Wikipedia
28 avqust
İyul – Avqust – Sentyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
28 avqust — Qriqorian təqvimi ilə ilin 240-cı günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1521 – Belqrad Osmanlı ordusu tərəfindən fəth olunmuşdur.
- 1833 – Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul etmişdir.
- 1963 – Martin Lüter Kinq özünün məşhur "I Have A Dream" (Mənim bir arzum var) nitqini söyləmişdir.
- 1988 – Almaniyanın Ramştayn hərbi bazasındakı hava göstərisi zamanı təyyarələrdən biri tamaşaçıların üzərinə düşmüşdür.
- 1991 – Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan etmişdir.
- 2007 – Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlamışdır.
Azərbaycanda olan hadisələr
- 1919 – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etmişdir.
Doğumlar
- 1749 – Yohan Volfqanq Höte, almaniyalı şair və dramaturq (ö. 1832).
- 1935 – Əlibala Hacızadə, azərbaycanlı yazıçı.
- 1965 – Şenaya Tveyn, kanadalı müğənni.
Ölümlər
- 430 – Avreli Avqustin, xristian ilahiyyatçısı (d. 354).
- 1968 – Aşıq Xındı Məmməd, azərbaycanlı aşıq (d. 1896)