Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Fəth edilməmiş ing The Unconquered Rusiya ABş yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes onun 1936 cı ildə ya

Fəth edilməmiş (pyes)

Fəth edilməmiş (pyes)
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir.

Fəth edilməmiş
ing. The Unconquered
image
, və "" jurnalının üz qabığında.
Ölkə image ABŞ
Yazıçı Ayn Rand
Rejissor
Obrazlar Bax: Rollarda
Nümayiş tarixi 13 fevral 1940 (1940-02-13)
Nümayiş yeri
Orijinal dili ingilis
Janr melodram
Mövzudakı hadisənin tarixi 1924–1925
Mövzudakı hadisənin yeri Petroqrad, Rusiya

Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa pyesi prodüser tövsiyə edir. O, pyesi 1940-cı ildə səhnələşdirir.

Pyesin səhnələşdirilmə prosesinə ssenari və aktyor heyəti ilə əlaqədar problemləri mənfi təsir göstərirdi. Leontoviç və digər aktyorlar pyesin premyerasından əvvəl qovulmuşdu. Pyes Biltmor teatrında (indiki ) səhnələşdirilən zaman tənqidi və maliyyə baxımdan uğursuzluğa uğramışdı. Pyesin səhnələşdirilməsi bir həftədən az bir müddətə dayandırılımışdı. Bu, Randın yaşadığı dövrdə səhnələşdirilən son pyesi idi. Pyesin ssenarisi 2014-cü ildə yayımlanmışdır.

Tarix

Ayn Rand 1905-ci ildə o vaxtlar Rusiya imperiyasının paytaxtı olmuş Sankt-Peterburq şəhərində, bir burjua ailəsində anadan olmuşdur. Onun ailəsinin mülkləri 1917-ci il Rusiya inqilabından sonra bolşevik hökumət tərəfindən müsadirə edilmişdi.Antikommunist düşüncülərinə görə öz təhlükəsi ilə bağlı narahatlılıq yaşayan Rand ailəsinin köməyi ilə 1926-cı ildə ABŞ-yə mühacirət etmiş, Kaliforniya ştatı ərazisində yerləşən Hollivuda köçmüşdür. Rand orada kiçik ssenarist, eləcə də fərqli-fərqli layihələrdə ssenarist olaraq işləmişdir. Onun "" pyesi 1935-ci ilin sentyabr ayından 1936-cı ilin aprel ayının əvvəllərinə qədər səhnələşdirilmişdi. Aprelin axırlarında onun debüt romanı olan "" əsəri "Macmillan" nəşriyyatı tərəfindən nəşr edilməyə başlanmışdı. O, 1920-ci illərin Sovet İttifaqında gündəlik həyatı təsvir edərkən öz şəxsi təcrübələrindən ilham almışdır. Rand bu romanı ilə SSRİ hakimiyyəti və kommunist ideologiyaya öz tənqidi yanaşmasını ifadə etmişdir.

"Yaşayan bizlər" romanı nəşr edildikdən sonra Rand Brodvey teatrının prodüserlərindən biri olan Cerom Mayerlə əsərin teatr adaptasiyası ilə bağlı danışıqlar aparmağa başlayır. Onlar 1936-cı ilin iyul ayında razılığa gəlirlər. Rand pyesin ssenarisini 1937-ci ilin yanvar ayı etibarilə yazıb qurtarmışdı, lakin Mayer əsərin antikommunist məzmununa görə kastinq məsələsində çətinlik çəkirdi. Tamaşanın aktyor heyətində tanınmış bir ulduz olmadığından Mayerin maliyyələşdirməsi uğursuzluğa uğramışdır.

image
pyesi üçün istehsal etmişdir.

1939-cu ildə əslən rusiyalı olan aktrisa "Yaşayan bizlər" romanını əvvəlcədən oxumuşdu və onun adaptasiyası üçün ssenarinin yazıldığını öyrəndikdən sonra Randa müraciət edir. Leontoviç də Rand kimi inqilabdan əziyyət çəkmiş bir ailədən gəlmişdir. Bolşeviklər onun antikommunist Ağ orduda xidmət göstərmiş üç qardaşına işgəncə vermiş və öldürmüşdür. Leontoviç Randdan ssenarinin nüsxəsini istəyir. O, nüsxəni dostu və uğurlu bir prodüseri olan göndərir. Ebbott adaptasiyanın istehsalını və rejissorluğunu öz boynuna götürmək qərarına gəlir. O, səhnənin dekorasiyalarını tərtib etməsi üçün səhnə dizayneri, Rusiyadan ABŞ-yə mühacirət etmiş işə alır. Rand ümid edir ki, yazdığı romanın teatr adaptasiyası Hollivud prodüserləri arasında əsərin filmini çəkmək marağı yaradar. Bu ümid "Warner Bros." studiyasının tamaşanın istehsalına pul ayırmasından sonra daha da güclənmişdir. Məhz bu qərardan sonra pyesin adı "Fəth edilməmiş" (ing. The Unconquered) olaraq dəyişdirilmişdir.

Rand "" əsərinin Brodvey istehsal ilə prodüserin tələb etdiyi ssenari dəyişikliklərinə görə pis təcrübə yaşamışdır. Buna görə də o, "Fəth edilməmiş" pyesinin ssenarisində edilən hər bir dəyişikliyə son təsdiqi özünün verməsi barədə israr etmişdir. Ebbot redaktorların işini asanlaşdırmaq üçün dramaturq ilə danışıb ki, Rand ilə birlikdə pyesin olsun. Ebbott həmçinin, Andrey rolunu canlandırması üçün işə alınan aktyor əvəz etmək qərarını almışdır.

Onun daha yaşlı olmasına baxmayaraq, Leontoviçin gənc Kira rolunu canlandırması planlaşdırılırdı. Leontoviçin repetisiyalar zamanı öz roluna yanaşma tərzinə görə Ebbott və Randdə narahatlılıq yaranmışdır. Rand daha sonra Leontoviçin ifasını "tamamilə həddindən artıq formada ifa edilmiş" kimi təsvir etmişdir. Rand bunu Leontoviçin ilə olan keçmişi ilə əlaqələndirmişdir. İstehsalın ilkin baxılışı 25 dekabr 1939-cu il tarixində, Baltimor şəhərində başlamışdır. Leontoviç Kira, Leo, isə Andrey rolunu canlandırmışdır. Randın həyat yoldaşı Frenk O'Konnor zabiti rolunu canlandırmışdır. Açılış gecəsi məşqin son dəqiqələrində Morozov rolunu canlandıran aktyor teatrın auditoriyasını üst hissəsindən düşərək çanağını qırması ilə qəlizləşmişdir. Onu əvəzləyəcək bir aktyor yox idi. Buna görə də onun rolu canlandırılmaq yerinə, şərh edilmişdir. Baltimor şəhərində keçirilmiş ilkin baxılış 30 dekabr tarixində sona çatmışdır.

image
image
(solda) Brodvey teatrında keçiriləcək açılışdan əvvəl pyesin baş rolunu canlandıran (sağda) əvəz etmişdir.

İlkin baxılışa gələn mənfi rəylərdən sonra Ebbot 3 yanvar 1940-cı il tarixində, Brodvey teatrında keçirilməsi planlaşdırılan debütü ləğv etmişdir ki, özü yenidən kastinq, Rand isə ssenariyə dəyişikliklər etsin. Rand və Ebbott Leontoviçi işdən qovmaq qərarına gəlir. Bu xəbəri Leontoviçə Rand çatdırmışdır ki, Ebbot yaxın dostu ilə üz-üzə qalmasın. Ebbott bir neçə kastinq dəyişikliyi etmişdir. O, Stivensi , isə ilə əvəz etmişdir.

Brodvey teatrında keçiriləcək tamaşa üçün baş rol olan Kiranı canlandıracaqdı. Rand ssenariyə Ebbotun istədiyi dəyişiklikləri etmişdi, ancaq onun pyesə ümidi qalmamışdı. O, adətən spirtli içki içmirdi, ancaq o, "faciəyə görə hər hansı bir emosional reaksiyanın qarşısını almaq" üçün geyim repetisiyasından əvvəl alkoqollu içki qəbul etmişdi. Axırıncı ilkin baxılış 12 fevral 1940-cı ildə, Nyu-York şəhərində yerləşən "Yəhudi körpələr üçün ev" yetimxanasında keçirilmişdir. Pyes 13 fevral 1940-cı il tarixində Brodvey teatrında, növbəti gün isə açılış etmişdir. Tamaşa beş gün sonra mənfi rəylərdən və beş ifadan sonra sona çatdırılmışdır.

Pyes istehsalından 70 il sonra nəşriyyatdan qaldırılmışdır. Onun ssenarisinin yeganə nüsxəsi maşında yazılmış mətn formasında var idi. "Palgrave Macmillan" 2014-cü ildə içərisində əsərin həm sonuncu ssenarisi, həm də ki erkən versiyaları olduğu bir buraxılış yayımlamışdır. Buraxılışın redaktoru Robert Meyhyu idi.

Süjet

image Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.


1924-cü ilin qış aylarında, Rusiyada, Leo Kovalenski son iki ayını həbsxanada keçirdikdən sonra Petroqrad şəhərindəki mənzilinə qayıdır. Sovet hökuməti onun atasını edam etmiş və ailəsinin bütün mülklərini müsadirə etmişdir. Elə bu mənzil də müsadirə edilmişdi. Baxmayaraq ki, o, əksinqilabçılıq etməklə şübhəli bilinir, Leonun sevgilisi Kira Arqunova onu evinə dəvət edir.

Bir neçə ay sonra Pavel Syerov rəhbərliyindəki panel Kiranı sorğu-suala çəkir. Onlar kollecdə təhsil alan tələbələrin ideoloji əlverişliliklərini qiymətləndirirdilər. Kira burada mühəndislik üzrə ali təhsil alırdı. O, burjua irsinə sahib olduğunu qəbul edir və Leoya qarşı xəbərverən olmaq təklifini rədd edir. (DSİ) zabiti Andrey Taqanov onu otaqdan qovur. Sorğu-sual bitdikdən sonra Andrey Kiraya onun dövlət səlahiyyətlilərinə çətinlik törədərkən göstərdiyi cəsarətinə heyran olduğunu deyir. O, ümid edir ki, gələcəkdə insanlar özlərini açıq şəkildə ifadə edə biləcəklər. Andrey başa düşür ki, o vaxt çatana kimi Kira kimi insanlar əziyyət çəkəcəklər. Andrey kollecdən qovulduğu üçün itirən Kiranı dəmiryol ofisində işə düzəldir.

Kira dəmiryol ofisindəki səlahiyyətlilərə yalvarır ki, həbsdə olarkən vərəm xəstəliyinə yoluxan Leonun müalicə alması üçün Krımdakı sanatoriyaya getməsinə kömək etsinlər. Onlar keçmiş bir aristokrata kömək etməkdən imtina edirlər. Andrey Stepan Timoşenko ilə ofisə gəlir. Onlar qara bazar məhsulları üzrə qaçaqmalçılıq etməsi ilə bağlı dəlillərlə birlikdə Andreyin keçmiş dostu Syerov ilə üzləşirlər. Syerov söz verir ki, qara bazardan çəkiləcək. Kira Andreydən Leoya kömək etməsini istəyir. O, bu xahişi geri çevirir. Rədd cavabı alan Kiranın məyus olduğunu görən Andrey onu öpür və əvvəlki görüşlərindən bəri onun haqqında düşündüyünü etiraf edir. Kira Andreyə onu sevdiyini deyir. Onlar bu münasibətlərindən heç kəsin xəbərdar olmaması barədə razılığa gəlirlər.

İkinci pərdənin süjeti birinci pərdənin hadisələrindən altı ay sonra cərəyan edir. Syerov dəmiryol ofisinə başçılıq edir və başqa bir dövlət səlahiyyətlisi olan Karp Morozov ilə qida yüklərini qara bazara yönləndirməyə çalışır. Onlar Krımdakı müalicəsindən qayıdan Leo üçün qara bazardan gələn malların satıldığı bir mağaza açırlar. Kira Leoya xəbərdarlıq verir ki, onun qara bazardakı fəaliyyəti onun güllələnməsinə səbəb ola bilər. Məşuqəsi Kiranı maliyyələşdirən Andrey ona evlilik təklif edir. Buna cavab olaraq, Kira Andreyə deyir ki, onların ayrılması daha yaxşı olar. Andrey Kiraya deyir ki, onlar ayrıla bilməzlər, çünki Kiranın onun həyata baxışını dəyişdirib.

Timoşenko Andreyə Syerov və Morozovun davam edən qara bazar fəaliyyəti ilə bağlı sübutlar gətirir. Kira bunun Leonu da istintaqa cəlb edəcəyini anlayır. O, Andreydən xahiş edir ki, istintaq prosesini sona çatdırsın, ancaq Andrey bu xahişi geri çevirir. Syerov və Morozov polis nəzarətinə götürülür, ancaq onlara cəza verilmir, çünki onların yerli DSİ rəisi ilə tanışlıqları var. Rəis Andreyə Leonu həbs etmək əmrini verir ki, o, məhkəməyə çıxarılsın və ölüm cəzasına məhkum edilsin. Andrey şahid olduğu korrupsiya hadisəsinə görə xəyal qırıqlığı yaşayır. Andrey Leonu həbs etmək üçün onun evinə gedəndə Kiranın da orada yaşadığını öyrənir.

Üçüncü pərdə Leonun həbs olunmasından sonra Kiranın Andreyin SSRİ Kommunist Partiyasının görüşündə çıxış edəcəyini öyrənməsi ilə başlayır. She declares she is proud that she did what was necessary to save Leo from tuberculosis, and she expresses contempt for the Communist ideology that would have let him die. Andrey Kiranın əziyyət çəkməsində məsuliyyətli olduğunu dərk etdiyini və bunu qəbul etdiyini deyir. Kira otağı tərk etdikdən sonra Andrey Syerov ilə üz-üzə gəlir və onun yerli ədalət sistemindəki təsirindən istifadə edərək Leonun azadlığa buraxılmasına nail olmasında israr edir. Andrey çıxış edərkən o, əvvəlcədən hazırlanmış nitqinə məhəl qoymayaraq azadlıq və xeyrinə danışır.

Andrey intihar edir və daha sonra Kira Leoya etiraf edir ki, o, Andreyin məşuqəsi olub. Leo Kiraya deyir ki, o, Morozovun keçmiş məşuqəsi Antonina Pavlovna ilə şəhərdən qaçacaq və Antoninanın alfonsu olacaq. Həmçinin, Kira da sərhədi keçərək ölkədən qaçmağa çalışacağını deyir. Leo Kiraya xəbərdarlıq verir ki, o, buna cəhd edərkən öldürüləcək, ancaq Kira onsuz da bəşəri ruhundan başqa hər şeyini itirdiyini deyir.

image Xəbərdarlığın sonu.

Rollarda

image
Aktyor Leo Kovalenski rolunu canlandırmışdır.

Aşağıda Brodvey teatrında keçirilmiş tamaşadan personajlar və onları canlandıran aktyorlar qeyd olunub:

Aktyor Rol
Kira Arqunova Kira Arqunova
Leo Kovalenski Leo Kovalenski
Andrey Taqanov Andrey Taqanov
Corc Kotton Stepan Timoşenko Stepan Timoşenko
Pavel Syerov Pavel Syerov
Karp Morozov Karp Morozov
Corciana Brend yoldaş Sonya yoldaş Sonya
Horas Kuper yoldaş Voronov yoldaş Voronov
yoldaş Bityuk yoldaş Bityuk
Lea Penman Antonina Pavlovna Antonina Pavlovna
Edvin Fillips Malaşkin Malaşkin
Aktyor Rol
Marşall Bredford DSİ rəisi DSİ rəisi
Frenk O'Konnor DSİ rəis müavini DSİ rəis müavini
Uilyam Blis kişi hesabdar kişi hesabdar
Virciniya Danninq qadın hesabdar qadın hesabdar
Kliff Danstan upravdom upravdom
tələbə tələbə
Con Parriş əsgər əsgər
Corc Smit partiya klubu üzvü partiya klubu üzvü
C. Aşer Smit yaşlı nəzarətçi yaşlı nəzarətçi
Lyudmila Toretska qonşu qonşu

Dramatik analiz

"Fəth edilməmiş" pyesi "" romanında olan sadə bir süjet xəttini izləyir və mövzuları əhatə edir. Hər iki əsərdə süjet xətti sevdiyi kişinin həyatını xilas etmək üçün güclü bir kişi ilə münasibət quran bir qadın haqqındadır. Rand qəbul etmişdir ki, buna oxşar məzmunlar ondan əvvəl çoxlu uydurma əsərlərdə istifadə olunmuşdur və o, buna misal olaraq "Toska" operasını nümunə göstərmişdir. O, güclü kişini qadını bilərəkdən istismar edən bir cani yerinə, qadına aşiq olan və onun digər sevgilisindən bixəbər olan bir idealistə çevirərək süjetin ənənəvi versiyalarından yayınmışdır. Pyes hekayəni əhəmiyyətli dərəcədə səmərələşdirir – Kiranın ailəsi nəzərdən qaçırdılıb və süjet onun Leo ilə yaşamasıyla başlayır. Bəzi xarakteristikalara da dıyişikliklər edilib – Leo daha passiv bir obraz olaraq, Andrey isə daha az hüsn-rəğbətlə təsvir edilib.

Aronsonun dekorasiyaları mürəkkəb və bahalı idi. Aronson onları inqilabdan əvvəlki Çar Rusiyası dövrünə aid arxitekturanın ab-havasını vermələri üçün tərtib etmişdir, ancaq o, kommunist dövləti əks etdirmək üçün qırmızı rəngdən istifadə etmişdir. Mətbuat tamaşanın dekorasiyalarını "nəhəng" və "dekadent" olaraq təsvir etmişdir. Dekorasiyalar 18 fut (5.5 m) hündürlüyündə olan iki fırlanan halqanın üzərində qurulmuşdur. Bu halqalar səhnələrə dərhal keçid etmək üçün fırlana bilirdi.

Qəbul və irsi

image
Pyesin tamaşası keçirilmişdir, ancaq heç bir həftə keçməmiş tamaşadan qaldırılmışdır.

Pyes kassada uğursuzluq yaşamış və əsasən mənfi rəylər almışdır. Tənqidçilər aktyor işi və Aronsonun dekorasiyaları haqqında müsbət fikirli idilər, ancaq onlar ssenari və rejissura barədə ciddi şəkildə mənfi fikirli idilər. Resenziya müəllifi Artur Pollok pyesi "yavaş hərəkət edən, solğun bir sup" adlandırmışdır. "The New York Times" qəzeti pyesi "sentimental melodrom" ilə siyasi diskussiyanın "qarıxdırıcı" qarışığı olaraq təsvir etmişdir. tərəfindən yazılmış sindikatlaşdırılmış bir resenziyada məzmunda "mürəkkəblik" olduğunu və onun "qeyd etmək üçün həddən ziyadə çoxsaylı" olduğunu vurğulamışdır. "The Hollywood Reporter" üçün resenziya yazmış bir müəllif pyesin " kimi nəhayətsiz" olduğunu vurğulamışdır.

Siyasi düşüncəli resenziya müəllifləri pyesə siyasi spektrindəki müxtəlif nöqteyi-nəzərlərdən hücum etmişdir.ABŞ Kommunist Partiyasının jurnalı olan "The New Masses" redaktoru pyesin "ölümcül surətdə ürəksıxan" olduğunu yazmış və Randı "dördüncü dərəcəli külüng" adlandırmışdır. Əlavə olaraq, daha mərkəzçi olan resenziya müəllifləri, hətta onun mesajına canıyananlıq göstərənlər belə pyesi qeyri-real adlandırmışdır. "Commonweal" katolik jurnalının yazıçısı Fillip T. Hartunq pyesi "başı qarışmış " adlandırmış və "" filmini daha yaxşı bir antisovet əsər olaraq tövsiyə etmişdir.Sağçılar arasında populyar olan "New York World-Telegram" qəzetinin dram tənqidçisi Sidni B. Uippl pyesin "kommunizmin təhlükəsini kiçiltməsi"ndən şikayətlənmişdir.

Pyesin uğursuzluğa uğramasından sonra Rand qərarə gəlmişdir ki, əsərin ssenarisi pisdir və "" romanının teatr adaptasiyasını hazırlamaq cəhdi bir səhv idi. O, romanın "düzgün bir səhnə materialı" olmadığını qəbul etmişdir. Rand düşünmüşdür ki, Ebbotun təcrübəsi dram yerinə, daha çox komediyaya uyğundur və onun pyes üzərindəki prodüserlik və rejissorluq işi tamaşanı daha da pis bir vəziyyətə salmışdır. Randın bioqrafları pyesi "büsbütün uğursuzluq", "uğultulu iflas", "tənqidi fiasko", "peşəkarlıq baxımdan xəcalət" adlandırmışdır. Teatr tarixşünası Uilyam Torbert Leonard pyesi "maraq göstərənləri belə məmnun edə bilməmiş təmtəraqlı adaptasiya" kimi təsvir etmişdir.

"Fəth edilməmiş" Randın ömrü boyunca istehsal olunan axırıncı pyesi idi və o, 1940-cı ildən sonra yeni pyeslər yazmamışdır. Rand bütün diqqətini "" romanını bitirməyə çevirmişdi, hansı ki, 1943-cü ildə nəşr edilmiş və bestseller olmuşdur. "Fəth edilməmiş" pyesinin uğursuzluğu Brodvey teatrında uzunmüddətli bir karyerası olmuş Ebbota çox da təsir göstərməmişdi. Onun növbəti işi, ssenarisi Cerom Mayer tərəfindən yazılmış, cinayət və dram janrlarında olan "Axşamda hələlik" bir neçə həftə sonra tamaşaya verilmişdi.

Qeydlər

  1. Əvvəllər Sankt-Peterburq olaraq bilinən Petroqrad şəhərinin adı 1924-cü ilin yanvar ayında Leninqrad olaraq dəyişdirilmişdir. Buna baxmayaraq, Randın ssenarisində şəhərə "Petroqrad" olaraq xitab edilir.
  2. Leontoviçin doğum tarixi ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var, ancaq pyesdə öz rolunu canlandırarkən onun ən azı 39 yaşı var idi.
  3. Friman ilkin baxılışın yerdə qalan hissəsində Ralf Morhaus tərəfindən əvəz edilmişdir, ancaq o, öz rolunu canlandırmağa davam etmişdir.
  4. Kira Leonun müalicəsini Andreyin ona verdiyi həddiyələrlə gizlincə maliyyələşdirirdi.

Mənbə

İstinadlar

  1. Branden, 1986. səh. 41
  2. Rand, 2014. səh. 182
  3. Brittinq, 2004. səh. 14–20
  4. Brittinq, 2004. səh. 29–30
  5. Brittinq, 2004. səh. 34–36
  6. Heller, 2009. səh. 92–93
  7. Berns, 2009. səh. 31
  8. Heller, 2009. səh. 95
  9. Brittinq, 2014. səh. 336–337
  10. Heller, 2009. səh. 101–102
  11. Kollins, 1993. səh. 11
  12. Branden, 1986. səh. 150
  13. Brittinq, 2014. səh. 337
  14. "Russ Stage Artist Depicts Home Land". The Baltimore Sun (ingilis). December 23, 1939. səh. 20. October 26, 2017 tarixində . İstifadə tarixi: February 15, 2020 – Newspapers.com vasitəsilə.
  15. Mayhew, 2014. səh. ix
  16. Heller, 2009. səh. 126
  17. Brittinq, 2014. səh. 338
  18. Heller, 2009. səh. 127
  19. Libman, 2017. səh. 158
  20. Brittinq, 2014. səh. 339
  21. Leonard, 1983. səh. 483
  22. Kirkli, 1939. səh. 8
  23. Leonard, 1983. səh. 484
  24. Brittinq, 2014. səh. 342
  25. Branden, 1986. səh. 152
  26. Brittinq, 2014. səh. 344
  27. Heller, 2009. səh. 129
  28. Branden, 1986. səh. 154–155
  29. Perinn, 1990. səh. 51
  30. Svanberq, 2014
  31. "The Play: The Unconquered". nytimes.com (ingilis). The New York Times. February 14, 1940. səh. 25. November 12, 2017 tarixində . İstifadə tarixi: February 28, 2020.
  32. Rand, 2000. səh. 38
  33. Meyhyu, 2014. səh. viii–ix
  34. Brittinq, 2014. səh. 339–340
  35. Pollok, 1940. səh. 6
  36. Volfert, 1940. səh. 2
  37. Brittinq, 2014. səh. 346
  38. Bessi, 1940. səh. 29
  39. Hartunq, 1940. səh. 412
  40. Brittinq, 2014. səh. 347
  41. Rand, Ayn. "The Publishing History of We the Living". Unpublished essay quoted in Ralston, 2012. səh. 168
  42. Branden, 1986. səh. 150–151
  43. Berns, 2009. səh. 306
  44. Heller, 2009. səh. 133
  45. Branden, 1986. səh. 180–181
  46. Mantl, 1940. səh. 35

Ədəbiyyat

  • . "One for the Ashcan". (ingilis). 27 fevral 1940. 28–29. İstifadə tarixi: 15 fevral 2020.
  • . (ingilis). Qarden-Siti, Nyu-York: Doubleday & Company. 1986. ISBN . OCLC 12614728. (#accessdate_missing_url)
  • . Ayn Rand. Overlook Illustrated Lives series (ingilis). Nyu-York: Overlook Duckworth. 2004. ISBN . OCLC 56413971. İstifadə tarixi: 15 fevral 2020.
  • Brittinq, Ceff. Adapting We the Living for the Stage // Meyhyu, Robert (redaktor). The Unconquered (ingilis). Nyu-York: Palgrave Macmillan. 2014. 335–347. ISBN . OCLC 912971550. (#accessdate_missing_url)
  • Berns, Cennifer. (ingilis). Nyu-York: Oxford University Press. 2009. ISBN . OCLC 313665028. (#accessdate_missing_url)
  • Kollins, Qlenn. "Eugenie Leontovich, 93, Actress, Playwright and Teacher, Is Dead". The New York Times (ingilis). 3 aprel 1993. səh. 11. İstifadə tarixi: 15 fevral 2020.
  • "The Stage and Screen: The Unconquered". (ingilis). 1 mart 1940. səh. 412. (#accessdate_missing_url)
  • Heller, Ann K. (ingilis). Nyu-York: Doubleday. 2009. ISBN . OCLC 229027437. (#accessdate_missing_url)
  • Kirkli, Donald. "The Stage". The Baltimore Sun (ingilis). 26 dekabr 1939. səh. 8. İstifadə tarixi: 15 fevral 2020 – Newspapers.com vasitəsilə.
  • Leonard, Uilyam Torbert. Broadway Bound: A Guide to Shows that Died Aborning (ingilis). Metuçen, Nyu-Cersi: Scarecrow Press. 1983. ISBN . OCLC 239756089. İstifadə tarixi: 15 fevral 2020.
  • Libman, Roy. Broadway Actors in Films, 1894-2015 (ingilis). Cefferson, Şimali Karolina: McFarland. 2017. ISBN . OCLC 994710962. (#accessdate_missing_url)
  • . "Goodbye in the Night Shiver Drama about Assorted Lunatics". Daily News (ingilis). 19 mart 1940. səh. 35. İstifadə tarixi: 15 fevral 2020 – Newspapers.com vasitəsilə.
  • Meyhyu, Robert, redaktorThe Unconquered (ingilis). Nyu-York: Palgrave Macmillan. 2014. ISBN . OCLC 912971550. (#accessdate_missing_url)
  • Perinn, Vinsent L. Ayn Rand: First Descriptive Bibliography (ingilis). Rokvill, Merilend: Quill & Brush. 1990. ISBN . OCLC 23216055. (#accessdate_missing_url)
  • Pollok, Artur. "The Unconquered Has Its Day – A Dull One". (ingilis). 14 yanvar 1940. səh. 6. İstifadə tarixi: 15 fevral 2020 – Newspapers.com vasitəsilə.
  • Ralston, Riçard E. Publishing We the Living // Mayhew, Robert (redaktor). Essays on Ayn Rand's We the Living (ingilis) (2nd). Lanham, Maryland: Lexington Books. 2012. 159–170. ISBN . OCLC 769323240. (#accessdate_missing_url)
  • Rand, Ayn. Bekman, Tore (redaktor). (ingilis). Nyu-York: Plume. 2000. ISBN . OCLC 934792412. (#accessdate_missing_url)
  • Rand, Ayn. 'The Unconquered (1939/40) // Meyhyu, Robert (redaktor). The Unconquered (ingilis). Nyu-York: Palgrave Macmillan. 2014. 181–289. ISBN . OCLC 912971550. (#accessdate_missing_url)
  • Svanberq, Karl. "Introducing Ayn Rand's The Unconquered". Impact Today (ingilis). . 18 sentyabr 2014. İstifadə tarixi: 15 fevral 2020.
  • . "The Unconquered Is Full of Complications". (ingilis). . 18 fevral 1940. səh. 2. İstifadə tarixi: 15 fevral 2020 – Newspapers.com vasitəsilə.

Xarici keçidlər

  • Fəth edilməmiş — Internet Broadway Database saytında.


   portalı    portalı    portalı

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Feth edilmemis ing The Unconquered Rusiya ABS yazicisi Ayn Rand terefinden yazilmis uc perdeli pyes onun 1936 ci ilde yazdigi romaninin adaptasiyasi Pyesin sujeti 1920 ci illerde Sovet Ittifaqinda yasayan Kira Arqunova adli genc bir qadindan behs edir Onun sevgilisi Leo Kovalenski verem xesteliyine tutulur O Leonun mualicesi ucun pul tapmaq meqsedile vezifeli kommunist Andrey Taqanov ile yatir Xesteliyinden sagaldiqdan sonra Leo qara bazarda qida satmaga baslayir Andrey ise bu mesele uzerinde tedqiqat aparir Andrey Kiranin Leonu sevdiyini oyrenende o polis teqibinden yayinmasi ucun reqibine komek edir ve daha sonra intihar edir Leo olkeden qacaraq oz heyatini tehlukeye atan Kirani terk edir Feth edilmemising The Unconquered ve jurnalinin uz qabiginda Olke ABSYazici Ayn RandRejissorObrazlar Bax RollardaNumayis tarixi 13 fevral 1940 1940 02 13 Numayis yeriOrijinal dili ingilisJanr melodramMovzudaki hadisenin tarixi 1924 1925Movzudaki hadisenin yeri Petroqrad Rusiya Rand produser Cerom Mayere eserinin adaptasiyasi ucun lazim olan huquqlari satir ve onun ucun ssenari yazir ancaq Mayer pyesi sehneye cixarda bilmir Ssenarinin oxuduqdan sonra Rusiya esilli aktrisa pyesi produser tovsiye edir O pyesi 1940 ci ilde sehnelesdirir Pyesin sehnelesdirilme prosesine ssenari ve aktyor heyeti ile elaqedar problemleri menfi tesir gosterirdi Leontovic ve diger aktyorlar pyesin premyerasindan evvel qovulmusdu Pyes Biltmor teatrinda indiki sehnelesdirilen zaman tenqidi ve maliyye baximdan ugursuzluga ugramisdi Pyesin sehnelesdirilmesi bir hefteden az bir muddete dayandirilimisdi Bu Randin yasadigi dovrde sehnelesdirilen son pyesi idi Pyesin ssenarisi 2014 cu ilde yayimlanmisdir TarixAyn Rand 1905 ci ilde o vaxtlar Rusiya imperiyasinin paytaxti olmus Sankt Peterburq seherinde bir burjua ailesinde anadan olmusdur Onun ailesinin mulkleri 1917 ci il Rusiya inqilabindan sonra bolsevik hokumet terefinden musadire edilmisdi Antikommunist dusunculerine gore oz tehlukesi ile bagli narahatliliq yasayan Rand ailesinin komeyi ile 1926 ci ilde ABS ye muhaciret etmis Kaliforniya stati erazisinde yerlesen Hollivuda kocmusdur Rand orada kicik ssenarist elece de ferqli ferqli layihelerde ssenarist olaraq islemisdir Onun pyesi 1935 ci ilin sentyabr ayindan 1936 ci ilin aprel ayinin evvellerine qeder sehnelesdirilmisdi Aprelin axirlarinda onun debut romani olan eseri Macmillan nesriyyati terefinden nesr edilmeye baslanmisdi O 1920 ci illerin Sovet Ittifaqinda gundelik heyati tesvir ederken oz sexsi tecrubelerinden ilham almisdir Rand bu romani ile SSRI hakimiyyeti ve kommunist ideologiyaya oz tenqidi yanasmasini ifade etmisdir Yasayan bizler romani nesr edildikden sonra Rand Brodvey teatrinin produserlerinden biri olan Cerom Mayerle eserin teatr adaptasiyasi ile bagli danisiqlar aparmaga baslayir Onlar 1936 ci ilin iyul ayinda raziliga gelirler Rand pyesin ssenarisini 1937 ci ilin yanvar ayi etibarile yazib qurtarmisdi lakin Mayer eserin antikommunist mezmununa gore kastinq meselesinde cetinlik cekirdi Tamasanin aktyor heyetinde taninmis bir ulduz olmadigindan Mayerin maliyyelesdirmesi ugursuzluga ugramisdir pyesi ucun istehsal etmisdir 1939 cu ilde eslen rusiyali olan aktrisa Yasayan bizler romanini evvelceden oxumusdu ve onun adaptasiyasi ucun ssenarinin yazildigini oyrendikden sonra Randa muraciet edir Leontovic de Rand kimi inqilabdan eziyyet cekmis bir aileden gelmisdir Bolsevikler onun antikommunist Ag orduda xidmet gostermis uc qardasina isgence vermis ve oldurmusdur Leontovic Randdan ssenarinin nusxesini isteyir O nusxeni dostu ve ugurlu bir produseri olan gonderir Ebbott adaptasiyanin istehsalini ve rejissorlugunu oz boynuna goturmek qerarina gelir O sehnenin dekorasiyalarini tertib etmesi ucun sehne dizayneri Rusiyadan ABS ye muhaciret etmis ise alir Rand umid edir ki yazdigi romanin teatr adaptasiyasi Hollivud produserleri arasinda eserin filmini cekmek maragi yaradar Bu umid Warner Bros studiyasinin tamasanin istehsalina pul ayirmasindan sonra daha da guclenmisdir Mehz bu qerardan sonra pyesin adi Feth edilmemis ing The Unconquered olaraq deyisdirilmisdir Rand eserinin Brodvey istehsal ile produserin teleb etdiyi ssenari deyisikliklerine gore pis tecrube yasamisdir Buna gore de o Feth edilmemis pyesinin ssenarisinde edilen her bir deyisikliye son tesdiqi ozunun vermesi barede israr etmisdir Ebbot redaktorlarin isini asanlasdirmaq ucun dramaturq ile danisib ki Rand ile birlikde pyesin olsun Ebbott hemcinin Andrey rolunu canlandirmasi ucun ise alinan aktyor evez etmek qerarini almisdir Onun daha yasli olmasina baxmayaraq Leontovicin genc Kira rolunu canlandirmasi planlasdirilirdi Leontovicin repetisiyalar zamani oz roluna yanasma terzine gore Ebbott ve Randde narahatliliq yaranmisdir Rand daha sonra Leontovicin ifasini tamamile heddinden artiq formada ifa edilmis kimi tesvir etmisdir Rand bunu Leontovicin ile olan kecmisi ile elaqelendirmisdir Istehsalin ilkin baxilisi 25 dekabr 1939 cu il tarixinde Baltimor seherinde baslamisdir Leontovic Kira Leo ise Andrey rolunu canlandirmisdir Randin heyat yoldasi Frenk O Konnor zabiti rolunu canlandirmisdir Acilis gecesi mesqin son deqiqelerinde Morozov rolunu canlandiran aktyor teatrin auditoriyasini ust hissesinden duserek canagini qirmasi ile qelizlesmisdir Onu evezleyecek bir aktyor yox idi Buna gore de onun rolu canlandirilmaq yerine serh edilmisdir Baltimor seherinde kecirilmis ilkin baxilis 30 dekabr tarixinde sona catmisdir solda Brodvey teatrinda kecirilecek acilisdan evvel pyesin bas rolunu canlandiran sagda evez etmisdir Ilkin baxilisa gelen menfi reylerden sonra Ebbot 3 yanvar 1940 ci il tarixinde Brodvey teatrinda kecirilmesi planlasdirilan debutu legv etmisdir ki ozu yeniden kastinq Rand ise ssenariye deyisiklikler etsin Rand ve Ebbott Leontovici isden qovmaq qerarina gelir Bu xeberi Leontovice Rand catdirmisdir ki Ebbot yaxin dostu ile uz uze qalmasin Ebbott bir nece kastinq deyisikliyi etmisdir O Stivensi ise ile evez etmisdir Brodvey teatrinda kecirilecek tamasa ucun bas rol olan Kirani canlandiracaqdi Rand ssenariye Ebbotun istediyi deyisiklikleri etmisdi ancaq onun pyese umidi qalmamisdi O adeten spirtli icki icmirdi ancaq o facieye gore her hansi bir emosional reaksiyanin qarsisini almaq ucun geyim repetisiyasindan evvel alkoqollu icki qebul etmisdi Axirinci ilkin baxilis 12 fevral 1940 ci ilde Nyu York seherinde yerlesen Yehudi korpeler ucun ev yetimxanasinda kecirilmisdir Pyes 13 fevral 1940 ci il tarixinde Brodvey teatrinda novbeti gun ise acilis etmisdir Tamasa bes gun sonra menfi reylerden ve bes ifadan sonra sona catdirilmisdir Pyes istehsalindan 70 il sonra nesriyyatdan qaldirilmisdir Onun ssenarisinin yegane nusxesi masinda yazilmis metn formasinda var idi Palgrave Macmillan 2014 cu ilde icerisinde eserin hem sonuncu ssenarisi hem de ki erken versiyalari oldugu bir buraxilis yayimlamisdir Buraxilisin redaktoru Robert Meyhyu idi SujetXeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir 1924 cu ilin qis aylarinda Rusiyada Leo Kovalenski son iki ayini hebsxanada kecirdikden sonra Petroqrad seherindeki menziline qayidir Sovet hokumeti onun atasini edam etmis ve ailesinin butun mulklerini musadire etmisdir Ele bu menzil de musadire edilmisdi Baxmayaraq ki o eksinqilabciliq etmekle subheli bilinir Leonun sevgilisi Kira Arqunova onu evine devet edir Bir nece ay sonra Pavel Syerov rehberliyindeki panel Kirani sorgu suala cekir Onlar kollecde tehsil alan telebelerin ideoloji elverisliliklerini qiymetlendirirdiler Kira burada muhendislik uzre ali tehsil alirdi O burjua irsine sahib oldugunu qebul edir ve Leoya qarsi xeberveren olmaq teklifini redd edir DSI zabiti Andrey Taqanov onu otaqdan qovur Sorgu sual bitdikden sonra Andrey Kiraya onun dovlet selahiyyetlilerine cetinlik torederken gosterdiyi cesaretine heyran oldugunu deyir O umid edir ki gelecekde insanlar ozlerini aciq sekilde ifade ede bilecekler Andrey basa dusur ki o vaxt catana kimi Kira kimi insanlar eziyyet cekecekler Andrey kollecden qovuldugu ucun itiren Kirani demiryol ofisinde ise duzeldir Kira demiryol ofisindeki selahiyyetlilere yalvarir ki hebsde olarken verem xesteliyine yoluxan Leonun mualice almasi ucun Krimdaki sanatoriyaya getmesine komek etsinler Onlar kecmis bir aristokrata komek etmekden imtina edirler Andrey Stepan Timosenko ile ofise gelir Onlar qara bazar mehsullari uzre qacaqmalciliq etmesi ile bagli delillerle birlikde Andreyin kecmis dostu Syerov ile uzlesirler Syerov soz verir ki qara bazardan cekilecek Kira Andreyden Leoya komek etmesini isteyir O bu xahisi geri cevirir Redd cavabi alan Kiranin meyus oldugunu goren Andrey onu opur ve evvelki goruslerinden beri onun haqqinda dusunduyunu etiraf edir Kira Andreye onu sevdiyini deyir Onlar bu munasibetlerinden hec kesin xeberdar olmamasi barede raziliga gelirler Ikinci perdenin sujeti birinci perdenin hadiselerinden alti ay sonra cereyan edir Syerov demiryol ofisine basciliq edir ve basqa bir dovlet selahiyyetlisi olan Karp Morozov ile qida yuklerini qara bazara yonlendirmeye calisir Onlar Krimdaki mualicesinden qayidan Leo ucun qara bazardan gelen mallarin satildigi bir magaza acirlar Kira Leoya xeberdarliq verir ki onun qara bazardaki fealiyyeti onun gullelenmesine sebeb ola biler Mesuqesi Kirani maliyyelesdiren Andrey ona evlilik teklif edir Buna cavab olaraq Kira Andreye deyir ki onlarin ayrilmasi daha yaxsi olar Andrey Kiraya deyir ki onlar ayrila bilmezler cunki Kiranin onun heyata baxisini deyisdirib Timosenko Andreye Syerov ve Morozovun davam eden qara bazar fealiyyeti ile bagli subutlar getirir Kira bunun Leonu da istintaqa celb edeceyini anlayir O Andreyden xahis edir ki istintaq prosesini sona catdirsin ancaq Andrey bu xahisi geri cevirir Syerov ve Morozov polis nezaretine goturulur ancaq onlara ceza verilmir cunki onlarin yerli DSI reisi ile tanisliqlari var Reis Andreye Leonu hebs etmek emrini verir ki o mehkemeye cixarilsin ve olum cezasina mehkum edilsin Andrey sahid oldugu korrupsiya hadisesine gore xeyal qiriqligi yasayir Andrey Leonu hebs etmek ucun onun evine gedende Kiranin da orada yasadigini oyrenir Ucuncu perde Leonun hebs olunmasindan sonra Kiranin Andreyin SSRI Kommunist Partiyasinin gorusunde cixis edeceyini oyrenmesi ile baslayir She declares she is proud that she did what was necessary to save Leo from tuberculosis and she expresses contempt for the Communist ideology that would have let him die Andrey Kiranin eziyyet cekmesinde mesuliyyetli oldugunu derk etdiyini ve bunu qebul etdiyini deyir Kira otagi terk etdikden sonra Andrey Syerov ile uz uze gelir ve onun yerli edalet sistemindeki tesirinden istifade ederek Leonun azadliga buraxilmasina nail olmasinda israr edir Andrey cixis ederken o evvelceden hazirlanmis nitqine mehel qoymayaraq azadliq ve xeyrine danisir Andrey intihar edir ve daha sonra Kira Leoya etiraf edir ki o Andreyin mesuqesi olub Leo Kiraya deyir ki o Morozovun kecmis mesuqesi Antonina Pavlovna ile seherden qacacaq ve Antoninanin alfonsu olacaq Hemcinin Kira da serhedi kecerek olkeden qacmaga calisacagini deyir Leo Kiraya xeberdarliq verir ki o buna cehd ederken oldurulecek ancaq Kira onsuz da beseri ruhundan basqa her seyini itirdiyini deyir Xeberdarligin sonu RollardaAktyor Leo Kovalenski rolunu canlandirmisdir Asagida Brodvey teatrinda kecirilmis tamasadan personajlar ve onlari canlandiran aktyorlar qeyd olunub Aktyor RolKira Arqunova Kira ArqunovaLeo Kovalenski Leo KovalenskiAndrey Taqanov Andrey TaqanovCorc Kotton Stepan Timosenko Stepan TimosenkoPavel Syerov Pavel SyerovKarp Morozov Karp MorozovCorciana Brend yoldas Sonya yoldas SonyaHoras Kuper yoldas Voronov yoldas Voronovyoldas Bityuk yoldas BityukLea Penman Antonina Pavlovna Antonina PavlovnaEdvin Fillips Malaskin MalaskinAktyor RolMarsall Bredford DSI reisi DSI reisiFrenk O Konnor DSI reis muavini DSI reis muaviniUilyam Blis kisi hesabdar kisi hesabdarVirciniya Danninq qadin hesabdar qadin hesabdarKliff Danstan upravdom upravdomtelebe telebeCon Parris esger esgerCorc Smit partiya klubu uzvu partiya klubu uzvuC Aser Smit yasli nezaretci yasli nezaretciLyudmila Toretska qonsu qonsuDramatik analiz Feth edilmemis pyesi romaninda olan sade bir sujet xettini izleyir ve movzulari ehate edir Her iki eserde sujet xetti sevdiyi kisinin heyatini xilas etmek ucun guclu bir kisi ile munasibet quran bir qadin haqqindadir Rand qebul etmisdir ki buna oxsar mezmunlar ondan evvel coxlu uydurma eserlerde istifade olunmusdur ve o buna misal olaraq Toska operasini numune gostermisdir O guclu kisini qadini bilerekden istismar eden bir cani yerine qadina asiq olan ve onun diger sevgilisinden bixeber olan bir idealiste cevirerek sujetin enenevi versiyalarindan yayinmisdir Pyes hekayeni ehemiyyetli derecede semerelesdirir Kiranin ailesi nezerden qacirdilib ve sujet onun Leo ile yasamasiyla baslayir Bezi xarakteristikalara da diyisiklikler edilib Leo daha passiv bir obraz olaraq Andrey ise daha az husn regbetle tesvir edilib Aronsonun dekorasiyalari murekkeb ve bahali idi Aronson onlari inqilabdan evvelki Car Rusiyasi dovrune aid arxitekturanin ab havasini vermeleri ucun tertib etmisdir ancaq o kommunist dovleti eks etdirmek ucun qirmizi rengden istifade etmisdir Metbuat tamasanin dekorasiyalarini neheng ve dekadent olaraq tesvir etmisdir Dekorasiyalar 18 fut 5 5 m hundurluyunde olan iki firlanan halqanin uzerinde qurulmusdur Bu halqalar sehnelere derhal kecid etmek ucun firlana bilirdi Qebul ve irsiPyesin tamasasi kecirilmisdir ancaq hec bir hefte kecmemis tamasadan qaldirilmisdir Pyes kassada ugursuzluq yasamis ve esasen menfi reyler almisdir Tenqidciler aktyor isi ve Aronsonun dekorasiyalari haqqinda musbet fikirli idiler ancaq onlar ssenari ve rejissura barede ciddi sekilde menfi fikirli idiler Resenziya muellifi Artur Pollok pyesi yavas hereket eden solgun bir sup adlandirmisdir The New York Times qezeti pyesi sentimental melodrom ile siyasi diskussiyanin qarixdirici qarisigi olaraq tesvir etmisdir terefinden yazilmis sindikatlasdirilmis bir resenziyada mezmunda murekkeblik oldugunu ve onun qeyd etmek ucun hedden ziyade coxsayli oldugunu vurgulamisdir The Hollywood Reporter ucun resenziya yazmis bir muellif pyesin kimi nehayetsiz oldugunu vurgulamisdir Siyasi dusunceli resenziya muellifleri pyese siyasi spektrindeki muxtelif noqteyi nezerlerden hucum etmisdir ABS Kommunist Partiyasinin jurnali olan The New Masses redaktoru pyesin olumcul suretde ureksixan oldugunu yazmis ve Randi dorduncu dereceli kulung adlandirmisdir Elave olaraq daha merkezci olan resenziya muellifleri hetta onun mesajina caniyananliq gosterenler bele pyesi qeyri real adlandirmisdir Commonweal katolik jurnalinin yazicisi Fillip T Hartunq pyesi basi qarismis adlandirmis ve filmini daha yaxsi bir antisovet eser olaraq tovsiye etmisdir Sagcilar arasinda populyar olan New York World Telegram qezetinin dram tenqidcisi Sidni B Uippl pyesin kommunizmin tehlukesini kiciltmesi nden sikayetlenmisdir Pyesin ugursuzluga ugramasindan sonra Rand qerare gelmisdir ki eserin ssenarisi pisdir ve romaninin teatr adaptasiyasini hazirlamaq cehdi bir sehv idi O romanin duzgun bir sehne materiali olmadigini qebul etmisdir Rand dusunmusdur ki Ebbotun tecrubesi dram yerine daha cox komediyaya uygundur ve onun pyes uzerindeki produserlik ve rejissorluq isi tamasani daha da pis bir veziyyete salmisdir Randin bioqraflari pyesi busbutun ugursuzluq ugultulu iflas tenqidi fiasko pesekarliq baximdan xecalet adlandirmisdir Teatr tarixsunasi Uilyam Torbert Leonard pyesi maraq gosterenleri bele memnun ede bilmemis temteraqli adaptasiya kimi tesvir etmisdir Feth edilmemis Randin omru boyunca istehsal olunan axirinci pyesi idi ve o 1940 ci ilden sonra yeni pyesler yazmamisdir Rand butun diqqetini romanini bitirmeye cevirmisdi hansi ki 1943 cu ilde nesr edilmis ve bestseller olmusdur Feth edilmemis pyesinin ugursuzlugu Brodvey teatrinda uzunmuddetli bir karyerasi olmus Ebbota cox da tesir gostermemisdi Onun novbeti isi ssenarisi Cerom Mayer terefinden yazilmis cinayet ve dram janrlarinda olan Axsamda helelik bir nece hefte sonra tamasaya verilmisdi QeydlerEvveller Sankt Peterburq olaraq bilinen Petroqrad seherinin adi 1924 cu ilin yanvar ayinda Leninqrad olaraq deyisdirilmisdir Buna baxmayaraq Randin ssenarisinde sehere Petroqrad olaraq xitab edilir Leontovicin dogum tarixi ile bagli menbelerde muxtelif melumatlar var ancaq pyesde oz rolunu canlandirarken onun en azi 39 yasi var idi Friman ilkin baxilisin yerde qalan hissesinde Ralf Morhaus terefinden evez edilmisdir ancaq o oz rolunu canlandirmaga davam etmisdir Kira Leonun mualicesini Andreyin ona verdiyi heddiyelerle gizlince maliyyelesdirirdi MenbeIstinadlar Branden 1986 seh 41 Rand 2014 seh 182 Brittinq 2004 seh 14 20 Brittinq 2004 seh 29 30 Brittinq 2004 seh 34 36 Heller 2009 seh 92 93 Berns 2009 seh 31 Heller 2009 seh 95 Brittinq 2014 seh 336 337 Heller 2009 seh 101 102 Kollins 1993 seh 11 Branden 1986 seh 150 Brittinq 2014 seh 337 Russ Stage Artist Depicts Home Land The Baltimore Sun ingilis December 23 1939 seh 20 October 26 2017 tarixinde Istifade tarixi February 15 2020 Newspapers com vasitesile Mayhew 2014 seh ix Heller 2009 seh 126 Brittinq 2014 seh 338 Heller 2009 seh 127 Libman 2017 seh 158 Brittinq 2014 seh 339 Leonard 1983 seh 483 Kirkli 1939 seh 8 Leonard 1983 seh 484 Brittinq 2014 seh 342 Branden 1986 seh 152 Brittinq 2014 seh 344 Heller 2009 seh 129 Branden 1986 seh 154 155 Perinn 1990 seh 51 Svanberq 2014 The Play The Unconquered nytimes com ingilis The New York Times February 14 1940 seh 25 November 12 2017 tarixinde Istifade tarixi February 28 2020 Rand 2000 seh 38 Meyhyu 2014 seh viii ix Brittinq 2014 seh 339 340 Pollok 1940 seh 6 Volfert 1940 seh 2 Brittinq 2014 seh 346 Bessi 1940 seh 29 Hartunq 1940 seh 412 Brittinq 2014 seh 347 Rand Ayn The Publishing History of We the Living Unpublished essay quoted in Ralston 2012 seh 168 Branden 1986 seh 150 151 Berns 2009 seh 306 Heller 2009 seh 133 Branden 1986 seh 180 181 Mantl 1940 seh 35 Edebiyyat One for the Ashcan ingilis 27 fevral 1940 28 29 Istifade tarixi 15 fevral 2020 ingilis Qarden Siti Nyu York Doubleday amp Company 1986 ISBN 0 385 19171 5 OCLC 12614728 accessdate missing url Ayn Rand Overlook Illustrated Lives series ingilis Nyu York Overlook Duckworth 2004 ISBN 1 58567 406 0 OCLC 56413971 Istifade tarixi 15 fevral 2020 Brittinq Ceff Adapting We the Living for the Stage Meyhyu Robert redaktor The Unconquered ingilis Nyu York Palgrave Macmillan 2014 335 347 ISBN 978 1 137 42873 8 OCLC 912971550 accessdate missing url Berns Cennifer ingilis Nyu York Oxford University Press 2009 ISBN 978 0 19 532487 7 OCLC 313665028 accessdate missing url Kollins Qlenn Eugenie Leontovich 93 Actress Playwright and Teacher Is Dead The New York Times ingilis 3 aprel 1993 seh 11 Istifade tarixi 15 fevral 2020 The Stage and Screen The Unconquered ingilis 1 mart 1940 seh 412 accessdate missing url Heller Ann K ingilis Nyu York Doubleday 2009 ISBN 978 0 385 51399 9 OCLC 229027437 accessdate missing url Kirkli Donald The Stage The Baltimore Sun ingilis 26 dekabr 1939 seh 8 Istifade tarixi 15 fevral 2020 Newspapers com vasitesile Leonard Uilyam Torbert Broadway Bound A Guide to Shows that Died Aborning ingilis Metucen Nyu Cersi Scarecrow Press 1983 ISBN 0 8108 1652 0 OCLC 239756089 Istifade tarixi 15 fevral 2020 Libman Roy Broadway Actors in Films 1894 2015 ingilis Cefferson Simali Karolina McFarland 2017 ISBN 978 0 7864 7685 5 OCLC 994710962 accessdate missing url Goodbye in the Night Shiver Drama about Assorted Lunatics Daily News ingilis 19 mart 1940 seh 35 Istifade tarixi 15 fevral 2020 Newspapers com vasitesile Meyhyu Robert redaktorThe Unconquered ingilis Nyu York Palgrave Macmillan 2014 ISBN 978 1 137 42873 8 OCLC 912971550 accessdate missing url Perinn Vinsent L Ayn Rand First Descriptive Bibliography ingilis Rokvill Merilend Quill amp Brush 1990 ISBN 0 9610494 8 0 OCLC 23216055 accessdate missing url Pollok Artur The Unconquered Has Its Day A Dull One ingilis 14 yanvar 1940 seh 6 Istifade tarixi 15 fevral 2020 Newspapers com vasitesile Ralston Ricard E Publishing We the Living Mayhew Robert redaktor Essays on Ayn Rand s We the Living ingilis 2nd Lanham Maryland Lexington Books 2012 159 170 ISBN 978 0 7391 4969 0 OCLC 769323240 accessdate missing url Rand Ayn Bekman Tore redaktor ingilis Nyu York Plume 2000 ISBN 0 452 28154 7 OCLC 934792412 accessdate missing url Rand Ayn The Unconquered 1939 40 Meyhyu Robert redaktor The Unconquered ingilis Nyu York Palgrave Macmillan 2014 181 289 ISBN 978 1 137 42873 8 OCLC 912971550 accessdate missing url Svanberq Karl Introducing Ayn Rand s The Unconquered Impact Today ingilis 18 sentyabr 2014 Istifade tarixi 15 fevral 2020 The Unconquered Is Full of Complications ingilis 18 fevral 1940 seh 2 Istifade tarixi 15 fevral 2020 Newspapers com vasitesile Xarici kecidlerFeth edilmemis Internet Broadway Database saytinda Teatr portali Qadin portali ABS portali

Nəşr tarixi: İyun 21, 2024, 23:01 pm
Ən çox oxunan
  • Fevral 07, 2025

    Rəşidə Səadətül Bolkiah

  • İyun 08, 2025

    Rəy aqreqatoru

  • Fevral 02, 2025

    Rəqəmsal kriminalistika

  • İyul 02, 2025

    Rəqəmsal humanitar elmlər

  • İyun 01, 2025

    Rəna Zinçenko

Gündəlik
  • Unudulmuş əcdadların kölgələri

  • İngilis dili

  • Unudulmuş əcdadların kölgələri

  • Yekaterinburq

  • Əhmədabad (Qücərat)

  • Brayan Vilson

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • 2025-ci ildə vəfat edənlərin siyahısı

  • 1776

  • 3 iyul

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı