Azərbaycan–İran münasibətləri
Azərbaycan–İran münasibətləri — SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və İran arasında ilk diplomatik əlaqələr quruldu.
Tarixi
Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra o vaxt İranın ərazisi olan Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 25 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
SSRİ-dən müstəqilliyini geri əldə etdikdən sonra, Azərbaycan Respublikasında əsasən etnik azərbaycanlılar yaşadığı, İranın tərkibində olan Cənubi Azərbaycan bölgəsinə maraq artırmağa başladı. 1995-ci ilinin aprelindən 1996-ı ilin mart ayına qədər aparılan tədqiqat göstərir ki, İran haqqında yazan qəzetlər onun haqqında əsasən Cənubi Azərbaycan məsələsi ilə əlaqəli olaraq yazırdılar.
AXC dövrü
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qubernskaya Spasskiy küçəsinin tinində İranın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Saad-ül Vəzirov rəhbərlik etmişdir.
İkitərəfli siyasi münasibətlər
İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan–İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamenei, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.
İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşdə bildirib: "Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik". Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.
Haşimi Rəfsəncani Bakıda olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal edib. Təcavüz nəticəsində rayonu tərk edən əhali İranın köməyi ilə Araz çayını keçərək bu ölkənin ərazisindən Azərbaycana gəlib.
29 iyun - 2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsində Azərbaycan-İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Prezident Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən bəyanat imzalanıb.
1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. 1996-cı lilin mayında Heydər Əliyev Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün İrana səfər edib. Heydər Əliyev Məşhəd hava limanında İran Milli Televiziyasının müxbirinə müsahibə verib.
Bu səfər zamanı İran - Azərbaycan arasında iqtisadi sahədə razılaşmalar əldə edilib. Prezident Heydər Əliyevlə görüşündə Prezident Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. Heydər Əliyev 1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini "Şahdəniz" yatağının istismarını nəzərdə tutan müqavilədə iştiraka dəvət edib. 1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər edən Heydər Əliyev İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşərkən bildirib: "Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm".
İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Xatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.
İKT-nin Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub.
Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana növbəti səfəri olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi təkbətək görüşdən əvvəl jurnalistlərin suallarına cavablandırıblar.
Səfərdə əsas müzakirə obyekti olan Xəzərin statusu ilə bağlı konkret razılıq əldə olunmasa da, Heydər Əliyev bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib. 2003-cü ilin aprelində Prezident Heydər Əliyev Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edib. Prezident Heydər Əliyev İrana son səfərini qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab etdiyini bildirib və tərəflər arasında daha sıx iqtisadi əlaqələrə tərəfdar olduğunu deyib.
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev İranla dostluq və əməkdaşlıq siyasətini davam etdirib. 2004-cü ilin avqustunda İran prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib. Xatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanması ilə yanaşı, Azərbaycan Respublikasının İranın Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi də həll edilib.
2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlanıb. 2005-ci ilin dekabrında İran prezidenti Mahmud Əhmədinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və prezident İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər.
Prezident İlham Əliyev 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını bildirib. O, Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. İlham Əliyev bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib.
2007-ci il avqustun 21-də İran Prezidenti Mahmud Əhmədinejad növbəti dəfə Azərbaycanda səfərdə olub. Prezident İlham Əliyevlə söhbətində dövlət başçıları bu səfərin əhəmiyyətli olduğunu vurğulayıblar.
2007-ci il oktyabrın 16-da isə Prezident İlham Əliyev Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İrana gedib. İki dövlətin başçısı arasında görüş olub. Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini bildiriblər.
10 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər edib. Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Səfər zamanı Prezident İlham Əliyev və İranın ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. Görüşdə iki ölkə arasında qonşuluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan–İran münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Prezident İlham Əliyev Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edib. Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olunub.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Mahmud Əhmədinejad 17 noyabr 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin vurğulandığı bu görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyi bildirilmişdir. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulamış, ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmışlar. Səfərin nəticəsi olaraq Azərbaycanla İran arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
2012-ci ildə Azərbaycanın LGBT kütləsi tərəfindən də dəstəklənən Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində ölkədə ilk gey praydın keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Bu məlumat cəmiyyətin bəzi təbəqələrində etirazla qarşılansa da, bəzi insan haqqları müdafiəçiləri bu xəbəri dəstəkləmişdilər.[Mənbə göstərin] Ölkədə bu müsabiqənin keçirilməsi həm də qonşu İran ilə münasibətlərdə problemə səbəb olmuşdur. İran dini liderləri Ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və Ayətullah Cəfər Sübhani gey praydın keçiriləcəyi təqdirdə Azərbaycanın “anti-İslami davranış” sərgiləyəcəyini bildirmişdilər. Bu, İranın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə səbəb olmuş, etirazçılar İranın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı şüarlar qaldırmışlar. Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, İranın iradlarının heç bir əsası yoxdur və gələcəkdə İranın Azərbaycanın işlərinə qarışmaması üçün xəbərdarlıq səsləndirmişdi. Cavab olaraq İran Azərbaycandakı səfirini geri çağırmış, Azərbaycan isə İranın üzr istəməsini tələb edərək, Tehrandakı səfirini geri çağırmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani 2014-cü il yanvarın 23-də İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində görüşmüşlər. Görüşdə ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına üçüncü rəsmi səfəri 9 aprel 2014-cü il tarixdə olmuşdur. Prezident İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani arasında təkbətək görüş keçirilmişdir. Azərbaycan Prezidenti İranın ali dini lideri ayətullah Əli Xamenei və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə də görüşmüşdür. Görüşlərin nəticəsi olaraq İranla Azərbaycan arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanmışdır.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sultan Məmmədov olmuşdur. 4 mart 2016-cı il tarixindən Vasif Talıbov işçi qrupunun rəhbəridir.
İqtisadi əlaqələr
Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi var. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhsulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. 1993-cü ildən Bank Melli İranın Bakı filialı fəaliyyət göstərir.
İranın Azərbaycan Respublikasına yardımı
İranın Azərbaycan Respublikasına köməyi, Sovet İttifaqının dağılmasından sonra bu günə qədər davam edən Azərbaycan Respublikasına iqtisadi, humanitar və əvəzsiz İran yardımlarının toplanmasına aiddir. Bu yardımın böyük hissəsi İmam Xomeyni Kömək Komitəsi vasitəsi ilə ölkəyə göndərilir və Baş nazirin humanitar məsələlər üzrə müavininin nəzarəti altındadır.
1980-ci illərin əvvəllərində İranın İmam Xomeyni yardım komitəsinin Azərbaycan Respublikasına köməyi, Azərbaycan Respublikasının adambaşına düşən ÜDM-in İrana nisbətən 1000 ABŞ dollarından çox olduğu bir vaxta təsadüf etdi. Həmçinin, 2011-ci ildə Azərbaycan Respublikasının iqtisadi böyümə sürəti İrana nisbətən təxminən 7% yüksək idi və bu ölkənin ÜDM artımı İrana nisbətən təxminən 9% yüksəkdir.... İran köməyini aldıqdan sonra, Azərbaycan Respublikası İsraili tanıdı, İranın Azərbaycan neft istismarı konsorsiumundakı hissəsini çıxarıb Türkiyəyə verdi və İrana qarşı casusluqda və hərbi bazanın yaradılmasında və İranın nüvə alimlərinin İsrail ilə birlikdə öldürülməsində iştirak etdi.
Bəzi İran qrantları
Azərbaycan və Ermənistan arasındakı münaqişə illərində İran yardımı Azərbaycan xalqının, xüsusən də Naxçıvanın vəziyyətini xeyli yaxşılaşdırdı. İmam Xomeyninin yardım komitəsi bu ölkədə 30 mindən çox insanı əhatə etmişdir. Dağlıq Qarabağ müharibəsi dövründə İranın yardım paketinin on milyonlarla dollar olduğu təxmin edilir.
- Möhsün Rezainin sözlərinə görə, Qarabağ müharibəsi zamanı azəri qüvvələrinə dəstək olaraq çox sayda İran döyüşçüsünün olduğunu və onların xeyli hissəsinin öldürülməsini bildirdi.
- Dağlıq Qarabağ müharibəsi dövründə İrandan Azərbaycan Respublikasına qaz, elektrik enerjisi və həyat üçün əsas ehtiyacların göndərilməsi, bu zaman Azərbaycan erməni qüvvələri tərəfindən mühasirəyə alındığı üçün əsas ehtiyaclarını ödəyə bilmədi.
- Azərbaycan Respublikasının əsas ölkəsi ilə Naxçıvan bölgəsi arasında İran üzərindən quru əlaqəsinin qurulması.
- İran tərəfindən 3 fevral 2010-cu il tarixində vizanın birtərəfli ləğvi
Qarabağ müharibəsində İranın hərbi yardımi (1992)
Haşimi Rəfsəncani xatirələrində İranın Azərbaycan Respublikasına etdiyi yardımlardan bir neçəsini xatırladır:
“Telefonda Vilayəyi yə[Xarici İşlər Naziri] Əfqan döyüşçülərinin Azərbaycana keçməsi üçün müraciət edə biləcəklərini söylədim. İki tərəf silah və sursat təmin edilməsini və Azərbaycanda Xodafarin bəndinin yerinin ermənilərə qarşı qorunmasını istədi. Cənab Forouzandeh [modafiə naziri] azərilərlə 30 milyon dollarlıq silah və sursat müqaviləsi bağlandığını bildirdi. "Cənab [Mahmud] Vaezi [Xarici İşlər Nazirinin müavini] Ermənistan prezidenti və mənimlə müraciət edən telefon danışığına razılıq verməyə icazə verildi; Telefonla razılaşarsa, Ermənistanın Azərbaycana hərbi təcavüzündə çeviklik olacağını söylədim. Hərbi müdaxilə etməməyimizi istəyən İran qüvvələrinin Azərbaycan Respublikası sərhədinə toplanması barədə İsveçrədən ABŞ-ın mesajını oxuyun; Cavab vermələrini dedim. “Axşam saatlarında Azərbaycan Prezidenti vəzifəsini icra edən cənab Heydər Əliyevlə telefonla danışdıq. Köməkimizə görə bizə təşəkkür etdi və 11 oktyabrda seçkilər keçirəcəklərini söylədi. Keçmiş bir yüksək rütbəli İran rəsmisi açıqladı: "İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasına göndərildi və döyüşçülərini və əsgərlərini yetişdirdi." "Ancaq Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyev, IRGC komandirlərinin namaz qılıb və səqqəli oldüxlarına gurə onları Azərbaycan Respublikasından geri qaytardı."تاثیر فرماندهان سپاه بر نظامیان آذربایجان İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Mansur Həqiqətpur rəsmi veb saytında təqdimatı haqqında yazdı: "İranla Azərbaycan Respublikası arasında müdafiə və təlim əməkdaşlığı 2-il Qarabğ munaqişəsində davam eddi və Iran hərbi təlimlər verib Azərbaycan ordusunu səfərbərlıq etdi."کمک های ایران به جمهوری اذربایجان در جنگ قره باغ Azərbaycan Respublikasının komandirlərindən biri olan Noureddin xoca, Azərbaycan Respublikasının Interpress saytına verdiyi müsahibədə, qonşularımızdan birinin bizə kömək edib etmədiyini müxbirin sualına cavab olaraq dedi: "Zəngilan hadisələrində İrandan kömək istədik; "O dövrdə İran topçu atəşi olmasaydı, Zəngilan xalqı öldürülə bilərdi." "İnqilab Keşikçiləri Komandirlərindən biri olan" Qulam Əsgər Kərimyan "Ordibeheshtin 2-ci (İnqilab Keşikçilərinin yaradılmasının ildönümü) münasibətilə təşkil etdiyi mətbuat konfransında dedi:" Qarabağ müharibəsini İrana zülmlərdən biri adlandırdı. "Biz Azərbaycan hökumətinə ən yüksək səviyyədə kömək etdik, lakin bəziləri bunu ifadə etməməyə xüsusi niyyətlə çalışdılar." 2010-cu ilin martında İnqilab Keşikçilərinin keçmiş komandanı Mohsen Rezaei Təbrizdə jurnalistlərə verdiyi açıqlamada, Dağlıq Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstək olaraq çox sayda İranlının öldürüldüyünü və İranın Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan Respublikasına hərbi yardım və təlim verdiyini söylədi.
Dağlıq Qarabağ müharibəsi zamanı İranın hərbi müşaviri Sərdar Kəbiri də "İslam Topraqi" zirvəsində dedi: "Qarabağ müharibəsi dövründə İran İslam Respublikası Azərbaycan hökuməti və müsəlman millətinin maddi-texniki, dəstək, təhsil və siyasi yardımlarını əsirgəmədi. Azərbaycana birbaşa töhfələrdən biri də həmin ildə 25 milyon dollar dəyərində silah satılmasıdır; Ayrıca, İran hökuməti ilə Azərbaycan hökuməti arasındakı memoranduma əsasən, 8000 Azəri qüvvəsi İranlı təlimçilərin nəzarəti altında hərbi təlim keçdi və mərhum Heydər Əliyev bu qüvvələrin təlim manevrində bir neçə dəfə iştirak etdi.
Şərqi Azərbaycan Qubernatorunun ali müşaviri, təəssüf ki, sonradan İran İslam Respublikasının Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində bu moharebehdə erməni qüvvələrini dəstəkləməkdə günahlandırıldığını qeyd edərək, bu atmosferin səbəbinin İranı Azərbaycandan uzaqlaşdırmaq istəyən pərdəarxası qruplar olduğunu söylədi.
Qarabağ müharibəsində İran itkiləri
Hicri 1372-ci ildə "Xankəndi" ərazisində bir İran təyyarəsi erməni qüvvələri tərəfindən vuruldu. Bu təyyarənin sərnişinləri Novruz gecəsi Moskvadan İrana qayıdan İran diplomatlarının ailələri idi. Dəhşətli qəzada təyyarədəki 32 sərnişin öldü və uşaq olan sərnişinlərdən ikisi anaları ilə birlikdə bir məzarda dəfn edildi.
Əfqan qüvvələrinin Azərbaycan Respublikasına köçürülməsi
Dağlıq Qarabağ müharibəsi zamanı, minlərlə Azərbaycan ordusunun üzvünə təlim verməklə yanaşı, Gülbuddin Hekmatyarın komandanlığı altında bir sıra Əfqan qüvvələrini Azərbaycan Respublikasına təhvil verdi.
Mədəni əlaqələr
Azərbaycanla İran zəngin mədəni əlaqələrə malikdir. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaratmışlar. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən dünyada şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub. Bu xalça dövrünün ən iri və əsrarəngiz xalçası adını qazanıb. 1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyası fars dilinə tərcümə edilərək İranda yayılıb. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulub.
Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) öz əsərlərini Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun "Heydərbabaya salam" poeması, "Türkcə divanı" çapdan çıxıb.
2006-cı il dekabr ayının 21-də AMEA Mərkəzi Elmi Kitabxanası və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" açılıb. "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.
Səfirliklər və konsulluqlar
Azərbaycanın İranda:
- Tehranda Azərbaycan səfirliyi
- Təbrizdə General-Konsulluq
İranın Azərbaycanda:
- Bakıda İran səfirliyi
- Naxçıvanda General-Konsulluq
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Cameron S. Brown (2004). "Wanting to Have Their Cake and Their Neighbor's Too: Azerbaijani Attitudes towards Karabakh and Iranian Azerbaijan". Middle East Journal. 58 (4): 576-596 (587). JSTOR 4330064. (#parameter_ignored_suggest)
- Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri. axc.preslib.az (azərb.)
- . 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
- Antidze, Margarita (22 May 2012). "Iran's "gay" Eurovision jibes strain Azerbaijan ties". Reuters. İstifadə tarixi: 19 noyabr 2012.
- Lomsadze, Girgoi (21 May 2012). "Azerbaijan: Pop Music vs. Islam". EurasiaNet.org. İstifadə tarixi: 19 noyabr 2012.
- "Iran recalls envoy to Azerbaijan ahead of Eurovision". AFP. 22 May 2012. İstifadə tarixi: 19 noyabr 2015.
- "Azerbaijan Demands Apology From Iran Over Eurovision". Voice of America. 24 May 2012. İstifadə tarixi: 19 noyabr 2015.
- "Azerbaijan Recalls Ambassador To Iran". Radio Free Europe/Radio Liberty. 30 May 2012. İstifadə tarixi: 19 noyabr 2015.
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (azərb.)
- https://www.khabaronline.ir/news/199602/
- www.radiofarda.com/content/f10_imam_khomeini_relief_committee_activities_stopped_temporarliy_in_azerbaijan/24227386.html
- https://www.mashreghnews.ir/news/1020154/
- http://www.irdiplomacy.ir/fa/news/1917649/
- 1372-ci ildə Haşimi Rəfsəncaninin tərcümeyi-halı və xatirələri, 2016-ci il ikinci nəşri, səhifə 283
- 1372-ci ildə Haşimi Rəfsəncaninin Bioqrafiyası və Xatirələri, İkinci Nəşr 2016, s. 297-298
- 1372-ci ildə Haşimi Rəfsəncaninin tərcümeyi-halı və xatirələri, 2016-ci il ikinci nəşri, səhifə 309
- http://haghighatpour.ir/
- https://www.dana.ir/news/85349.html/
- https://basijnews.ir/fa/news/8512570/
- www.dana.ir/news/729443.html/
- https://www.aparat.com/v/CfiEc/Arazin_Dayaz_g%26uuml%3Bn%26uuml%3B_%28treyler-3%29
- https://www.mashreghnews.ir/news/65376/
Həmçinin bax
Xarici keçidlər
- İranın sonuncu türk şahının Bakıya səfəri:Əhməd şah Qacarı AXC adından kim qarşılayıb? – NADİR FOTOLAR
- "İRANIN RUHANİ LİDERİNDƏN HEYRƏT DOLU QARABAĞ AÇIQLAMASI" ( (azərb.)). musavat.com. 2011-05-12. 2016-09-26 tarixində . İstifadə tarixi: 2016-09-16.
- İranlı general və hərbçilər Heydər Əliyevin də iştirakı ilə Azərbaycan ordusuna təlim keçir
- Doktor Həqiqətpur: Qarabağ barədə bilənlər danışsın!