Vətəndaş Həmrəyliyi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili , xalq hərəkatının fəal üzvlərindən olan Sabir Rüstəmxanlı liderliyində qurulan, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci il tarixində qeydiyyata alınan siyasi partiya. Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) | |
---|---|
Qurucu | |
Sədri | Sabir Rüstəmxanlı |
Sədr müavinləri | Fəzail İbrahimli Samir Əsədli Elxan Mirzəyev Arif İsmayılbəyli Yusif Salmansoy Nəsimi Şərəfxanlı |
Quruluş tarixi | 26 sentyabr 1992 |
Qeydiyyat tarixi | 3 noyabr 1992 |
Baş qərargah | Bakı şəh., Tbilisi pr. 76 |
Üzv sayı | 20 min (2020) |
Şüar | Nicatımız: Vətəndaş Həmrəyliyindədir! |
Parlamentdə | 3 / 125 |
Bələdiyyədə | 6 / 15.156 |
Avropa Şurası Parlament Assambleyasında | 1 / 648 |
Himn | Azadlıq Marşı |
Mətbuat orqanı | Vətəndaş Həmrəyliyi qəzeti |
Saytı | vhp.az |
Partiyanı Azərbaycan Milli Məclisi VI çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində — Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur.
Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır.
Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır.
Tarixi
Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə təsis edilib, 3 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb.
Partiyanın 3 noyabr 1992-ci il tarixində keçirilən təsis qurultayında Nizamnamə, Məramnamə qəbul edilmiş və ilk rəhbərlik seçilmişdir.
Qurucu üzvlər
- Arkadi Şuyski
- Aslan Quliyev
- Aydın Səlimzadə
- Bəhmən Sultanlı
- Cəbrayıl Əlinağıyev
- Çingiz Əlioğlu
- Elxan Mirzəyev
- Eyvaz Borçalı
- Əjdər Qasımov
- Ənvər Əliyev
- İbrahim Əliyev
- İbrahim Yusifzadə
- İdris Dadaşov
- İmamverdi İsmayılov
- İslam Qəribli
- Qəmbər Əsgərov
- Malik Mehdiyev
- Mədət Rüstəmxanlı
- Məmməd Kazım
- Məsiağa Məhəmmədi
- Nadir İbadov
- Nurəddin Mehdixanlı
- Nüsrət Kəsəmənli
- Rafiq Vəlizadə
- Sabir Rüstəmxanlı
- Sadıq Həşimov
- Sevinc Rüstəmova
- Şaban Şahbazov
- Şəfi Danıyalov
- Telman Qardaşov
- Telman Vəlixanlı
- Valeh Əliyev
- Zeydulla Ağayev
İdeologiya
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkədə insan haqqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulmasını hədəfləmişdir.
Təşkilat
Vətəndaş Həmrəylik Partiyasının 80 rayon və 1 Muxtar Respublika təşkilatı var. Partiyanın bu günə kimi 6 (8) qurultayı keçirilib. VHP-nin ali orqanı Qurultaydır. Qurultayda sədr, Ali Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilir. Ali Məclisin sessiyalar arası dövründə əsas qərar verici orqan — Siyasi Şuradır.
Sədrlər
| Siyasi Şura
|
Gənclər Təşkilatı
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı VHP-nin Nizamnaməsini və Məramnaməsini əsas tutaraq öz fəaliyyətini qurur. Təşkilat öz konfransında gizli səs vermə yolu ilə sədrini və digər seçkili qurumlarını üzvlərini seçir. VHP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Müşfiq Talıblı, Talıb Əhədov, Samir Əsədli, Vasif Həsənli, Elçin İmanov, Pərviz Həsənov, Ceyhun Nəbiyev, Emil Bağırov, Baba Qamətli, Pünhan İmamlı, Tural Hüseynli, Amal Ata və Kamran Habiloğlu rəhbərlik ediblər. Hazırda Gənclər Təşkilatına Yusif Xantemir rəhbərlik edir.
Qadınlar Şurası
Vətəndaş Həmrəyliyi Partiyasının Qadınlar Şurası partiyanın qadın üzvlərinin bazası əsasında formalaşdırılmışdır. Hazırda partiyanın 5 rayon təşkilatının sədri də qadındır. Həmçinin VHP üzvü olan qadınlar Ali Məclis və Siyasi Şurada da təmsil olunurlar. Qadınlar Şurasına Almas Qəhramanlı, Ofelya Rəşidqızı, Şəfəq Quliyeva, Rəsmiyyə Sabir rəhbərlik ediblər. Hazırda Azərbaycan Dillər Universitetinin müəllimi Aygün Qurbanlı şuraya rəhbərlik edir.
Ağsaqqallar Şurası
Ağsaqqallar Şurası VHP-nin yaşlı üzvləri əsasında formalaşdırılan qurumdur. Şuraya texnika elmlər doktoru Sabir Həsənov başçılıq edir.
Rəmzləri
Vətəndaş Həmrəyliyi Partiyasının birinci təsis qurultayında simurq formasında, Azərbaycan bayrağı rənglərində olan emblemdən istifadə olunmuşdur.
Gerbi
Vətəndaş Həmrəyliyi Partiyasının əsas atributlarından biri olan gerbin müəllifi tanınmış rəssam-heykəltaraşlar Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk dövlətçilik ənənələrindən qaynaqlanır:
- Ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu həm də hakimiyyət bölgüsünün göstəricisidir, Qanunvericilik, İcra və Məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir.
- Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompozisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir.
- Gerbin ortasında üçrəngli Azərbaycan bayrağı verilmişdir.
- Gerbin tam ortasında Azərbaycanın Odlar Yurdu olaraq əbədi rəmzlərindən biri olan Od-Ocaq çəkilmişdir.
Gerbin əsas variantında "Vətəndaş Həmrəyliyi Partiyası" sözləri yazılmış dairədə 24 Oğuz boyunun Damğaları yerləşdirilmişdir. (Həmin variant partiyanın qərargahında saxlanılır.)
Rəng
Vətəndaş Həmrəyliyi Partiyasının rəngi ağ rəngdir. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.
Himn
Azadlıq Marşı (Yazar: Elçin Mirzəbəyli; Musiqi: Heyratı)
Ey ulu Vətənim, doğma torpağım, | Nəqarət: | Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq, (Nəqarət) | Yad qılınc ilə qırıldıq yetər, (Nəqarət) |
Seçkilərdə
VHP indiyədək bütün parlament, bütün bələdiyyə və 2003-cü il prezident seçkilərində iştirak edib.
Prezident seçkiləri
2003-cü il prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası sədr Sabir Rüstəmxanlının namizədliyini irəli sürmüşdür. Qeydə alınan və seçki bülletenində adı olan 8 namizəddən biri olan Sabir Rüstəmxanlı 19 973 ( 0,82% ) səs toplayaraq seçkiləri 6. sırada tamamlamışdır.
2013-cü il prezident seçkilərində partiya rəhbərliyində təmsil olunan bir çox üzv Demokratik Qüvvələrin Milli Şurasına üzv olaraq ortaq namizəd Cəmil Həsənlinin namizədliyi dəstəkləmişdir. Bu seçkilərdə Cəmil Həsənli 204 642 ( 5,53% ) səs toplayaraq seçkiləri 2. sırada tamamlamışdır.
Parlament seçkiləri
Vətəndaş Həmrəyliyi Partiyası seçkilərə adətən partiya olaraq tək qatılmışdır. 1995-ci il parlament seçkilərində tək mübarizə aparan Vətəndaş Həmrəyliyi Partiyası 70 sayılı Yardımlı-Masallı seçki dairəsindən Sabir Rüstəmxanlının deputat seçilməsiylə parlamentdə təmsil olunmuşdur.
2000-ci parlament seçkilərində nisbi səsvermə yolu ilə seçkilərdə mübarizə aparan Vətəndaş Həmrəyliyi Partiyası partiya siyahıları arasında Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasından sonra 3-cü yeri tutaraq 3 mandat qazanmışdır. Partiyanın vahid namizədlər siyahısından ilk sırada Sabir Rüstəmxanlı, ikinci sırada Fəzail İbrahimli və 3-cü sırada olan Rafael Hüseynov deputat seçilmişdir.
Vətəndaş Həmrəyliyi Partiyası 2005-ci il parlament seçkilərində Ədalət Partiyası və Vahid Azərbaycan Milli Birlik Partiyası ilə Demokratik Azərbaycan Seçki Blokunu yaratmışdır. Həmin seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası 2 (72 saylı Yardımlı-Masallı seçki dairəsindən Sabir Rüstəmxanlı, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov) mandat qazanmışdır. Daha sonra 10 seçki dairəsində seçki nəticələri ləğv olunaraq 2006-cı ildə təkrar seçkilər keçirilmişdir. Bu seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli, 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat seçilmişdir.
2010-cu il parlament seçkilərinə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası ilə Demokratiya Seçki Blokunu təsis edərək qatılın Vətəndaş Həmrəyliyi Partiyası həmin seçkilərdə 3, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası isə 1 mandat qazanmışdır.
2015-ci il parlament seçkilərində partiya sədri Sabir Rüstəmxanlı səhhəti ilə bağlı iştirak etməsə də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov deputat seçilmişdir.
2020-ci il parlament seçkilərində partiya sədri Sabir Rüstəmxanlı seçkilərdə iştirak etmə qərarı almışdır. 61 saylı Neftçala seçki dairəsindən Sabir Rüstəmxanlı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov deputat seçilmişdir.
İl | Sədr | Səs | Yer | Mövqe | Sıra | |||
---|---|---|---|---|---|---|---|---|
# | % | +/- | # | +/- | ||||
Sabir Rüstəmxanlı | 1 / 125 | Müxalifət | ||||||
Sabir Rüstəmxanlı | 3 / 125 | Müxalifət | ||||||
Sabir Rüstəmxanlı | 3 / 125 | Müxalifət | ||||||
Sabir Rüstəmxanlı | 3 / 125 | Ana müxalifət | ||||||
Sabir Rüstəmxanlı | 2 / 125 | Ana müxalifət | ||||||
Sabir Rüstəmxanlı | 3 / 125 | Ana müxalifət |
Bələdiyyə seçkiləri
2019-cu il Bələdiyyə seçkilərinə qatılan VHP-nin 6 üzvü bələdiyyə üzvü seçilib. Onlar Sumqayıt, Bərdə, Göyçay, Neftçala şəhərləri, Bakının Qızıldaş və Beyləqanın Orta Əlinəzərli bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.
Seçim | Genel Başkan | Oy | Sandalye | ||
---|---|---|---|---|---|
# | % | ± Y | |||
1999 | Sabir Rüstəmxanlı | 500 / 20.456 | |||
2004 | Sabir Rüstəmxanlı | 103 / 21.613 | |||
2009 | