ssenaristi Miçiko Yokotenin təklifi ilə 7-ci seriyanın ssenarisini Fucii yazmışdır. Fucii həmin seriya üçün Şokonun keçmiş və gələcəyini əks etdirən xüsusi sonluq hazırlamaq istəsə də, işin həcmi çox olduğu üçün əvvəlcə bu ideyadan əl çəkmişdir. Lakin istehsalçı heyətin təkidindən sonra bu ideyanı həyata keçirməyə qərar vermişdir. Şoko animedə gec görünən sonuncu əsas personaj olduğu üçün izləyicilərə daha güclü təsir edən anlar yaratmaq istəmişdir.
Mənbə və orijinal hissələr
| ]
Animenin istehsalı zamanı bir çox istinad məkandan və mənbədən istifadə olunmuşdur. Laboratoriyanın dizaynı üçün Şibuya öz laboratoriyasının fotosunu göndərmişdir. Topoqrafik xəritələr üçün seriya rejissoru Akie İşii kitabxana və digər mənbələr əsasında köhnə xəritələri araşdırmışdır. Tərk edilmiş fabrik mühiti Mamoru Kurosva tərəfindən yaradılmışdır. O, bunun üçün tərk edilmiş bir neçə fabrik fotosundan ilham almışdır. Çimərlikdə sahilə çıxmış əşyaların təsviri üçün rejissor Masaho Hori və animasiya rejissoru Qenki Uçiyama bir neçə çimərlik bölgəsini ziyarət etmişdirlər. Daha realistik səhnə çəkmək üçün çimərlikdə əşya toplamışdırlar. 10-cu seriyada peyda olan lokomotiv üçün rejissor getmiş, fotolar çəkmiş və miniatür buxar lokomotivindən istifadə etmişdir. İstehsalçı heyət final seriyasındakı onsen səhnələri üçün ziyarət edərək fotolar çəkmiş və məlumatlar toplamışdırlar. Onlar onsenin sahibindən onsenin mənşəyi, su işləri və Kanaquyanın tarixi haqqında informasiya əldə etmişdirlər. Boru mağazası sahibi ilə görüşərək onsen boruları çöküntüləri haqqında məlumatlar öyrənmiş, borular və onsen daşları ilə tanış olmuşdurlar. Onlar istinad üçün onsen daşı da götürmüşdürlər. bağlı səhnənin dəqiq alınması üçün Fucii "Mikrometeoritlərin izahlı şəkilli kitabı"ndan istifadə etmişdir.
Manqanın sonlarına doğru Aoy Kasamaru personajı əsas personajlarından birinə çevrilsə də, animedə həmin epizodları əks etdirmək üçün kifayət qədər vaxt qalmamışdır. Bu səbəbdən istehsalçı heyət manqa müəllifi ilə məsləhətləşərək manqada olmayan, orijinal seriya çəkməyə qərar vermişdirlər. Şibuya seriyanın bəhs etməsini təklif etmişdir. Onlar bunun üçün əvvəlcə özləri kristal radio hazırlamağa çalışmışdırlar. Köməkçi rejissor Akiyama Yasuhiko kristal radio üçün lazım olan ləvazimatları almışdır. Animedə görünən kristal radio onların hazırladıqları modelə əsaslanmışdır. Onlar radio haqqında daha dəqiq məlumatlar əldə etmək üçün əməkdaşı olan Okabedən kömək istəmişdirlər. Okabe layihəni yoxlamış və ideyalarını irəli sürmüş, təsvirini göndərmişdir. Hətta həmin seriyada Naqinin son sitatları Okabe tərəfindən təklif olunmuşdur. Personajların radiodan mahnı dinlədikləri səhnə üçün Fucii əvvəlcə köhnə bir mahnı qoymağı düşünmüş, lakin səs rejissoru Yoşida Koheyin təklifi ilə açılış mahnısından istifadə olunmasına qərar verilmişdir. Kohey bunun seriyanın "birləşdirici" mövzusuna daha uyğun gələcəyini düşünmüşdür. Həmin seriyadakı texniki mağaza səhnəsində "Daikagaku Shoujo" manqasında olan personajlar da yer almışdır. Belə ki, hər iki manqa eyni dünyada baş verdiyi üçün rejissor o manqadan olan personajların da animedə görünməsini istəmişdir.
Media
| ]Manqa
| ]"Ruri Rocks" tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 10 avqust 2019-cu ildə "" nəşriyyatının "" jurnalında serializasiya olunmağa başlamışdır. İlk tankobon cildi 15 oktyabr 2020-ci ildə buraxılmışdır. Birinci cild 2020-ci ildə baş tutmuş 29-cu Tokio Mineral Şousunda da təqdim olunmuşdur. 12 sentyabr 2025-ci ilə qədər 7 tankobon cildi buraxılmışdır.
12 sentyabr 2025-ci ildə "Kodansha" nəşriyyatı manqada yer alan minerallar haqqında ətraflı məlumatlar verən rəsmi şəkilli ensiklopediya buraxmışdır. Ensiklopediya mineroloq Katsuaki Vatanabe tərəfindən yazılmış, illüstrasiyalar Keyiçiro Şibuya tərəfindən çəkilmişdir.
Cild siyahısı
| ]| № | Yaponca nəşr tarixi | Yaponca ISBN |
|---|---|---|
| 1 | 15 oktyabr 2020 | |
| 2 | 12 avqust 2021 | |
| 3 | 15 oktyabr 2022 | |
| 4 | 12 avqust 2023 | |
| 5 | 13 sentyabr 2024 | |
| 6 | 15 iyul 2025 | |
| 7 | 12 sentyabr 2025 |
Anime
| ]Manqa seriyası əsasında anime serialı adaptasiyası 11 sentyabr 2024-cü ildə anons edilmişdir. "" studiyası tərəfindən çəkilmiş anime serialının rejissoru Şinqo Fucii, ssenaristi , personaj dizayneri Mayu Fucii, bəstəkarları və , səs rejissoru Kohey Yoşidadır. Anime serialı 6 iyuldan 28 sentyabr 2025-ci ilə qədər AT-X və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı tərəfindən ifa olunan "Hikari no Sumika" mahnısı, bağlanış mahnısı tərəfindən ifa olunan "Sapphire" mahnısıdır. Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır.
Qeydlər
| ]İstinadlar
| ]- "Introduction to Mineralogy Anime's New Video Unveils More Staff, Theme Songs, July 6 Debut". Anime News Network (ingiliscə). 29 may 2025. İstifadə tarixi: 4 oktyabr 2025.
- "渋谷圭一郎「瑠璃の宝石」アニメ化!宝石好きのJKと鉱物学専攻の大学院生が宝探し". Comic Natalie (yaponca). 11 sentyabr 2024. İstifadə tarixi: 3 oktyabr 2025.
- "渋谷圭一郎のデビュー作「大科学少女」描き下ろし加え復刊、「瑠璃の宝石」3巻と同発". Comic Natalie. 15 oktyabr 2022. İstifadə tarixi: 3 oktyabr 2025.
- "夏アニメ『瑠璃の宝石』監督・藤井慎吾さんインタビュー! 監督に聞いた制作秘話・裏話・見どころ【毎週更新】". Animate Times (yaponca). 1 oktyabr 2025. İstifadə tarixi: 9 oktyabr 2025.
- "入江亜季、九井諒子らが描き下ろし!ハルタ付録に"おおきいすてきポストカード"". Comic Natalie (yaponca). 10 avqust 2019. İstifadə tarixi: 4 oktyabr 2025.
- "【10月15日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 10 oktyabr 2020. İstifadə tarixi: 4 oktyabr 2025.
- "東京ミネラルショーにハルタが登場、「瑠璃の宝石」1巻購入者に限定ポストカード進呈". Comic Natalie (yaponca). 11 dekabr 2020. İstifadə tarixi: 3 oktyabr 2025.
- "【9月12日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 12 sentyabr 2025. İstifadə tarixi: 4 oktyabr 2025.
- "「瑠璃の宝石」初の副読本 作中に登場した鉱物を実物写真で解説する「公式図鑑」". Comic Natalie (yaponca). 12 sentyabr 2025. İstifadə tarixi: 3 oktyabr 2025.
- "【8月12日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 12 avqust 2021. İstifadə tarixi: 4 oktyabr 2025.
- "【10月15日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 15 oktyabr 2022. İstifadə tarixi: 4 oktyabr 2025.
- "【8月12日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 12 avqust 2023. İstifadə tarixi: 4 oktyabr 2025.
- "【9月13日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 13 sentyabr 2024. İstifadə tarixi: 4 oktyabr 2025.
- "【7月15日付】本日発売の単行本リスト". Comic Natalie (yaponca). 15 iyul 2025. İstifadə tarixi: 4 oktyabr 2025.
- "Introduction to Mineralogy Anime's Teaser Reveals Cast, Staff". Anime News Network (ingiliscə). 16 sentyabr 2016. İstifadə tarixi: 4 oktyabr 2025.
- "Crunchyroll Announces Release Schedule for Summer 2025 Season". Anime News Network (ingiliscə). 18 iyun 2025. İstifadə tarixi: 4 oktyabr 2025.
Xarici keçidlər
| ]- comic-walker.com/detail/KC_003656_S?episodeType=comics — KadoComi saytında manqanın rəsmi saytı
- rurinohouseki.com — Animenin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Ruri RocksBirinci tankobon cildinin uzluyu Personajlar Naqi Arato solda ve Ruri Taniqava sagda 瑠璃の宝石 Ruri no Hoseki Janrmacera heyat dilimiManqaManqakaNesriyyatImprintHarta ComixJurnalDemoqrafiyaseynenNesr tarixi10 avqust 2019 hazirdaCildler7 cild siyahisi Anime serialiRejissorSinqo FuciiSsenaristBestekarStudiyaLisenziyaCrunchyrollKanal Yayim tarixi6 iyul 2025 28 sentyabr 2025Seriyalar13 Anime ve manqa portali Ruri Rocks hemcinin Introduction to Mineralogy Yaponiyada taninan adi ile Ruri no Houseki terefinden yazilan ve illustrasiya olunan manqa seriyasi 2019 cu ilin avqustundan nesriyyatinin jurnalinda serializasiya olunur 2025 ci ilin sentyabrina qeder 7 tankobon cildi buraxilmisdir Manqa seriyasi minerallari ve qiymetli daslari seven Ruri Taniqava adli lisey telebesinden behs edir Bir gun o mineralogiya ile maraqlanan mezun Naqi Arato ile tanis olur ve mineralogiyaya maragi getdikce artir studiyasi terefinden cekilmis anime seriali adaptasiyasi 2025 ci ilin iyulundan sentyabrina qeder yayimlanmisdir Mezmun span Ruri Taniqava cevahirat ve qiymetli daslari seven lisey telebesidir Bir gun o cevahirat magazasina daxil olur ve kristallardan hazirlanmis aksesuarlar gorur Ruri kristallarin gozelliyinden heyrete gelir lakin pulu olmadigi ucun ala bilmir Buna gore kristallari tebietde tapmaga qerar verir Axtarislar zamani mineralogiya tehsili alan mezun telebe Naqi Arato ile qarsilasir Naqi ona axtardigi kristallari tapmaqda komek edir Bu tanisliq Rurinin mineralogiyaya ve kristallara olan hevesini artirir Tezliklere onlarin komandasina Naqinin hemkari Yoko Imari ve Rurinin en yaxin dostu Soko Seto da qosulur Manqa seriyasi personajlarin kvars pirit qranat qizil ve fluorit kimi minerallari axtarmalarindan elek cekic ve topoqrafik xerite kimi mineralogiya aletlerinden istifade etmelerinden behs edir Personajlar span Ruri Taniqava 谷川 瑠璃 Taniqava Ruri Seslendiren Mineralogiya ile maraqlanan lisey sagirdi Naqi ile tanis olandan sonra onunla birlikde minerallar axtarmaga baslayir Ruri 瑠璃 herfi tercumede laciverd dasi demekdir Naqi Arato 荒砥 凪 Arato Naqi Seslendiren Asami Seto Mineralogiya tehsili almis mezun telebe Ruri ile birlikde minerallar axtarir ona minerallar haqqinda oyredici melumatlar verir Yoko Imari 伊万里 曜子 Imari Yoko Seslendiren Naqinin hemkari Mineralogiya haqqinda kitablar oxumagi sevir Ruri ve Naqi ile birlikde minerallar axtarir Soko Seto 瀬戸 硝子 Seto Soko Seslendiren Rurinin yaxin dostu ve sinif yoldasi Usaqliqdan etibaren minerallarla maraqlanir lakin dostlari ve valideynleri terefinden kifayet qeder destek gormeyib Gelecekde mineraloq olmaq isteyir Digerleri ile birlikde minerallar axtarmaga baslayir 硝 kancisi suse menasina gelir Istehsal span Manqa span Manqa muellifi Keyiciro Sibuyanin mineralogiya uzre elmi derecesi var ve manqani yazarken elmi biliklerinden istifade etmisdir O bu manqadan once Daikagaku Shoujo adli basqa bir elmi manqa uzerisinde islemisdir Sibuya her iki manqadaki hadiselerin eyni dunyada bas verdiyini bildirmisdir Anime span Yaradiciliq prosesi span Anime adaptasiyasinin rejissoru Sinqo Fucii universitetde geologiya ixtisasi uzre oxumus geologiya ve paleontologiya tehsili almisdir O manqani oxuyandan sonra anime adaptasiyasini cekmek istemisdir Fucii xususile Soko Setonun hekayesinin yer aldigi fesillerden tesirlenmis animeni cekmek qerarini mehz hemin hisseni oxuyandan sonra vermisdir Fucii animede realizme boyuk diqqet ayirmaga calisdigini qeyd etmisdir Istehsalci heyet minerallar baresinde orijinal muellif Sibuya ile meslehetlesmeler aparmisdir Animede gorunen kristallarin ve minerallarin realistik gorunmesi ucun minerallari cekmek uzre mutexessis olan illustrator Cluselleri layiheye celb etmisdirler Cluseller hem minerallarin animasiyasinda hem de onlarin xususi effektlerinin hazirlanmasinda istirak etmisdir Piritle qizil bir birine oxsadigindan onlari animede ferqli gostermek ucun cetinlik cekmisdirler Onlar qranat ve qizil ucun muxtelif yerlere bas cekmis telimciler ve mutexessislerden reyler almisdirlar Fucii daga dirmasmagi uzlesdikleri en cetin engel adlandirmisdir Onlar fluorit sehnelerinin deqiq alinmasi ucun gezmek icazesi almisdirlar Kristallari mikroskop altinda detalli sekilde tesvir ucun isi arxa plan animasiya minerallar ve kinematoqrafiya uzre bolmusdurler Bezi minerallardaki goy qursagi rengi effektini yaratmaq ucun kinematoqrafiya ve xususi effektlerin qarisigindan istifade olunmusdur Fucii animede tebieti kesf etmek hissini yaratmaq ucun birinci seriyadan etibaren tebiet tesvirlerine ustunluk vermis bocek ve quslarin mutemadi olaraq gorunmesine elece de suyun siriltisi ve heyvan picildilari kimi seslere diqqet yetirmisdir Minerallari toplayanda vaxtin coxu maraqsiz ve sakit kecdiyi ucun bu anlari maraqli gostermeye calismisdir Animede yer alan minipersonaj sehneleri evvelce sadece metnlerden ibaret olsa da seyyular hemin metnleri seslendirmis ve heyet hemin hisseleri sirin hesab ederek saxlamaga qerar vermisdir Bezi hisseler cox akademik oldugu ucun onlari animede izah etmek mumkun olmamis bu sebebden izleyicilerin onlari rahat oxumasi ucun ara sehneler elave etmisdirler Fucii sapfir arkini en vacib ark hesab etse de Sokonun hekayesinden xeyli tesirlendiyini bildirmisdir Bu sebebden animenin ssenaristi Miciko Yokotenin teklifi ile 7 ci seriyanin ssenarisini Fucii yazmisdir Fucii hemin seriya ucun Sokonun kecmis ve geleceyini eks etdiren xususi sonluq hazirlamaq istese de isin hecmi cox oldugu ucun evvelce bu ideyadan el cekmisdir Lakin istehsalci heyetin tekidinden sonra bu ideyani heyata kecirmeye qerar vermisdir Soko animede gec gorunen sonuncu esas personaj oldugu ucun izleyicilere daha guclu tesir eden anlar yaratmaq istemisdir Menbe ve orijinal hisseler span Rejissor 10 cu epizodda gorunen lokomotiv ucun lokomotivden tesirlenmisdir Animenin istehsali zamani bir cox istinad mekandan ve menbeden istifade olunmusdur Laboratoriyanin dizayni ucun Sibuya oz laboratoriyasinin fotosunu gondermisdir Topoqrafik xeriteler ucun seriya rejissoru Akie Isii kitabxana ve diger menbeler esasinda kohne xeriteleri arasdirmisdir Terk edilmis fabrik muhiti Mamoru Kurosva terefinden yaradilmisdir O bunun ucun terk edilmis bir nece fabrik fotosundan ilham almisdir Cimerlikde sahile cixmis esyalarin tesviri ucun rejissor Masaho Hori ve animasiya rejissoru Qenki Uciyama bir nece cimerlik bolgesini ziyaret etmisdirler Daha realistik sehne cekmek ucun cimerlikde esya toplamisdirlar 10 cu seriyada peyda olan lokomotiv ucun rejissor getmis fotolar cekmis ve miniatur buxar lokomotivinden istifade etmisdir Istehsalci heyet final seriyasindaki onsen sehneleri ucun ziyaret ederek fotolar cekmis ve melumatlar toplamisdirlar Onlar onsenin sahibinden onsenin menseyi su isleri ve Kanaquyanin tarixi haqqinda informasiya elde etmisdirler Boru magazasi sahibi ile goruserek onsen borulari cokuntuleri haqqinda melumatlar oyrenmis borular ve onsen daslari ile tanis olmusdurlar Onlar istinad ucun onsen dasi da goturmusdurler bagli sehnenin deqiq alinmasi ucun Fucii Mikrometeoritlerin izahli sekilli kitabi ndan istifade etmisdir Manqanin sonlarina dogru Aoy Kasamaru personaji esas personajlarindan birine cevrilse de animede hemin epizodlari eks etdirmek ucun kifayet qeder vaxt qalmamisdir Bu sebebden istehsalci heyet manqa muellifi ile meslehetleserek manqada olmayan orijinal seriya cekmeye qerar vermisdirler Sibuya seriyanin behs etmesini teklif etmisdir Onlar bunun ucun evvelce ozleri kristal radio hazirlamaga calismisdirlar Komekci rejissor Akiyama Yasuhiko kristal radio ucun lazim olan levazimatlari almisdir Animede gorunen kristal radio onlarin hazirladiqlari modele esaslanmisdir Onlar radio haqqinda daha deqiq melumatlar elde etmek ucun emekdasi olan Okabeden komek istemisdirler Okabe layiheni yoxlamis ve ideyalarini ireli surmus tesvirini gondermisdir Hetta hemin seriyada Naqinin son sitatlari Okabe terefinden teklif olunmusdur Personajlarin radiodan mahni dinledikleri sehne ucun Fucii evvelce kohne bir mahni qoymagi dusunmus lakin ses rejissoru Yosida Koheyin teklifi ile acilis mahnisindan istifade olunmasina qerar verilmisdir Kohey bunun seriyanin birlesdirici movzusuna daha uygun geleceyini dusunmusdur Hemin seriyadaki texniki magaza sehnesinde Daikagaku Shoujo manqasinda olan personajlar da yer almisdir Bele ki her iki manqa eyni dunyada bas verdiyi ucun rejissor o manqadan olan personajlarin da animede gorunmesini istemisdir Media span Manqa span Ruri Rocks terefinden yazilir ve illustrasiya olunur Manqa 10 avqust 2019 cu ilde nesriyyatinin jurnalinda serializasiya olunmaga baslamisdir Ilk tankobon cildi 15 oktyabr 2020 ci ilde buraxilmisdir Birinci cild 2020 ci ilde bas tutmus 29 cu Tokio Mineral Sousunda da teqdim olunmusdur 12 sentyabr 2025 ci ile qeder 7 tankobon cildi buraxilmisdir 12 sentyabr 2025 ci ilde Kodansha nesriyyati manqada yer alan minerallar haqqinda etrafli melumatlar veren resmi sekilli ensiklopediya buraxmisdir Ensiklopediya mineroloq Katsuaki Vatanabe terefinden yazilmis illustrasiyalar Keyiciro Sibuya terefinden cekilmisdir Cild siyahisi span Yaponca nesr tarixiYaponca ISBN115 oktyabr 2020978 4 04 736267 3212 avqust 2021978 4 04 736615 2315 oktyabr 2022978 4 04 737177 4412 avqust 2023978 4 04 737637 3513 sentyabr 2024978 4 04 737914 5615 iyul 2025978 4 04 738113 1712 sentyabr 2025978 4 04 738393 7Anime span Manqa seriyasi esasinda anime seriali adaptasiyasi 11 sentyabr 2024 cu ilde anons edilmisdir studiyasi terefinden cekilmis anime serialinin rejissoru Sinqo Fucii ssenaristi personaj dizayneri Mayu Fucii bestekarlari ve ses rejissoru Kohey Yosidadir Anime seriali 6 iyuldan 28 sentyabr 2025 ci ile qeder AT X ve diger kanallar vasitesile yayimlanmisdir Acilis mahnisi terefinden ifa olunan Hikari no Sumika mahnisi baglanis mahnisi terefinden ifa olunan Sapphire mahnisidir Anime Crunchyroll terefinden lisenziyalasdirilmisdir Qeydler span herf Ruri qayalari herf Mineralogiyaya giris yaponca 瑠璃の宝石 Hepborn Ruri no Hoseki herf Rurinin cevahiratlari yaponca 光のすみか herf Isigin evi yaponca サファイア Hepborn Safaya herf Sapfir Istinadlar span Introduction to Mineralogy Anime s New Video Unveils More Staff Theme Songs July 6 Debut Anime News Network ingilisce 29 may 2025 Istifade tarixi 4 oktyabr 2025 渋谷圭一郎 瑠璃の宝石 アニメ化 宝石好きのJKと鉱物学専攻の大学院生が宝探し Comic Natalie yaponca 11 sentyabr 2024 Istifade tarixi 3 oktyabr 2025 渋谷圭一郎のデビュー作 大科学少女 描き下ろし加え復刊 瑠璃の宝石 3巻と同発 Comic Natalie 15 oktyabr 2022 Istifade tarixi 3 oktyabr 2025 夏アニメ 瑠璃の宝石 監督 藤井慎吾さんインタビュー 監督に聞いた制作秘話 裏話 見どころ 毎週更新 Animate Times yaponca 1 oktyabr 2025 Istifade tarixi 9 oktyabr 2025 入江亜季 九井諒子らが描き下ろし ハルタ付録に おおきいすてきポストカード Comic Natalie yaponca 10 avqust 2019 Istifade tarixi 4 oktyabr 2025 10月15日付 本日発売の単行本リスト Comic Natalie yaponca 10 oktyabr 2020 Istifade tarixi 4 oktyabr 2025 東京ミネラルショーにハルタが登場 瑠璃の宝石 1巻購入者に限定ポストカード進呈 Comic Natalie yaponca 11 dekabr 2020 Istifade tarixi 3 oktyabr 2025 9月12日付 本日発売の単行本リスト Comic Natalie yaponca 12 sentyabr 2025 Istifade tarixi 4 oktyabr 2025 瑠璃の宝石 初の副読本 作中に登場した鉱物を実物写真で解説する 公式図鑑 Comic Natalie yaponca 12 sentyabr 2025 Istifade tarixi 3 oktyabr 2025 8月12日付 本日発売の単行本リスト Comic Natalie yaponca 12 avqust 2021 Istifade tarixi 4 oktyabr 2025 10月15日付 本日発売の単行本リスト Comic Natalie yaponca 15 oktyabr 2022 Istifade tarixi 4 oktyabr 2025 8月12日付 本日発売の単行本リスト Comic Natalie yaponca 12 avqust 2023 Istifade tarixi 4 oktyabr 2025 9月13日付 本日発売の単行本リスト Comic Natalie yaponca 13 sentyabr 2024 Istifade tarixi 4 oktyabr 2025 7月15日付 本日発売の単行本リスト Comic Natalie yaponca 15 iyul 2025 Istifade tarixi 4 oktyabr 2025 Introduction to Mineralogy Anime s Teaser Reveals Cast Staff Anime News Network ingilisce 16 sentyabr 2016 Istifade tarixi 4 oktyabr 2025 Crunchyroll Announces Release Schedule for Summer 2025 Season Anime News Network ingilisce 18 iyun 2025 Istifade tarixi 4 oktyabr 2025 Xarici kecidler span comic walker com detail KC 003656 S episodeType comics KadoComi saytinda manqanin resmi sayti rurinohouseki com Animenin resmi saytiAnime seriallariMushoku Tensei 2021 hazirda 2023 2025 Ruri Rocks 2025 OVA larMushoku Tensei 2022 ElaqeliWhite Fox Kateqoriyalar Manqa seriyalari2019 cu ilin manqalari2025 ci ilin anime seriallariEnterbrain manqalariMacera anime ve manqalariGundelik heyat haqqinda anime ve manqalarManqalara esaslanan anime seriallariCrunchyroll animeleriSeynen manqalariMineralogiyaGizli kateqoriya Vikipediya Xarici kecidler sablonu bosdur
