Ələkbər Seyfi
Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis – 8 dekabr 1977, Kirovabad) — aktyor, teatr inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961).
Ələkbər Seyfi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | aktyor, teatr inzibatçısı |
Mükafatları |
Həyatı
Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub. "İttifaq" məktəbində təhsıl alıb. Səhnəyə ilk dəfə şagırd vaxtı, 1914-cü ilin əvvəllərində "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxıb.
Bundan sonra məktəb tamaşalarında kiçik rollar oynayıb. 1917-ci ildə "İbrət" dram dərnəyinə üzv olub. Truppanın yaradıcı heyətinə çox tez isinişib. Tezliklə o, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Hafizə xanım), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Feyzulla), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Pərviz), Nəriman Nərimanovun "Nadir şah" (Rzaqulu xan), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Mahmud bəy), Hüseyn Cavidin "Maral (Cəmil bəy), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Vəli və Telli), İsa bəy Aşurbəyovnin "Azərbay və Can" (Can), Cəlil Məmmədquluzadənin "Ölülər" (Müəllim), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Yetər) pyeslərinin tamaşalarında çıxış edib. Ələkbər Seyfi 1922-ci ildən başlayaraq Tiflis Dövlət Azərbaycan Dram Teatrında yeddi il işləyib. Bu dövrdə İkinci zabıt ("İblis", Hüseyn Cavid), Şeyx Abuzər və Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Pyotr İvanoviç ("Müfəttiş", Nikolay Qoqol), Vəli ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Cücə ("Topal Teymur", Hüseyn Cavid), Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Hambal ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Əşrəf ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Əbdüləli bəy ("Sevil", Cəfər Cabbarlı) rollarını oynayıb.
Ələkbər Seyfi 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. 20 may 1958-ci ildə Azərbaycan SSR əməkdar artisti və 14 dekabr 1961 tarixində xalq artisti fəxri adına layiq görülmüş Ələkbər Seyfi 1977-ci ilin dekabrın 8-də vəfat edib.
Filmoqrafiya
Tərcümələri
"Məkr və məhəbbət" F.Şiller.
İstinadlar
Ədəbiyyat
- "СЕЙФИ́, Алекпер Сейфулла оглы". Театральная энциклопедия: [в 6 т.]. Т. 4. Нежин — Сярев. Москва: Советская энциклопедия. гл. ред.: П. А. Марков. 1965. стб 894. 40 500 экз. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- "СЕЈФИ Әләкбәр Сејфулла оғлу". Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. I ҹилд: А – Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. сәһ. 332. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- Rəhimli, İ. (2017). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 392 səh. ISBN 978-9952-8021-9-1.
- Rəhimli, İ. (2005). Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 864 səh.
- Әләкбәр Сејфи. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. 8 сәһ.
- "Ә. С. Сејфи". № 287 (16722). Коммунист. 10 декабр 1977-ҹи ил. сәһ. 4.