Çiriquanolar – Boliviyanın cənubunda (Tarixa, Santa-Krus və Çukisaka departamentləri), həmçinin Argentina və Paraqvayın həmsərhəd rayonlarında yaşayan tupi-quarani qrupundan hindi xalqı. Sayları təqribən 15 min nəfərdir. Quarani dilində danışırlar, ispan dili də yayılmışdır. Dindarları xristiandır.
Ümumi məlumat
| ]Təcrid olunmuş lokal qruplara (isosenyolar, quarasukvelər, quarayular və b.) bölünürlər. 16 əsrin ortalarından 19 əsrin sonlarınadək Avropa müstəmləkəçilərinə uzunmüddətli müqavimət göstərmişlər. Əsas ənənəvi məşğuliyyətləri talalarda toxa əkinçiliyidir (qarğıdalı, balqabaq, şirin kartof, paxla, tütün, pambıq). Ovçuluq, balıqçılıq və yığıcılıq az əhəmiyyət kəsb etmişdir. Ənənəvi sənətkarlıq sahələri dulusçuluq (həndəsi ornamentli qablar), toxuculuq və hörmədir. İndiki Ç. at, qoyun, mal-qara, toyuq saxlayırlar. Əsasən, Argentinada, k.t.-nın ayrı-ayrı sahələrində muzdla işləyirlər. Ənənəvi yaşayış məskənləri mərkəzi meydanın ətrafında yerləşən 3–5 düzbucaqlı evdən ibarət idi. Hər evdə böyük patriarxal ailə yaşayırdı. Gəlin üçün işləyib ödəmə və müvəqqəti matrilokal nikah saxlanılırdı. Müasir evləri kiçik ailələr üçün olan düzbucaqlı komalardır. Qadın geyimləri uzun, çiyində düymələnən tunikayabənzər paltar, kişilərdə isə dəri şalar və ponçodur (keçmişdə beli qaytanla bağlanırdı). Müasir kişi geyimləri avropasayağıdır. Mifologiya və folklor qorunub saxlanılmışdır.
Xarici keçidlər
| ] Etnik qrup haqqında olan bu məqalə . Məqaləni Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Ciriquanolar Boliviyanin cenubunda Tarixa Santa Krus ve Cukisaka departamentleri hemcinin Argentina ve Paraqvayin hemserhed rayonlarinda yasayan tupi quarani qrupundan hindi xalqi Saylari teqriben 15 min neferdir Quarani dilinde danisirlar ispan dili de yayilmisdir Dindarlari xristiandir Umumi melumat span Tecrid olunmus lokal qruplara isosenyolar quarasukveler quarayular ve b bolunurler 16 esrin ortalarindan 19 esrin sonlarinadek Avropa mustemlekecilerine uzunmuddetli muqavimet gostermisler Esas enenevi mesguliyyetleri talalarda toxa ekinciliyidir qargidali balqabaq sirin kartof paxla tutun pambiq Ovculuq baliqciliq ve yigiciliq az ehemiyyet kesb etmisdir Enenevi senetkarliq saheleri dulusculuq hendesi ornamentli qablar toxuculuq ve hormedir Indiki C at qoyun mal qara toyuq saxlayirlar Esasen Argentinada k t nin ayri ayri sahelerinde muzdla isleyirler Enenevi yasayis meskenleri merkezi meydanin etrafinda yerlesen 3 5 duzbucaqli evden ibaret idi Her evde boyuk patriarxal aile yasayirdi Gelin ucun isleyib odeme ve muveqqeti matrilokal nikah saxlanilirdi Muasir evleri kicik aileler ucun olan duzbucaqli komalardir Qadin geyimleri uzun ciyinde duymelenen tunikayabenzer paltar kisilerde ise deri salar ve poncodur kecmisde beli qaytanla baglanirdi Muasir kisi geyimleri avropasayagidir Mifologiya ve folklor qorunub saxlanilmisdir Xarici kecidler span Etnik qrup haqqinda olan bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Kateqoriyalar Etnik qrup qaralamalariHindilerBoliviyada yasayan etnik qruplar
