Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Sədərək döyüşləri 1990 1993 cü ildə Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələr

Sədərək döyüşləri

Sədərək döyüşləri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Sədərək döyüşləri — 1990–1993-cü ildə Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə.

Sədərək döyüşləri
Qarabağ münaqişəsi
imageimage
imageimage
imageimage
Tarix 15 yanvar 1990 – 1993
Yeri Kərki, Sədərək rayonu, Azərbaycan
Səbəbi Ermənistan Silahlı Qüvvələrinin NMR-ni işğal etmək istəməsi
Nəticəsi Ermənistan Silahlı Qüvvələri Sədərək rayonunun Kərki kəndini işğal etdi.
Naxçıvan Muxtar Respublikasına girə bilmədi.
Münaqişə tərəfləri

image Azərbaycan (1991–1993)
image Naxçıvan Muxtar Respublikası (1990–1993)
image Azərbaycan SSR (1990–1991)
image Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (1990)

image Ermənistan (1991–1993)
image Ermənistan SSR (1990–1991)

Komandan(lar)

image Əbülfəz Elçibəy (1992)
image Heydər Əliyev (1993)

bilinmir

İtkilər

108

bilinmir

Zəmin

Ermənilərin Sədərəyə, ümumən Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdən başlamır. 1918–1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub. Qırx nəfəri sədərəkli olan "Qırmızı Tabor"un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmayanda "Qırmızı Tabor"un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində daşnak dəstələrini susturmuşdur.

Moskva və 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqavilələrinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr torpaq sahəsi Ermənistan SSR-ə verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi.

1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.

Döyüşlərin gedişi

Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən Kərkiyə "Qaraağac–Cəhənnəmdərə" yolu ilə yük maşınıyla, bəzən də piyada 30–40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərə qədər kərkililərlə birlikdə kəndi qoruyurdular. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən 18–19-a qədər şiddətli atəş olub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, müasir silahlarla silahlanmış ermənilərlə döyüşən Kərkinin müdafiəçilərinin bütün səylərinə baxmayaraq, SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun sayəsində Şərur rayonunun Kərki kəndi işğal olunur. Ermənistan Silahlı Qüvvələri Kərki kəndini işğal etməklə Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Əjdaha, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi mühasirə vəziyyətinə salmışdı.

1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da təxminən səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qalıb. Həmin vaxt ermənilər muxtar respublikanın, demək olar ki, bütün sərhəd kəndlərini atəşə tutsalar da, əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. Sədərək yanvarın 19-da şiddətli top atəşinə tutulub.

Naxçıvanda Sovet Ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası başlayıb. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan edib. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunub ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilib.

Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi:

image 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə. image

1990-cı il iyul ayının 22-də Naxçıvana səfər edən Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir.

Sədərəyin müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 29 avqust 1990-cı ildə Sədərək rayonu yaradılır. Buna qədər Sədərək Şərur rayonunun tərkibində olub.

18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri üç istiqamətdən – Əjdaha dağı, Beşbarmaq–Ucubiz və Mil dağı–Qaraburun istiqamətlərindən hücuma keçib Sədərək rayonunu işğal etmək istəyirdi. Ermənistanın ağır hücum əməliyyatları nəticəsində Azərbaycan tərəfindən 38 nəfər şəhid olur. Mildə şəhid olanlardan 17 nəfərin nəşini götürmək mümkün olmur. Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Heydər Əliyev ağır yaralıların Türkiyəyə göndərilməsi üçün ciddi tapşırıqlar verir.

Sədərək 1990–1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb.

1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Sədərək rayonu ərazisində 71 ailədən ibarət salınan qəsəbə ermənilərin hücumu nəticəsində bərbad vəziyyətə düşsə də, yenidən abadlaşdırılıb. Sakinlərin təşəbbüsü ilə yaradıcısı və qurucusu Heydər Əliyevin şərəfinə qəsəbə Heydərabad adlandırılıb.

1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.

İstinadlar

  1. Rövşən Hüseynov. "Naxçıvanın qeyrət qalası". anl.az (az.). İstifadə tarixi: 2 mart 2023.
  2. İsmayıl Hacıyev. "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü". anl.az (az.). İstifadə tarixi: 3 mart 2023.
  3. "Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi". naxcivantv.az (az.). 2023-03-02 tarixində . İstifadə tarixi: 3 mart 2023.
  4. Rauf Kəngərli. "Sıx birliyimizin simvolu, ilk qələbəmiz, düşmənin ilk məğlubiyyəti – Sədərək döyüşləri". azertag.az (az.). 2022-05-20 tarixində . İstifadə tarixi: 3 mart 2023.
  5. "Ermənilərin Naxçıvanı işğal etmək planı necə pozuldu?". ikisahil.az (az.). İstifadə tarixi: 3 mart 2023.
  6. Ruhiyyə Rəsulova. "Naxçıvanın qeyrət qalası - Sədərək". mod.gov.az (az.). İstifadə tarixi: 3 mart 2023.
  7. "Sədərək döyüşləri". discoverazerbaijan.az (az.). 14 oktyabr 2012 tarixində . İstifadə tarixi: 3 mart 2023.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Sederek doyusleri 1990 1993 cu ilde Naxcivan Muxtar Respublikasinda bas vermis Azerbaycan ve Ermenistan Silahli Quvveleri arasinda herbi munaqise Sederek doyusleriQarabag munaqisesiTarix 15 yanvar 1990 1993Yeri Kerki Sederek rayonu AzerbaycanSebebi Ermenistan Silahli Quvvelerinin NMR ni isgal etmek istemesiNeticesi Ermenistan Silahli Quvveleri Sederek rayonunun Kerki kendini isgal etdi Naxcivan Muxtar Respublikasina gire bilmedi Munaqise terefleriAzerbaycan 1991 1993 Naxcivan Muxtar Respublikasi 1990 1993 Azerbaycan SSR 1990 1991 Naxcivan Muxtar Sovet Sosialist Respublikasi 1990 Ermenistan 1991 1993 Ermenistan SSR 1990 1991 Komandan lar Ebulfez Elcibey 1992 Heyder Eliyev 1993 bilinmirItkiler108 bilinmirZeminErmenilerin Sedereye umumen Naxcivana Azerbaycana torpaq iddialari 1990 ci illerden baslamir 1918 1920 ci illerde Sederek ehalisinin ermenilere qarsi apardigi mubarizede Abbasqulu bey Sadlinskinin rehberliyi ile teskil olunmus Qirmizi Tabor un boyuk xidmetleri olub Qirx neferi sederekli olan Qirmizi Tabor un esas qerargahi bir muddet Sederekde yerlesib Dereleyez ve Zengezur daglarina cekilmis dasnak desteleri hucumlari ile Serur ehalisini rahat buraxmayanda Qirmizi Tabor un doyusculeri 40 kilometrlik cebhe xettinde dasnak destelerini susturmusdur Moskva ve 1921 ci il oktyabr ayinin 13 de imzalanmis Qars muqavilelerine baxmayaraq hec bir esasli sebeb olmadan her iki muqavilenin sertleri kobud sekilde pozulmus ve hemin muqavileleri qanunsuz olaraq Zaqafqaziya SFSR MIK Reyaset heyetinin 18 fevral 1929 cu il tarixli qerari ile Azerbaycanin Naxcivan MSSR erazisinden 657 kvadrat kilometr torpaq sahesi Ermenistan SSR e verilmisdir Neticede azerbaycanli ehali zaman zaman hemin erazileri terk etmis ve bu torpaqlar saxta yolla Ermenistan erazisine cevrilmisdir Azerbaycan Merkezi Icraiyye Komitesinin 5 may 1938 ci il tarixli qerari ile Naxcivan Muxtar Respublikasinin Kerki kendinin etrafindaki torpaqlarin xeyli hissesi Ermenistana verildi 1988 ci ilde Dagliq Qarabagda ermeni separatizmine qarsi SSRI terefinden lazimi tedbirler gorulmediyinden ermeniler artiq Naxcivana da hucum etmeye baslayirlar Ilk hedef Sederekden 10 km arali yerlesen ve her terefden Ermenistanla serhed olan Kerki anklavi idi 1989 cu il dekabrin sonlarinda veziyyet daha da gerginlesir Kendin uc yerinde post qurulsa ve her postda 15 nefer konullu olsa da bununla yanasi muxtar respublikanin diger rayonlarindan bura komek gelse de bu yasayis menteqesini dusmenden qorumaga kifayet etmirdi Cunki dord bir terefi dusmenle ehate olunan kendi qoruyan konullulerin silahi da az idi Daha sonra konullulere kendin Sovet esgerlerinin qoruyacagi deyilir Konulluler kendi Sovet esgerlerine tehvil verdikden sonra onlar da oz novbelerinde kendi ermenilere verirler Doyuslerin gedisiErmeniler Sederekden Kerkiye geden avtomobil yolunu kesdiyinden her axsam Sederekden Kerkiye Qaraagac Cehennemdere yolu ile yuk masiniyla bezen de piyada 30 40 nefer konullu mudafieci gedir geceni sehere qeder kerkililerle birlikde kendi qoruyurdular 1990 ci il yanvarin 15 de seher saat 4 radelerinden 18 19 a qeder siddetli ates olub 30 neferedek Kerki sakini Serur Rayon Polis Sobesinin 3 emekdasi ile birlikde 2 minden cox silahli ermeniye qarsi vurussa da muasir silahlarla silahlanmis ermenilerle doyusen Kerkinin mudafiecilerinin butun seylerine baxmayaraq SSRI Mudafie Nazirliyinin 7 ci ordusunun sayesinde Serur rayonunun Kerki kendi isgal olunur Ermenistan Silahli Quvveleri Kerki kendini isgal etmekle Sedereyin simali serq istiqametinden oz herbi quvvelerini Sedereye teref xeyli irelilede bilmis Ejdaha Cintendiri Besbarmaq Ucubiz ve Mil istiqametlerinden Sedereyi muhasire veziyyetine salmisdi 1989 cu il dekabrin 14 de guclu atese tutulan Sederek Gunnut ve Havus kendleri 1990 ci il yanvarin 19 da texminen seher saat 11 radelerinden etibaren daha intensiv hucumlara meruz qalib Hemin vaxt ermeniler muxtar respublikanin demek olar ki butun serhed kendlerini atese tutsalar da esas quvvelerini Sederek istiqametine yoneltmisdiler Sederek yanvarin 19 da siddetli top atesine tutulub Naxcivanda Sovet Ordusunun ermeni herbi birlesmelerine destek vermesine SSRI rehberliyinin tecavuzkar hereketlere goz yummasina qarsi ciddi etiraz dalgasi baslayib 1990 ci il yanvarin 19 da tekce sovet rehberliyini deyil butun dunyani teeccublendiren novbeti hadise bas verib Naxcivan Muxtar Sovet Sosialist Respublikasi SSRI nin terkibinden cixdigini bildirerek ozunu musteqil respublika elan edib Naxcivan MSSR Ali Sovetinin qerarinda qeyd olunub ki bu qerar muxtar respublikanin erazi butovluyu ve vetendaslarinin heyati tehluke qarsisinda qaldigi ve beynelxalq huquqi quvvesi olan Qars muqavilesinin sertleri kobud suretde pozuldugu ucun qebul edilib Qerarda Azerbaycanin o vaxtki kommunist rehberliyinin Naxcivana qarsi ermeni tecavuzune bigane qalmasi da buna sebeb kimi gosterilib Heyder Eliyev 1998 ci il yanvarin 14 de Azerbaycan Respublikasi Konstitusiya Komissiyasinin iclasinda cixisi zamani Naxcivan Muxtar Respublikasinin Konstitusiya statusuna munasibet bildirerken demisdi 1990 ci il yanvarin 19 da Naxcivan Muxtar Respublikasi Ali Sovetinin Naxcivanin Sovetler Ittifaqinin terkibinden cixmasi haqqinda qerari men hesab edirem ki