Wikipedia
Mirzəqışlaq
Mirzəqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qaraçay bələdiyyəsinin tərkibindədir.
Mirzəqışlaq | |
---|---|
41°22′ şm. e. 48°43′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 250 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 629 (2009) nəfər |
Toponimikası
Mirzəqışlaq oyk., mür. Quba r-nunun Birinci Nügədi i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Mirzə adlı şəxsin keçmiş qışlaq yerində salınmışdır. Oykonim “Mirzənin qışlağı, Mirzəyə məx¬sus qışlaq“ mənasındadır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 629 nəfər əhali yaşayır. Ancaq buna baxmayaraq kəndin əhalisi artmışdır və indi bu kənddə təxminən 800nəfərdən daha çox insan yaşayır. Kəndin milli tərkibidə maraqlıdır, belə ki əhalinin çoxu azərbaycan türkləri olsa da, burada qismən Özbəkistandan deportasiya olunmuş axısqa türkləridə yaşayırlar. Təxminən kəndlilərin 80faizi azərbaycanlılar, qalan 20 faiz (30 ailə) isə axısqa türklərindən ibarətdir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
- . 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |