Əbül-Fida İmadəddin İsmayıl ibn Şəhabəddin Ömər ibn Kəsir ibn Dəv ibn Kəsir əl-Qəysi əl-Qureyşi əl-Busrəvi əd-Dəməşqi əş-Şafii (ərəb. أبو الفداء ابن كثير; 1301, Büsra və ya Dəra – 1373, Dəməşq, Məmlük dövləti) — tarixçi, müfəssir, mühəddis və Şafii fəqihi.
İbn Kəsir | |
---|---|
ərəb. ابن كثير | |
![]() | |
Doğum tarixi | 1301 |
Doğum yeri |
|
Vəfat tarixi | 1373 |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | tarix, təfsir, fiqh |
![]() |
Bioqrafiyası
Hicri 701-ci (1301–1302) ildə Büsranın Mücəydilül-qəryə kəndində dünyaya gəlib. Atasının ölümündən (Cəmaziyəl-əvvəl 703/dekabr 1303) bir neçə il (707/1307–1308) sonra ailəsi ilə birlikdə Dəməşqə köçüb. İbn Kəsrin təhsili ilə böyük qardaşı Kəmaləddin Əbdülvəhhab yaxından maraqlanır. İbn Kəsrə ilk təhsilini verərək ona fiqh öyrədir. İbn Kəsir hicri 711-ci (1311–12) ildə Quranı əzbərləyir. Daha sonra Bürhanəddin İbrahim ibn Əbdürrəhman əl-Fəzaridən və Kəmaləddin ibn Qazı Şöhbədən fiqh təhsili alır. Gənc yaşlarında qələmə aldığı "Əhkamüt-tənbih"ini müəllimi Bürhanəddin əl-Fəzariyə təqdim edib, müəlliminin rəğbətini qazanır. "Muxtəsəru İbnil-Həcib"i Şəmsəddin Mahmud ibn Əbdürrəhman əl-İsfahaniyə oxuyur və icazət (diplom) alır. Bunlardan başqa Şərəfəddin İsa əl-Məqdisi, Bahaəddin ibn Əsakir, Şəmsəddin Məhəmməd ibn Məhəmməd əş-Şirazi, İshaq ibn Yəhya əl-Amidi, Məhəmməd ibn Əhməd ibn Zərrad, İbnüş-Şihnə əl-Həccar, Abdullah ibn Məhəmməd ibn Yusif əl-Məqdisi və Yusif ibn Əbdürrəhman əl-Mizzidən hədis, Ələməddin əl-Birzəli və Zəhəbidən hədis və tarix, Məhəmməd ibn Şərəfəddin əl-Baaləbəkkidən qiraət, Təqiyyüddin ibn Teymiyyədən kəlam və fiqh dərsləri almışdır. Bu müəllimlərindən daha çox təsirlənib: Bürhanəddin əl-Fəzari, qayınatası Yusif əl-Mizzi, Zəhəbi və İbn Teymiyyə. Bunlardan başqa icazət aldığı müəllimlərindən bəziləri bunlardır: Şəmsəddin əl-İsfahani, Əbül-Fəth əd-Debusi, Əli ibn Ömər əl-Vani, Yusif əl-Hutəni, Əbu Musa el-Qərafi və İbnüd-Dəvalibi əl-Bağdadi.
İbn Kəsir təhsili başa vurduqdan sonra xətib, müəllim, qiraət alimi, müftü və məhkəmə şurası üzvü olaraq müxtəlif vəzifələrdə çalışıb. Cəmaziyəl-əvvəl hicri 736-cı (27 dekabr 1335) ildə Dəməşqdə Şafiilər üçün təhsis edilmiş Nəcibiyyə mədrəsəsində dərs deməyə başladı və ölümünə qədər də bu vəzifəni icra etdi.
Əsərləri
O, tarix, təbəqat, təsfir, hədis və fiqh sahələrinə aid əsərlər qələmə alıb. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: əl-Bidayə vən-Nihayə (İbn Kəsrin görkəmli tarixçilərdən hesab olunmasına təmin edən əsəri), Sirətü Əbi Bəkr əs-Siddiq,Sirətü Ömər ibn əl-Xəttab,Təfsirül-Quranil-əzim, İxtisaru Ülumil-hədis, Şərhu Səhihil-Buxari,Kitabüs-Səma və s.
Görüş və metodları
Fiqhdə Şafii məzhəbinə mənsub olsa da, İbn Kəsir digər məzhəblərin görüşlərinə də açıq idi. İbn Teymiyyənin təsirində qalaraq onun görüşlərini mənimsəmiş, xəlifəliyin Qureyş nəsli ilə məhdudlaşdırılmasını müdafiə etməsi istisna olmaqla, digər dini-siyasi məsələlərdə onun fikirlərinə sadiq qalmışdır. Cüneydi-Bağdadi, Əbu Talib əl-Məkki, Əbdülkərim ibn Həvazin əl-Quşeyri və Şəhabəddin əs-Sührəvərdi kimi ilk dövr sufilərindən hörmətlə bəhs etmiş, lakin təriqətləri qəbul etməmişdir. Şiəliyə qarşı sərt bir mövqe sərgiləmiş və əsərlərində "İsrailiyyat" adlanan yəhudi mənşəli rəvayətlərə yer verməmişdir.
İstinadlar
- AA.VV. Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1913.
- Али-заде А. Ибн Касир (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- "Ebul-Fida ibn Kesir". TDV İslam Ansiklopedisi. 03.06.2025 tarixində arxivləşdirilib.
- İbn Kəsir. əl-Bidayə (ərəb). XIV. Qahirə. 1932–39. 21.
- İbn Kəsir. əl-Bidayə (ərəb). VII. Qahirə. 1932–39. 18.
- İbn Kəsir. əl-Bidayə (ərəb). III. Qahirə. 1932–39. 3.
- İbn Kəsir. əl-Bidayə (ərəb). XI. Qahirə. 1932–39. 33.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebul Fida Imadeddin Ismayil ibn Sehabeddin Omer ibn Kesir ibn Dev ibn Kesir el Qeysi el Qureysi el Busrevi ed Demesqi es Safii ereb أبو الفداء ابن كثير 1301 Busra ve ya Dera 1373 Demesq Memluk dovleti tarixci mufessir muheddis ve Safii feqihi Ibn Kesirereb ابن كثير Dogum tarixi 1301Dogum yeri Busra ve yaDera Dera muhafezesi SuriyaVefat tarixi 1373Vefat yeri Demesq Memluk dovleti MisirDefn yeri Meqberetus SufiyyeElm saheleri tarix tefsir fiqh Vikianbarda elaqeli mediafayllarBioqrafiyasiHicri 701 ci 1301 1302 ilde Busranin Muceydilul qerye kendinde dunyaya gelib Atasinin olumunden Cemaziyel evvel 703 dekabr 1303 bir nece il 707 1307 1308 sonra ailesi ile birlikde Demesqe kocub Ibn Kesrin tehsili ile boyuk qardasi Kemaleddin Ebdulvehhab yaxindan maraqlanir Ibn Kesre ilk tehsilini vererek ona fiqh oyredir Ibn Kesir hicri 711 ci 1311 12 ilde Qurani ezberleyir Daha sonra Burhaneddin Ibrahim ibn Ebdurrehman el Fezariden ve Kemaleddin ibn Qazi Sohbeden fiqh tehsili alir Genc yaslarinda qeleme aldigi Ehkamut tenbih ini muellimi Burhaneddin el Fezariye teqdim edib muelliminin regbetini qazanir Muxteseru Ibnil Hecib i Semseddin Mahmud ibn Ebdurrehman el Isfahaniye oxuyur ve icazet diplom alir Bunlardan basqa Serefeddin Isa el Meqdisi Bahaeddin ibn Esakir Semseddin Mehemmed ibn Mehemmed es Sirazi Ishaq ibn Yehya el Amidi Mehemmed ibn Ehmed ibn Zerrad Ibnus Sihne el Heccar Abdullah ibn Mehemmed ibn Yusif el Meqdisi ve Yusif ibn Ebdurrehman el Mizziden hedis Elemeddin el Birzeli ve Zehebiden hedis ve tarix Mehemmed ibn Serefeddin el Baalebekkiden qiraet Teqiyyuddin ibn Teymiyyeden kelam ve fiqh dersleri almisdir Bu muellimlerinden daha cox tesirlenib Burhaneddin el Fezari qayinatasi Yusif el Mizzi Zehebi ve Ibn Teymiyye Bunlardan basqa icazet aldigi muellimlerinden bezileri bunlardir Semseddin el Isfahani Ebul Feth ed Debusi Eli ibn Omer el Vani Yusif el Huteni Ebu Musa el Qerafi ve Ibnud Devalibi el Bagdadi Ibn Kesir tehsili basa vurduqdan sonra xetib muellim qiraet alimi muftu ve mehkeme surasi uzvu olaraq muxtelif vezifelerde calisib Cemaziyel evvel hicri 736 ci 27 dekabr 1335 ilde Demesqde Safiiler ucun tehsis edilmis Necibiyye medresesinde ders demeye basladi ve olumune qeder de bu vezifeni icra etdi EserleriO tarix tebeqat tesfir hedis ve fiqh sahelerine aid eserler qeleme alib Qeleme aldigi eserlerden bezileri bunlardir el Bidaye ven Nihaye Ibn Kesrin gorkemli tarixcilerden hesab olunmasina temin eden eseri Siretu Ebi Bekr es Siddiq Siretu Omer ibn el Xettab Tefsirul Quranil ezim Ixtisaru Ulumil hedis Serhu Sehihil Buxari Kitabus Sema ve s Gorus ve metodlariFiqhde Safii mezhebine mensub olsa da Ibn Kesir diger mezheblerin goruslerine de aciq idi Ibn Teymiyyenin tesirinde qalaraq onun goruslerini menimsemis xelifeliyin Qureys nesli ile mehdudlasdirilmasini mudafie etmesi istisna olmaqla diger dini siyasi meselelerde onun fikirlerine sadiq qalmisdir Cuneydi Bagdadi Ebu Talib el Mekki Ebdulkerim ibn Hevazin el Quseyri ve Sehabeddin es Suhreverdi kimi ilk dovr sufilerinden hormetle behs etmis lakin teriqetleri qebul etmemisdir Sieliye qarsi sert bir movqe sergilemis ve eserlerinde Israiliyyat adlanan yehudi menseli revayetlere yer vermemisdir IstinadlarAA VV Encyclopaedia of Islam Encyclopedie de l Islam fr 1913 Ali zade A Ibn Kasir rus Islamskij enciklopedicheskij slovarMoskva Ansar 2007 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Ebul Fida ibn Kesir TDV Islam Ansiklopedisi 03 06 2025 tarixinde arxivlesdirilib Ibn Kesir el Bidaye ereb XIV Qahire 1932 39 21 Ibn Kesir el Bidaye ereb VII Qahire 1932 39 18 Ibn Kesir el Bidaye ereb III Qahire 1932 39 3 Ibn Kesir el Bidaye ereb XI Qahire 1932 39 33