Fatma Şəbsəfa Sultan (ərəb. فاطمہ شب صفا قادین) (d. 1766 - ö. 1805) — 27. Osmanlı sultanı (I Əbdülhəmid)in xanımlarından.
Fatma Şəbsəfa Sultan | |
---|---|
فاطمہ شب صفا قادین | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | (I Əbdülhəmid) |
Uşaqları | Şahzadə Mehmed Nüsrət Aləmşah Sultan Əminə Sultan (Hibətullah Sultan) |
Ailəsi | (Osmanlı xanədanı) |
Dini | Sünni, İslam |
Həyatı
Doğum tarixi tam olaraq bilinməsə də, təxminən 1766-cı il olaraq qəbul edilir. Əsli və saray hərəminə necə alınması barədə yetərli məlumat yoxdur. 20 sentyabr 1782-ci ildə ilk övladı Şahzadə Mehmed Nüsrəti, daha sonra 11 oktyabr 1784-cü ildə Aləmşah Sultanı, 4 fevral 1788-ci ildə Əminə Sultanı, 16 mart 1789-cu ildə isə sonuncu övladı (Hibətullah Sultan)ı dünyaya gətirdi.
Ancaq yeganə oğlu Mehmed Nüsrəti və ilk qızı Aləmşah Sultanı hələ (Sultan Əbdülhəmid)in səltənəti davam edərkən uşaq yaşlarında itirdi. Sonuncu övladı (Hibətullah Sultan)ın doğumundan 20 gün sonra isə əri (Sultan Əbdülhəmid) keçirdiyi ani (iflic)in ardından vəfat etdi. Saray ənənələrinə uyğun olaraq, mərhum sultanın bütün (hərəm)i kimi Şəbsəfa Sultan da 2 qızıyla birlikdə (Köhnə saray)a göndərildi. Bundan sonrakı həyatı ilə bağlı məlumat olduqca azdır. (Köhnə saray)da ikən 1791-ci ildə böyük qızı Əminə Sultanı da itirən Şəbsəfa Sultan ömrünü geridə qalan yeganə övladı (Hibətullah Sultan)ın yetişdirilməsinə sərf etdi.
Saray xəzinəsindən aldığı dul təqaüdüylə yanaşı, Saloniki yaxınlığında geniş torpaq mülkləri də olan Şəbsəfa Sultan (1798)-ci ildə Aydındakı Cahanzadə Hüseyn bəyin təsərrüfatını satın aldı və beləcə, şəxsi gəlirlərini artırdı. Yeganə qızı (Hibətullah Sultan)ı hələ 15 yaşında ikən 3 fevral 1804-cü ildə (Xədicə Sultanın) əri (Seyid Əhməd Paşa)nın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndirdi.
Şəbsəfa Sultan hələ əri (Sultan Əbdülhəmid) səltənəti davam edərkən (1787)-ci ildə öz adını daşıyan və vəfat edən oğlu Mehmed Nüsrətin şərəfinə bir külliyə inşa etdirdi. Məscid, sübyan məktəbi (yetimlər məktəbi), 2 çeşmə və dükanlardan ibarət olan külliyənin 1805 tarixli bir sənədində, sübyan məktəbində qız uşaqlarına da təhsil verdiyi qeyd olunmuş, bu isə Osmanlıda qadınların təhsil alma hüququ baxımından mühüm bir addım olaraq qəbul edilmişdir.
Qızını evləndirdikdən bir il sonra - 1805-ci ildə Şəbsəfa Sultan vəfat etdi və cənazəsi öz adına inşa etdirdiyi məscidin həyətinə dəfn olundu. Ölümünün ardından bütün mal-mülkü və şəxsi xəzinəsi qızı (Hibətullah Sultan)a qaldı.
Övladları
- Şahzadə Mehmed Nüsrət (d. 20 sentyabr 1782 - ö. 23 oktyabr 1785)
- Aləmşah Sultan (d. 11 oktyabr 1784 - ö. 10 mart 1786)
- Əminə Sultan (d. 4 fevral 1788 - ö. 9 mart 1791)
- (Hibətullah Sultan) (d. 16 mart 1789 - ö. 18 sentyabr (1841))
Mənbə
- Bosworth, Clifford Edmund (1997). The Encyclopaedia of Islam, Volume 9. Brill. p. 412.
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık.
- Sarıcaoğlu, Fikret (1997). Hatt-ı Humayunlarına göre Bir Padişah'ın Portresi: Sultan I. Abdülhamid (1774-1789)
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken.
İstinadlar
- Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016-4314: Oxford University Press. p. 312.