Naimə Sultan
Fatma Naimə Sultan (d. 4 sentyabr 1875 - ö. 1945) — 34. Osmanlı sultanı II Əbdülhəmidin üçüncü qızı.
Naimə Sultan | |
---|---|
فاطمة نايمي سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Atası | II Əbdülhəmid |
Anası | Bidar Qadınəfəndi |
Həyat yoldaşları | Mehmed Kəmaləddin Paşa Mahmud Cəlaləddin Paşa |
Uşaqları | Mehmed Cahid Osman bəy Adilə xanım Sultan |
Həyatı
Fatma Naimə Sultan 1875-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Şahzadə Əbdülhəmid, anası isə Bidar xanım idi. İlk namizədi Misir xədivi Abbas Hilmi Paşa idi. Ancaq siyasi səbəblərlə bu nigah baş tutmadı. Nəhayət, 17 mart 1898-ci ildə Qazi Osman Paşanın oğlu Mehmed Kəmaləddin Paşa ilə Ulduz sarayında evləndilər. Osmanlı sarayında ilk dəfə ağ gəlinlik geyindi. Ortaköydəki sarayda yaşamağa başlayan Naimə Sultanın bu evlilikdən bir oğlu oldu. Ancaq qonşu sarayda yaşayan V Muradın qızı Xədicə Sultanla əri arasında bir münasibətin olduğu ortaya çıxdı və nəticədə 1904-cü ildə ayrıldılar. Əri Mehmed Kəmaləddin Paşa Bursaya sürgünə göndərildi.
İkinci evliliyi isə 11 iyul 1907-ci ildə Mahmud Cəlaləddin Paşa ilə baş tutdu. Bu nigahdan da bir qızı dünyaya gəldi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi və ailəsi ilə birlikdə əvvəlcə Fransada və İtaliyada, ardından Albaniyada məskunlaşdı. 1945-ci ildə Tiranada vəfat etdi.
Ailəsi
İlk evliliyi 17 mart 1898-ci ildə Mehmed Kəmaləddin Paşa ilə (d. 1869 - ö. 1920) baş tutdu ancaq 1904-cu ildə ayrıldılar. Bu nigahdan bir oğlu oldu. İkinci evliliyi isə 11 iyul 1907-ci ildə Mahmud Cəmaləddin Paşa ilə (d. 1874 - ö. 1944) baş tutdu və bu nigahdan bir qızı oldu.
- Mehmed Cahid Osman bəy (d. yanvar 1899 - ö. 30 mart 1977) — İlk evliliyi 1922-ci ilin yanvarında əmisi V Muradın oğlu Mehmed Ziyayəddin Əf'əndi'nin qızı Dürriyə Sultanla baş tutdu ancaq bir neçə ay sonra xanımı vəfat etdi. İkinci evliliyi isə ilk xanımının xalası olan Levrens Həcər Hüseynlə baş tutdu v'ə bu nigahdan 1 oğlu oldu. İstanbulda baş verən avtomobil qəzasında vəfat etmişdir.
- Adilə xanım Sultan (d. 12 noyabr 1900 - ö. fevral 1979) — İlk evliliyi 4 may 1922-ci ildə Sultan Əbdüləziz'in oğlu Mehmed Seyfəddin Əfəndi'nin oğlu Mahmud Şövkət Əfəndi ilə baş tutsa da, 1928-ci ildə ayrıldılar. Bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1930-cu ildə Orxan Əl-Bəkri ilə baş tutdu və bu nigahdan 3 övladı oldu.
Mənbə
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 505-506