Boz palazqular yarasa (lat.Plecotus austriacus) — palazqulaqlar (lat.Plecotus) cinsinə aid yarasa növüdür.
Xarici görünüşü
Xarici görünüşcə qonur palazqulaq yarasaya çox oxşayır, tüklərində boz rəngin olması ilə ondan fərqlənir.
Yayılması
Arealı Avropanı, Şimali Afrikanı əhatə edərək, Fələstindən və Kiçik Asiyadan keçməklə Qərbi Çinə qədər uzanır. Qafqazda boz palazqulaq mozaik şəklində yayılmışdır. Azərbaycanda ilk dəfə 1981-ci ildə Qusar rayonunun Anıx kəndində 1100 m hündürlükdə tapılmışdır.
İstinadlar
Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005
Mənbə
Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004