Wikipedia
15 yanvar
Dekabr – Yanvar – Fevral | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
15 yanvar — Qriqorian təqvimi ilə ilin 15-ci günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1559 — İngiltərə kraliçası I Yelizaveta taxta çıxmışdır.
- 1892 — Basketbol qaydaları bu idman növünün vətəni sayılan ABŞ-ın Massaçusets ştatının Sprinqfild şəhərində elan edilmişdir.
- 1919 — Alman inqilabçıları Roza Lüksemburq və Karl Libknext öldürülmüşlər.
- 1957 — Misir hökuməti ölkədəki bütün ingilis və fransız banklarının milliləşdiriləcəyini elan etmişdir.
- 1964 — III London Konfransında İngiltərə, Türkiyə, Yunanıstan təmsilçiləri ilə birgə Şimali Kiprin və adanın rum qisminin təmsilçiləri də iştirak etmişlər.
- 1985 — Almedia Neves Braziliya prezidenti seçilmişdir.
- 1992 — Avropa dövlətlərinin Xorvatiya və Sloveniyanın müstəqilliyini rəsmən tanıması ilə Yuqoslaviya dağılmışdır.
- 2001 — Vikipediya fəaliyyətə başlamışdır.
Azərbaycanda olan hadisələr
- 1997 — Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurmuşdur.
- 2010 — saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib.
Doğumlar
- 1622 — Jan-Batist Molyer - fransız yazıçı.
- 1809 — Pyer Jozef Prudon - anarxizmin nəzəriyyəçilərindən biri, fransız sosialist və jurnalist.
- 1891 — İlya Erenburq - sovet yazıçısı və jurnalist.
- 1891 — Oslp Mandelştam - şair.
- 1902 — Nazim Hikmət - türk şair.
- 1918 — Camal Əbdül Nasir - Misir prezidenti.
- 1926 — Çak Beri - gitaraçı.
- 1929 — Martin Lüter Kinq - insan hüquqları müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı, amerikalı keşiş.
- 1958 — Boris Tadiç - serb siyasətçi.
- 1972 — Xanlar Fətiyev - Gəncə Futbol Federasiyasının sədri.
- 1994 — Sinan Gümüş - Türk futbolçusu.
- 1999 — Epi - Azərbaycan repçisi.
Ölümlər
- 1919 — Roza Lüksemburq - alman inqilabçı.
Bayramlar və xüsusi günlər
Beynəlxalq Vikipediya günü.
İstinadlar
- Tarixdə bu gün - 15 Yanvar tarixində baş vermiş əsas hadisələr 2019-05-22 at the Wayback Machine
- 15 Yanvar tarixinə olan Bürclər[ölü keçid]
- 15 Yanvar tarixinə olan hava proqnozu[ölü keçid]
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-16.