Çağırış (film, 1976)
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi.
Çağırış | |
---|---|
ing. The Message | |
Janr | Dram Bioqrafik |
Rejissor | Mustafa Akkad |
Prodüser | Mustafa Akkad Harold Bak Məhəmməd Sənusi |
Ssenari müəllifi | H.A.L. Kreiq |
Baş rollarda | Entoni Kuinn İren Papa |
Operator | Səid Beyker Cek Hildyard İbrahim Salam |
Bəstəkar | Moris Jarr |
İstehsalçı | Filmco International Productions Inc. |
İlk baxış tarixi | 9 mart 1976, ABŞ |
Filmin digər adı | Peyğəmbər Çağırış Elçi |
Filmin növü | bədii film |
Rəng | rəngli |
Vaxt | 177 dəqiqə |
Büdcə | 10 milyon $ |
Gəlir | 15 milyon $ |
Ölkə | Mərakeş Liviya Böyük Britaniya |
Dil | ərəbcə, ingiliscə |
İl | 1976 |
AllMovie | 33045 |
IMDb | ID 0074896 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir.
Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur.
Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır. Bu vuruşmadan sonra Kəbə əhalisi də onun peyğəmbərliyini və Allahın elçisi olmasını qəbul edir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : H.A.L. Kreiq
- Rejissor : Mustafa Akkad
- Operatorlar : Səid Beyker, Cek Hildyard, İbrahim Salam
- Bəstəkar : Moris Jarr
- Montaj edənlər : Con Blum, Hüseyn Əfifi
- Prodüserlər : Mustafa Akkad, Harold Bak, Məhəmməd Sənusi
Rollarda
Aktyor | Rol |
---|---|
Entoni Kuinn | Həmzə |
Ayren Papas | Hind |
Maykl Ansara | Əbu Süfyan |
Maykl Forest | Xalid |
Conni Sekka | Bilal |
Garrick Hagon | Ammar |
İven Solon | Yasir |
Andre Morell | Əbu Talib |
Volf Morris | Əbu Ləhəb |
Rozali Kraçli | Sumayya |
Nevill Ceyson | Cəfər |
Demien Tomas | Zeyd |
Ronald Li-Hant | Hirakilos |
Cundi Hassan | Kisra |
İstinadlar
Xarici keçidlər
- Mohammed: Messenger of God — Internet Movie Database saytında.
- İlkin Məmmədov (2015-03-16). (azərb.). azadxeber.net. 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
- Anar Tağıyev (2016-09-21). "18 milyonu İslama gətirən, dünyanı silkələyən "Çağrı" filmi haqda şok faktlar — FOTO/VİDEO" (azərb.). publika.az. 2016-10-07 tarixində . İstifadə tarixi: 2016-10-07.
- "Peyğəmbər filmində bilmədiyimiz faktlar" (azərb.). paralel.az. 2016-06-10. 2016-10-07 tarixində . İstifadə tarixi: 2016-10-07.