tarixi bir ehemiyyet kesb edibdir Dogrudur Azerbaycanin Ali Soveti yanvarin 29 da bu qerari legv edibdir Amma bu tarixde qalan bir hadisedir Naxcivan Muxtar Respublikasinin insanlari ve Ali Sovetde temsil olunan adamlar oz iradelerini ifade edibler Neye gore Azerbaycana qarsi edilen edaletsizliye gore 1990 ci il iyul ayinin 22 de Naxcivana sefer eden Heyder Eliyev iyulun 28 de Sederek kendine gelir Sedereyin mudafiesini guclendirmek meqsedile Azerbaycan SSR Ali Soveti Reyaset heyetinin qerari ile 29 avqust 1990 ci ilde Sederek rayonu yaradilir Buna qeder Sederek Serur rayonunun terkibinde olub 18 may 1992 ci ilde Ermenistan Silahli Quvveleri uc istiqametden Ejdaha dagi Besbarmaq Ucubiz ve Mil dagi Qaraburun istiqametlerinden hucuma kecib Sederek rayonunu isgal etmek isteyirdi Ermenistanin agir hucum emeliyyatlari neticesinde Azerbaycan terefinden 38 nefer sehid olur Milde sehid olanlardan 17 neferin nesini goturmek mumkun olmur Heyder Eliyevin seyi neticesinde 10 gun sonra doyusdukleri sengerden goturulerek torpaga tapsirilir Heyder Eliyev agir yaralilarin Turkiyeye gonderilmesi ucun ciddi tapsiriqlar verir Sederek 1990 1993 cu illerde 14 defe ermenilerin guclu hucumuna meruz qalib Sedereye 300 e yaxin top mermisi atilib 500 e yaxin ev mekteb ictimai inzibati binalar sosial obyektler dagidilib 1970 ci illerde Heyder Eliyevin tesebbusu ile Sederek rayonu erazisinde 71 aileden ibaret salinan qesebe ermenilerin hucumu neticesinde berbad veziyyete dusse de yeniden abadlasdirilib Sakinlerin tesebbusu ile yaradicisi ve qurucusu Heyder Eliyevin serefine qesebe Heyderabad adlandirilib 1990 1993 cu illerdeki muharibe tarixe Sederek doyusleri kimi dusdu 12 14 km lik doyus zolagi olan Sederekin Kerki kendi Naxcivanin ermeniler terefinden isgal olunmus yegane kendidir IstinadlarRovsen Huseynov Naxcivanin qeyret qalasi anl az az Istifade tarixi 2 mart 2023 Ismayil Haciyev Heyder Eliyev ve Azerbaycanin erazi butovluyu anl az az Istifade tarixi 3 mart 2023 Qedim Kerkuk yadigari qeyret qalasi Sedereyin bagrindan qoparilan ciceyi naxcivantv az az 2023 03 02 tarixinde Istifade tarixi 3 mart 2023 Rauf Kengerli Six birliyimizin simvolu ilk qelebemiz dusmenin ilk meglubiyyeti Sederek doyusleri azertag az az 2022 05 20 tarixinde Istifade tarixi 3 mart 2023 Ermenilerin Naxcivani isgal etmek plani nece pozuldu ikisahil az az Istifade tarixi 3 mart 2023 Ruhiyye Resulova Naxcivanin qeyret qalasi Sederek mod gov az az Istifade tarixi 3 mart 2023 Sederek doyusleri discoverazerbaijan az az 14 oktyabr 2012 tarixinde Istifade tarixi 3 mart 2023

Nəşr tarixi: İyun 24, 2024, 05:05 am
Ən çox oxunan
  • Aprel 02, 2025

    Variety

  • May 07, 2025

    Varidat

  • Fevral 04, 2025

    Vardan Oskanyan

  • Mart 03, 2025

    Vaqiyənəvis

  • Yanvar 27, 2025

    Valyuta birliyi

Gündəlik
  • Azərbaycan dili

  • İran azərbaycanlıları

  • Ərəb dili

  • Türkiyənin qadın nazirlərinin siyahısı

  • Türkiyə

  • HƏMAS–İsrail müharibəsi

  • Yaponiya

  • 1942

  • Azərbaycan Respublikası

  • İlin günlər

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı