Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır.
Tarix
Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir.
XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi.
Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır. Bu - 1919-cu ildən aviasiya yanacağına əlavə edilən və onun oktan sayını yüksəldən Ekstalin (M-metilalanin) idi. 1929-cu ildə GM şirkəti tetraetilqurğuşunu detonasiyaya qarşı aşqarı kimi istifadə etməyə başladı. İkinci Dünya Müharibəsi zamanı Almaniyada aşqarların üzərində daha çox işlənilirdi. Bu onunla bağlı idi ki, vermaxt tankların əksəriyyəti karburator mühərriklərə təchiz olunurdu. Həmçinin keyfiyyətli neft mənbəylərinin olmaması benzinin həddindən çox aşağı keyfiyyətə malik olduğuna gətirib çıxarırdı. Hal hazırda yanacağın ekoloji və istismar keyfiyyələtinə qoyulan tələblərin sərləşməsi dizel və benzin yanacağının istehsaıçıları tərəfindən xüsusi kompozisiyalı aşqarlardan istifadə edilməsini tələb edir.
Aşqarların növləri
- depressor aşqarları;
- yeyilməyə qarşı;
- yuyucu;
- oksidləşməyə qarşı;
- dispersedici;
- yuyucu-dispersedici;
- korroziyaya qarşı;
- köpüklənməyə qarşı;
- bərpaedici; və s.
Aşqarların çoxu çoxfunksiyalıdır. Əmtəə yağlarında aşqarların ümumi miqdarı 15-20% təşkil edir. Aşqarların nəqlini, saxlanılmasını və baza yağlarında həll edilməsini asanlaşdırmaq üçün tərkibində depressor və özlülük aşqarları olan aşqar paketlərindən istifadə olunur. Adətən motor yağına aşağıdakı aşqarlar daxil olur:
- Külsüz dispersedici aşqarlar (dispersantlar);
- detergentlər;
- oksidləşməyə qarşı;
- yeyilməyə qarşı;
- korroziyaya qarşı;
- köpüklənməyə qarşı;
- depressor aşqarları.
Neft və neft məhsullarının donma temperaturunu aşağı salan depressor aşqarları
Bu qrup aşqarlar uzun molekulyar zəncirli və ağır molekulyar çəkili polimerlərdir.
Təsir mexanizmi olduğuna görə parafinli neft və mazutlarda adətən aşağı temperaturlarda yaranan parafin kristallarının əmələ gəlməsinin qarşısını alırlar. Bu aşqarlar neft və neft məhsullarının donmasına səbəb olan kristalları modifikasiya edir və parafin matrisalarının böyüməsinin qarşısını alır.
Neft və neft məhsullarının boru kəmərlərindən ötürülməsi zamanı axıcılıq xassələrini yaxşılaşdırması üçün onlara depressor aşqarları əlavə edirlər. Depressor aşqarları neft və neft məhsullarının başqa xassələrinə heç bir təsir göstərmir və onların tərkibində olan aşqarlarla qarşılıqlı əlaqəyə girmirlər. Bu növ aşqarlar distillyasiya prosesində məhv edilir və alınan distillatın keyfiyyətinə heç bir təsir göstərmir.
Detergent-dispersləşdirici aşqarlar
Detergent-dispersləşdirici aşqarlar - şərti olaraq iki qrupa bölünür: küllü və külsüz.
Küllü detergent-dispersedici aşqarlar
Bu qrup aşqarlara alkilfenol, salisilat, alkilsalisilat və qismən tiofosafatlar daxildir.
Mühərrikin yüksək temperatur iş rejimlərində lazımi təmizliyini təmin edir.
Külsüz detergent-dispersedici aşqarlar
Yuyucu və dispersedici aşqarlara əsas etibari ilə müxtəlif metalların fenolyatları, əvəzolunmuş fenollar, onların sulfid və disulfidləri, əvəzolunmuş fenollar və formaldehidin kondensasiya məhsullarının fenolyatlarıdır.
Detergent-dispersedici aşqarlar yağa dispersedici və yuyuculuq xassələri verir. Yağlara qoyulan əsas tələblərdən biri – mühərrikin hissələrində his və lak çöküntülərinin əmələ gəlmə meyilliyinin aşağı olmasıdır. Çöküntülərin yaranması mühərrikin istismarı zamanı yağların oksidləşmə stabilliyinin kifayət qədər az olması ilə izah olunur. Detergent-dispersedici aşqarların əlavə edilməsi mühərrikin aşağı temperatur iş rejimlərində qurum əmələ gəlməsinin qarşısını alırlar.
Detergent-disperedici aşqarların azalma səbəbi işlək yağda həll edilməyən kondensasiya olunmuş oksidləşmə məhsullarının yığılması ilə izah olunur. Eyni zamanda aşqarın qələvi ədədi aşağı düşür.Detergent-dispersedici aşqarların istehsalı bütün aşqar istehasılının 64% təşkil edir.
Yeyilməyə qarşı aşqarlar
Sürtünməyə məruz qalan avtomobil mühərriyinin detallarına yağın yeyilməyə qarşı təsirinin artırılması üçün istifadə olunur.
Yeyilməyə qarşı aşqarların çoxu sinkin dialkilditiofosfat duzlarıdır.
Bu aşqarların aktiv inqrediyentləri detalların metal səthi ilə kontaktı nəticəsində onların üstündə mühafizəedici təbəqə yaradır. http://dic.academic.ru/
Oksidləşməyə qarşı aşqarlar
Bu aşqarlar - sinkin dialkil- və ditiofosfat duzları, külsüz ditiofosfatlar, müxtəlif metalların ditiokarbonatları, fenolun törəmələri və s.
Oksidləşməyə qarşı aşqarların təsir mexanizmi əmələ gələn azad radikalları stabil birləşmələrə çevirilməsi və hidroperoksidləri parçalanmasından ibarətdir. Bu aşqarlar yağın oksidləşmə sürətini və oksidləşmə məhsullarının yağda yığılma sürətini azaldır.
Paslanmaya qarşı aşqarlar
Yanacağın boru kəmərləri vasitəsilə nəql edildiyi, motorlu nəqliyyat vasitələrində və ya metal konteynerlərdə uzunmüddətli saxlanması, eləcə də dəniz və dəniz donanmasının gəmilərində geniş subasma zamanı mühafizəsi üçün nəzərdə tutulmuşdur.
Mühafizəedici aşqarların rolu
Yanacaqların metallara korroziya təsiri yanacaqların korroziya məhsulları ilə çirklənməsinə səbəb olur, bu da yanacaqların nasosla vurulma qabiliyyətini və onların yeyilməyə qarşı xassələrini pisləşdirir. Bundan əlavə, boru kəmərləri, rezervuarlar və yanacaq baklarının materialı korroziya nəticəsində sıradan çıxır. Birbaşa qovulan yanacaqlarda mühafizəedici təsirə malik kifayət qədər heteroatomlu birləşmələr var. Tərkibində korroziyaya qarşı müqavimətin azaldılması ilə xarakterizə olunan spirt tərkibli yanacaqlara mütləq mühafizəedici aşqarlar əlavə edilməlidir. Bu cür yanacaqların istehsalının artması ilə əlaqədar olaraq mühafizəedici aşqarların rolu artır.
Tarixi
1930-cu illərin ortalarında, paslanmaya qarşı metal səthləri passivləşdirən natrium xromat və nitrit tətbiq olunurdu. 1946-cı ildə Sinclair Oil Co şirkəti ilk dəfə olaraq, yanacaqda həll olan PD-119 inhibitorunu tətbiq etdi. O vaxtdan etibarən, ABŞ-da bu aşqarın tətbiqi həcminə görə yanacaqlara əlavə olunan bütün aşqarlar arasında birinci yerdədir. 1990-cı illərin ilk yarısında ABŞ-da aşqarların illik orta istehlakı min tondan çox idi: paslanma inhibitorları - 40, antioksidantlar - 26, depressorlar -10, stabilizatorlar - 8, digər (yuyucu, antistatik, deaktivatorlarmetallar və s.) - 38. Yanacaqlara aşqarların tətbiq olunduğu yerlərdə onlar praktiki olaraq tətbiq edilmir, çünki ABŞ-da və digər inkişaf etmiş ölkələrdə çoxfunksiyalı yuyucu aşqarlar kifayət qədər səmərəlidir.
Təsir prinsipi
Korroziya kimyəvi və elektrokimyəvi yollarla baş verir. Birinci halda, proses ilk növbədə əvvəldən yanacaqda olan və ya oksidləşmə zamanı əmələ gəlmiş kimyəvi fəal birləşmələrin metallarına birbaşa təsiri nəticəsində baş verir. Bunlar aqressiv kükürd birləşmələri (merkaptanlar, hidrogen sulfidi, elementar kükürd) və üzvi turşulardır. Avtomobil yanacaqlarında bu növ aşqarlar istifadə edilmir. Standart yanacaqlarda korroziyaya səbəb olan komponentlər olmamalıdır. Elektrokimyəvi korroziya kondensasiya etmiş suyun təsiri nəticəsində fazalar arasındakı sərhəddə baş verir. Aşqarlar səthi-aktiv maddələr (SAM) olub təsir prinsipinə görə iki qrupa bölünür. Birincisi (nitratlı yağlar, ikivalentli metalların alkilsulfonatları) mühafizə olunan səthdə oksidləşdiricinin təsirinə mane olan möhkəm hemosorbsiya təbəqəsi formalaşdırır. İkincisi (üzvi turşuların efirləri və duzları və s.) yanacaq-su sərhəddində səthi gərginliyi azaldır və metalların yanacaqla nəmləndirilməsini artırır və bununla da suyu metalın səthindən çıxarır. Əmtəə mühafizəedici aşqarları çox vaxt hər iki növ SAM-dan ibarət olub sinergetik effektlər nümayiş etdirən kompozisiyalardır.
Effektlilik göstəricisi
Tərkibində aşqar olan yanacaqların korroziya aktivliyi aşağıdakı üsullarla müəyyən edilir:
- suyun kondensasiyası şəraitində;
- elektrolit iştirakı ilə;
- Pinkeviç qurğusunda.
Suyun kondensləşməsi şəraitində КТКВ (ГОСТ 18597-73) korroziya xüsusi kolbada müəyyən edilir. Burada kolbaya aşqarlı yanacaq, metal (polad və ya bürünc) lövhə və ayrı bir qabda - su yerləşdirilir. Kolba (benzin üçün - 60 °C, dizel yanacaqları üçün - 120 °C-ə qədər) qızdırılır. Eyni zamanda, su tədricən buxarlanır və onun buxarları yanacağın üzərində yığılır. Sınaq 4 saat ərzində aparılır, bundan sonra korroziya nəticəsində lövhənin itirdiyi çəki müəyyən edilir.
Elektrolitin iştirakı ilə (ВНИИ НП: С.К.Кюрегян, К.А.Демиденко) korroziyanın qiymətləndirilməsi daha sərt üsuldur. Burada suyun əvəzinə dəniz duzunun 10%-li məhlulundan istifadə edilir. 60 °C-də aparılan sınaqlar zamanı yanacaq və su qarışığından 4 saat ərzində hava verilir. Mühafizəedici aşqarların müqayisəli qiymətləndirilməsi zamanı yanacaq əvəzinə etalon kimi qarılşıq İT (izooktan - 80% və toluol - 20%) götürülür. Üsul yanacağın keyfiyyətinin qiymətləndirilməsi üçün üsullar kompleksinə daxildir.
Pinkeviç üsulu
Pinkeviç üsulu (ГОСТ 5162-49) əsasən mühərrik yağları üçün işlənmiş və istifadə olunur, lakin aşqarlı dizel yanacaqlarının müqayisəli qiymətləndirilməsi üçün münasibdir, belə ki, sərt şəraitdə həyata keçirilir. Bunun sayəsində nümunələr arasındakı fərq daha aydın görünür. Üsulun mahiyyəti yanacaq və duzlu suyun (1.7% NaCl) 80 °C-də hava ilə fasilələrlə təmasda olmasından ibarətdir.
İstənilən halda, korroziya fəallığı tədqiq olunan metaldan hazırlanmış lövhə kütləsi itkisinin sahə vahidinə nisbəti kimi hesablanır.
Bəzən mühafizə əmsalı aşqar hesabına azalan korroziyanın aşqarsız yanacaqda metalın korroziyasına nisbəti ilə hesablanır.
Çeşidi
1970-ci illərdə metalların korroziyası inhibitoru kimi yanacaqlara küllü Akor-1, və təcrübi qaydada, НГ-203 и БМП (külsüz aşqar) kimi təqdim edilirdi. Əvvəllər bu aşqarlar yağlar üçün hazırlanmışdı. Hazırda yanacaqlarda sınaqdan keçmiş bir sıra aşqarlar istifadə üçün tövsiyə edilmişdir. Akor-1 (ГОСТ 15171-78) 100 °C-də kinematik özlülüyü 65 mm2/s, küllülüyü 3,6-5,0% və qələvi ədədi 38 mg KOH/g olan tündrəngli yağlı mayedir. Norma suyun yoxluğu, mexaniki qarılıqlarn isə 0,08% -dən çox olmamasıdır.
- Akor-1 yüksək dərəcədə küllü və toksik olduğu üçün onun motor yanacaqlarında istifadəsi tövsiyə edilmir. Bundan əlavə, yüksək özlülüyü də onun tətbiqini qeyri-mümkün edir.
- БМП (ТУ 38.101503-74) и БМП-А (ТУ 38.401297-80) yağlı tünd qəhvəyi rəngli mayedir. Onların arasında əsas fərq sulfolaşma üçün istifadə olunan xammaldır. БМП üçün şərq neftlərindən olan olan AC-6, БМП-А üçün xüsusi alınmış alkil benzollar əsasında sintetik yağ istifadə olunmuşdur.
БМП-nin göstıriciləri: 50°С-də kinematik özlülüyü 7 мм2/с çox, Т alışma - 60°С-dən aşağı, küllülüyü 0,05%-dən çox, qələvi ədədi 2 мг КОН/г-dan yüksək, mexaniki qarışıqlar 0,05 %-dən çox olmamalıdır, tərkibində su yoxdur. Aşqarın mühafizə effekti dizel yanacağında geniş tədqiq olunmuş və nəticədə məlum olmuşdur ki, sulanmış dizel yanacağına 0,02-0,04% aşqarın əlavə edilməsi poladın korroziyasını 50-70 dəfə, əlvan metalların korroziyasını isə 200-300 dəfə aşağı salır.
Detalların konservasiyası üçün yanacağa 2-5 % НГ-203 aşqarı əlavə edilirdi. СИМ РЭН (0033) aşqarının komponenti kimi istifadə olunur. Танкор (ТУ 0275-483-04872688-2006) avtomobil benzinlərində istifadə üçün nəzərdə tutulmuşdur. Aşqar yaxşı mühafizəedici xassələrə (antioksidant və deaktivator) malikdir. Çox vaxt yuyucu aşqardan istifadə yanacağa mühafizəedici xassələr vermək üçün kifayər edir.
Nöqsanlar
Yanacağa küllü aşqarın, məsələn Акор-1-in maksimal effekt verən qatılıqda əlavə edilməsi mühərrikdə çöküntünün əmələ gəlməsinə səbəb olur. Bundan əlavə tərkibində belə aşqarlar olan yanacağın yanması zamanı ətrafa atılan bərk tullantıların miqdarı artır.
İstinadlar
- . 2017-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
- proofoil.ru/Oilchemistry/fuelproperty15.html
Mənbə
- Большая энциклопедия Нефти и газа.