| Alessandro Tassoni | |
|---|---|
| |
| Təxəllüsü | Gaspare Salviani |
| Doğum tarixi | 28 sentyabr 1565 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 aprel 1635[…](69 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili | |
| Fəaliyyəti | yazıçı, şair, ədəbi tənqidçi |
| Əsərlərinin dili | italyan dili |
Alessandro Tassoni (it. Alessandro Tassoni; 28 sentyabr 1565, Modena – 25 aprel 1635[…], Modena) — italyan şair.
Həyatı
| ]XVII əsr italyan poeziyasında zamanın qarşıya qoyduğu problemlərə cavab verməyə çalışan istedadlı sənətkarlardan biri də Allessandro Tassoni idi. Bir çox müasirləri kimi İtaliyanın taleyi onu da narahat edirdi. Tassoni öz həmvətənlərini birliyə, birləşib yadelli işğalçılara qarşı vuruşa, döyüşə çağırırdı. O, sözün əsl mənasında vətəndaş şair idi. Tassoni həyatı boyu dövrünün bir çox görkəmli adamlarının kardinal və hersoqlarının yanında xidmət etmişdir. Şairin zəngin ədəbi irsində onun ziddiyyətli, döyüşkən təbiəti əks olunmuşdur. Tassoninin bütün əsərlərində bu və ya başqa bir şəkildə nüfuzlara, ehkamlara qarşı mübarizə ruhu vardır. "İspanlar əleyhinə həcvlər" əsərində İtaliyanın fikir və iradəsini əzən, onu qul, kölə halına salan, yadelli ispanlara etiraz edir, qəzəb və həyəcanını bildirir, həmyerlilərində vətənpərvərlik duyğuları oyatmağa çalışır. "Petrarkanın poeziyası haqqında düşüncələr" əsərində isə Marino və onun təqlidçilərinə qarşı çıxır. Petrarkanın davamçılarını, "quru balqabaqlar" adlandıran şair Petrarkanın özünə də aman vermir, "Müxtəlif fikirlər" adlı əsərində isə Tassoni Aristotelin nüfuzuna qarşı çıxır, nüfuzlar qarşısında səcdə etməyi və təqlidçiliyi pisləyir. Onun Kolumbun qəhrəmanlığına həsr edilən "Okean" poeması yarımçıq qalmışdır.
Tassoninin ən mühüm əsəri 1615–1618-ci illərdə yazılan "Oğurlanmış vedrə" adlı kiçik qəhrəmanlıq poemasıdır. Poema ilk dəfə 1622-ci ildə çap edilmiş, sonra papa VIII Urban və şairin öz tərəfindən yenidən nəzərdən keçirilmiş və 1630-cu ildə nəşr olunmuşdur. Tassoni öz poeması ilə L. Pulqi, F. Berni, T. Folenqo kimi şairlərin ənənələrini izləyir. İtaliyanın ayrı-ayrı şəhər və əyalətləri arasında çəkişmə və didişmə poemanın əsas süjetini təşkil edir. Rəvayətə görə, Modenalılar Bolonya üzərinə etdikləri hərbi hücumlardan birində taxta vedrəni oğurlayıb qənimət aparırlar. Bu vedrə guya ki, indi də Medonada saxlanılmaqdadır. Bolonyalılar taxta vedrəni qaytarmaq iddiasına düşürlər. Medonalılarla onların arasında ciddi mübarizələrə İmperator II Fridrix, onun oğlu, italyan şəhər kommunaları, hətta Olimp allahları da qarışırlar. Komizm və ciddilik bir-birinə qarışır, hansının harada başlayıb harada qurtardığını seçmək çətinlik törədir. Tarixi şəxsiyyətlərlə şairin müasirləri, dostları və düşmənləri bir-birinə qarışır. Tarix və günün aktual hadisələri, şən bir lətifə və amansız satira bir-birini əvəz edir. Şəxsi düşmənçiliklə bütün ölkənin taleyi ilə bağlı siyasi düşüncələr bir-birində əriyir. Bir an içində komik səhnə və şəxsiyyətlər qəhrəmanlıq səhnələrinə keçir.
Tassoni qəsdən, düşünülmüş şəkildə hərəkət edir, komikliklə qəhrəmanlığı, rəğbətli münasibətlə satiranı bir-birinə qarışdırır. Şair oxuculara müraciətlə bu barədə yazır: "Bu əsər belə toxunmuşdur ki, ən kamil dərəcədə yüksək və burlesk poemasının məzmun və üslubundan asılı olaraq tələb edilən bütün hissələr onda aşkardır. Bu, miləmil deyil. Rəngdən-rəngə çalan bir parçadır ki, onda hər iki rəng – burlesk də, yüksəklikdə eyni ecazkarlıqla işıq saçır". Vedrənin oğurlanması kimi kiçik, cüzi bir hadisə epik bir vüsətlə tərənnüm edildikcə gülüş doğurur. Şair gah ciddi səhnələr yaradır, yüksək hislərdən, hadisələrdən danışır, gah da oxucunu güldürmək, güldürə-güldürə düşündürmək yolu ilə gedir, komik, karikatur surətlər yaradır. Olimp allahları özü də komik bir tərzdə təqdim olunurlar. Mars kəmər yerinə qədər corab geyinir, Diana paltar yuyur, kələkbaz Silen allahların şərabına su qatır.
Diana gəlmədi dəvətə ancaq O, paltar yumağa getdi obaşdan. Yazıq Toskanada, bataqlıqlarda Bir fərəh axtardı qurudan, yaşdan.
Ana üzr istədi qızına görə, Girişdi işinə o bir də başdan İynələr başladı oynamasına, O, corab toxudu qız balasına.
Tassoni italyan aristokratlarını daha dərin bir sarkazm, istehza və nifrətlə qələmə almışdır. XI nəğmədə təsvir edilən "toyuq ürəkli" qrafın təsviri buna ən yaxşı nümunə ola bilər. Dildə döyüşmək məcburiyyətində qalan, lakin bütün gecəni qorxudan yata bilməyən qraf bu döyüşdən necə qurtarmaq, nə bəhanə ilə can qurtarmaq barədə düşünür. Səhər o, doğrudan da, belə bir bəhanə tapır, mədəsi ağrıdığı üçün döyüşməkdən boyun qaçırır. Bu qorxaq, miskin, cılız qraf Marino üslubunda aşiqanə şeirlər söyləyən zaman daha komik görünür.
Bu cür eyhamlar, işarələr geniş məqsədlər izləməklə bərabər şairin Marino və marinistlərə tənqidi münasibətini də əks etdirir. "Oğurlanmış vedrə" poeması son dərəcə müasir bir əsər idi. Burada forma, mövzu, süjet müasir gerçəkliyi hərtərəfli şəkildə sərbəst bir tərzdə əks etdirmək üçün əlverişli vasitədən başqa bir şey deyildir. Poemanın dərin ictimai məzmunu, güclü sənətkarlıq xüsusiyyətləri ona Avropa xalqlarının ədəbiyyatında yüksək mövqe qazandırmış, bir çox şairlər onun təsiri ilə yeni-yeni komik qəhrəmanlıq epopeyaları yaratmışlar.
İstinadlar
| ]- Fassò L. TASSONI, Alessandro // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1937.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- https://opac.sbn.it/risultati-autori/-/opac-autori/detail/ITICCUCFIV007806?core=autori&item%3A6003%3ANome=alessandro+tassoni&_cacheid=1686986705070.
- Тассони Алессандро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Archivio Storico Ricordi. 1808.
- Istituto dell'Enciclopedia Italiana Tassóni, Alessandro // Enciclopedia on line (it.).
Xarici keçidlər
| ] Şair haqqında olan bu məqalə . Məqaləni Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Alessandro TassoniTexellusu Gaspare SalvianiDogum tarixi 28 sentyabr 1565 1565 09 28 Dogum yeri Modena Modena vilayeti d Emiliya RomanyaVefat tarixi 25 aprel 1635 1635 04 25 69 yasinda Vefat yeri Modena Modena vilayeti d Emiliya RomanyaTehsili Boloniya Universiteti Piza Universiteti Ferrara UniversitetiFealiyyeti yazici sair edebi tenqidciEserlerinin dili italyan dili Vikianbarda elaqeli mediafayllar Alessandro Tassoni it Alessandro Tassoni 28 sentyabr 1565 Modena 25 aprel 1635 Modena italyan sair Heyati span XVII esr italyan poeziyasinda zamanin qarsiya qoydugu problemlere cavab vermeye calisan istedadli senetkarlardan biri de Allessandro Tassoni idi Bir cox muasirleri kimi Italiyanin taleyi onu da narahat edirdi Tassoni oz hemvetenlerini birliye birlesib yadelli isgalcilara qarsi vurusa doyuse cagirirdi O sozun esl menasinda vetendas sair idi Tassoni heyati boyu dovrunun bir cox gorkemli adamlarinin kardinal ve hersoqlarinin yaninda xidmet etmisdir Sairin zengin edebi irsinde onun ziddiyyetli doyusken tebieti eks olunmusdur Tassoninin butun eserlerinde bu ve ya basqa bir sekilde nufuzlara ehkamlara qarsi mubarize ruhu vardir Ispanlar eleyhine hecvler eserinde Italiyanin fikir ve iradesini ezen onu qul kole halina salan yadelli ispanlara etiraz edir qezeb ve heyecanini bildirir hemyerlilerinde vetenperverlik duygulari oyatmaga calisir Petrarkanin poeziyasi haqqinda dusunceler eserinde ise Marino ve onun teqlidcilerine qarsi cixir Petrarkanin davamcilarini quru balqabaqlar adlandiran sair Petrarkanin ozune de aman vermir Muxtelif fikirler adli eserinde ise Tassoni Aristotelin nufuzuna qarsi cixir nufuzlar qarsisinda secde etmeyi ve teqlidciliyi pisleyir Onun Kolumbun qehremanligina hesr edilen Okean poemasi yarimciq qalmisdir Tassoninin en muhum eseri 1615 1618 ci illerde yazilan Ogurlanmis vedre adli kicik qehremanliq poemasidir Poema ilk defe 1622 ci ilde cap edilmis sonra papa VIII Urban ve sairin oz terefinden yeniden nezerden kecirilmis ve 1630 cu ilde nesr olunmusdur Tassoni oz poemasi ile L Pulqi F Berni T Folenqo kimi sairlerin enenelerini izleyir Italiyanin ayri ayri seher ve eyaletleri arasinda cekisme ve didisme poemanin esas sujetini teskil edir Revayete gore Modenalilar Bolonya uzerine etdikleri herbi hucumlardan birinde taxta vedreni ogurlayib qenimet aparirlar Bu vedre guya ki indi de Medonada saxlanilmaqdadir Bolonyalilar taxta vedreni qaytarmaq iddiasina dusurler Medonalilarla onlarin arasinda ciddi mubarizelere Imperator II Fridrix onun oglu italyan seher kommunalari hetta Olimp allahlari da qarisirlar Komizm ve ciddilik bir birine qarisir hansinin harada baslayib harada qurtardigini secmek cetinlik toredir Tarixi sexsiyyetlerle sairin muasirleri dostlari ve dusmenleri bir birine qarisir Tarix ve gunun aktual hadiseleri sen bir letife ve amansiz satira bir birini evez edir Sexsi dusmencilikle butun olkenin taleyi ile bagli siyasi dusunceler bir birinde eriyir Bir an icinde komik sehne ve sexsiyyetler qehremanliq sehnelerine kecir Tassoni qesden dusunulmus sekilde hereket edir komiklikle qehremanligi regbetli munasibetle satirani bir birine qarisdirir Sair oxuculara muracietle bu barede yazir Bu eser bele toxunmusdur ki en kamil derecede yuksek ve burlesk poemasinin mezmun ve uslubundan asili olaraq teleb edilen butun hisseler onda askardir Bu milemil deyil Rengden renge calan bir parcadir ki onda her iki reng burlesk de yukseklikde eyni ecazkarliqla isiq sacir Vedrenin ogurlanmasi kimi kicik cuzi bir hadise epik bir vusetle terennum edildikce gulus dogurur Sair gah ciddi sehneler yaradir yuksek hislerden hadiselerden danisir gah da oxucunu guldurmek guldure guldure dusundurmek yolu ile gedir komik karikatur suretler yaradir Olimp allahlari ozu de komik bir terzde teqdim olunurlar Mars kemer yerine qeder corab geyinir Diana paltar yuyur kelekbaz Silen allahlarin serabina su qatir Diana gelmedi devete ancaq O paltar yumaga getdi obasdan Yaziq Toskanada bataqliqlarda Bir fereh axtardi qurudan yasdan Ana uzr istedi qizina gore Girisdi isine o bir de basdan Iyneler basladi oynamasina O corab toxudu qiz balasina Tassoni italyan aristokratlarini daha derin bir sarkazm istehza ve nifretle qeleme almisdir XI negmede tesvir edilen toyuq urekli qrafin tesviri buna en yaxsi numune ola biler Dilde doyusmek mecburiyyetinde qalan lakin butun geceni qorxudan yata bilmeyen qraf bu doyusden nece qurtarmaq ne behane ile can qurtarmaq barede dusunur Seher o dogrudan da bele bir behane tapir medesi agridigi ucun doyusmekden boyun qacirir Bu qorxaq miskin ciliz qraf Marino uslubunda asiqane seirler soyleyen zaman daha komik gorunur Bu cur eyhamlar isareler genis meqsedler izlemekle beraber sairin Marino ve marinistlere tenqidi munasibetini de eks etdirir Ogurlanmis vedre poemasi son derece muasir bir eser idi Burada forma movzu sujet muasir gercekliyi herterefli sekilde serbest bir terzde eks etdirmek ucun elverisli vasiteden basqa bir sey deyildir Poemanin derin ictimai mezmunu guclu senetkarliq xususiyyetleri ona Avropa xalqlarinin edebiyyatinda yuksek movqe qazandirmis bir cox sairler onun tesiri ile yeni yeni komik qehremanliq epopeyalari yaratmislar Istinadlar span Fasso L TASSONI Alessandro Enciclopedia Treccani it Istituto dell Enciclopedia Italiana 1937 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 https opac sbn it risultati autori opac autori detail ITICCUCFIV007806 core autori amp item 3A6003 3ANome alessandro tassoni amp cacheid 1686986705070 Tassoni Alessandro Bolshaya sovetskaya enciklopediya rus v 30 t 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Archivio Storico Ricordi 1808 Istituto dell Enciclopedia Italiana Tassoni Alessandro Enciclopedia on line it Xarici kecidler span Sair haqqinda olan bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Lugetler ve ensiklopediyalarItalyanlarin bioqrafiyasi Boyuk katalan Boyuk norvec Britannica 11 ci Britannica onlayn Brockhaus Catholic 1907 13 Catholic 1997 Notable Names Database Prabook TreccaniNormativ yoxlamaBIBSYS 90632580 BNE XX1044777 BNF 12028534g CiNii DA0320098X CONOR 170561891 GND 118753959 ICCU CFIV007806 ISNI 000000012100659X LCCN n50008625 NKC mzk2008463824 NLA 35711836 NLG 169111 NSK 000372380 NTA 070648123 NUKAT n2004044474 SUDOC 028453085 VIAF 36932505 WorldCat VIAF 36932505 Kateqoriyalar 28 sentyabrda dogulanlar1565 ci ilde dogulanlarModenada dogulanlar25 aprelde vefat edenler1635 ci ilde vefat edenler69 yasinda vefat edenlerModenada vefat edenlerBolonya Universitetinin mezunlariPiza Universitetinin mezunlariFerrara Universitetinin mezunlariElifba sirasina gore yazici ve sairlerSair qaralamalariItaliya sairleriXVII esr sairleriGizli kateqoriya Vikipediya Vikidatada menbeleri olan meqaleler
