Başlıbel
Başlıbel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.
Başlıbel | |
---|---|
39°58′33″ şm. e. 46°07′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
Başlıbel Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Başlıbel çayının sahilindədir. Oykonim başlı (ŞiŞ uclu, yüksək zirvəsi olan) və bel (tirənin üstü) komponentlərindən düzəlib. 1917-ci ildə Başlıbel Seyidlər variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanmışdır. Toponim özündə kəndin salındığı coğrafi relyefi əks etdirir.
Əhalisi
Başlıbel Kəlbəcər rayonunun ən böyük kəndlərindən biridir. İşğaldan əvvəl (1-4 aprel 1993-cü il) kənddə 350-dən çox azərbaycanlı ailəsi yaşayırdı. Əhalisinin sayı 2000 nəfərə yaxın idi. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin işğalı zamanı 15 nəfər günahsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilmişdir.
İşğal dövrü
Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.
Yaylaqlar
Ağcaqız yaylağı, Yemişgələn yurd, Yelligədik yurdu, Gurbulaq yurdu, Əyriyurd, Dərəyurdu, Ağqaya yurdu, Güllüölən yurd, Çalaçüxur yurdu, Böyükdüz yurdu, Aralıq yurdu, Əmrahın yurdu, Ramazanın yurdu, Novruzun yurdu, Güzdəklik yurdu, Taxtayurd, Dəlikdaş yurdu, Lalalıq yurdu, Şəfaətin yurdu, Hacı Abbasın yurdu, Əliabbasın yurdu, Təkarxac yurdu, Dikyurd, Qaranın yurdu, Seyid Cəfərin yurdu, Camalın yurdu, Qocanın yurdu, Əzimin yurdu, Nəsbərdüşən, İsrafildüşən yurd.
Bulaqlar
Gur bulaq, Göy bulaq, Soyuq bulaq, Ağa bulağı, Mirəli bulağı, Təkölən bulaq, Lilpər bulağı, Şırşır bulaq, Güney bulağı, Hacı Rüstem bulağı, Rza bulağı, Məşədi Savadın bulağı, Məşədi Cəfər bulağı, Sənəm bulağı, Mirzələrin bulağı, Ramazan bulağı, Qara bulaq, Daş bulaq, Hacı Abbasın bulağı, Seyidəliabbas ağanın bulağı, Porpdan bulağı, Sarı bulaq, Qarahüseynin bulağı, Barıtlı bulaq, Qurbanölən bulaq, Novlu bulaq, Ağcaqızda biçənək bulağı, Göllər bulağı (kükürdlü bulaq), Çalaçüxurun bulağı, Qaraşırnoy şəlaləsi, Şırran şəlaləsi.
Məşhur yerlər
Sarımsaqlı, Arxacdərə, Gülnisəyanan, Uzunyal, Ələmağacı, Şırran, Göyçətəpə, Şakkar, Gərdənin boynu, Şahsevən, Atçökəyi, Donuzçüxuru, Qaraşırnoy, Ağqaya yalı, Qalaça, Nəbinin kahası, Keçiqalan, Göllər, Dərindərə, Dardərə, Quruqaya, Daşbulaq, Arpalar, Cökəli, Eşşəkölən, Barıtlının dərəsi, Baratlı kaha, Portdalar, Hacı Abbas dağı, Hacı Abbasın dərəsi, Ardışlı, Şordərə, Ölülər yurdu, Barmaqlar, Taxtalar, Zəyin düzü, Qəbirstanlığın dalı, Sarıgav, Qoturlunun dərəsi, Ramazan, Yolyarl dərə, Çayqovuşan, Çüxur, Arpa çüxuru, Atyalı, Səfərbiçən, Kaha dərəsi, Keçəlyanan, Selaparan, Laləlik, Səmənduçan, Kahanın başı, Göyqumun dərəsi, Kollu, Təköylən, Qaraqaya, Təkəqayası, Vədə qayası, Böyük Qalaça, Kiçik Qalaça, Tilişin dərəsi, Qaraşırnoy, Qatarqaya, Buğa güneyi, Həşəlgə, Cam, Qayabaşı, Cəfərin taxtası, Təvərəqaya.
Başlıbel çayı
Kəlbəcər rayonunda çay. Tutqunçayın sol qoludur. Adını yerləşdiyi kəndin adından almışdır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ƏSİRLİKDƏ QƏTLƏ YETİRİLƏNLƏR – Azərbaycan Respublikası Ali Məhkəməsi
- Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. (azərb.)
- "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (azərb.)
- Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
- "Başlıbel". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
- Kəlbəcər rayonunun toponimləri[ölü keçid]
- Kəlbəcər rayonu
- Qarabaq[ölü keçid]
- 113 gün mühasirədə: erməni vəhşilikləri şahidlərin dili ilə - Başlıbel faciəsi (Kəlbəcər rayonu)