Klivlend şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.
Klivlend şou | |
---|---|
The Cleveland Show | |
Janr | Sitkom |
Müəllif | Set Makfarleyn Riçard Eppel Mayk Henri |
İstehsalçı | Person Unknown Productions Happy Jack Productions Fuzzy Door Productions Person Unknown Productions Fox Television Animation 20th Century Fox Television |
Səsləndirənlər | Mayk Henri Sena Latan Kevin Maykl Riçardson Riqan Qomez-Preston Ceyson Sudeykis Set Makfarleyn |
Bəstəkar | Volter Mörfi |
İstehsalçı ölkə | ABŞ |
Dil | İngilis |
Mövsüm sayı | 4 |
Buraxılış sayı | 88 |
Buraxılışların siyahısı | Klivlend şou cizgi serialının seriyalarının siyahısı |
İstehsal | |
Prodüser | Kara Vallou Kortni Lilli |
İcraçı prodüser | Set Makfarleyn Riçard Eppel Mayk Henri |
Kamera | Təkkameralı çəkilişin animasiyalı təsviri |
Müddəti | 21-22 dəq. |
Veriliş | |
Kanal | Fox |
Təsvirin formatı | 720p (16:9 HDTV) |
Translyasiya dövrü | 27 sentyabr 2009 – 19 may 2013 |
Xronologiyası | |
Oxşar verilişlər | Qriffinlər |
Rəsmi sayt |
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir.
Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir. Klivlend-Tabbs ailəsi "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıtmışdır.
İstehsal
İnkişaf
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir.
"Klivlend şou" ilk dəfə "Fox"un serialı yaradıcılardan almasından sonra, inkişaf proqramında 2008-ci ilin əvvəllərində görünmüşdür. 5 may 2008 tarixində Set Makfarleyn və 20th Century Fox Television bir müqavilə imzalamışdır. Pilot 2008-ci ilin may ayında, serial 2008–09 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilən zaman, Klivlend şou adlandırıldığı rəsmi olaraq açıqlanmışdı. Təpənin kralı serialı bitdikdən sonra Klivlend şou efirə çıxacaqdı. Bu açıqlamadan sonra 9 yeni seriya sifariş edilmiş, bununla da serialın ilk mövsümü rəsmiləşmişdi. Klivlend şou 2009-cu ilin may ayında hər bazar günü yerli vaxtla 20:30-da efirə çıxmaq üçün, 2009–10 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilmişdir. 2009-cu ilin iyun ayının 15-də Klivlend şounun ilk seriyasının 27 sentyabr 2009 tarixində efirə veriləcəyi açıqlanmışdır.
İcraçı prodüserlər
Set Makfarleyn, Mayk Henri və Riçard Eppel I mövsümdən bəri serialın icracı prodüserləri olmuşdur.
Səsləndirmə aktyorları
Mayk Henri serialın iki əsas qəhrəmanını səsləndirir: Klivlend Braun və Rallo Tabbs. Klivlend Braun personajı əvvəlcə "Qriffinlər" serialı üçün hazırlanmışdı. Henri Makfarleynlə hələ Rod-Aylend dizayn məktəbində oxuduğu zaman tanış olmuşdu. Onlar təhsillərini bitirdikdən sonra da əlaqə saxlamağa davam ediblər. Bir neçə ildən sonra Makfarleyn Henriylə əlaqə yaratmış və onu şounun bir hissəsi olmağa dəvət etmişdi; o serialın səsləndirmə aktyoru və ssenari müəllifi olmağa razılaşdı. Rallo Tabbsın səsi isə, Henri tərəfindən 20 il əvvəl yaradılmışdır. Henri etdiyi bir açıqlamada, Rallo Tabbsın səsi əvvəllər etdiyi zarafat zənglərində yaratdığı səslərindən biri olduğunu demişdir.
Sena Latan — Klivlendin arvadı, Rallo və Roberta Tabbsın anası və Klivlend Braun Kiçiyin ögey anası Donna Tabbsı səsləndirir. Latan, prodüserlərin personajı yaradan zaman "bir qədər təhsilli." olmasını istədiklərini demişdir. Donna Tabbsın səsləndirməsindən əvvəl, Latan yalnız Qızıl Alov adlı bir kiçik büdcəli filmdə səsləndirmə aktyoru olmuşdur. Latan səsləndirmə aktyorluğundan başqa, Yadplanetliyə qarşı Yırtıcı, Sevgi və Basketbol və Ovçular ailəsi kimi filmlərdə aktrisalıq etmişdir.
Riqan Qomez-Preston — Klivlendin ögey qızı Roberta Tabbsı səsləndirir. Qomez Robertanı səsləndirəndə öz səsindən istifadə etdiyini və telefonla danışanda həmişə 15 yaşlı bir qızla səhv salındığını demişdir. Qomez Roberta roluna seçilməzdən əvvəl, personajı ilk 13 seriyada Nia Lonq (Sena Latan ilə birlikdə Ən yaxşı kişi filmlərində çəkilmişdir) səsləndirirdi. Nia Lonqa görə o, personajın gənc bir yeniyetmə olmasına görə prodüserlərin daha gənc səslənən bir aktrisa istəməsindən dəyişdirilmişdir.
Kevin Maykl Riçardson — Klivlend Braunun oğlu Klivlend Kiçiyi, eləcə də Klivlendin qonşusu Lester Krinklesakı səsləndirir. Maykl "Qriffinlər" və "Amerikan ata!" teleserialların cari heyətlərində oynamışdır. Klivlend Kiçiyi təsvir etmək üçün Riçardson NBC drama serialı olan ER-dakı Petrik adlı bir obrazdan ilhamlandığını demişdir. Lesterə gəldikdə isə, Riçardson bir müsahibədə afro-amerikalı olduğundan o, bir neçə redneklə qarşılandığını və personajı səsləndirəndə onları yadına saldığını demişdir.
Ceyson Sudeykis — Klivlendin dostu olan kiçik boylu Holt Riçteri və Klivlendlə Uatermen Keyblda işləyən dostu Terri Kimplı səsləndirir. Sudeykis cari aktyor heyətinin bir parçası olaraq başlamışdır, ancaq "Daha çətin, daha yaxşı, daha sürətli, qəhvəyi" adlı seriyadan etibarən əsas aktyor heyətinin bir parçası olmuşdur.
Set Makfarleyn — III mövsümün 10-cu seriyasına qədər ayı Timi səsləndirmişdir. Makfarleyn ayı Timi səsləndirəndə Stiv Martinin təəssüratını yaratdığını demişdir. Personajı III mövsümün 11 seriyasından bəri Cess Harnell səsləndirir.
Əsas aktyor heyəti | |||||
---|---|---|---|---|---|
Mayk Henri | Sana Latan | Riqan Qomez-Preston | Kevin Maykl Riçardson | Ceyson Sudeykis | Set Makfarleyn |
Klivlend Braun, Rallo Tabbs | Donna Tabbs | Roberta Tabbs | Klivlend Braun Kiçik və Lester Krinklesak | Holt Riçter və Terri Kimpl | Ayı Tim |
Cari aktyor heyətinin digər üzvləri: Arianna Huffinqton Ayı Ariannanı, Nat Fakson Ayı Reymondu, Ceymi Kennedi Qabriel Fridmeni, Uill Forte Prinsipial Uallini, Fransis Kaler Evelin Braunu, Kreyq Robinson Le-Var Braunu, Devid Linç barmen Qası səsləndirir.
Personajlar
Klivlendin yeni təqdim edilmiş ailəsi arasında onun yeni arvadı Donna Tabbs Braun (Sena Latan tərəfindən səsləndirilib), Donnanın yeniyetmə qızı Roberta (İlk olaraq Nia Lonq, daha sonra Riqa Qomez-Preston tərəfindən səsləndirilib) və Donnanın 5 yaşlı oğlu Rallo (Mayk Henri tərəfindən səsləndirilib). Klivlend Braun Kiçik serial üçün tamamilə yenidən dizayn edilmişdir.
Seriyalar
Mövsümlər | Seriyalar | Orijinal efir vaxtı | Nilsen reytinqi | |||
---|---|---|---|---|---|---|
İlk yayım | Son yayım | Sıra | İzləyicilər (milyon) | |||
1 | 21 | 27 sentyabr 2009 | 23 may 2010 | 72 | 6.38 | |
2 | 22 | 26 sentyabr 2010 | 15 may 2011 | 90 | 6.12 | |
3 | 22 | 25 sentyabr 2011 | 20 may 2012 | 144 | 4.03 | |
4 | 23 | 7 oktyabr 2012 | 19 may 2013 | 129 | 3.05 |
Başqa animasiya sitkomları ilə olan krossoverləri
"Klivlend şou" personajları başqa animasiya sitkomlarında və həmin serialların personajları "Klivlend şou"da görünmüşdülər. "Klivlend şou"nun bütün krossoverləri iki animasiya seriallarından ibarət idi. Bunlar Set Makfarleyn tərəfindən yaradılan "Qriffinlər" və "Amerikan ata"dır.
"Klivlend şou" personajları digər "Fox" animasiya serialları olan "Simpsonslar" və "Təpənin kralı" serillarında epizodik rol almışdılar.
Yayım
Sindikasiya
2010-cu ilin iyul ayında "Turner Broadcasting System" TBS və Adult Swim televiziya şəbəkələri üçün sindikasiya hüquqlarını almışdır. Serial sindikasiyada ilk dəfə 29 sentyabr 2012 tarixində "Cartoon Network" telekanalının Adult Swim gecə televiziya blokunda, ABŞ-da yayımlanmışdır. MuchMusic 2 sentyabr 2013 tarixində Kanadada serialın anonsunu, sonrakı gün isə debütünü yayımlamışdır.
Ləğv
17 aprel 2013 tarixində "Fox" şirkəti "Klivlend şou"nun ləğv olunmasıyla bağlı olan dedi-qoduları yalanlamış, serialın ləğv etməkdənsə yeniləməyi üstün tutduğunu açıqlamışdır. Buna baxmayaraq, 13 may 2013 tarixində "New York Daily News"da Fox Əyləncə Sədri Kevin Rilli serialın ləğvini rəsmiləşdirmişdir. Serialın ləğvindən sonra, Klivlend-Tabbs ailəsinin "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıdacağı açıqlanmışdır.
Beynəlxalq yayım
Ölkə | Şəbəkə | Yayım tarixi |
---|---|---|
Kanada | Global MuchMusic | 27 sentyabr 2009 – 19 may 2013 3 sentyabr 2013 – 31 avqust 2017 |
Avstraliya | Network Ten Eleven FOX8 | 2 dekabr 2009 – 12 yanvar 2011 12 yanvar 2011 – 2014 13 mart 2011 – h.h |
Almaniya | Comedy Central | 7 avqust 2016 – h.h |
Litva | TV6 | – h.h |
İrlandiya | 3e | 2009 |
Birləşmiş Krallıq | E4 Fox ITV2 | 1 fevral 2010 – payız 2015 6 yanvar 2011 – ? 2016–h.h |
Amerika Birləşmiş Ştatları | Fox Adult Swim TBS | 27 sentyabr 2009 – 19 may 2013 29 sentyabr 2012 – h.h 16 sentyabr 2013 – present |
Macarıstan | Comedy Central Humor+ | 6 iyul 2010 – 30 oktyabr 2016 3 oktyabr 2016 – h.h |
Orta Şərq | FX | Bilinmir |
Yeni Zelandiya | C4 Four Comedy Central | 2010 10 fevral 2011 – h.h 2011–h.h |
Pakistan | FX | Bilinmir |
Filippin | Jack TV Fox Philippines | oktyabr 2010 – h.h mart 2013 – h.h |
Cənubi Afrika | Vuzu | 29 noyabr 2010 |
Sinqapur | Fox | 2 aprel 2012 (II mövsüm) |
Ev mediası
DVD buraxılışları
Həmçinin bax
İstinadlar
- ↑ (ingilis). http://cleveland.wikia.com. 2017-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
- ↑ Hinkli, Deyvid (13 may 2013). "Fox announces 2013-14 fall schedule, which includes return of Kiefer Sutherland's '24'". NY Daily News. İstifadə tarixi: 1 iyun 2013.
- Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season. TheFutonCritic.com. İstifadə tarixi: 5 iyun 2012.
- Fox Primetime 2010-01-17 at the Wayback Machine. Fox Flash (27 sentyabr 2009). İstifadə tarixi: 5 iyun 2012.
- Breaking News – Development Update: February 29 – March 4. TheFutonCritic.com. Retrieved June 5, 2012.
- Breaking News – Development Update: Monday, May 5. TheFutonCritic.com. Retrieved June 5, 2012.
- Breaking News – FOX Announces Primetime Slate for 2008–2009 Season. TheFutonCritic.com (May 15, 2008). Retrieved June 5, 2012.
- Breaking News – OH... Hey, Y'All! FOX Orders Full Season of "The Cleveland Show". TheFutonCritic.com. Retrieved June 5, 2012.
- Breaking News – FOX Announces Primetime Slate for 2009–2010 Season. TheFutonCritic.com (May 18, 2009). Retrieved June 5, 2012.
- Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season. TheFutonCritic.com. Retrieved June 5, 2012.
- "CLEVELAND BROWN" (ingilis). 2017-01-25 tarixində . İstifadə tarixi: 2017-11-01.
- (ingilis). 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- "Mike Henry: The Origins of Cleveland and Herbert". İstifadə tarixi: 16 aprel 2009.
- "Rallo Tubbs" (ingilis). simpson.wikia.com. İstifadə tarixi: 2017-11-01.
- ↑ . Entertainment Weekly. 2 oktyabr 2009. 2010-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2009.
- "Roberta Tubbs". İstifadə tarixi: 11 noyabr 2017.
- Morales, Wilson. "Good Hair: An Interview With Nia Long". İstifadə tarixi: May 14, 2014.
- "Cleveland Brown, Jr" (ingilis). cleveland.wikia.com. İstifadə tarixi: 2017-11-11.
- "ARIANNA" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "RAYMOND" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "GABRIEL "FEDERLINE JONES" FRIEDMAN" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "PRINCIPAL WALLY FARQUHARE" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "EVELYN "COOKIE" BROWN" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "LEVAR "FREIGHT TRAIN" BROWN" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- "GUS" (ingilis). behindthevoiceactors.com. İstifadə tarixi: 2017-11-01.
- Şnayder, Maykl (13 iyul 2008). "'Cleveland' finds a balance". Variety. İstifadə tarixi: 14 iyul 2008.
- Qoldmen, Erik (10 noyabr 2008). "The Cleveland Show: Update on Family Guy Spinoff". IGN. İstifadə tarixi: 10 noyabr 2008.
- FoxFlash image page 2010-01-17 at the Wayback Machine. Foxflash.com. İstifadə tarixi: 5 iyun 2012.
- ↑ Qormen, Bill (16 iyun 2010). "Final 2009–10 Broadcast Primetime Show Average Viewership". TV By the Numbers. 2011-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2010. (#invalid_param_val)
- ↑ Qormen, Bill (1 iyun 2011). "2010–11 Season Broadcast Primetime Show Viewership Averages". TV By the Numbers. 12 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2010.
- ↑ Qormen, Bill (24 may 2012). "Complete List of 2011-12 Season TV Show Viewership: 'Sunday Night Football' Tops, Followed By 'American Idol,' 'NCIS' & 'Dancing With The Stars' - Ratings". TV By the Numbers. 25 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2012.
- ↑ Andreyeva, Niili (2011-05-27). "Full 2012–2013 TV Season Series Rankings". Deadline. İstifadə tarixi: 2011-05-28.
- [1][ölü keçid]
- ↑ (ingilis). TVbytheNumbers. 6 iyul 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18. Adult Swim, TBS Acquire Syndicated Rights To ‘The Cleveland Show’ For Fall 2013 – Ratings | TVbytheNumbers]. Tvbythenumbers.zap2it.com (July 6, 2010). Retrieved June 5, 2012.
- ↑ "Seth Mcfarlane Confirms Return of Cleveland To Family Guy".
- Byerli, Mandi (2013-01-22). "'Cleveland Show' may be cancelled | Inside TV | EW.com". Insidetv.ew.com. İstifadə tarixi: 2013-04-18.
- "Fox: No Decision Yet on Fate of 'Cleveland Show'". Hollywoodreporter.com. 2011-11-17. İstifadə tarixi: 2013-04-18.
- ↑ Mann, Petrik (23 mart 2015). "ITV2 Agrees Fox Deal For Seth MacFarlane's Animated Series; Takes Exclusive Rights to 'Family Guy' & 'Bordertown'". tvwise.co.uk. İstifadə tarixi: 23 mart 2015.
- "The Cleveland Show: The Complete Season One: Mike Henry, Sanaa Lathan: Movies & TV". Amazon.com. İstifadə tarixi: 2013-04-04.
- "The Cleveland Show – Season 1 [DVD]: Amazon.co.uk: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson: Film & TV". Amazon.co.uk. İstifadə tarixi: 2013-04-04.
- "Cleveland Show, The: Season 1 | DVD Movies & TV Shows, Genres, Comedy : JB HI-FI". Jbhifionline.com.au. 2011-06-29. İstifadə tarixi: 2013-04-04.
- "The Cleveland Show: The Complete Season Two: Cleveland Show: Movies & TV". Amazon.com. İstifadə tarixi: 2013-04-04.
- "The Cleveland Show – Season 2 [DVD] [NTSC]: Amazon.co.uk: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson, Reagan Gomez, Seth MacFarlane: Film & TV". Amazon.co.uk. İstifadə tarixi: 2013-04-04.
- "Cleveland Show, The – Season 2 | DVD Movies & TV Shows, Genres, Comedy : JB HI-FI". Jbhifionline.com.au. İstifadə tarixi: 2013-04-04.
- "The Cleveland Show Season 3: Mike Henry, Sanaa Lathan, Kevin Michael Richardson, Regan Gomez, Jason Sudeikis, Seth MacFarlane, Richard Appel: Movies & TV". Amazon.com. İstifadə tarixi: 2013-04-04.
- Lambert, David (19 dekabr 2013). "The Cleveland Show - 'The Complete Season 4' - The Show's Last - Is Now On DVD!". TVShowsOnDVD.com.
Xarici keçidlər
- Klivlend şounun rəsmi saytı
- Klivlend şou — Internet Movie Database saytında.
- Klivlend şou TV.com saytında