Macarıstan krallığı
Macarıstan krallığı — 1000-1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq.
Tarixi
1000-1526-cı illər arasında müstəqil bir ölkə olan Macarıstan krallığının torpaqlarının böyük bir qismi Mohaç müharibəsindən sonra Osmanlı İmperiyasının əlinə keçdi. Torpaqların geri qalan hissəsi Habsburqlar sülaləsinin idarəsi altında muxtar bir krallıq olaraq mövcudluğunu qoruyub saxladı. 1686-cı ildə başda Budin (Budapeşt) olmaqla Macarıstanın böyük bir hissəsi Habsburqların əlinə keçdi.
1867-ci ilə qədər Macarıstan krallığı Avstriya İmperiyasının bir parçası oldu. Bu dönəmdə Macarıstan krallığı öz məclisinə və konstutitsiyasına sahib idi, amma məclis üzvləri Habsburqlar sülaləsi tərəfindən təyin edilirdi. 1867-ci ildə Avstriya-Macarıstan İmperiyası quruldu. Bu cüt monarxiya sistemi Birinci dünya müharibəsinin sonuna qədər yaşadı. 1920-1946-cı illər arasında Macarıstan krallığı yenidən müstəqil ölkə oldu. 1946-cı ildə Macarıstan Xalq Respublikasının qurulmasıyla Macarıstan krallığı rəsmən ləğv edildi.