Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Azərbaycanın mədəniyyət paytaxtı Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən şuşa şəhərinin rəsmi statusu şuşa qala

Azərbaycanın mədəniyyət paytaxtı

Azərbaycanın mədəniyyət paytaxtı
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Azərbaycanın mədəniyyət paytaxtı — Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Şuşa şəhərinin rəsmi statusu.

image
Şuşa qalası Xarıbülbül Musiqi Festivalı çərçivəsində keçirilən atəşfəşanlıq vaxtı

Arxa plan

Şuşa şəhərinin tarixi-mədəni rolu

image
V. Vereşaginin — "Şuşa məscidi", 1865-ci il
image
V. Vereşaginin — "Tatarlar" ibadətdə, 1865-ci il

Qarabağ Azərbaycanlıların tarixi suverenliyinin, milli şüurunun və dirçəlişinin simvoludur.Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi. Qarabağın əsas şəhəri olan Şuşa Azərbaycan musiqisi və poeziyasının beşiyi, Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları, şairləri, yazıçıları və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Azərbaycanlılar üçün şəhər mədəni cəhətdən vacibdir və onu regiondakı mədəni paytaxtları hesab edirlər. Bundan başqa Şuşa şəhəri XVIII əsrin ortalarından 1822-ci ilə qədər Qarabağ xanlığının paytaxtı olmuşdur.

XIX əsrin ortalarında Azərbaycan mədəniyyətinin inkişafı artıq mövcud olmayan Azərbaycan xanlıqlarının təsiri ilə baş verirdi. Şirvan, Qarabağ və Gəncə xanlıqlarının keçmiş paytaxtları olan Şamaxı, Şuşa və Gəncə XIX əsrdə əsas Azərbaycan mədəniyyət institutlarının olduğu yerlər idi. Bu şəhərlərin Azərbaycan mədəniyyətindəki rolu bir çox səbəblərlə izah edilə bilər. Başlıca səbəb odur ki, bu şəhərlər XVIII əsrdə mövcud olmuş ən güclü xanlıqların paytaxtları idi.Şuşa şəhəri mədəniyyəti Şamaxı və Gəncənin mədəniyyətindən daha cavandır, şəhərin zəngin mədəni həyatı Qarabağın XVIII əsrdə hakim sülaləsi olan Cavanşirlər tərəfindən himayə edilmişdir. Cavanşirlər sülaləsi mədəniyyət və təhsil sahəsində iştirak edir və bu sahələrə hamilik edirdilər. Beləliklə, Şuşa şəhəri XIX əsrdə quberniya mərkəzi olmasa da, varlı bir şəhər olaraq, bir çox azərbaycanlı yazıçı və musiqiçinin yetişdiyi yer olmuşdur.

1977-ci ildə Sovet Azərbaycanı hökumətinin verdiyi qərarlar Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır.

8 may 1992-ci ildə Şuşa şəhəri ermənilərin nəzarətinə keçmişdir. 2001-ci ildə Şuşa şəhəri Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin müvəqqəti siyahısına əlavə edilmişdir.

Tarixi

Mədəniyyət paytaxtı elan edilməsi

image
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə Üzeyir Hacıbəyovun heykəlinin Şuşaya gətirilməsində iştirak edir. 2021-ci ilin yanvarı.

7 may 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Burada məqsəd Şuşanın tarixi formasının və mədəni həyatının bərpa edilməsi, şəhərin Azərbaycan mədəniyyətindəki rolunun beynəlxalq arenada təbliğ edilməsidir:

image Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2021-ci il

image

Digər hadisələr

image
Şuşanın 270 illiyinə həsr edilmiş poçt markası
Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək; ...

TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar; ...

Şuşada 2024-cü ildə imzalanan Qarabağ bəyannaməsindən hissələr.

Türkiyə dövləti Şuşa Azərbaycanın nəzarətinə qayıdandan sonra burada konsulluq açmaq istədiyini bəyan etmişdir. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı isə əgər Azərbaycan icazə verərsə, Şuşada Üzeyir Hacıbəyovun adını daşıyan ülkü ocaqları məktəbi açmaq istədiyini demişdir.

2022-ci il Azərbaycanda Şuşa ili elan edilmişdir. Bu ildə Şuşanın 270 illiyi qeyd edilmiş, Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) Şuşada keçirilmişdir. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdir. Tədbirdə "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə edilmişdir. Qurultay konsertində isə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış etmişdir.

Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Həmin il keçirilən VI "Xarıbülbül" Beynəlxalq Festivalında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının kollektlivləri çıxışlar etmişdir. Çıxış edənlər arasında Qırğızıstan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Macarıstan, Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Qaqauziya (Moldova), Rusiya Federasiyasının Tatarıstan, Altay, Tıva, Xakasiya, Yakutiya respublikaları, Şimali Kipr nümayəndələri var idi. 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmiş, Qarabağ bəyannaməsi imzalanmışdır.

Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Həmin il keçirilən VII "Xarıbülbül" Beynəlxalq Festivalında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qazaxıstan, Qvineya, Qətər, İndoneziya, İran, Mərakeş, Özbəkistan kimi müsəlman dövlətlərinin nümayəndələri iştirak etmişdir. 10 may 2024-cü ildə, 30 ilə yaxın işğaldan sonra azərbaycanlılar yenidən Şuşaya qayıtmışdır.

Vacib səfərlər

Ölkə başçıları tərəfindən

"Bu gün Şuşanın tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında davam edən dostluğu qeyd etdi. İrsin və qardaşlığın simvolu olan Qarabağ atı bir daha bu müqəddəs torpaqda mədəniyyətləri birləşdirdi".
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin BƏƏ prezidentinin Şuşaya səfəri ilə bağlı X paylaşımı.
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il səfəri. Səfər zamanı Ərdoğan güllələnmiş heykəlləri (Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun heykəlləri), Natəvan bulağını və Cıdır düzünü ziyarət etmiş, "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiyaya baxmışdır. Ona Azərbaycan tərəfindən "Zəfər" adlı Qarabağ atı və "Xarıbülbül" kompozisiyası hədiyyə edilmişdir. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri ilə bağlı Şuşa Bəyannaməsi imzalanmışdır, "Baykar" şirkətinin baş direktoru Lutfi Haluk Bayraktar ilə təltif edilmişdir.
  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın 2023-cü il səfəri. Səfər çərçivəsində qonaq Saatlı məscidi, Yuxarı Gövhər ağa məscidi, Natəvan bulağı, Mehmandarovların evi, Bülbülün evi, Cıdır düzü və güllələnmiş heykəlləri ziyarət etmiş, Şuşanın baş planı ilə tanış edilmişdir. O, həmçinin Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisini də gəzmişdir.
  • Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin 2024-cü il səfəri. Tokayev səfər çərçivəsində güllələnmiş heykəlləri ziyarət etmiş, Şuşanın baş planı və Natəvan bulağı ilə tanış olmuşdur. O, Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisini gəzmiş, Saatlı məscidində, Bülbülün ev-muzeyində və Cıdır düzündə olmuşdur. Tokayev həmçinin Qarabağ memarlıq məktəbi üsulubunda tikilmiş "Yasəmən" hotelini ziyarət etmişdir.
  • Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü il səfəri. Lukaşenko səfər zamanı keçmiş şuşalı məcburi köçkünlərin yaşadığı Şuşanın birinci yaşayış kompleksini ziyarət etmiş, Şuşanın baş planı ilə tanış olmuşdur. O, güllələnmiş heykəlləri ziyarət etmiş, Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxmışdır. Lukaşenko həmçinin Cıdır düzünə, Şuşa qalasına və Bülbülün evinə baş çəkmişdir.
  • Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci il səfəri. Səfər çərçivəsində qonaq gülləbaran edilmiş heykəllər, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi, Mehmandarovların malikanəsi ilə tanış edilmişdir. Berdiməhəmmədov Cıdır düzündə Qarabağ atlarının təqdimatına baxmış, ona "Dostluq" adlı Qarabağ atı hədiyyə edilmişdir. O, həmçinin Yeni Şuşa məscidinin tikintisi ilə tanış edilmiş, "Heydər Əliyev və Qarabağ" sərgisini gəzmişdir.
  • BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanın 2025-ci il səfəri. Əmirliklərin Prezidenti Əl-Nəhyan Şuşada rəsmi olaraq qarşılanmışdır. O, gülələlənən heykəllərə, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına, tikintisi davam edən Yeni Şuşa məscidinə baş çəkmiş, Şuşa qalasının qabağında şəkil çəkdirmişdir. Qonağın şərəfinə Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil edilmiş, qonağa "Ərgünəş" adlı Qarabağ atı hədiyyə edilmişdir. Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanmışdır.
  • image
    Azərbaycan və Qazaxıstan Prezidentləri güllələnmiş heykəllərin qarşısında
  • image
    Azərbaycan və Türkiyə Prezidentləri Cıdır düzündə Azərbaycan musiqisinə qulaq asarkən
  • image
    Azərbaycan və Türkmənistan liderləri Yuxarı Gövhər ağa məscidində dua edərkən

Digər səfərlər

Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon

Azərbaycandakı xarici səfirlər Şuşanın Azərbaycan nəzarətinə qayıtmasından sonra bir neçə dəfə şəhəri ziyarət etmişdir. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirləri uzun müddət Şuşaya səfər etməmiş, nəhayət, 2024-cü ilin mayında ABŞ səfiri Mark Libbi, 2025-ci ilin iyununda isə Fransa səfiri Ann Buayon ilk dəfə Şuşaya getmişdir. Mark Libbi səfər çərçivəsində Natəvan bulağı, Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü görməyi planlaşdırmışdır. Ann Buayonun səfərinə görə, Artsaxın Fransadakı daimi nümayəndəsi Hovannis Gevorgyan Fransa Prezidenti Emmanuel Makrona "qəzəbli" məktub göndərmişdir. Azərbaycanın 50-ə yaxın siyasi partiyası da Şuşa şəhərini ziyarət etmişdir.

Ənənəvi tədbirlər

  • Xarıbülbül Musiqi Festivalı
  • Vaqif Poeziya Günləri
  • Şuşa Qlobal Media Forumu. Forumda müxtəlif media nümayəndələri toplaşır və Azərbaycan beynəlxalq ictimaiyyətə lazım bildiyi, müəyyən mesajları verir. Forumun digər hədəfləri Azərbaycan mədəniyyətinin tanıdılması, regionda sülh və əməkdaşlıq üçün körpülərin qurulmasıdır.

Təmir-bərpa edilən abidələr

Abidə Açılışı İstinad
Vaqif türbəsi 29.08.2021
Yuxarı Gövhər ağa məscidi 10.05.2023
Saatlı məscidi 10.05.2023
Mamay məscidi 10.05.2024
Şirin su hamamı 10.05.2024
Aşağı Gövhər ağa məscidi 05.07.2024
Üzeyir Hacıbəyovun ev-muzeyi 19.09.2024

Qeydlər

  1. "Tatar" sözü ilə Rusiya səyahətçi və alimləri əksər hallarda "azərbaycanlı", "azərbaycan türkləri" anlayışını nəzərdə tuturdular.

İstinadlar

  1. . Василий Васильевич Верещагин: Жизнь и творчество. 1842—1904. Искусство, 1972. Стр. 42
  2. Gilson, 2016. səh. 35
  3. Nafziger, E. Wayne, Frances Stewart, and Raimo Väyrynen (eds), War, Hunger, and Displacement: Volume 2, WIDER Studies in Development Economics (Oxford, 2000; online edn, Oxford Academic, 3 Oct. 2011), https://doi.org/10.1093/acprof:oso/9780198297406.001.0001, accessed 6 Apr. 2024. page 406
  4. Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. — Routledge, 2004. — С. 211. — , 9780415302197
    Orijinal mətn (ing.)
    But later writers have preferred to emphasise the importance of Shusha, one of the leading centres of Azeri culture, as providing a 'creative cradle' for the young boy.
  5. De Waal, 2003. səh. 189
  6. Suny, Ronald (1996). Armenia, Azerbaijan, and Georgia. DIANE Publishing. p. 108. .
  7. Antidze, Margarita. "Nagorno-Karabakh says its two largest cities under fierce attack". Reuters. 6 November 2020. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2021.
  8. "The fighting in Nagorno-Karabakh reflects decades of conflict". The Economist. 29 October 2020. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2021.
  9. Askerov, 2020. səh. 57, 61
  10. Hauer, Neil. "Nagorno-Karabakh conflict will soon face a decisive moment". . 6 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2020.
  11. Timothy C. Dowling Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond Archived 2015-06-26 at the Wayback Machine pp 728 ABC-CLIO, 2 dec. 2014
  12. Rice, 2018. səh. 31-32
  13. Rice, 2018. səh. 33-34
  14. "Şuşanın tarixi və memarlıq abidələri". shusha.az. 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
  15. "Azerbaijan". UNESCO World Heritage Centre. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
  16. Aliyev, Jeyhun. "Azerbaijan declares city of Shusha 'cultural capital'". . 5 January 2021. 5 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2021.
  17. "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". İstifadə tarixi: 2025-09-12.
  18. "Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub". İstifadə tarixi: 2025-09-12.
  19. "Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR". İstifadə tarixi: 2025-09-12.
  20. "Bahçeli Şuşa'ya ilkokul yaptıracak" [Bahçeli will build a primary school in Shusha]. Hürriyet (türk). 15 January 2021. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2021.
  21. "Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb" (az.). https://www.trt.net.tr. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
  22. "Dünya Azərbaycanlılarının V Qurultayı (ZƏFƏR QURULTAYI)" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
  23. "Azerbaycan'ın Şuşa kenti "2023 Türk Dünyası Kültür Başkenti" ilan edildi - Avrasya'dan - Haber". TRT Avaz. 10 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2022.
  24. "Şuşada "Xarıbülbül" festivalı başlayır" (az.). https://qafqazinfo.az/. Archived from the original on 18 May 2023. İstifadə tarixi: 10 may 2023.
  25. "Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb". İstifadə tarixi: 2025-09-12.
  26. "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". İstifadə tarixi: 2025-03-21.
  27. "Dünyanı bizə, bizi dünyaya tanıdan "Xarıbülbül"". İstifadə tarixi: 2025-09-12.
  28. "Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNİB-2 VİDEO" (az.). Azertac. 10.05.2024. 2024-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  29. "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri". İstifadə tarixi: 2025-09-12.
  30. "Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər". İstifadə tarixi: 2025-09-12.
  31. "Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər". İstifadə tarixi: 2025-09-12.
  32. "İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər". İstifadə tarixi: 2025-09-12.
  33. "İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işləri ilə tanış olublar". İstifadə tarixi: 2025-09-12.
  34. https://oxu.az/siyaset/ilham-eliyev-ve-qurbanqulu-berdimehemmedov-heyder-eliyev-ve-qarabag-sergisi-ile-tanis-olublar (#bare_url_missing_title). İstifadə tarixi: 2025-09-12.
  35. "İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar". (#accessdate_missing_url)
  36. "İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar". İstifadə tarixi: 2025-09-12.
  37. "İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar". İstifadə tarixi: 2025-09-12.
  38. "İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər". İstifadə tarixi: 2025-09-12.
  39. "İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar". İstifadə tarixi: 2025-09-12.
  40. "İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi". İstifadə tarixi: 2025-09-12.
  41. "BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub". İstifadə tarixi: 2025-09-12.
  42. "Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar". İstifadə tarixi: 2025-09-12.
  43. "Azərbaycanın və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar". İstifadə tarixi: 2025-09-12.
  44. "İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar". İstifadə tarixi: 2025-09-12.
  45. "İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşa qalasının önündə foto çəkdiriblər". İstifadə tarixi: 2025-09-12.
  46. "İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib". İstifadə tarixi: 2025-09-12.
  47. "Azərbaycanla BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanıb". İstifadə tarixi: 2025-09-12.
  48. "ABŞ səfiri ilk dəfə Şuşada... - FOTO". İstifadə tarixi: 2025-07-05.
  49. "Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki..." İstifadə tarixi: 2025-07-05.
  50. "Ann Buayonun Şuşaya getməsi erməniləri yandırdı". İstifadə tarixi: 2025-09-12.
  51. "Siyasi partiya rəhbərləri Şuşaya getdilər". İstifadə tarixi: 2025-09-12.
  52. "Yeni dövrün reallığı - Azərbaycanın yumşaq güc strategiyası". İstifadə tarixi: 2025-07-05.
  53. "VAQİF TÜRBƏSİ Qədim Şuşada tariximizin rəmzidir". İstifadə tarixi: 2025-09-12.
  54. "Yuxarı Gövhər Ağa məscidinin açılışı oldu - YENİLƏNİB". İstifadə tarixi: 2025-09-12.
  55. "İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). president.az. 10 may 2023. 11 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
  56. "Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB". İstifadə tarixi: 2025-09-12.
  57. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər". İstifadə tarixi: 2025-09-12.
  58. "İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib". İstifadə tarixi: 2025-09-12.
  59. "İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.

Ədəbiyyat

  • Askerov, Ali; Brooks, Stefan; Tchantouridze, Lasha (2020). "The Conflicts In The Caucasus". Post-Soviet Conflicts: The Thirty Years' Crisis. Lanham, Maryland: Rowman & Littlefield.
  • Gilson, Brian. Ethno-symbolism and Government Discourse in Azerbaijan. 2016. səh. 105.
  • Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations. 2913
  • De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. NYU Press. .

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Azerbaycanin medeniyyet paytaxti Azerbaycanin Qarabag iqtisadi rayonunda yerlesen Susa seherinin resmi statusu Susa qalasi Xaribulbul Musiqi Festivali cercivesinde kecirilen atesfesanliq vaxtiArxa planSusa seherinin tarixi medeni rolu V Veresaginin Susa mescidi 1865 ci ilV Veresaginin Tatarlar ibadetde 1865 ci il Qarabag Azerbaycanlilarin tarixi suverenliyinin milli suurunun ve dircelisinin simvoludur Qarabag beylerbeyliyi Sefevi imperiyasindaki 3 Azerbaycan merkezinden biri idi Qarabagin esas seheri olan Susa Azerbaycan musiqisi ve poeziyasinin besiyi Azerbaycan medeniyyetinin merkezlerinden biridir Bu seher mueyyen bir dovr erzinde bir cox Azerbaycan ziyalilari sairleri yazicilari ve xususen musiqicilerin Azerbaycan asiqlari Azerbaycan mugam ifacilari qopuz ifacilari evi olmusdur Azerbaycanlilar ucun seher medeni cehetden vacibdir ve onu regiondaki medeni paytaxtlari hesab edirler Bundan basqa Susa seheri XVIII esrin ortalarindan 1822 ci ile qeder Qarabag xanliginin paytaxti olmusdur XIX esrin ortalarinda Azerbaycan medeniyyetinin inkisafi artiq movcud olmayan Azerbaycan xanliqlarinin tesiri ile bas verirdi Sirvan Qarabag ve Gence xanliqlarinin kecmis paytaxtlari olan Samaxi Susa ve Gence XIX esrde esas Azerbaycan medeniyyet institutlarinin oldugu yerler idi Bu seherlerin Azerbaycan medeniyyetindeki rolu bir cox sebeblerle izah edile biler Baslica sebeb odur ki bu seherler XVIII esrde movcud olmus en guclu xanliqlarin paytaxtlari idi Susa seheri medeniyyeti Samaxi ve Gencenin medeniyyetinden daha cavandir seherin zengin medeni heyati Qarabagin XVIII esrde hakim sulalesi olan Cavansirler terefinden himaye edilmisdir Cavansirler sulalesi medeniyyet ve tehsil sahesinde istirak edir ve bu sahelere hamilik edirdiler Belelikle Susa seheri XIX esrde quberniya merkezi olmasa da varli bir seher olaraq bir cox azerbaycanli yazici ve musiqicinin yetisdiyi yer olmusdur 1977 ci ilde Sovet Azerbaycani hokumetinin verdiyi qerarlar Susanin sosial ve medeni inkisafinda boyuk ehemiyyet kesb etmisdir Seherde yeni senet ocaqlari yaradilmis berpa tikinti ve yasillasdirma islerinde yuksek nailiyyetler qazanilmisdir Tarixi memarliq ve sehersalma abidesinin yuksek bedii ehemiyyeti nezere alinaraq 1977 ci ilde Susa Dovlet Tarix Memarliq Qorugu yaradilmisdir 8 may 1992 ci ilde Susa seheri ermenilerin nezaretine kecmisdir 2001 ci ilde Susa seheri Azerbaycanda UNESCO nun Umumdunya irsi obyektlerinin muveqqeti siyahisina elave edilmisdir TarixiMedeniyyet paytaxti elan edilmesi Azerbaycan Respublikasi Prezidenti Ilham Eliyev ailesi ile birlikde Uzeyir Hacibeyovun heykelinin Susaya getirilmesinde istirak edir 2021 ci ilin yanvari 7 may 2021 ci ilde Susa seheri Azerbaycanin medeniyyet paytaxti elan edilmisdir Burada meqsed Susanin tarixi formasinin ve medeni heyatinin berpa edilmesi seherin Azerbaycan medeniyyetindeki rolunun beynelxalq arenada teblig edilmesidir Susa seheri tarixen Azerbaycanin tarixi medeni ictimai siyasi heyatinin muhum merkezlerinden biri olmusdur 1977 ci ilde xalqimizin Umummilli Lideri Heyder Eliyevin tesebbusu ile Susa seherinin tarixi hissesini tarix memarliq qorugu elan etmek haqqinda qerar qebul edilmisdir Hemin qerar neticesinde Susada abidelerin qorunmasi gorkemli medeniyyet ve incesenet xadimlerinin xatirelerinin ebedilesdirilmesi istiqametinde ehemiyyetli addimlar atilmisdir Azerbaycana qarsi basladigi herbi tecavuz neticesinde Ermenistan Respublikasi 1992 ci il mayin 8 de Susa seherini isgal etmis ve seherde xalqimizin tarixi medeni irsinin mehv edilmesi siyasetini heyata kecirmisdir Ordumuzun qetiyyetli mubarizesi ile tarixi edalet berpa edilmis ve 2020 ci il noyabrin 8 de Susa seheri isgaldan azad olunmusdur Sehere onun tarixi medeni irsine ve tebietine vurulmus zererin texiresalinmadan inventarizasiyasi aparilmis berpa islerine baslanilmisdir Berpa quruculuq islerinin teskilinde cevikliyi ve semereliliyi temin etmek ucun Susada dovlet idareetmesine de boyuk diqqet yetirilmisdir Azerbaycan Respublikasi Prezidentinin isgaldan azad olunmus erazilerde ilk xususi numayendesi mehz Susa rayonuna teyin edilmisdir Tarixi medeni ehemiyyeti ve Azerbaycan xalqi ucun mustesna menevi deyere malik olmasi Susaya xususi qaygi ve hessasliqla yanasilmasini zeruri edir Bu baximdan Susada dovlet idareetmesinin ve huquqi tenzimlemenin daha da tekmillesdirilmesi seherde tarixi medeni irsin berpasina ve qorunub saxlanmasina xidmet etmekle yanasi onun daim inkisafina serait yaradacaqdir Azerbaycan Respublikasi Konstitusiyasinin 109 cu maddesinin 32 ci bendini rehber tutaraq Susa seherinin tarixi gorkeminin berpasi evvelki sohretinin ozune qaytarilmasi ve enenevi dolgun medeni heyatina qovusmasi elece de Azerbaycanin coxesrlik zengin medeniyyetinin memarliq ve sehersalma senetinin parlaq incisi kimi beynelxalq alemde tebligi meqsedile qerara aliram 1 Susa seheri Azerbaycanin medeniyyet paytaxti elan edilsin 2 Azerbaycan Respublikasinin Nazirler Kabineti bu Serencamdan ireli gelen meseleleri hell etsin Ilham Eliyev Azerbaycan Respublikasinin Prezidenti Baki seheri 7 may 2021 ci ilDiger hadiseler Susanin 270 illiyine hesr edilmis poct markasiGenis Turk dunyasindan olan xalqlarin bir araya getirilmesinde Susa seherinin menevi ehemiyyetini qebul ederek Azerbaycan Respublikasinin erazi butovluyunun ve suverenliyinin tam berpasindan sonra Susada kecirilen gorusun Turk xalqlarinin birliyinin onlarin sulhe ve edalete sadiqliyinin bariz tezahuru oldugunu beyan ederek TDT nin qeyri resmi Zirve gorusunun 2023 cu ilde Turk dunyasinin medeniyyet paytaxti olmus Susa seherinde kecirilmesinin tarixi deyerini vurgulayirlar Susada 2024 cu ilde imzalanan Qarabag beyannamesinden hisseler Turkiye dovleti Susa Azerbaycanin nezaretine qayidandan sonra burada konsulluq acmaq istediyini beyan etmisdir Turkiyenin Milliyetci Herekat Partiyasinin lideri Dovlet Baxcali ise eger Azerbaycan icaze vererse Susada Uzeyir Hacibeyovun adini dasiyan ulku ocaqlari mektebi acmaq istediyini demisdir 2022 ci il Azerbaycanda Susa ili elan edilmisdir Bu ilde Susanin 270 illiyi qeyd edilmis Dunya Azerbaycanlilarinin V Qurultayi Zefer Qurultayi Susada kecirilmisdir Aprelin 23 dek davam eden Zefer qurultayinda 65 olkeden 400 nefere yaxin diaspor numayendesi istirak etmisdir Tedbirde Postmuharibe dovrunde Azerbaycan diasporunun qarsisinda duran vezifeler fealiyyet plani yol xeritesi ve Qarabagin berpasi ve yeniden qurulmasinda Azerbaycan diasporunun tohfeleri movzulari muzakire edilmisdir Qurultay konsertinde ise folklor ve reqs qruplari yerli incesenet ve bedii ozfealiyyet kollektivleri xanendeler cixis etmisdir Susa seheri 2023 cu il ucun Turk dunyasinin medeniyyet paytaxti elan edilmisdir Hemin il kecirilen VI Xaribulbul Beynelxalq Festivalinda TURKSOY a daxil olan olkeler regionun turkdilli olkeleri ve xalqlarinin kollektlivleri cixislar etmisdir Cixis edenler arasinda Qirgizistan Turkiye Qazaxistan Turkmenistan Macaristan Ozbekistan elece de Ozbekistanin Qaraqalpaqistan Muxtar Respublikasi Qaqauziya Moldova Rusiya Federasiyasinin Tataristan Altay Tiva Xakasiya Yakutiya respublikalari Simali Kipr numayendeleri var idi 2024 cu ilde Susada Turk Dovletleri Teskilatinin Dovlet bascilarinin qeyri resmi Zirve gorusu kecirilmis Qarabag beyannamesi imzalanmisdir Susa seheri 2024 cu il ucun Islam dunyasinin medeniyyet paytaxti elan edilmisdir Hemin il kecirilen VII Xaribulbul Beynelxalq Festivalinda Birlesmis Ereb Emirlikleri Turkiye Qazaxistan Qvineya Qeter Indoneziya Iran Merakes Ozbekistan kimi muselman dovletlerinin numayendeleri istirak etmisdir 10 may 2024 cu ilde 30 ile yaxin isgaldan sonra azerbaycanlilar yeniden Susaya qayitmisdir Vacib seferlerOlke bascilari terefinden Bu gun Susanin tarixi Cidir duzunde Qarabag atlarinin numunevi yurusu Azerbaycan ve Birlesmis Ereb Emirlikleri arasinda davam eden dostlugu qeyd etdi Irsin ve qardasligin simvolu olan Qarabag ati bir daha bu muqeddes torpaqda medeniyyetleri birlesdirdi Azerbaycan Prezidentinin komekcisi Hikmet Haciyevin BEE prezidentinin Susaya seferi ile bagli X paylasimi Turkiye Prezidenti Receb Tayyib Erdoganin 2021 ci il seferi Sefer zamani Erdogan gullelenmis heykelleri Xursidbanu Natevan Bulbul ve Uzeyir Hacibeyovun heykelleri Natevan bulagini ve Cidir duzunu ziyaret etmis Musiqi irsi ve Qarabag atlari Cidir duzunde adli musiqili kompozisiyaya baxmisdir Ona Azerbaycan terefinden Zefer adli Qarabag ati ve Xaribulbul kompozisiyasi hediyye edilmisdir Sefer cercivesinde Azerbaycan ve Turkiye arasinda muttefiqlik munasibetleri ile bagli Susa Beyannamesi imzalanmisdir Baykar sirketinin bas direktoru Lutfi Haluk Bayraktar Qarabag ordeni ile teltif edilmisdir Ozbekistan Prezidenti Savkat Mirziyoyev ve xanimi Ziroatxon Mirziyoyevanin 2023 cu il seferi Sefer cercivesinde qonaq Saatli mescidi Yuxari Govher aga mescidi Natevan bulagi Mehmandarovlarin evi Bulbulun evi Cidir duzu ve gullelenmis heykelleri ziyaret etmis Susanin bas plani ile tanis edilmisdir O hemcinin Yaradiciliq Merkezinde Heyder Eliyev ve Qarabag sergisini de gezmisdir Qazaxistan Prezidenti Qasim Comerd Tokayevin 2024 cu il seferi Tokayev sefer cercivesinde gullelenmis heykelleri ziyaret etmis Susanin bas plani ve Natevan bulagi ile tanis olmusdur O Yaradiciliq Merkezinde Heyder Eliyev ve Qarabag sergisini gezmis Saatli mescidinde Bulbulun ev muzeyinde ve Cidir duzunde olmusdur Tokayev hemcinin Qarabag memarliq mektebi usulubunda tikilmis Yasemen hotelini ziyaret etmisdir Belarus Prezidenti Aleksandr Lukasenkonun 2024 cu il seferi Lukasenko sefer zamani kecmis susali mecburi kockunlerin yasadigi Susanin birinci yasayis kompleksini ziyaret etmis Susanin bas plani ile tanis olmusdur O gullelenmis heykelleri ziyaret etmis Yaradiciliq Merkezinde Heyder Eliyev ve Qarabag sergisine baxmisdir Lukasenko hemcinin Cidir duzune Susa qalasina ve Bulbulun evine bas cekmisdir Turkmenistan Xalq Meslehetinin sedri Qurbanqulu Berdimehemmedovun 2025 ci il seferi Sefer cercivesinde qonaq gullebaran edilmis heykeller Bulbulun ev muzeyi Yuxari Govher aga mescidi Mehmandarovlarin malikanesi ile tanis edilmisdir Berdimehemmedov Cidir duzunde Qarabag atlarinin teqdimatina baxmis ona Dostluq adli Qarabag ati hediyye edilmisdir O hemcinin Yeni Susa mescidinin tikintisi ile tanis edilmis Heyder Eliyev ve Qarabag sergisini gezmisdir BEE Prezidenti Mehemmed bin Zayed El Nehyanin 2025 ci il seferi Emirliklerin Prezidenti El Nehyan Susada resmi olaraq qarsilanmisdir O gulelelenen heykellere Azerbaycan Milli Xalca Muzeyinin Susa filialina tikintisi davam eden Yeni Susa mescidine bas cekmis Susa qalasinin qabaginda sekil cekdirmisdir Qonagin serefine Cidir duzunde Qarabag atlarinin numunevi yurusu teskil edilmis qonaga Ergunes adli Qarabag ati hediyye edilmisdir Sefer cercivesinde Azerbaycan ve BEE arasinda Herterefli Strateji Terefdasliq Elaqeleri haqqinda Birge Beyanname imzalanmisdir Azerbaycan ve Qazaxistan Prezidentleri gullelenmis heykellerin qarsisinda Azerbaycan ve Turkiye Prezidentleri Cidir duzunde Azerbaycan musiqisine qulaq asarken Azerbaycan ve Turkmenistan liderleri Yuxari Govher aga mescidinde dua ederkenDiger seferler Bu menim Susaya ilk seferimdir ve bu seheri kesf etmek imkani qazandigim ucun cox sadam Evveller de dediyim kimi bu seherin Azerbaycan xalqinin qelbinde cox eziz bir yeri var cunki o Azerbaycan medeniyyetinde cox muhum rol oynayir Fransanin Azerbaycandaki sefiri Ann Buayon Azerbaycandaki xarici sefirler Susanin Azerbaycan nezaretine qayitmasindan sonra bir nece defe seheri ziyaret etmisdir Ancaq ABS ve Fransanin Azerbaycandaki sefirleri uzun muddet Susaya sefer etmemis nehayet 2024 cu ilin mayinda ABS sefiri Mark Libbi 2025 ci ilin iyununda ise Fransa sefiri Ann Buayon ilk defe Susaya getmisdir Mark Libbi sefer cercivesinde Natevan bulagi Susa qalasi Xursidbanu Natevanin evi Vaqif meqberesi ile tanis olmagi ve Cidir duzunu gormeyi planlasdirmisdir Ann Buayonun seferine gore Artsaxin Fransadaki daimi numayendesi Hovannis Gevorgyan Fransa Prezidenti Emmanuel Makrona qezebli mektub gondermisdir Azerbaycanin 50 e yaxin siyasi partiyasi da Susa seherini ziyaret etmisdir Enenevi tedbirlerXaribulbul Musiqi Festivali Vaqif Poeziya Gunleri Susa Qlobal Media Forumu Forumda muxtelif media numayendeleri toplasir ve Azerbaycan beynelxalq ictimaiyyete lazim bildiyi mueyyen mesajlari verir Forumun diger hedefleri Azerbaycan medeniyyetinin tanidilmasi regionda sulh ve emekdasliq ucun korpulerin qurulmasidir Temir berpa edilen abidelerAbide Acilisi IstinadVaqif turbesi 29 08 2021Yuxari Govher aga mescidi 10 05 2023Saatli mescidi 10 05 2023Mamay mescidi 10 05 2024Sirin su hamami 10 05 2024Asagi Govher aga mescidi 05 07 2024Uzeyir Hacibeyovun ev muzeyi 19 09 2024Qeydler Tatar sozu ile Rusiya seyahetci ve alimleri ekser hallarda azerbaycanli azerbaycan turkleri anlayisini nezerde tuturdular Istinadlar Vasilij Vasilevich Vereshagin Zhizn i tvorchestvo 1842 1904 Iskusstvo 1972 Str 42 Gilson 2016 seh 35 Nafziger E Wayne Frances Stewart and Raimo Vayrynen eds War Hunger and Displacement Volume 2 WIDER Studies in Development Economics Oxford 2000 online edn Oxford Academic 3 Oct 2011 https doi org 10 1093 acprof oso 9780198297406 001 0001 accessed 6 Apr 2024 page 406 Mattew O Brien Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan Routledge 2004 S 211 ISBN 0 415 30219 6 9780415302197 Orijinal metn ing But later writers have preferred to emphasise the importance of Shusha one of the leading centres of Azeri culture as providing a creative cradle for the young boy De Waal 2003 seh 189 Suny Ronald 1996 Armenia Azerbaijan and Georgia DIANE Publishing p 108 ISBN 0 7881 2813 2 Antidze Margarita Nagorno Karabakh says its two largest cities under fierce attack Reuters 6 November 2020 2 January 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 2 January 2021 The fighting in Nagorno Karabakh reflects decades of conflict The Economist 29 October 2020 30 October 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 2 January 2021 Askerov 2020 seh 57 61 Hauer Neil Nagorno Karabakh conflict will soon face a decisive moment 6 November 2020 9 November 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 7 November 2020 Timothy C Dowling Russia at War From the Mongol Conquest to Afghanistan Chechnya and Beyond Archived 2015 06 26 at the Wayback Machine pp 728 ABC CLIO 2 dec 2014 ISBN 1598849484 Rice 2018 seh 31 32 Rice 2018 seh 33 34 Susanin tarixi ve memarliq abideleri shusha az 2017 10 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 10 oktyabr 2017 Azerbaijan UNESCO World Heritage Centre 26 February 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 26 March 2021 Aliyev Jeyhun Azerbaijan declares city of Shusha cultural capital 5 January 2021 5 January 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 5 January 2021 Susa seherinin Azerbaycanin medeniyyet paytaxti elan edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami Istifade tarixi 2025 09 12 Cidir duzunde Qarabag atlarinin numunevi yurusu teskil olunub Istifade tarixi 2025 09 12 Turkiye Susada konsulluq acmaga HAZIRDIR Istifade tarixi 2025 09 12 Bahceli Susa ya ilkokul yaptiracak Bahceli will build a primary school in Shusha Hurriyet turk 15 January 2021 20 January 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 21 January 2021 Susada Dunya Azerbaycanlilarinin V Qurultayi baslayib az https www trt net tr Archived from the original on 2023 02 24 Istifade tarixi 24 fev 2023 Dunya Azerbaycanlilarinin V Qurultayi ZEFER QURULTAYI PDF az https files preslib az Archived from the original on 2023 02 24 Istifade tarixi 24 fev 2023 Azerbaycan in Susa kenti 2023 Turk Dunyasi Kultur Baskenti ilan edildi Avrasya dan Haber TRT Avaz 10 December 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 31 March 2022 Susada Xaribulbul festivali baslayir az https qafqazinfo az Archived from the original on 18 May 2023 Istifade tarixi 10 may 2023 Susada Turk Dovletleri Teskilatinin Dovlet bascilarinin qeyri resmi Zirve gorusunde Qarabag Beyannamesi imzalanib Istifade tarixi 2025 09 12 Susa seherinin 2024 cu il ucun Islam dunyasinin medeniyyet paytaxti elan edilmesi ile bagli tedbirler haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami Istifade tarixi 2025 03 21 Dunyani bize bizi dunyaya tanidan Xaribulbul Istifade tarixi 2025 09 12 Susada birinci yasayis kompleksinin acilisi ve sehere kocmus ilk sakinlerle gorus YENILENIB 2 VIDEO az Azertac 10 05 2024 2024 05 12 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 05 01 Turkiye Respublikasinin Prezidenti Receb Tayyib Erdoganin Susaya seferi Istifade tarixi 2025 09 12 Azerbaycan ile Ozbekistan prezidentleri ve xanimlari Susaya sefer edibler Istifade tarixi 2025 09 12 Azerbaycan ve Qazaxistan prezidentleri Susaya sefer edibler Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Belarus Respublikasinin Prezidenti Aleksandr Lukasenko Susa seherine sefer edibler Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Qurbanqulu Berdimehemmedov Yeni Susa mescidinde tikinti isleri ile tanis olublar Istifade tarixi 2025 09 12 https oxu az siyaset ilham eliyev ve qurbanqulu berdimehemmedov heyder eliyev ve qarabag sergisi ile tanis olublar bare url missing title Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Qurbanqulu Berdimehemmedov Heyder Eliyev ve Qarabag sergisi ile tanis olublar accessdate missing url Ilham Eliyev ve Turkmenistan Xalq Meslehetinin sedri Susada gullebaran edilmis heykellere baxiblar Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Turkmenistan Xalq Meslehetinin sedri Susada Bulbulun ev muzeyinde olublar Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Qurbanqulu Berdimehemmedov Susada Yuxari Govher Aga mescidini ziyaret edibler Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Qurbanqulu Berdimehemmedov Mehmandarovlarin malikane kompleksinde olublar Istifade tarixi 2025 09 12 Ilham Eliyev Qurbanqulu Berdimehemmedova Qarabag ati hediyye etdi Istifade tarixi 2025 09 12 BEE prezidentinin Susada resmi qarsilanma merasimi olub Istifade tarixi 2025 09 12 Azerbaycan ve BEE prezidentleri Susada gullelenmis heykellere baxiblar Istifade tarixi 2025 09 12 Azerbaycanin ve BEE prezidentleri Milli Xalca Muzeyinin Susa filialinda olublar Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve BEE prezidenti Yeni Susa mescidinde tikinti islerinin gedisi ile tanis olublar Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve Seyx Mehemmed bin Zayed Al Nehyan Susa qalasinin onunde foto cekdiribler Istifade tarixi 2025 09 12 Ilham Eliyev Seyx Mehemmed bin Zayed Al Nehyana Qarabag ati hediyye edib Istifade tarixi 2025 09 12 Azerbaycanla BEE arasinda Herterefli Strateji Terefdasliq Elaqeleri haqqinda Birge Beyanname imzalanib Istifade tarixi 2025 09 12 ABS sefiri ilk defe Susada FOTO Istifade tarixi 2025 07 05 Fransa sefiri ilk defe Susaya getdi ele sozler dedi ki Istifade tarixi 2025 07 05 Ann Buayonun Susaya getmesi ermenileri yandirdi Istifade tarixi 2025 09 12 Siyasi partiya rehberleri Susaya getdiler Istifade tarixi 2025 09 12 Yeni dovrun realligi Azerbaycanin yumsaq guc strategiyasi Istifade tarixi 2025 07 05 VAQIF TURBESI Qedim Susada tariximizin remzidir Istifade tarixi 2025 09 12 Yuxari Govher Aga mescidinin acilisi oldu YENILENIB Istifade tarixi 2025 09 12 Ilham Eliyev birinci xanim Mehriban Eliyeva ve aile uzvleri Susada Heyder Eliyev Fondu terefinden aparilan berpa islerinden sonra Saatli mescidinin acilisinda istirak edibler Azerbaycan Prezidentinin Resmi internet sehifesi president az az president az 10 may 2023 11 May 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 11 may 2023 Mamayi mescidinin berpadan sonra acilisi olub YENILENIB Istifade tarixi 2025 09 12 Ilham Eliyev ve birinci xanim Mehriban Eliyeva Susada Sirin su hamaminin berpadan sonra acilisinda istirak edibler Istifade tarixi 2025 09 12 Ilham Eliyev Susada Asagi Govher Aga mescidinin berpadan sonra acilisinda istirak edib Istifade tarixi 2025 09 12 Ilham Eliyev Susada Uzeyir Hacibeylinin ev muzeyinin berpadan sonra acilisinda istirak edib Azerbaycan Prezidentinin Resmi internet sehifesi president az az 2024 09 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 09 20 EdebiyyatAskerov Ali Brooks Stefan Tchantouridze Lasha 2020 The Conflicts In The Caucasus Post Soviet Conflicts The Thirty Years Crisis Lanham Maryland Rowman amp Littlefield Gilson Brian Ethno symbolism and Government Discourse in Azerbaijan 2016 seh 105 Rice Kelsey Forging The Progressive Path Literary Assemblies And Enlightenment Societies In Azerbaijan 1850 1928 2018 Publicly Accessible Penn Dissertations 2913 De Waal Thomas 2003 Black Garden Armenia and Azerbaijan Through Peace and War NYU Press ISBN 9780814785782

Nəşr tarixi: September 21, 2025, 05:51 am
Ən çox oxunan
  • September 24, 2025

    Bayuvi-Dupki–Cincirsa

  • İyul 14, 2025

    Baum dili

  • September 01, 2025

    Boris Vannikov

  • Avqust 08, 2025

    Boqolyubov müdafiəsi

  • Avqust 30, 2025

    Boksyor

Gündəlik
  • Şərqi Katolik Kilsələri

  • Sparta

  • Kleofont (siyasətçi)

  • Azərbaycan

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Oleq Xanov

  • Gümüş

  • Vətəndə Sülh Şurası

  • 1931

  • Orxan Pamuk

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı