Şimali Qafqaz imamlığı
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 3 ay əvvəl NMW03 tərəfindən redaktə olunub. (Yenilə) |
Şimali Qafqaz İmamlığı - Şimali Qafqazda mövcud olmuş tarixi teokratik İslam dövləti. Dövlətə İmam rəhbərlik edirdi. Ən güclü dövrü İmam Şamilin rəhbərlik etdiyi illərə təsadüf edir.
Tarixi
Rusiyanın Şimali Qafqaza marağı XVI əsrdə Kazan və Həştərxan xanlıqlarını işgal etməsindən sonra Terek çayına doğru irəliləyərək orada hərbi məntəqələr qurması ilə başlayıb. Ancaq bölgənin Rusiyanın bir hissəsinə çevrilməsi prosesində ilk mühüm addım 1722-ci ildə I Pyotrun əmri ilə rus ordusunun Çeçenistana müdaxiləsi ilə atılıb. XVIII əsrin sonunda yeni vüsət alan bu proses XIX əsrdə daha da genişlənib. XVIII əsrdə Şeyx Mənsurun rəhbərliyində Müridizm hərəkatı ilə rus işğalına müqavimət göstərən yerli xalqların müqavimətləri isə 1829-1859-cu illəri əhatə edən “İmamlar dövründə” yeni vüsət alıb. Sırası ilə Qazi Məhəmməd, Həmzət bəy və İmam Şamil liderliyində davam etdirilən müqavimətin uğursuzluğa düçar olmasından və 1877-1878-ci illərdəki Rusiya–Osmanlı müharibəsindən sonra bölgənin Rusiyanın tam nəzarətinə keçməsi isə yerli əhalinin mühüm bir hissəsinin Osmanlıya köçməsi ilə nəticələnib.
İstinadlar
- Dr. Nazim Cəfərsoy (Rusiya və Şimali Qafqaz)