Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid.
Müharib Mirzəyev | |
---|---|
Müharib Abbas oğlu Mirzəyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1945-ci il |
Doğum yeri | , Səfərəliyev rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Mülki Müdafiə Qərargahı |
Rütbəsi | Polkovnik |
Vəzifəsi | Gəncə regional mülki müdafiə qərargahının rəisi |
Həyatı
27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub.
1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir.
Bu səbəbdən ona şəhid statusu verilir.
Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi.
Ailəli idi, üç övladı var.
Şair (Böyükkişi Mirzəzadənin) kiçik qardaşı idi.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-08-01 tarixində . İstifadə tarixi: 2022-03-27.
Ədəbiyyat
- . . Bakı,"Əbilov, Zeynalov və oğulları", 2001, səh. 352.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer