fbpx
Wikipedia

Dərviş Məhəmməd xan

Dərviş Məhəmməd xan (15241551, Nuxa) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi.

Dərviş Məhəmməd xan
درويش محمد خان
Şəki hökmdarı
may, 1524 — may, 1551
Tacqoyma may, 1524
Sələfi Həsən sultan
Xələfi vəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1524
Vəfat tarixi
Vəfat yeri Şəki, "Gələsən-Görəsən" qalası ətrafında
Sülalə Qara keşiş nəsli
Atası Həsən sultan
Həyat yoldaşı Pərixan sultan
Uşağı Baqi bəy

Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi.

1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərviş Məhəmməd xanın özü həlak oldu.

Həyatı

Hakimiyyətə gəlməsi

 
Qafqazıq 1532-ci il üçün siyasi xəritəsində Şəki hakimliyi — Dərvişməhəmməd xanın hakimiyyətdə olduğu dövr.

Şah İsmayıl ölümündən (23 may 1524) bir neçə gün əvvəl Ərdəbildə ikən

"Gürcüstanın Kaxet hakimi Ləvənd xanın Şəkiyə gəlməsi və Şəki valisi Həsən bəyin öldürülməsi haqqında".

məlumat almışdı və ona həm də bildirilmişdi ki,

"Şəki camaatı ondan (Həsən bəydən) sonra Dərvişməhəmməd bəyi hökumət taxtına əyləşdirdi...".

Şirvanşah Şahruxa köməyə getməsi

Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

"o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında (qızılbaş) əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o "yolunu azmışın" dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular", təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Şirvanın Səfəvilər tərəfindən işğalı başa çatdı, Şirvanşah Şahrux isə Təbrizə aparıldı və 1539-cu ildə orada gizlincə edam edildi.

Şah Təhmasibin bacısı ilə evlənməsi

Şirvanşahlar dövlətinin süqutundan dərhal sonra Səfəvilərin Şəkiyə hücum etməsi labüd idi. Lakin nədənsə bu hadisə baş vermədi. Əvəzində isə tarixi mənbələr Dərvişməhəmməd xanın 1539-cu ildə Səfəvilər xanədanı ilə qohumlaşmasından xəbər verir; Dərvişməhəmməd xan Şah Təhmasibin dul bacısı ilə, yəni mərhum Şirvanşah II Xəlilullahın arvadı olmuş Pərixan xanımla evlənir. Çox güman ki, məhz bu evlənmə sayəsində qızılbaşların Şəkiyə gözlənilən hücumlarının qarşısı alınmış olur.

Şah Təhmasibin yanına getməsi

Şirvanşahlar dövlətinin süqutundan sonra Şah Təhmasib Şirvanın idarə edilməsi işini öz qardaşı Əlqas mirzəyə tapşırmışdı. Hadisələrin gedişatını izləyərkən bu qənaətə gəlirik ki, Dərvişməhəmməd xan Əlqas mirzənin Şirvan valiliyinin ilk illərindən, ta son gününədək, yəni 1547-ci ilə qədər onunla olduqca yaxşı münasibətlərə malik imiş. O cümlədən, 1541-ci ildə Şah Təhmasib Ucan və Səhənd yaylaqlarında olarkən, Dərvişməhəmməd xan məhz Əlqas mirzə ilə birlikdə şahın yanına getmişdi və şah tərəfindən

"nəvaziş qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar".

Pərixan xanımın vəfat etməsi

Dərvişməhəmməd xanın arvadı Pərixan xanım 1543-cü ildə dünyasını dəyişdi. Tarixi mənbələrdə Pərixan xanımın Salyandakı Xosrovabad qəsəbəsində "Şahzadə bəyim nəhri"nin, düyü, taxıl, pambıq əkilən sahələrinin və s. daşınmaz əmlakının olması göstərilir və həm də qeyd edilir ki, bunlar onun ölümündən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsinə vəqf verilmişdir. Şah Təhmasib isə sevimli bacısının adını yaşatmaq üçün 1548-ci ildə doğulmuş qızının adını "Pərixan" qoymuşdur.

Şahnəzərin Dağıstanda öldürülməsi

Əlqas mirzənin 1547-ci ildə təşkil etdiyi Dağıstan yürüşündə isə Dərvişməhəmməd xanın qardaşı Şahnəzər iştirak etmişdir. Lakin o,

"çərkəzlərlə vuruşda nizə ilə vurulub atdan salındı və həlak oldu".

Şəkinin talan edilməsi

Yuxarıda qeyd edilən döyüşdən az müddət sonra Əlqas mirzə öz qardaşı Şah Təhmasibin qoşunlarının təqibinə də məruz qalmış və Şirvandan qovulmuşdu; çünki, o, mərkəzi hakimiyyətə qarşı çıxmış, öz adına sikkə vurdurub xütbə oxutmaqla müstəqil hökmdar olmağa cəhd etmişdi.

Əlqas mirzənin adamları hələ bir müddət DərbəndGülüstan qalalarına sığınaraq müqavimət göstərməkdə ikən, o, özü Kəfədən dəniz yolu ilə İstanbula getdi və Sultan Süleyman tərəfindən hörmətlə qarşılanaraq 1548-ci ildə Osmanlı İmperiyasının Səfəvilər dövlətinə qarşı növbəti yürüşündə iştirak etdi. Göstərilən ilin may ayının sonunda Sultan Süleyman və Əlqas mirzə əsgəri sayı 100 mindən az olmayan ordu ilə Təbrizə girdilər, amma 3-4 gündən sonra şəhəri tərk edib geri çəkildilər. Osmanlıların Azərbaycanda qərar tuta bilməməsinin əsas səbəbi isə bu idi ki, onların hədsiz-hesabsız ordusunun orada qalmasını əngəlləmək üçün Şah Təhmasibin göstərişi ilə əvvəlcədən, planlı şəkildə tədbirlər görülmüşdür. Məsələn, Osmanlı sərhədindən Təbrizə qədər su, ərzaq mənbələri və otlaqlar məhv edilmişdi.

Aydındır ki, Osmanlıların geri çəkilməsindən sonra həmin əngəlliklər bu dəfə yerli əhali, o cümlədən Səfəvilər dövləti üçün ərzaq və yem qıtlığı demək idi.

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

"Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...".

Bundan sonra isə Şah Təhmasib təkrarən "təşrif buyurmuş" qardaşını dəf etmək üçün qışlamanı yarımçıq qoyub, öz ordusunu Qarabağdan çıxartdı. Tezliklə, Əlqas mirzə yaxalandı, Qəhqəhə qalasına salınıb ömürlük dustaq edildi və sonra elə oradaca dünyasını dəyişdi.

Şah Təhmasibin fərmanında

 
I Şah Təhmasib (miniatür)

1548-ci ildə, Şirvanşahlar xanədanından olan Bürhan Osmanlıların köməyi ilə Şirvanda əcdadlarının taxt-tacına yiyələnə bilmiş və iki ilə qədər səltənət sürdükdən sonra qızılbaşlarla toqquşma ərəfəsində öz əcəli ilə dünyasını dəyişmişdi. Şirvan Səfəvilər tərəfindən təkrarən tutulmuş və Abdulla xan Ustaclı bura bəylərbəyi təyin edilmişdi. Güman olunur ki, eyni zamanda Şəki hakimi "Dərvişməhəmməd xan da Səfəvilərə tabe olduğunu bildirmişdir".

1550-ci ilin sentyabr ayında Şah Təhmasib Şirvan ölkəsinin dini işlər üzrə sədrinin səlahiyyətlərinin Şəkiyə də şamil olunması barədə fərman verdi. Fərmanda Dərvişməhəmməd xanın adı kifayət qədər hörmətlə çəkilərək qeyd olunur ki,

"Oranın hakimi, idarəçilik pənahı, hökumət büsatlı, kəramətli, hakimlərin dayağı, hakimiyyət və səadətin günəşi Dərvişməhəmməd xan yazılmış qaydada qərar verildiyini bilərək o nəqiblik pənahını qüdrətləndirməyə və etibarlandırmağa çalışsın".

Səfəvilərə müqavimət göstərməsi və ölümü

1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da oz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək "Əmir Yusif", yaxud "Əmir Cövşən" adlı Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü "Gələsən-Görəsən" qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – "Sığnaq" deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr xan və Şahqulu sultanın başçılıq etdiyi qızılbaş dəstələri Kiş qalasına, Şahqulu Xəlifə möhürdarla bəzi qızılbaş əmirlərin başçılıq etdiyi dəstələr Sığnağa və Abdulla xan ilə Kaxet hakimi Levan xanın tabeliyində olan dəstələr isə "Gələsən-Görəsən qalasına hücum etdilər.

Şəkililər inadla müqavimət göstərirdilər. Məsələn, Şahqulu xəlifə Zülqədər öz dəstəsi ilə Sığnağın yerləşdiyi dağa qalxmaq istəyərkən, əks tərəfdən açılan tüfəng atəşləri ilə geri otuzdurdu.

Qızılbaşlar döyüşə-döyüşə "Gələsən-Görəsən" qalasına yaxınlaşdılar, qala divarları yanında "sib"lər (barrikadalar) qurdular, qala divarlarına yaxından atəş aşmaq üçün bir "firəng topu"nu bir dəstə ilə qala divarlarının lap yaxınlığına – dağa, qaldırdılar. Lakin birdən, gözləmədikləri halda qalanın qapısı açıldı, müdafiəçilərdən bir dəstə bayıra çıxıb topu yuxarı qaldıran qızılbaş dəstəsinə hücüm etdi və onlardan bir-neçəsini qətlə yetirib, "firəng topu"nu da özləri ilə götürərək tez-tələsik qalaya çəkildi. Nəticədə "Gələsən-Görəsən" qalasının müdafiəsi daha da gücləndi və oradan qızılbaşlara "firəng topu"ndan atəşlər açılmağa başlandı.

Kiş qalası da ciddi müqavimət göstərirdi. Həsən bəy Pənk oğlunun 1000 nəfərlik tüfəngçi dəstəsi 20 gün ərzində qalanın qərb tərəfində mövqe tutaraq qalaya atəş açırdı. Qalanın bürcünün hansısa bir dişində bir qaraltı görünən kimi, ora yüz tüfəngdən güllə atılırdı. Qalaya doğru atılan topların zərbəsindən və qala divarlarına tətbiq olunan badlicin (partlayıcının) təsirindən qalanın bir bürcünün divarının aşağısında böyük bir oyuq əmələ gəlmişdi və qızılbaşlar ora çur-çubuq yığıb od vurdular. Nəticədə bürc uçdu və ( bundan sonra – 16 may tarixdə,) qalabəyi Mahmud bəy qaladan bayıra çıxıb qalanın qapılarının açarlarını Şah Təhmasibin vəkillərinə təqdim etdi. Şah Təhmasibin əmri ilə bu "istehkamın bürc və barıları yerlə yeksan edildi".

Kiş qalasının təslim olması nəticəsində Şah Təhmasibin daha böyük qüvvə ilə Sığnağa hücum etməsi üçün şərait yarandı və o, doğrudan da daha çox qoşunla Sığnaq tərəfə hərəkət etdi. Səfəvi tarixçisinin təbirincə,

"Sığnaq adamları Kiş qalasının fəthindən xəbərdar olan kimi, dəstə-dəstə Şah aləm pənahın dərgahına gəldilər".

Sözsüz ki Sığnaq müdafiəçilərinin təslim olmasının əsas səbəblərindən biri də Şah Təhmasibin sabiq qalabəyi Mahmud bəyi öz yanında saxlaması idi. Yəni Şah Təhmasib Sığnaq müdafiəçilərinə əyani surətdə göstərirdi ki, "baxın, sizin hörmətli sərkərdəniz – Mahmud bəy, o, indi mənim yanımdadır və mən onu əfv eləmişəm, siz də təslim olun, sizi də əfv edəcəyəm!".

Kiş qalası ilə Sığnaq müdafiəçiləri təslim olandan sonra isə Dərvişməhəmməd xan gecə 400 nəfərlə "Gələsən-Görəsən" qalasından çıxıb qalanı mühasirə edənlərlə vuruşmağa başladı. Bu "Gələsən-Görəsən" qalasından edilən növbəti şəbxun idimi? Ya Dərvişməhəmməd xan qızılbaşların tezliklə daha böyük qüvvə ilə "Gələsən-Görəsən"ə hücum edəcəyini və bu halda da qalanın müdafiəsinin daha da çətin olacağını nəzərə alıb, gecəliklə mühasirəni yararaq qalanı vaxtında tərk etmək istəmişdi? Qızılbaş mənbəsində birmənalı olaraq Dərvişməhəmməd xanın 400 nəfərlə qaladan qaçmağa cəhd etməsi vurğulanır və həm də qeyd edilir ki həmin 400 nəfərdən 250-i qızılbaşlar tərəfindən qətlə yetirilmiş, o cümlədən, Çərəndab sultanın mülazimi Kosa Pirqulu Dərvişməhəmməd xanı öldürərək, başını kəsib Şah Təhmasibin yanına gətirmişdir. Eyni mənbədə Şah Təhmasibin öz yanında saxladığı Kiş qalasının sabiq qalabəyisi Mahmud bəyin "əsassız şübhəyə düşərək" qaçması da göstərilir və mümkündür ki "Gələsən-Görəsən"dən edilən son hücum zamanı qızılbaş ordusunda qarma-qarışıqlıq yaranmış, məhz bu zaman isə Mahmud bəy fürsətdən istifadə edərək aradan çıxa bilmişdir.

Ölümündən sonra

Dərvişməhəmməd xanın öldürülməsindən sonra Şah Təhmasib Şəkidə öz adına sikkə vurdurub xütbə oxutdurdu, Şəki ölkəsi Səfəvilər dövlətinin bir subyekti oldu və buranın idarə edilməsi Toygün bəy Qacara tapşırıldı.

19-cu əsrə aid Şəkinin yerli mənbəsinə görə Dərvişməhəmməd xanın öldürülməsindən sonra

"Şəki xəlayiqi də istiman (aman istəmək) edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə gəlib məqamında sakin olublar. Dərvişməhəmməd xanın oğlu Baği bəy də şah hüzuruna gəlib, şah öldürməyibsə də, xanlıq hökumətini də Bağı bəyə verməyib".

Şah Təhmasib Sultan Süleymana göndərdiyi bir Fəthnamədə isə bu qələbəsini belə şərh etmişdi:

"Cümlə fəthlərin təzəsi Şəkinin istilasıdır ki o yerin valisi ki... Xeybər qalaları kimi qalalara sığınmış idi, qala topunun ... badlic və tüfəng zərbəsinə onların qalasını yerlə yeksan etdirdik ... (və Dərvişməhəmməd xan) iti qılınc zərbəsi ilə qətlə yetirildi".

İstinadlar

  1. Digər bir mənbədə, Dərvişməhəmməd xanın atasından bəhs edilərkən göstərilir ki, "Həsən bəy ki özünün ata-babası o yerdə (Şəkidə) hakim idi və şirvanşah şəcərəsindəndir"; bax: İsgəndər bəy Türkman. Tarix-i aləmara-yi Abbasiy, 1-ci cild, səh.: 82, Tehran, h.ş.1333.
  2. Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>>
  3. Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>>.
  4. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 286-289, Bəroda, 1931.
  5. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14, Bakı, 1996.
  6. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 300, Baroda, 1931.
  7. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14; 85, Bakı, 1996.
  8. Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, səh.: 73, Bakı, 1981; Budaq Monshi Qazvini. Javaher al-axbar, səh.: ? Tehran, 2000
  9. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 334, Baroda, 1931.
  10. Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 184-185, Tehran, h.ş. 1350 (Şah Təhmasibin Məlik Kəyumərsə göndərdiyi Fəthnamə, Əbdülqasım Evoğlu Heydərin "Məcmuətül-mürasilat"ından).
  11. T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 19, Bakı, 1977.
  12. T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 65, Bakı, 1977.
  13. Mənbədə "Əmir Yusif" kimi yazılıb, lakın bir qədər sonra həm də qeyd olunub ki, "Dərvişməhəmməd xan Cövşən ağanın qardaşı Mahmud bəyi Kiş qalasının mühafizətinə qoydu"; sual ortaya çıxır, hansı Cövşən ağanın? Axı mətndə Cövşən ağanın adı daha əvvəl heç çəkilməyib?! Lakin diqqət yetirdikdə ki ərəb əlifbası ilə (çap yox, əlyazma xəttində!) "Cövşən" və "Yusif" adlarının yazılışı bir birinə çox bənzəyir, o zaman nəticə çıxara bilərik ki mətndə texniki səhvə yol verilib və mənbədə "Cövşən" və "Yusif" adı ilə təqdim olunan 2 ayrı-ayrı şəxs əslində eyni adamdır.
  14. Burada yazılanlar, əsasən, Həsən Rumlunun "Əhsnüt-Təvarix"indəki "...Şah din pənahın Şəki tərəfə üz tutması və Dərvişməhəmməd xanın öldürülməsi" adlı bəhsin xülasəsidir; bax: Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 348-351, Baroda, 1931.
  15. Şah Təhmasib 1549-cu ildə Portuqaliyadan 20 top alınmışdı (Bax: Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı İmperiyası, səh.: 135, Bakı, 1995.).
  16. "Xülasətül təvarix"də "Həsən bəy Fəth oğlu Ustaclı; Bax: Şükufə Məmmədova. Xülasət ət-təvarix Azərbaycan Tarixinin mənbəyi kimi, səh.: 82, Bakı, 1991.
  17. Bu tarix yalnız Qazi Əhməd Quminin "Xülasətül-Təvarix"ində qeyd olunur, amma istinad edilən mənbədə həmin məqamda Kiş qalası əvəzinə "Gələsən-Görəsən" qalasının adı çəkilmişdir; Bax: Şükufə Məmmədova. "Xülasət ət-təvarix Azərbaycan Tarixinin mənbəyi kimi, səh.: 82, Bakı, 1991.
  18. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 348-351, Baroda, 1931.
  19. Amma numizmatikada hələlik, nəinki Şah Təhmasıbın adından, hətta hansısa bir Səfəvi şahının adından Şəkidə kəsilmiş bircə nümumunə belə məlum deyil!
  20. Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 351, Baroda, 1931.
  21. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri; Şəki xanlığının tarixindən, səh.: 24, Bakı, 1993.
  22. (جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که باًعن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده ) Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 215 Tehran, h.ş. 1350. Amma məktubun sonunda yazılma tarixi hicri 957-ci ilin səfər ayı (1950-ci ilin fevral ayı) kimi göstərilir?! Elmi-tənqidi mətni nəşrə hazırlayan Ə.Nəvainin fikrincə bu tarix səhih deyil, o, güman edir ki daha doğru tarix hicri 961-ci ilin səfər (miladi 1554-cü ilin yanvar) ayı ola bilər; bax: səh.: 237, qeyd 4.

Xarici keçidlər

  • Şəki xanlığının tarixindən, Bakı, 1993  (azərb.)

dərviş, məhəmməd, 1524, 1551, nuxa, şəki, hökmdarı, 1524, 1551, atası, həsən, sultanın, gürcü, çarı, ilə, döyüşdə, həlak, olmasından, sonra, şəki, əhalisi, hökumət, taxtına, əyləşdir, mişdi, درويش, محمد, خانşəki, hökmdarımay, 1524, 1551tacqoyma, 1524sələfi, hə. Dervis Mehemmed xan 1524 1551 Nuxa Seki hokmdari 1524 1551 Atasi Hesen sultanin Gurcu cari ile doyusde helak olmasindan sonra Seki ehalisi onu hokumet taxtina eylesdir misdi 2 Dervis Mehemmed xanدرويش محمد خانSeki hokmdarimay 1524 may 1551Tacqoyma may 1524Selefi Hesen sultanXelefi vezife legv edilibSexsi melumatlarDogum tarixi 1524Vefat tarixi 1551Vefat yeri Seki Gelesen Goresen qalasi etrafindaSulale Qara kesis nesli 1 Atasi Hesen sultanHeyat yoldasi Perixan sultanUsagi Baqi beyDervis Mehemmed xan 1538 ci ilde Bugurt qalasini muhasireye almis qizilbaslara gece basqinlari etse de az sonra onlarla munasibetleri yaxsilasdira bilmis ve hetta I Sah Tehmasibin bacisi ile evlenmisdi 1549 cu ilden etibaren ise Dervis Mehemmed xan ile Sefeviler dovleti arasinda munasibetler yeniden pislesmeye basladi Bele ki hemin ilde Sah Tehmasib Sekiye ceza destesi gonderermis ve bu olkeni qaret etdirmisdi 2 il sonra 1551 ci ilde ise Sah Tehmasib ozu boyuk bir ordu ile Seki hokmdarliginin erazisine daxil oldu Seki ordusu ile ilk toqqusmada qizilbaslar qalib geldiler ve Sekinin en meshur serkerdelerinden birini esir goturduler Daha sonra ise onlar Seki hokmdarliginin uc esas istehkamini eyni vaxtda muhasireye aldilar Hemin istehkamlardan Dervis Mehemmed xanin sigindigi Gelesen Goresen qalasi istisna olmaqla diger ikisinin mudafiecileri 20 gunluk inadli muqavimetden sonra teslim olmaga mecbur edildi Bundan sonra Dervismehemmed xan bir gece 400 neferle Gelesen Goresen den cixdi Bu zaman onlar ile qalani ehateye almis qizilbas desteleri arasinda bas vermis siddetli doyusde hemin 400 neferden 250 si ve Dervis Mehemmed xanin ozu helak oldu Mundericat 1 Heyati 1 1 Hakimiyyete gelmesi 1 2 Sirvansah Sahruxa komeye getmesi 1 3 Sah Tehmasibin bacisi ile evlenmesi 1 4 Sah Tehmasibin yanina getmesi 1 5 Perixan xanimin vefat etmesi 1 6 Sahnezerin Dagistanda oldurulmesi 1 7 Sekinin talan edilmesi 1 8 Sah Tehmasibin fermaninda 1 9 Sefevilere muqavimet gostermesi ve olumu 1 10 Olumunden sonra 2 Istinadlar 3 Xarici kecidlerHeyati RedakteHakimiyyete gelmesi Redakte Qafqaziq 1532 ci il ucun siyasi xeritesinde Seki hakimliyi Dervismehemmed xanin hakimiyyetde oldugu dovr Sah Ismayil olumunden 23 may 1524 bir nece gun evvel Erdebilde iken Gurcustanin Kaxet hakimi Levend xanin Sekiye gelmesi ve Seki valisi Hesen beyin oldurulmesi haqqinda 3 melumat almisdi ve ona hem de bildirilmisdi ki Seki camaati ondan Hesen beyden sonra Dervismehemmed beyi hokumet taxtina eylesdirdi 2 Sirvansah Sahruxa komeye getmesi Redakte Sah Tehmasibin 1538 ci ilin baharinda baslatdigi Sirvana yurusu zamani qizilbaslar Sirvansah Sahruxun sigindigi Bugurt qalasini muhasire ederken o esnada Seki hakimi Dervismehemmed xan dagliq yerlerin lesgerini toplayib Sahruxun komeyine geldi ki qalanin yaninda qizilbas emirlerin ordugahina sebxun yetirsin Bu meqsedle ordunun yaxinligina gelib nagara doyeclendi ve surlar calindi Mehemmed bey Sirbext oglu Talis ve bezi qorciler o yolunu azmisin define revan oldular ve onlari sekilileri meglub edib onun Dervismehemmed xanin ekser adamlarinin heyat paltarindan lut uryan etdiler Ele ki sirvanlilar Dervismehemmed xanin imdadindan meyus oldular 4 teslim olmaq qerarina geldiler 3 sentyabrda Sirvansahlarin sonuncu muqavimet ocagi Gulustan qalasi da muqavimeti dayandirdi ve bununla da Sirvanin Sefeviler terefinden isgali basa catdi Sirvansah Sahrux ise Tebrize aparildi ve 1539 cu ilde orada gizlince edam edildi Sah Tehmasibin bacisi ile evlenmesi Redakte Sirvansahlar dovletinin suqutundan derhal sonra Sefevilerin Sekiye hucum etmesi labud idi Lakin nedense bu hadise bas vermedi Evezinde ise tarixi menbeler Dervismehemmed xanin 1539 cu ilde Sefeviler xanedani ile qohumlasmasindan xeber verir Dervismehemmed xan Sah Tehmasibin dul bacisi ile yeni merhum Sirvansah II Xelilullahin arvadi olmus Perixan xanimla evlenir 5 Cox guman ki mehz bu evlenme sayesinde qizilbaslarin Sekiye gozlenilen hucumlarinin qarsisi alinmis olur Sah Tehmasibin yanina getmesi Redakte Sirvansahlar dovletinin suqutundan sonra Sah Tehmasib Sirvanin idare edilmesi isini oz qardasi Elqas mirzeye tapsirmisdi Hadiselerin gedisatini izleyerken bu qenaete gelirik ki Dervismehemmed xan Elqas mirzenin Sirvan valiliyinin ilk illerinden ta son gununedek yeni 1547 ci ile qeder onunla olduqca yaxsi munasibetlere malik imis O cumleden 1541 ci ilde Sah Tehmasib Ucan ve Sehend yaylaqlarinda olarken Dervismehemmed xan mehz Elqas mirze ile birlikde sahin yanina getmisdi ve sah terefinden nevazis qazanaraq oz vilayetlerine qayitmaq icazesi aldilar 6 Perixan xanimin vefat etmesi Redakte Dervismehemmed xanin arvadi Perixan xanim 1543 cu ilde dunyasini deyisdi Tarixi menbelerde Perixan xanimin Salyandaki Xosrovabad qesebesinde Sahzade beyim nehri nin duyu taxil pambiq ekilen sahelerinin ve s dasinmaz emlakinin olmasi gosterilir ve hem de qeyd edilir ki bunlar onun olumunden sonra Erdebildeki Seyx Sefi meqberesine veqf verilmisdir Sah Tehmasib ise sevimli bacisinin adini yasatmaq ucun 1548 ci ilde dogulmus qizinin adini Perixan qoymusdur 7 Sahnezerin Dagistanda oldurulmesi Redakte Elqas mirzenin 1547 ci ilde teskil etdiyi Dagistan yurusunde ise Dervismehemmed xanin qardasi Sahnezer istirak etmisdir Lakin o cerkezlerle vurusda nize ile vurulub atdan salindi ve helak oldu 8 Sekinin talan edilmesi Redakte Yuxarida qeyd edilen doyusden az muddet sonra Elqas mirze oz qardasi Sah Tehmasibin qosunlarinin teqibine de meruz qalmis ve Sirvandan qovulmusdu cunki o merkezi hakimiyyete qarsi cixmis oz adina sikke vurdurub xutbe oxutmaqla musteqil hokmdar olmaga cehd etmisdi Elqas mirzenin adamlari hele bir muddet Derbend ve Gulustan qalalarina siginaraq muqavimet gostermekde iken o ozu Kefeden deniz yolu ile Istanbula getdi ve Sultan Suleyman terefinden hormetle qarsilanaraq 1548 ci ilde Osmanli Imperiyasinin Sefeviler dovletine qarsi novbeti yurusunde istirak etdi Gosterilen ilin may ayinin sonunda Sultan Suleyman ve Elqas mirze esgeri sayi 100 minden az olmayan ordu ile Tebrize girdiler amma 3 4 gunden sonra seheri terk edib geri cekildiler Osmanlilarin Azerbaycanda qerar tuta bilmemesinin esas sebebi ise bu idi ki onlarin hedsiz hesabsiz ordusunun orada qalmasini engellemek ucun Sah Tehmasibin gosterisi ile evvelceden planli sekilde tedbirler gorulmusdur Meselen Osmanli serhedinden Tebrize qeder su erzaq menbeleri ve otlaqlar mehv edilmisdi Aydindir ki Osmanlilarin geri cekilmesinden sonra hemin engellikler bu defe yerli ehali o cumleden Sefeviler dovleti ucun erzaq ve yem qitligi demek idi Sah Tehmasibin 1549 cu ilin yanvarinda Mazandaran hakimime gonderdiyi Fethnameden melum olur ki qizilbaslar sozgeden problemi Seki hakimliyini talamaq yolu ile hell etmeye calisiblar Hemin menbede Sah Tehmasib beyan edir ki Azerbaycan ve Sirvanat lesgeri ile Qarabaga revan olduq ki Berde olkesinde qislaq edib erzaq ve lesgere zeruri olan seyleri bu il Seki ve Gurcustan olkesi ve o hududdan elde edek ve sozgedenin Dervismehemmed xanin hormetli oglu Cahan muta hokm uzre tez layiqli peskeslerle yuksek dergaha gelib Zefer tesirli ordugaha qatildi ve Celaleddin Sunduk bey qorcibasini emirlerin qorcilerinden ve lesgerlerinden on min kesi revaneye Seki edib ozune Berde olkesinde dayanmagi buyurduq Diger bir menbede ise Sekiye gonderilmis qurcilerin sayi 2500 kimi gosterilir ve hem de qeyd edilir ki Dervismehemmed xan qazilerin xofundan Kis qalasina penah apardi 9 ve adi cekilen Sunduk bey Sanli nusret esgerlerle qeyd edilen olkeye Sekiye uz tutub 200 min qoyun ve 50 min qaramal ve bes min at ve 3 min xervar bugda ve duyu ve saire qeder qeyd edilen olkeden goturub ve qaret edib Yuksek orduya getirdiler ve qeyd edilen qenimet emirlere ve lesgerlere paylandi On gunden sonra ki sozgeden qenimet orduya getirilmisdi xeber getirildi ki Elqas mirze Hemedana yetisib 10 Bundan sonra ise Sah Tehmasib tekraren tesrif buyurmus qardasini def etmek ucun qislamani yarimciq qoyub oz ordusunu Qarabagdan cixartdi Tezlikle Elqas mirze yaxalandi Qehqehe qalasina salinib omurluk dustaq edildi ve sonra ele oradaca dunyasini deyisdi Sah Tehmasibin fermaninda Redakte I Sah Tehmasib miniatur 1548 ci ilde Sirvansahlar xanedanindan olan Burhan Osmanlilarin komeyi ile Sirvanda ecdadlarinin taxt tacina yiyelene bilmis ve iki ile qeder seltenet surdukden sonra qizilbaslarla toqqusma erefesinde oz eceli ile dunyasini deyismisdi Sirvan Sefeviler terefinden tekraren tutulmus ve Abdulla xan Ustacli bura beylerbeyi teyin edilmisdi Guman olunur ki eyni zamanda Seki hakimi Dervismehemmed xan da Sefevilere tabe oldugunu bildirmisdir 11 1550 ci ilin sentyabr ayinda Sah Tehmasib Sirvan olkesinin dini isler uzre sedrinin selahiyyetlerinin Sekiye de samil olunmasi barede ferman verdi Fermanda Dervismehemmed xanin adi kifayet qeder hormetle cekilerek qeyd olunur ki Oranin hakimi idarecilik penahi hokumet busatli kerametli hakimlerin dayagi hakimiyyet ve seadetin gunesi Dervismehemmed xan yazilmis qaydada qerar verildiyini bilerek o neqiblik penahini qudretlendirmeye ve etibarlandirmaga calissin 12 Sefevilere muqavimet gostermesi ve olumu Redakte Gelesen Goresen qalasinin cenub qapisinin sag ve solundaki iki burcu 2012 ci il 1551 ci ilin yazinda Sah Tehmasib Sekiye yuruse basladi ve boyuk bir ordu ile gelib Erese dusdu Burada Kaxetiya hakimi Levan da oz destesi ile qizilbaslara qosuldu Ilk toqqusma cox guman ki Seki olkesinin serhedinde bas verdi ve Bedr xan ile Sahqulu sultan Ustaclinin basciliq etdiyi qizilbas desteleri Dervismehemmed xanin qarovullarini meglub ederek Emir Yusif yaxud Emir Covsen adli 13 Seki serkerdesini esir goturduler ve onu Sah Tehmasibin yanina gonderdiler 14 Dervismehemmed xan Kis qalasinin muhafizesini esir dusmus Seki serkerdesinin qardasi Mahmud beye tapsirib ozu Gelesen Goresen qalasina sigindi Seki ehalisinin bir qismi ise bir dagin basinda Signaq deyilen yerde qerar tutdu Sunduk bey Qorcibasi Bedr xan ve Sahqulu sultanin basciliq etdiyi qizilbas desteleri Kis qalasina Sahqulu Xelife mohurdarla bezi qizilbas emirlerin basciliq etdiyi desteler Signaga ve Abdulla xan ile Kaxet hakimi Levan xanin tabeliyinde olan desteler ise Gelesen Goresen qalasina hucum etdiler Sekililer inadla muqavimet gosterirdiler Meselen Sahqulu xelife Zulqeder oz destesi ile Signagin yerlesdiyi daga qalxmaq isteyerken eks terefden acilan tufeng atesleri ile geri otuzdurdu Qizilbaslar doyuse doyuse Gelesen Goresen qalasina yaxinlasdilar qala divarlari yaninda sib ler barrikadalar qurdular qala divarlarina yaxindan ates asmaq ucun bir fireng topu nu 15 bir deste ile qala divarlarinin lap yaxinligina daga qaldirdilar Lakin birden gozlemedikleri halda qalanin qapisi acildi mudafiecilerden bir deste bayira cixib topu yuxari qaldiran qizilbas destesine hucum etdi ve onlardan bir necesini qetle yetirib fireng topu nu da ozleri ile goturerek tez telesik qalaya cekildi Neticede Gelesen Goresen qalasinin mudafiesi daha da guclendi ve oradan qizilbaslara fireng topu ndan atesler acilmaga baslandi Kis qalasi da ciddi muqavimet gosterirdi Hesen bey Penk oglunun 16 1000 neferlik tufengci destesi 20 gun erzinde qalanin qerb terefinde movqe tutaraq qalaya ates acirdi Qalanin burcunun hansisa bir disinde bir qaralti gorunen kimi ora yuz tufengden gulle atilirdi Qalaya dogru atilan toplarin zerbesinden ve qala divarlarina tetbiq olunan badlicin partlayicinin tesirinden qalanin bir burcunun divarinin asagisinda boyuk bir oyuq emele gelmisdi ve qizilbaslar ora cur cubuq yigib od vurdular Neticede burc ucdu ve bundan sonra 16 may tarixde 17 qalabeyi Mahmud bey qaladan bayira cixib qalanin qapilarinin acarlarini Sah Tehmasibin vekillerine teqdim etdi Sah Tehmasibin emri ile bu istehkamin burc ve barilari yerle yeksan edildi Kis qalasinin teslim olmasi neticesinde Sah Tehmasibin daha boyuk quvve ile Signaga hucum etmesi ucun serait yarandi ve o dogrudan da daha cox qosunla Signaq terefe hereket etdi Sefevi tarixcisinin tebirince Signaq adamlari Kis qalasinin fethinden xeberdar olan kimi deste deste Sah alem penahin dergahina geldiler 18 Sozsuz ki Signaq mudafiecilerinin teslim olmasinin esas sebeblerinden biri de Sah Tehmasibin sabiq qalabeyi Mahmud beyi oz yaninda saxlamasi idi Yeni Sah Tehmasib Signaq mudafiecilerine eyani suretde gosterirdi ki baxin sizin hormetli serkerdeniz Mahmud bey o indi menim yanimdadir ve men onu efv elemisem siz de teslim olun sizi de efv edeceyem Kis qalasi ile Signaq mudafiecileri teslim olandan sonra ise Dervismehemmed xan gece 400 neferle Gelesen Goresen qalasindan cixib qalani muhasire edenlerle vurusmaga basladi Bu Gelesen Goresen qalasindan edilen novbeti sebxun idimi Ya Dervismehemmed xan qizilbaslarin tezlikle daha boyuk quvve ile Gelesen Goresen e hucum edeceyini ve bu halda da qalanin mudafiesinin daha da cetin olacagini nezere alib gecelikle muhasireni yararaq qalani vaxtinda terk etmek istemisdi Qizilbas menbesinde birmenali olaraq Dervismehemmed xanin 400 neferle qaladan qacmaga cehd etmesi vurgulanir ve hem de qeyd edilir ki hemin 400 neferden 250 i qizilbaslar terefinden qetle yetirilmis o cumleden Cerendab sultanin mulazimi Kosa Pirqulu Dervismehemmed xani oldurerek basini kesib Sah Tehmasibin yanina getirmisdir Eyni menbede Sah Tehmasibin oz yaninda saxladigi Kis qalasinin sabiq qalabeyisi Mahmud beyin esassiz subheye duserek qacmasi da gosterilir ve mumkundur ki Gelesen Goresen den edilen son hucum zamani qizilbas ordusunda qarma qarisiqliq yaranmis mehz bu zaman ise Mahmud bey fursetden istifade ederek aradan cixa bilmisdir Olumunden sonra Redakte Dervismehemmed xanin oldurulmesinden sonra Sah Tehmasib Sekide oz adina sikke vurdurub 19 xutbe oxutdurdu Seki olkesi Sefeviler dovletinin bir subyekti oldu ve buranin idare edilmesi Toygun bey Qacara tapsirildi 20 19 cu esre aid Sekinin yerli menbesine gore Dervismehemmed xanin oldurulmesinden sonra Seki xelayiqi de istiman aman istemek edib Sah efv eleyib buyruq veribdir her kese gelib meqaminda sakin olublar Dervismehemmed xanin oglu Bagi bey de sah huzuruna gelib sah oldurmeyibse de xanliq hokumetini de Bagi beye vermeyib 21 Sah Tehmasib Sultan Suleymana gonderdiyi bir Fethnamede ise bu qelebesini bele serh etmisdi Cumle fethlerin tezesi Sekinin istilasidir ki o yerin valisi ki Xeyber qalalari kimi qalalara siginmis idi qala topunun badlic ve tufeng zerbesine onlarin qalasini yerle yeksan etdirdik ve Dervismehemmed xan iti qilinc zerbesi ile qetle yetirildi 22 Istinadlar Redakte Diger bir menbede Dervismehemmed xanin atasindan behs edilerken gosterilir ki Hesen bey ki ozunun ata babasi o yerde Sekide hakim idi ve sirvansah seceresindendir bax Isgender bey Turkman Tarix i alemara yi Abbasiy 1 ci cild seh 82 Tehran h s 1333 1 2 Namiq Musali Cahangusayi xaqan i sahibqiran eserinde Seki tarixine aid melumatlar Sekinin sesi qezeti seh 3 3 436 15 iyun 2009 cu il Hemcinin bax gt gt Namiq Musali Cahangusayi xaqan i sahibqiran eserinde Seki tarixine aid melumatlar Sekinin sesi qezeti seh 3 3 436 15 iyun 2009 cu il Hemcinin bax gt gt Hesen Rumlu Ehsenut Tevarix seh 286 289 Beroda 1931 Xace Zeynalabdin Eli Ebdi bey Sirazi Tekmiletul exbar seh 14 Baki 1996 Hesen Rumlu Ehsenut Tevarix seh 300 Baroda 1931 Xace Zeynalabdin Eli Ebdi bey Sirazi Tekmiletul exbar seh 14 85 Baki 1996 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti seh 73 Baki 1981 Budaq Monshi Qazvini Javaher al axbar seh Tehran 2000 Hesen Rumlu Ehsenut Tevarix seh 334 Baroda 1931 Sah Tehmasib Sefevi Esnad ve mukatibati tarixiy seh 184 185 Tehran h s 1350 Sah Tehmasibin Melik Keyumerse gonderdiyi Fethname Ebdulqasim Evoglu Heyderin Mecmuetul murasilat indan T Musevi Orta esr Azerbaycan tarixine dair farsdilli senedler seh 19 Baki 1977 T Musevi Orta esr Azerbaycan tarixine dair farsdilli senedler seh 65 Baki 1977 Menbede Emir Yusif kimi yazilib lakin bir qeder sonra hem de qeyd olunub ki Dervismehemmed xan Covsen aganin qardasi Mahmud beyi Kis qalasinin muhafizetine qoydu sual ortaya cixir hansi Covsen aganin Axi metnde Covsen aganin adi daha evvel hec cekilmeyib Lakin diqqet yetirdikde ki ereb elifbasi ile cap yox elyazma xettinde Covsen ve Yusif adlarinin yazilisi bir birine cox benzeyir o zaman netice cixara bilerik ki metnde texniki sehve yol verilib ve menbede Covsen ve Yusif adi ile teqdim olunan 2 ayri ayri sexs eslinde eyni adamdir Burada yazilanlar esasen Hesen Rumlunun Ehsnut Tevarix indeki Sah din penahin Seki terefe uz tutmasi ve Dervismehemmed xanin oldurulmesi adli behsin xulasesidir bax Hesen Rumlu Ehsenut Tevarix seh 348 351 Baroda 1931 Sah Tehmasib 1549 cu ilde Portuqaliyadan 20 top alinmisdi Bax Sahin Ferzelibeyli Azerbaycan ve Osmanli Imperiyasi seh 135 Baki 1995 Xulasetul tevarix de Hesen bey Feth oglu Ustacli Bax Sukufe Memmedova Xulaset et tevarix Azerbaycan Tarixinin menbeyi kimi seh 82 Baki 1991 Bu tarix yalniz Qazi Ehmed Quminin Xulasetul Tevarix inde qeyd olunur amma istinad edilen menbede hemin meqamda Kis qalasi evezine Gelesen Goresen qalasinin adi cekilmisdir Bax Sukufe Memmedova Xulaset et tevarix Azerbaycan Tarixinin menbeyi kimi seh 82 Baki 1991 Hesen Rumlu Ehsenut Tevarix seh 348 351 Baroda 1931 Amma numizmatikada helelik neinki Sah Tehmasibin adindan hetta hansisa bir Sefevi sahinin adindan Sekide kesilmis birce numumune bele melum deyil Hesen Rumlu Ehsenut Tevarix seh 351 Baroda 1931 Haci Seyid Ebdulhemid Seki xanlari ve onlarin nesilleri Seki xanliginin tarixinden seh 24 Baki 1993 جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که با عن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده Sah Tehmasib Sefevi Esnad ve mukatibati tarixiy seh 215 Tehran h s 1350 Amma mektubun sonunda yazilma tarixi hicri 957 ci ilin sefer ayi 1950 ci ilin fevral ayi kimi gosterilir Elmi tenqidi metni nesre hazirlayan E Nevainin fikrince bu tarix sehih deyil o guman edir ki daha dogru tarix hicri 961 ci ilin sefer miladi 1554 cu ilin yanvar ayi ola biler bax seh 237 qeyd 4 Xarici kecidler RedakteSeki xanliginin tarixinden Baki 1993 azerb Menbe https az wikipedia org w index php title Dervis Mehemmed xan amp oldid 5959321, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.