Anna Skidan
Anna Skidan (d. 15 may 1992, Luqansk, Ukrayna) — Ukrayna əsilli Azərbaycan yüngül atleti (disk atma, çəkic atma və nüvə itələmə yarışı üzrə). Anna Skidan 2015-ci ildə Kvanju şəhərində keçirilən 2015 Yay Universiada Oyunlarında qızıl, 2016-cı ildə Amsterdam şəhərində keçirilən 2016 Avropa Çempionatında isə bürünc medal qazanıb. O, Ukraynanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi.
Anna Skidan | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Anna Aleksandr qızı Skidan |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Luqansk, Ukrayna |
Boyu | 183 sm. |
Çəkisi | 101 kq. |
İdman növü | Yüngül atletika |
5 avqust 2016 tarixində yenilənib. |
Həyatı
Anna Skidan 12 may 1992-ci ildə Ukraynanın Luqansk vilayətində anadan olub. Anna Skidanın çəkic atma yarışlarında şəxsi rekordu 74.21 metrdir. Həmin nəticəni o, 2012-ci ildə, Yaltada qeydə alıb.
Karyerası
Anna Skidan birinci uğurunu 2009-cu ildə Ukrayna bayrağı altına qazandı. O, Finlandiyanın Tampere şəhərində, Gənclərin Avropa Festivalında 5-ci yeri tutdu. Elə həmin ildə Anna Skidan Yeniyetmələrin Dünya Çempionatında İtaliyada 12-ci yeri tutdu.
London Olimpiadası
2012-ci ildə Anna Skidan Ukraynanı Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. O, çəkic atma yarışlarında 68.50 nəticə ilə təsnifat mərhələsində 19-cu yeri tutdu. Daha sonra Anna Skidan Azərbaycan vətəndaşlığını qəbul etdi və bu ölkənin yığmasının şərəfini qorudu.
2015 Avropa Oyunları
Anna Skidan Azərbaycan bayrağı altında 2015-ci ildə I Avropa Oyunlarına qatıldı. O, çəkic atma, disk atma və nüvə itələmə yarışlarına qatıldı. Disk atma yarışlarında Anna Skidan 49.50 nəticə ilə 3-cü yeri tutdu. Çəkic atma yarışlarında isə Anna Skidan 2-ci yeri tutdu. Onun nəticəsi 68.32 idi. Sonda nüvə itələmə yarışlarına qatılan Anna Skidan burada 13.76 nəticə ilə 5-ci yeri tutdu.
Anna Skidan 2015-ci ilin iyun ayında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən beynəlxalq turnirdə 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Çəkic atma yarışlarında çıxış edən Anna Skidan 2-ci yeri tutaraq Azərbaycanı 2016 Rio de Janeyro Olimpiadasında təmsil etmək hüququ qazandı.
Elə həmin ildə Anna Skidan Cənubi Koreyanın Kvanju şəhərində baş tutan 2015 Yay Universiada Oyunlarına qatıldı. Anna Skidan bu yarışlarda 70.67 nəticə ilə 1-ci yeri tutdu və qızıl medal qazandı.
2016-cı ildə Anna Skidan birinci ciddi yarışına Niderlandın paytaxtı Amsterdam şəhərində qatıldı. O, 23-cü dəfə keçirilən Avropa Çempionatında qüvvəsini sınadı. Anna Skidan çəkic atma yarışlarına qatıldı. O, burada 73.83 nəticə ilə 3-cü yeri tutdu və 2016 Avropa Çempionatının bürünc medalını qazandı. Anna Skidan həmçinin çəkic atma yarışı üzrə Avropa Çempionatlarında medal qazanan birinci Azərbaycanlı atlet oldu.
İstinadlar
- "Azərbaycan "Rio-2016"ya daha bir lisenziya qazandı". www.anspress.com. İstifadə tarixi: 5 iyun 2015.
Xarici keçidlər
- Anna Skidanın Bakı-2015 profili[ölü keçid]
- Anna Skidanın Rio-2016 profili