fbpx
Wikipedia

Şahbulaq qalası

Şahbulaq qalası və ya Tərnəküt qalasıQarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Şahbulaq qalası

Şahbulaq qalasının görünüşü
40°03′55″ şm. e. 46°54′21″ ş. u.
Ölkə Azərbaycan
Şəhər Ağdam
Yerləşir Tərnəküt və ya Şahbulağı adlanan ərazi
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi Əsası qoyulub: 1751 və ya 1752-ci il
İlk xatırlanma: XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Material çay daşı, yumurta sarısı, əhəng məhlulu
Vəziyyəti muzey
TipiQala
İstinad nöm.4047
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şahbulaq qalası
Şahbulaq qalası
 Vikianbarda əlaqəli mediafayllar
Şahbulaq

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.

Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. Son dövrlərdə ermənilər qaladan kilsə kimi istifadə edirlər.

Tarixi

Tarixi-siyasi mühit

  Əsas məqalə: Qarabağ xanlığı
 
Müasir rəssam Rizvan Qarabağlı tərəfindən çəkilmiş Qarabağ xanlığının qurucusu, sərkərdə Pənahəli xanın portreti.

Azərbaycan dövlətçilik tarixində özünməxsus yeri olan Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılmasından sonra yarandı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycanın xeyli hissəsini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, TatevSisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, CavadŞamaxı xanlıqları ilə həmsərhəd idi.

Qarabağ xanlığının banisi olan Pənahəli xan Köçəri Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı irsi hakim hüququ ilə idarə edirdilər. 1736-cı ildə Nadir şahın "şah" seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi. Bu dövrdə tayfaya başçılıq edən Pənahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Lakin sonralar Nadir şahla Pənahəli xan arasında münasibətlər gərginləşdi. Pənahəli xan Xorasandan Qarabağa üz tutmağa məcbur oldu və tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoydu.

Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal Cavanşir öz Qarabağnamə əsərlərində bəhs edir ki, "Mərhum Nadir şah Qarabağ, Gəncə, TiflisŞirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb inandığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında xan, Pənahəli bəy Sarıcalı Cavanşir adlı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada rəqiblərinə üstün gəlmiş Pənah xanı da öz yaxın adamına çevirmişdi."

Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan, Dərbənd kimi şəhərlər olmamışdır. Halbuki belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır. Bu sahədə ilk addımlardan bir 1748-ci ildə Kəbirli mahalında Azərbaycan türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdirdilər."

Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbi xanın Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır. Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, "Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildiriblər ki, Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq." Nəticədə Hacı Çələbi xan Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır. Lakin bir aylıq mühasirə heç bir nəticə vermir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: "Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi… Bayat savaşı eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxardı."

1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum edən Hacı Çələbi xan qala mühasirəyə alsa da, bir ay mühasirədə qalan qala təslim olmamışdı. Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" deyə vurğuladı.

İnşa edilməsi

Həmçinin bax: Gavurqala (Ağdam)
 
Şahbulaq qalasının cənub tərəfindən görünüşü. Rusiya hərb tarixçisi Vasili Pottonun eskizi. 1901-ci il.

Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: "Bundan sonra Pənah xam düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi."

Mirzə Adıgözəl bəyin yazdığına görə Pənahəli xan bu işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) bitirərək oranı özünə iqamətgah etdi. Əhməd bəy Cavanşirin yazdığına görə Şahbulaq qalası 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilmişdir. Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.

Mirzə Adıgözəl bəy yazır ki, Məhəmmədhəsən xan Qacarın Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular. Burada tarixçi hadisələrin ardıcıllığını bir qədər qarışdırmışdır. XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın Bayat qalasından Şahbulaq qalasına köçməsi 1751-ci il, onun hiylə ilə II İrakli tərəfindən tutulması, Hacı Çələbi tərəfindən isə azad edilməsini isə 1752-ci il olaraq qəbul edirlər. Qarabağnamələrin müəllifləri də bu tarixləri də olduğu kimi təsdiq edirlər.

Mirzə Camal Şahbulaq qalasının 1751–1752-ci illərdə (1165-ci hicri ilində) inşa olunduğunu yazaraq Pənahəli xanın üç dörd il orada yaşadığını qeyd edir. Mir Mehdi Xəzani isə yanlış olaraq Şahbulaq qalasının 1761–1762-ci ildə inşa olunduğunu yazır. Mir Mehdi Xəzanı Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazır ki, "Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyünə görə zərurət olanda onlara əl yetişmirdi." Abbasqulu ağa Bakıxanov yazır ki, "Şahbulaq adlı yerdə vaxtilə Səfəvi şahı I Şah Abbas qışlamışdı."

Rzaqulu bəy yazır: "Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi."

XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif QarabağiMirzə Camal Cavanşir Qarabağinin əsərlərində rast gəlmək mümkündür. M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: "Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir." İnşaat işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.

 
Şahbulaq qalasının XIX əsrə aid görünüşü.

Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir. Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.

Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, Ağdamda salınmış yeni qala-şəhərin adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Şahbulaq qalası Şuşa qalasının salınmasından sonra, sadəcə Şahbulaq iqamətgahı, bir müddət sonra isə qala tipli qəsr kimi fəaliyyət göstərmişdir.

Şahbulaq qalasının da coğrafiya mövqeyi də əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürmüşdü.

Qala daxilində bulaqların çoxluq təşkil etməsi məlumatı o dövr müəlliflərinin əsərlərində yer alır. Şahbulaq qalası Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini təşkil edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınması hər cəhətdən əlverişli idi. Çünki qalada quyu qazılmasına ehtiyac o qədər də yox idi. Adından göründüyü kimi, qala Şahbulağı adlanan ərazidə inşa edilmişdi.

Şahbulaq qalasının mürəkkəb müdafiə planı güclü hazırlanmışdı. Bir neçə dəfə hücumlara məruz qalan qalanın inşasına dəfələrlə yüksək məbləğdə pullar ayırılmışdır. Abbas Mirzə başda olmaqla bir neçə hökmdarın qalaya hücumu uğursuzluqla nəticələnmişdi. Vasili Potto bildirir ki, "Şahbulaq qalasının müdafiə planı güclü hazırlansa da, Şuşa qalasının müdafiə planı çox güclü hazırlanmışdı. Bu və digər səbəblərdən paytaxt Şuşa edilmişdi. Şahbulaq qalasında hər üç tərəfi ordu baxımından gücləndirilmişdi. Çünki Pənah xan əlçatmaz, əlverişli, gücləndirilmiş mərkəz istəyirdi."

1805-ci ilin mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsi imzalamışdı. Bunu görən Qacar şahzadəsi Abbas Mirzə 1805-ci ilin iyunun ortalarında Qarabağa daxil oldu. Qacar qoşunu tərəfindən Şahbulaq qalasını mühasirəyə alındı. Rus qoşunu təslim olmadı. Bunu görən Abbas Mirzə geri çəkilməyə məcbur oldu. Rusiya hərb tarixçisi Vasili Potto Qacar şahzadəsinin bu yürüşündən sonra yazırdı ki, "Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır."

Hazırkı vəziyyəti

Tədqiqatçıların qənaətinə görə Şahbulaq qalası memarlıq üslubu Qarabağ xanlığındakı inşa edilən bir sıra tikililərin, o cümlədən Qarabağın mərkəzi Şuşa şəhərinin inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir. Bu memarlıq abidəsi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.

Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmişdir. Şahbulaq qalası da rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar. Hal-hazırda Şahbulaq qalası təmir edilmiş, ermənilər tərəfindən kilsə kimi istifadə edilir.

Burada aparılan qazıntı işlərinin maliyələşdirilməsi Ermənistan hökuməti tərəfindən, İrəvandakı ictimai təşkilatların birliyi statusunu daşıyan "Erkir" təşkilatının vasitəsi ilə 2005-ci ildən maliyyələşdirilir.

Memarlıq xüsusiyyətləri

1751–1752-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağının üstündə Avropadakı orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası inşa edilmişdir. Bu qala tipli saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleks güclü mühafizəyə malik olduğundan onu "qıfıl" (kilid) adlandırmışdılar. Kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı yerləşirdi.

Qala inşa planına əsasən düzbucaqlı formada inşa edilmişdir. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindirik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Qalanın divarlarının hündürlüyü 7 metr, qüllənin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Qalanın şimali qərbində bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan Şahbulaq məscidi də inşa edilmişdi.

 
Qalanın girşinin daxildən görünüşü. Şəkil erməni işğalından sonraya aiddir.

Qalanın içərisində divar boyunca tikilmiş birmərtəbəli otaqların dami xarici hücumlardan müdafiə üçün əlverişli pilləkan rolunu oynayırdı. Otaqların örtük konstruksiyası baş tağbəndlərdir. Bütünlüklə yarıyonulmuş daşdan tikilmiş Şahbulaq qalası Azərbaycan xanlıqları dövrünün hərbi memarlığının sadə nümunələrindən biridir. Şahbulaq qalası Qarabağın tarixi ilə maraqlanan bütün müəlliflərin (yerli və xarici daxil olmaqla) əsərlərində adı vurğulanır və bu abidənin tarixi dəqiqliklə xatırlanır.

XVIII əsrin əvvəllərində Azərbaycan xanlıqlarının formalaşması ərəfəsində Naxçıvan, Gəncə, Şamaxı kimi böyük ənənəvi memarlıq məktəbi mərkəzləri tənəzzül dövrünü yaşayırdılar. Azərbaycanın kiçik ərazilərə parçalandığı həmin dövrdə bu memarlıq mərkəzləri öz təsir gücünü itirmişdi. Yeni paytaxt şəhərlərdə isə saraylar, qəsrlər və müdafiə qalalarının inşasına ehtiyac var idi. Buna görə də feodal hakimlər yerli kənd memarlarını şəhər inşaatına cəlb etməyə məcbur olurlar. Buna görə də, həmin memarların dəsti-xətti Azərbaycanda XVIII əsrin ortalarında inşa edilən yeni şəhərlərin memarlığına əhəmiyyətli təsir edir. Həmin şəhərlərin əsas tikililəri üçün orta əsrlərdə inşa edilmiş binalarda müşahidə edilən monumentallığın olmaması, inşaat materiallarının yaxşı yonulmamış daşlar olması xarakterikdir.

Bununla yanaşı az məşhur olan memarların şəhər inşaatına cəlb edilməsinin böyük bir müsbət cəhəti var idi: onlar yerli inşaat materiallarına yaxşı bələd idilər və onları necə tikintidə tətbiq etməyi yaxşı bilirdilər. Yeni şəhərlərin memarlığında keçmiş memarlıq məktəblərinin ənənələrini xalq memarlarının yaradıcılığı ilə birləşdirirdi. Bu dövrün ən maraqlı sintezləri ŞəkiQarabağ xanlıqlarının memarlıqlarında müşahidə olunur.

Şahbulaq qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri və bazar yerləşirdi. Şahbulaqda iki qəsr-içqala və xarici qala var idi. İçqəsr təpənin üstündə gur bulağın yanında salınmışdı. Pənahəli xanın iqamətgahı yonulmamış daşlardan düzbucaqlı, 8 pilləli şəkildə tikilmişdi. İqamətgahın möhkəm və hündür divarları vardı. Şahbulaq qala kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra qalanın daxilindəki məscid, hamam, xan sarayı və bəzi yaşayış evləri sokülüb dağıdılmışdır. Yalnız qala kompleksin mühafizə divarları saxlanılmışdır.

İç-qəsr düzbucaqlı şəklində idi, hər küncdə bir qüllə, şərq tərəfı istisna olmaqla hər bir tərəfin ətrafında bir yarımdairəvi formalı qüllə vardı. Xarici qüllələr və divarların yuxarı hissəsi diş-diş idi. Bütün divarlar və qüllələr boyu döyüş mazğalları, mazğalların altında birmərtəbəli binalar mövcud vəziyyətdə idi. Qəsrin girişi şərq tərəfdən idi və ikimərtəbəli prizmaşəkilli tikili ilə müdafiə olunurdu. Giriş kiril əlifbasındakı "Г" hərfi formasında idi. Prizmatik tikili, səkkizinci, əsas qüllə idi və bütün Şahbulaq qalası üzərində yüksəlirdi.

İstinadlar

  1. Аббас-Кули-Ага Бакиханов, "Гюлистан-и Ирам", Период V.
  2. (ingilis). karabakhfoundation.org. 4 oktyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  3. . 2007. ISBN 978-9952-8091-4-5. 9 sentyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  4. Тофик Кочарли. К истории Карабахского вопроса. səh. 29. İstifadə tarixi: 9 iyun 2019.
  5. Мирза Адигезаль-Бек. Карабаг-Наме. Главы 1–6.
  6. Afterwards in 1165/1755 Panah Khan found a better spot for new fortress Shahbulagh in Tarnakiut and came there to build it on the slope of a hill. He designed the project of its buildings, mosques, markets, and bathhouses, and built a safe refuge Mirza Yusuf Nersesov. A Truthful History[ölü keçid](ing.)
  7. Mustafazadə Tofiq, 2009. səh. 30
  8. Camal Mustafayev, 2015
  9. "Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763)" (azərb.). Portal.Azertag.az. 2 yanvar 2019 tarixində . İstifadə tarixi: 9 iyun 2019.
  10. (azərb.). tarix.info. 2019-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
  11. Mustafazadə Tofiq, 2009. səh. 32
  12. Mustafazadə Tofiq, 2009. səh. 33
  13. Fazil Qaraoğlu, 2017
  14. Фаиг Исмайылов, 2009. səh. 112
  15. Mustafazadə Tofiq, 2009. səh. 33-34
  16. Фаиг Исмайылов, 2009. səh. 112-113
  17. Авалов, 1977. səh. 10
  18. Qarabağnəmələr.III kitab, 2006. səh. 82
  19. Фаиг Исмайылов, 2009. səh. 113
  20. Zemfira Hacıyeva, 2007. səh. 46
  21. Фаиг Исмайылов, 2009. səh. 113-114
  22. Mustafazadə Tofiq, 2009. səh. 34
  23. Zemfira Hacıyeva, 2007. səh. 47
  24. Фаиг Исмайылов, 2009. səh. 114-115
  25. Mustafazadə Tofiq, 2009. səh. 35
  26. Zemfira Hacıyeva, 2007. səh. 47-48
  27. Фаиг Исмайылов, 2009. səh. 115
  28. Qarabağnamələr. II kitab., 2006. səh. 248
  29. Авалов, 1977. səh. 15
  30. Авалов, 1977. səh. 16
  31. Авалов, 1977. səh. 17
  32. Джеваншир, Ахмедбек (1961). История Карабахского ханство (с 1747 по 1805 год). Баку. 8.
  33. Джеваншир Карабахский, Мирза Джамал (1959). История Карабаха. Баку. 72.
  34. Mustafazadə Tofiq, 2009. səh. 114-115
  35. Mustafazadə Tofiq, 2009. səh. 115
  36. "Şahbulaq qalası" (azərb.). kataloq.gomap.az. 2019-06-09 tarixində . İstifadə tarixi: 9 iyun 2019.
  37. Qarabağnamələr. III kitab., 2006. səh. 103-104
  38. Tapper, Richard (1997). Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press. 114–115. ISBN 0-521-47340-3.
  39. Фаиг Исмайылов, 2009. səh. 114
  40. Qarabağnamələr. II kitab., 2006. səh. 126
  41. Mustafazadə Tofiq, 2009. səh. 116
  42. "Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri. Ağdam rayonu" (azərb.). armenianvandalism.az. 2019-06-09 tarixində . İstifadə tarixi: 9 iyun 2019.
  43. Авалов, 1977. səh. 22
  44. Yunis Hüseynov (2007). «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı: "Mütərcim". 34. ISBN 5-8066-1708-4.
  45. Саламзаде, А. В. (1964). Архитектура Азербайджана XVI-XIX вв. Баку. 171.
  46. Авалов, 1977. səh. 23

Ədəbiyyat

  • Mustafazadə, Tofiq (2009). Qarabağ xanlığı. Bakı: "Sabah". 333 səh. ISBN 5-86106-016-0.
  • Mustafayev, Camal (2015). Qarabağ xanlığı. Bakı: "Azərbaycan Xəbərləri".
  • Qaraoğlu, Fazil (2017). Tarixdə iz buraxanlar: Pənahəli xan. Bakı: "Bakı Xəbər".
  • Hacıyeva, Zemfira (2007). Qarabağ xanlığı: sosialiqtisadi münasibətlər və dövlət quruluşu. Bakı: "Təhsil". 254 səh.
  • Nazim Axundov, Akif Fərzəliyev (2006). Qarabağnamələr. II kitab. Bakı: "Şərq-Qərb". 288 səh.
  • Nazim Axundov, Akif Fərzəliyev (2006). Qarabağnamələr. III kitab. Bakı: "Şərq-Qərb". 248 səh.
  • Авалов, Элтуран В. (1977). Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм".
  • Исмайылов, Фаиг (2009). Принудительная арменизация. Баку: "Элм".

Həmçinin bax

Xarici keçidlər

  • Şahbulaq qalası wikimapia.org-da.
  • "Азербайджан феодальный: Исторические события Азербаджана. Древний Азербайджан". İstifadə tarixi: 9 iyun 2019.

şahbulaq, qalası, adın, digər, istifadə, formaları, üçün, şahbulaq, tərnəküt, qalası, qarabağ, xanı, pənahəli, tərəfindən, 1751, 1752, illərdə, inşa, etdirilmiş, xviii, əsr, qala, divarları, memarlıq, abidəsinin, tikinti, işləri, ağdamın, şahbulaq, adlı, ərazi. Bu adin diger istifade formalari ucun bax Sahbulaq Sahbulaq qalasi ve ya Ternekut qalasi Qarabag xani Penaheli xan terefinden 1751 1752 ci illerde insa etdirilmis XVIII esr qala divarlari Memarliq abidesinin tikinti isleri Agdamin Sahbulaq adli erazisinde baslamisdir Ehtimal ki qalanin adi da burada yerlesen gursulu bulaqin adindan Sahbulagindan goturulmusdur Sahbulaq qalasi Qarabag xanliginin erazisinde insa etdirilen ikinci qaladir 5 Sahbulaq qalasiSahbulaq qalasinin gorunusu40 03 55 sm e 46 54 21 s u Olke Azerbaycan 1 Seher Agdam 1 Yerlesir Ternekut ve ya Sahbulagi adlanan erazi 1 Aidiyyati Qarabag xanligi 2 Sifarisci Penaheli xan 3 Tikilme tarixi Esasi qoyulub 1751 ve ya 1752 ci ilIlk xatirlanma XVIII esrUslubu Arran memarliq mektebi 4 Material cay dasi yumurta sarisi eheng mehluluVeziyyeti muzeyAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiTipiQalaIstinad nom 4047EhemiyyetiYerli ehemiyyetliSahbulaq qalasi Sahbulaq qalasi Vikianbarda elaqeli mediafayllarSahbulaq Sahbulaq qalasi Bayat qalasindan once Qarabag xanligina inzibati merkez kimi insa edilib Mudafie tipli tikili olan qala mueyyen bir dovr erzinde yasayis yeri kimi istifade olunsa da sonradan tekce gozetci menteqesi kimi istifade olunub Elmi edebiyyatda Sahbulaq qesri adi ile taninan abide eslinde iri qesr kompleksinin icqalasi olmusdur Onun yaninda xanin iqametgahi olmusdur Yigcam quruluslu bu qala duzbucaqli bicimdedir ve onun bayir divarlari dairevi ve yarimsilindrik burclerle mohkemlendirilmisdir 1 Qala divarlari ve qulleler yuxariya dogru bir qeder incelesib mudafie tikilileri ucun seciyyevi olan mazgal sirasi ve dislerle tamamlanirdi Divarlar 7 metr burcler 8 5 metr hundurlukdedir Qalanin giris qapisi serq divarinin ortasinda olub xaricden ona bitisik ikimertebeli qullevari hecmlerle qorunurdu Bu qullenin ust qati yeqin ki xan otagi olmusdur Hemin otaga qesr heyetinden das pilleken qalxir Son dovrlerde ermeniler qaladan kilse kimi istifade edirler 6 Mundericat 1 Tarixi 1 1 Tarixi siyasi muhit 1 2 Insa edilmesi 1 3 Hazirki veziyyeti 2 Memarliq xususiyyetleri 3 Istinadlar 4 Edebiyyat 5 Hemcinin bax 6 Xarici kecidlerTarixi RedakteTarixi siyasi muhit Redakte Esas meqale Qarabag xanligi Muasir ressam Rizvan Qarabagli terefinden cekilmis Qarabag xanliginin qurucusu serkerde Penaheli xanin portreti Azerbaycan dovletcilik tarixinde ozunmexsus yeri olan Qarabag xanligi 1747 ci ilde Nadir sah Efsarin yaratdigi imperiyanin dagilmasindan sonra yarandi Kicik Qafqaz daglarinin cenub serqinde yerlesen Qarabag xanligi Azerbaycanin xeyli hissesini ehate edirdi 7 Xanligin serhedleri Araz cayindan Goyce golunedek Terter cayindan butun duzenlik ve Dagliq Qarabagi Zengezuru Bergusadi ehate etmekle Mehri Tatev ve Sisiana qeder uzanirdi Xanliq Seki Gence Irevan Naxcivan Qaradag Cavad ve Samaxi xanliqlari ile hemserhed idi 8 9 10 Qarabag xanliginin banisi olan Penaheli xan Koceri Cavansirler tayfasinin Saricali oymagindan idi Azerbaycanda hele qedim dovrlerde meskunlasmis Cavansirler tayfasinin bascilari XVI esrden baslayaraq Qarabagi irsi hakim huququ ile idare edirdiler 10 1736 ci ilde Nadir sahin sah secilmesinin eleyhine cixis eden diger tayfalar kimi Cavansirler tayfasi da Xorasana surgun edilmisdi 11 Bu dovrde tayfaya basciliq eden Penaheli xan Nadir sahin en nufuzlu serkerdelerinden birine cevrilmisdi Lakin sonralar Nadir sahla Penaheli xan arasinda munasibetler gerginlesdi Penaheli xan Xorasandan Qarabaga uz tutmaga mecbur oldu ve tezlikle musteqil Qarabag xanliginin esasini qoydu 12 Qarabag xanliginin veziri olmus tarixci salnameci Mirze Camal Cavansir oz Qarabagname eserlerinde behs edir ki 10 Merhum Nadir sah Qarabag Gence Tiflis ve Sirvan vilayetlerini aldiqdan sonra eller ve kendler arasinda gorub inandigi her bir sucaetli ve isguzar adami yanina cagirib oz yaxin qulluqculari arasina alar ve onu mevacib ehtiram ve menseb sahibi ederdi O cumleden eller arasinda xan Penaheli bey Saricali Cavansir adli ile sohret tapmis her isde ferqlenmis ad cixarmis muharibe ve davada reqiblerine ustun gelmis Penah xani da oz yaxin adamina cevirmisdi 8 12 13 14 Qarabag xanligi yarananda onun erazisinde Gence Tebriz Erdebil Samaxi Baki Naxcivan Derbend kimi seherler olmamisdir 10 Halbuki bele siyasi ve iqtisadi merkezlerin olmasi xanligin gelecek inkisafi ucun cox muhum idi Ona gore de yeni mudafie qurgulari ve seherlerin salinmasi Penaheli xanin herbi siyasi islerle yanasi deyerli quruculuq uguru sayilmalidir 13 14 Bu sahede ilk addimlardan bir 1748 ci ilde Kebirli mahalinda Azerbaycan turk tayfasi bayatlarin adi ile bagli olan Bayat qalasinin insasi olur Mirze Camal Cavansir yazir Xan butun ailesini qohumlarinin ve el boyuklerinin ehli eyalini oraya topladi Etrafda olan camaat hetta Penah xanin tereqqisini onun reftar ve mehebbetini esiden Tebriz ve Erdebil vilayetlerinin bir cox ehalisi ve senetkarlari aileleri ile birlikde gelib Bayat qalasinda yerlesdirdiler 8 Penaheli xanin Qarabagin hakimi kimi taninmasinda Seki xani Haci Celebi xanin Qarabag uzerine ugursuz yurusu muhum rol oynayir 14 Tarixci salnameci Mirze Adigozel beyin yazdigina gore Qarabag melikleri Haci Celebiye mektub yazaraq bildiribler ki Penaheli xan burada taxta cixmis qala ve senger tikdirmisdir Eger bir xeta edilerse sonra onun qarsisinda durmaq mumkun olmayacaq 8 Neticede Haci Celebi xan Qarabaga hucum edir Bayat qalasini muhasireye alir 10 Lakin bir ayliq muhasire hec bir netice vermir Tarixci salnameci Ehmed bey Cavansir yazir Bu qalibiyyetden sonra Penaheli xanin igidliyi haqqinda dillere dusen dastan o zaman Qarabagda yasayan butun muselman tayfalarini muharibesiz olaraq onun tebeeliyine tabe etdirdi Bayat savasi eyni zamanda bu qalanin gelecek tarixi sinaqlara davam getire bilmeyeceyini de uze cixardi 13 1748 ci ilin sonunda Samaxi xani Haci Mehemmedeli xanla birleserek Penaheli xani aradan goturmek ucun Bayat qalasina hucum eden Haci Celebi xan qala muhasireye alsa da bir ay muhasirede qalan qala teslim olmamisdi 10 Penaheli xan dusmene qefil hemleler edirdi Neticesiz mubarizeden sonra Haci Celebi xan muttefiqi ile geri cekildi Meqsedine nail ola bilmeyen ve mubarizede meglub edilen Haci Celebi geri donerken Penaheli xan bu vaxtacan bir sikkesiz gumus idi biz geldik ona sikke vurduq ve qayitdiq deye vurguladi 12 14 15 Insa edilmesi Redakte Hemcinin bax Gavurqala Agdam Sahbulaq qalasinin cenub terefinden gorunusu Rusiya herb tarixcisi Vasili Pottonun eskizi 1901 ci il Bayat doyusunden sonra Penaheli xan fikirlesdi ki xanliga daha etibarli qala lazimdir 16 Cunki Bayat qalasinin strateji movqeyi zeif iqlimi isti oldugundan orada uzun muddet boyuk herbi quvve saxlamaq mumkun deyildi 17 Buna gore de Penaheli xan Agdamin 5 6 kilometrliyinde 17 yerlesen Sahbulaq adlanan yerde insaat islerine baslanildi ve kicik qala seher halina salindi 17 18 Penaheli xanin iqametgahini Bayat qalasindan Sahbulaq qalasina kocurtmesini Mirze Adigozel bey bele tesvir edir Bundan sonra Penah xam dusundu ki men tezebine bir adamam Cavansir ve Otuziki elati Xemse meliklikleri mene dusmendir Men gerek mohkem bir yerde mesken ve menzil salam Dusmeni def etmekden kahalliq ve fesad ehli ile mubarizede sehlenkarliq etmeyem Buna gore Bayat seherini dagitdi ve gelib bir tepenin eteyinde Sah bulagi adi ile meshur olan bir qala bina etdi 15 17 Mirze Adigozel beyin yazdigina gore Penaheli xan bu isleri 1751 1752 ci illerde hicri 1165 ci il bitirerek orani ozune iqametgah etdi 19 Ehmed bey Cavansirin yazdigina gore Sahbulaq qalasi 20 noyabr 1751 ci il 7 noyabr 1752 ci il tarixleri arasinda insa edilmisdir 17 Ehmed bey Cavansir Penaheli xanin oz iqametgahini Bayat qalasindan Sahbulaq qalasina 1752 ci ilde kocurduyunu yazir 20 Mirze Adigozel bey yazir ki Mehemmedhesen xan Qacarin Qarabaga yurusunden sonra Penaheli xan ve bezi diger xanlar Haci Celebiye qarsi vurusmaq ucun II Iraklinin dusergesine getmis ve hebs olunmusdular 21 Burada tarixci hadiselerin ardicilligini bir qeder qarisdirmisdir 22 XVIII esr tarixcilerinin qeydlerinden melum olur ki Penaheli xanin Bayat qalasindan Sahbulaq qalasina kocmesi 1751 ci il onun hiyle ile II Irakli terefinden tutulmasi Haci Celebi terefinden ise azad edilmesini ise 1752 ci il olaraq qebul edirler Qarabagnamelerin muellifleri de bu tarixleri de oldugu kimi tesdiq edirler 23 Mirze Camal Sahbulaq qalasinin 1751 1752 ci illerde 1165 ci hicri ilinde insa olundugunu yazaraq Penaheli xanin uc dord il orada yasadigini qeyd edir 24 Mir Mehdi Xezani ise yanlis olaraq Sahbulaq qalasinin 1761 1762 ci ilde insa olundugunu yazir 25 Mir Mehdi Xezani Penaheli xanin ilk iqametgahinin kocurulmesinin sebebini daha deqiq izah ederek yazir ki Bayat qalasi aranda yerlesdiyine gore yay feslinde elatlar o etrafda dayanmayib yaylaga kocduyune gore zeruret olanda onlara el yetismirdi Abbasqulu aga Bakixanov yazir ki Sahbulaq adli yerde vaxtile Sefevi sahi I Sah Abbas qislamisdi 26 27 Rzaqulu bey yazir Penah xan Xacin ehalisinin fitne fesadindan xatircem ve asude olub onlara ayrica melikler teyin ve hamisini ozune tabe etdikden sonra Sahbulaq adlanan Ternekut qalasini tikdirmeyi lazim bildi Ona gore de Bayat qalasini buraxib Sahbulaqda bir tepenin ustunde boyuk bir bulagin yaninda qala tikdirdi Bu qalanin etrafina uca bir yerde genis hasar cekdirdi Bazar meydan hamam ve mescid tikdirib hicri 1165 1751 52 ci ilde butun ellerin ailesini ve boyuklerin evlerini senetkarlan ozunun yaxin adamlarini ve qulluqcularini Sahbulaq qalasinda yerlesdirdi 28 XIX esr Qarabag tarixcilerinin melumatina gore Penaheli xanin gosterisi ile burada qala das evler mescid hamam ve bazar insa edilir Sahbulaginda mulki ve dini binalarin insa edilmesi haqqinda melumatlara Mirze Yusif Qarabagi ve Mirze Camal Cavansir Qarabaginin eserlerinde rast gelmek mumkundur 17 M C Cavansir Qarabag tarixi adli eserindeki Rehmetlik Penah xan terefinden Qarabagda insa edilmis abideler ve binalar haqqinda adli bolmede qeyd edir Penah xanin gosterisi ile dasdan Sahbulaq qalasi bulaq yaninda mescid hamam seher binalari ve bazar insa edilmisdir Insaat isleri 1751 1752 ci illerde hicri 1165 ci il tamamlanmisdir Yeni qalaya kocen ve movqelerini mohkemlendiren xan evvelki qerargahini dagitmaga gosteris verir 17 Sahbulaq qalasinin XIX esre aid gorunusu Sahbulaq erazisindeki insaat isleri xususile qala ve mescidin memarligi sonradan Susada aparilan insaat islerine ehemiyyetli tesir gostermisdir 29 Demek olar ki Susanin butun qaladaxili qesrleri memarliq planlasdirma ve hecm feza strukturu baximindan Sahbulaq qesrinin xususiyyetlerini tekrarlayir 30 Lakin bir muddet sonra yaxinlari Penaheli xana yeni qalanin insasi ucun daha tehlukesiz yer secmeyi meslehet gorurler ve belelikle Susa qalasinin insasina qerar verilir 29 Memarliq abidesinin tikinti isleri Agdamin Sahbulaq adli erazisinde baslamisdir Ehtimal ki Agdamda salinmis yeni qala seherin adi da burada yerlesen gursulu bulaqin adindan Sahbulagindan goturulmusdur 19 Sahbulaq qalasi Qarabag xanliginin erazisinde insa etdirilen ikinci qaladir Sahbulaq qalasi Susa qalasinin salinmasindan sonra sadece Sahbulaq iqametgahi bir muddet sonra ise qala tipli qesr kimi fealiyyet gostermisdir 19 31 Sahbulaq qalasinin da cografiya movqeyi de elcatmaz ve agaclarla bagli olan bir erazi idi Qalanin terefleri sildirimli qayalarla herterefli ortulmusdu Qala tehlukesiz yer idi Paytaxtin Sahbulaq qalasindan Susa qalasina kocurulmesinin sebebi Susa qalasinin ebedi kecilmez elcatmaz yer idi Susa qalasi hetta en guclu dusmenin bele onu muhasireye almasina imkan vermirdi Penaheli xan cox tehlukesiz bir erazi isteyirdi Buna gore de o paytaxti Sahbulaqdan Susaya kocurmusdu 32 33 Qala daxilinde bulaqlarin coxluq teskil etmesi melumati o dovr muelliflerinin eserlerinde yer alir Sahbulaq qalasi Agdamin 10 kilometrliyinde daglarin eteklerinde cesmeli bir erazini teskil edirdi Xanligin merkezi olacaq qalanin burada salinmasi her cehetden elverisli idi Cunki qalada quyu qazilmasina ehtiyac o qeder de yox idi Adindan gorunduyu kimi qala Sahbulagi adlanan erazide insa edilmisdi 34 Sahbulaq qalasinin murekkeb mudafie plani guclu hazirlanmisdi Bir nece defe hucumlara meruz qalan qalanin insasina defelerle yuksek meblegde pullar ayirilmisdir Abbas Mirze basda olmaqla bir nece hokmdarin qalaya hucumu ugursuzluqla neticelenmisdi 35 Vasili Potto bildirir ki Sahbulaq qalasinin mudafie plani guclu hazirlansa da Susa qalasinin mudafie plani cox guclu hazirlanmisdi Bu ve diger sebeblerden paytaxt Susa edilmisdi Sahbulaq qalasinda her uc terefi ordu baximindan guclendirilmisdi Cunki Penah xan elcatmaz elverisli guclendirilmis merkez isteyirdi 19 36 1805 ci ilin mayin 14 de Qarabag xani Ibrahimxelil xan Rusiya ile Kurekcay muqavilesi imzalamisdi 37 Bunu goren Qacar sahzadesi Abbas Mirze 1805 ci ilin iyunun ortalarinda Qarabaga daxil oldu Qacar qosunu terefinden Sahbulaq qalasini muhasireye alindi Rus qosunu teslim olmadi Bunu goren Abbas Mirze geri cekilmeye mecbur oldu Rusiya herb tarixcisi Vasili Potto Qacar sahzadesinin bu yurusunden sonra yazirdi ki Sahbulaq qalasi Iran veliehdi Abbas Mirzenin yurusunden sonra yararsiz veziyyete dusmusdur Bu veziyyetde olmasina baxmayaraq qala tipli qesrde yeniden tikinti isleri baslamisdir Qalanin mudafie meqsedli plani yaxsi hazirlanmisdir Hemcinin qalanin cografiya movqeyi elcatmaz ve memarliq strukturu da yaxsidir 19 Hazirki veziyyeti Redakte Tedqiqatcilarin qenaetine gore Sahbulaq qalasi memarliq uslubu Qarabag xanligindaki insa edilen bir sira tikililerin o cumleden Qarabagin merkezi Susa seherinin insaat islerine ehemiyyetli tesir gostermisdir 29 Bu memarliq abidesi I Qarabag muharibesine qeder yaxsi muhafize edilib saxlanmisdi SSRI dovrunde Agdam rayonuna gelen butun ecnebi qonaqlar bu abideni ziyaret edirdiler Abide kompleksi hemise diqqet merkezinde oldugundan bir nov Agdam rayonunun simvoluna cevrilmisdi 38 Agdam rayonu 1993 cu ilde ermeni isgalcilari terefinden isgal edilmisdir Sahbulaq qalasi da rayonun daxilinde idi Ermeni isgalcilari abidenin daxilinde olan mescid hamam ve bulaqlari dagidiblar Hal hazirda Sahbulaq qalasi temir edilmis ermeniler terefinden kilse kimi istifade edilir 39 Burada aparilan qazinti islerinin maliyelesdirilmesi Ermenistan hokumeti terefinden Irevandaki ictimai teskilatlarin birliyi statusunu dasiyan Erkir teskilatinin vasitesi ile 2005 ci ilden maliyyelesdirilir 39 Memarliq xususiyyetleri Redakte Sahbulaq qalasinin 2010 cu ilde cekilen daxili gorunusu Sekilde qalanin magzallari ve burcleri oz eksini tapmisdir Sekil ermeni isgalindan sonraya aiddir Qalanin arxadan gorunusu Sekilde qalanin magzallari ve burcleri oz eksini tapmisdir Sekil ermeni isgalindan sonraya aiddir Qalanin ustden gorunusu Sekilde qalaya cixilan pillekenler ve magzallar oz eksin tapmisdir Sekil ermeni isgalindan sonraya aiddir 1751 1752 ci illerde Ternekut adlandirilan erazide Sahbulaginin ustunde Avropadaki orta esr qalalarina mexsus ezemetli gorunusde meshur Sahbulaq qalasi insa edilmisdir Bu qala tipli saray kompleksi yerli insaat materiallari olan ehengden ve dag daslarindan insa olunmusdu Kompleks guclu muhafizeye malik oldugundan onu qifil kilid adlandirmisdilar Kompleksin muhafize divarlari yaxinliginda Qarabag xan sarayi yerlesirdi 39 Qala insa planina esasen duzbucaqli formada insa edilmisdir Kompleksin etrafi muhafize divarlari dairevi ve yarimsilindirik formali nezaretci qulleleri ile ehate olunmusdu Qalanin divarlarinin hundurluyu 7 metr qullenin hundurluyu ise 8 5 metr idi Kompleksin girisi serq divarinin merkezinden qoyulmusdu Qalanin simali qerbinde bulagin yaxinliginda kicik ibadet zalindan ve kulefrengiden ibaret cox da boyuk olmayan Sahbulaq mescidi de insa edilmisdi 39 40 Qalanin girsinin daxilden gorunusu Sekil ermeni isgalindan sonraya aiddir Qalanin icerisinde divar boyunca tikilmis birmertebeli otaqlarin dami xarici hucumlardan mudafie ucun elverisli pillekan rolunu oynayirdi Otaqlarin ortuk konstruksiyasi bas tagbendlerdir 41 Butunlukle yariyonulmus dasdan tikilmis Sahbulaq qalasi Azerbaycan xanliqlari dovrunun herbi memarliginin sade numunelerinden biridir Sahbulaq qalasi Qarabagin tarixi ile maraqlanan butun muelliflerin yerli ve xarici daxil olmaqla eserlerinde adi vurgulanir ve bu abidenin tarixi deqiqlikle xatirlanir 42 XVIII esrin evvellerinde Azerbaycan xanliqlarinin formalasmasi erefesinde Naxcivan Gence Samaxi kimi boyuk enenevi memarliq mektebi merkezleri tenezzul dovrunu yasayirdilar Azerbaycanin kicik erazilere parcalandigi hemin dovrde bu memarliq merkezleri oz tesir gucunu itirmisdi 43 Yeni paytaxt seherlerde ise saraylar qesrler ve mudafie qalalarinin insasina ehtiyac var idi Buna gore de feodal hakimler yerli kend memarlarini seher insaatina celb etmeye mecbur olurlar Buna gore de hemin memarlarin desti xetti Azerbaycanda XVIII esrin ortalarinda insa edilen yeni seherlerin memarligina ehemiyyetli tesir edir Hemin seherlerin esas tikilileri ucun orta esrlerde insa edilmis binalarda musahide edilen monumentalligin olmamasi insaat materiallarinin yaxsi yonulmamis daslar olmasi xarakterikdir 43 44 Bununla yanasi az meshur olan memarlarin seher insaatina celb edilmesinin boyuk bir musbet ceheti var idi onlar yerli insaat materiallarina yaxsi beled idiler ve onlari nece tikintide tetbiq etmeyi yaxsi bilirdiler 45 Yeni seherlerin memarliginda kecmis memarliq mekteblerinin enenelerini xalq memarlarinin yaradiciligi ile birlesdirirdi Bu dovrun en maraqli sintezleri Seki ve Qarabag xanliqlarinin memarliqlarinda musahide olunur 43 Sahbulaq qalasinda dasdan tikilmis mescid hamam seher evleri ve bazar yerlesirdi Sahbulaqda iki qesr icqala ve xarici qala var idi Icqesr tepenin ustunde gur bulagin yaninda salinmisdi 44 Penaheli xanin iqametgahi yonulmamis daslardan duzbucaqli 8 pilleli sekilde tikilmisdi Iqametgahin mohkem ve hundur divarlari vardi Sahbulaq qala kompleksi 1993 cu ilde ermeniler terefinden isgal edildikden sonra qalanin daxilindeki mescid hamam xan sarayi ve bezi yasayis evleri sokulub dagidilmisdir Yalniz qala kompleksin muhafize divarlari saxlanilmisdir 39 Ic qesr duzbucaqli seklinde idi her kuncde bir qulle serq terefi istisna olmaqla her bir terefin etrafinda bir yarimdairevi formali qulle vardi Xarici qulleler ve divarlarin yuxari hissesi dis dis idi Butun divarlar ve qulleler boyu doyus mazgallari mazgallarin altinda birmertebeli binalar movcud veziyyetde idi Qesrin girisi serq terefden idi ve ikimertebeli prizmasekilli tikili ile mudafie olunurdu Giris kiril elifbasindaki G herfi formasinda idi Prizmatik tikili sekkizinci esas qulle idi ve butun Sahbulaq qalasi uzerinde yukselirdi 39 46 Istinadlar Redakte 1 2 3 4 Abbas Kuli Aga Bakihanov Gyulistan i Iram Period V Karabakh Foundation Shusha ingilis karabakhfoundation org 4 oktyabr 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 War Against Azerbaijan Targeting Cultural Heritage 2007 ISBN 978 9952 8091 4 5 9 sentyabr 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 Tofik Kocharli K istorii Karabahskogo voprosa seh 29 Istifade tarixi 9 iyun 2019 Mirza Adigezal Bek Karabag Name Glavy 1 6 Afterwards in 1165 1755 Panah Khan found a better spot for new fortress Shahbulagh in Tarnakiut and came there to build it on the slope of a hill He designed the project of its buildings mosques markets and bathhouses and built a safe refuge Mirza Yusuf Nersesov A Truthful History olu kecid ing Mustafazade Tofiq 2009 seh 30 1 2 3 4 Camal Mustafayev 2015 Qarabag xani Penaheli xan Cavansir 1693 1763 azerb Portal Azertag az 2 yanvar 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 1 2 3 4 5 6 Qarabag xanligi azerb tarix info 2019 06 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 Mustafazade Tofiq 2009 seh 32 1 2 3 Mustafazade Tofiq 2009 seh 33 1 2 3 Fazil Qaraoglu 2017 1 2 3 4 Faig Ismajylov 2009 seh 112 1 2 Mustafazade Tofiq 2009 seh 33 34 Faig Ismajylov 2009 seh 112 113 1 2 3 4 5 6 7 Avalov 1977 seh 10 Qarabagnemeler III kitab 2006 seh 82 1 2 3 4 5 Faig Ismajylov 2009 seh 113 Zemfira Haciyeva 2007 seh 46 Faig Ismajylov 2009 seh 113 114 Mustafazade Tofiq 2009 seh 34 Zemfira Haciyeva 2007 seh 47 Faig Ismajylov 2009 seh 114 115 Mustafazade Tofiq 2009 seh 35 Zemfira Haciyeva 2007 seh 47 48 Faig Ismajylov 2009 seh 115 Qarabagnameler II kitab 2006 seh 248 1 2 3 Avalov 1977 seh 15 Avalov 1977 seh 16 Avalov 1977 seh 17 Dzhevanshir Ahmedbek 1961 Istoriya Karabahskogo hanstvo s 1747 po 1805 god Baku 8 Dzhevanshir Karabahskij Mirza Dzhamal 1959 Istoriya Karabaha Baku 72 Mustafazade Tofiq 2009 seh 114 115 Mustafazade Tofiq 2009 seh 115 Sahbulaq qalasi azerb kataloq gomap az 2019 06 09 tarixinde arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 Qarabagnameler III kitab 2006 seh 103 104 Tapper Richard 1997 Frontier Nomads of Iran A Political and Social History of the Shahsevan Cambridge University Press 114 115 ISBN 0 521 47340 3 1 2 3 4 5 6 Faig Ismajylov 2009 seh 114 Qarabagnameler II kitab 2006 seh 126 Mustafazade Tofiq 2009 seh 116 Ermeni vandalizmi Esirlikde olan Azerbaycan abideleri Agdam rayonu azerb armenianvandalism az 2019 06 09 tarixinde arxivlesdirilib Istifade tarixi 9 iyun 2019 1 2 3 Avalov 1977 seh 22 1 2 Yunis Huseynov 2007 Qarabagnameler Azerbaycan tarixini oyrenmek ucun menbe kimi Baki Mutercim 34 ISBN 5 8066 1708 4 Salamzade A V 1964 Arhitektura Azerbajdzhana XVI XIX vv Baku 171 Avalov 1977 seh 23Edebiyyat RedakteMustafazade Tofiq 2009 Qarabag xanligi Baki Sabah 333 seh ISBN 5 86106 016 0 Mustafayev Camal 2015 Qarabag xanligi Baki Azerbaycan Xeberleri Qaraoglu Fazil 2017 Tarixde iz buraxanlar Penaheli xan Baki Baki Xeber Haciyeva Zemfira 2007 Qarabag xanligi sosialiqtisadi munasibetler ve dovlet qurulusu Baki Tehsil 254 seh Nazim Axundov Akif Ferzeliyev 2006 Qarabagnameler II kitab Baki Serq Qerb 288 seh Nazim Axundov Akif Ferzeliyev 2006 Qarabagnameler III kitab Baki Serq Qerb 248 seh Avalov Elturan V 1977 Arhitektura goroda Shushi i problemy sohraneniya ego istoricheskogo oblika Baku Elm Ismajylov Faig 2009 Prinuditelnaya armenizaciya Baku Elm Hemcinin bax RedakteSusa qalasi Bayat qalasi Esgeran qalasi Qarabag xanligi Sahbulaq mescidiXarici kecidler Redakte Vikianbarda Sahbulaq qalasi ile elaqeli mediafayllar var Sahbulaq qalasi wikimapia org da Azerbajdzhan feodalnyj Istoricheskie sobytiya Azerbadzhana Drevnij Azerbajdzhan Istifade tarixi 9 iyun 2019 Menbe https az wikipedia org w index php title Sahbulaq qalasi amp oldid 6043208, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.