Narı Quliyeva
Narı Əbülfəz qızı Quliyeva (10 iyul 1928-2005) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Sosialist Əməyi Qəhrəmanı (1949).
Narı Quliyeva | |
---|---|
Narı Əbülfəz qızı Quliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Kırna, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Kırna, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | üzümçü |
Mükafatları | |
Həyat və əmək fəaliyyəti
Narı Quliyeva 10 iyul 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə V.İ.Lenin adına kolxozda başlamış, 1956-cı ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1956-cı ildən Naxçıvan sovxoz-texnikumunda laborant işləmişdir. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Sovet İttifaqı Kommunist Partiyası 21-ci qurultayının nümayəndəsi olmuşdur. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Narı Quliyeva 2005-ci ildə Culfa rayonunda vəfat etmişdir.
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. III ҹилд: Гаjыбов – Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. сәһ. 270. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)
- Quliyeva Narı Əbülfəz qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.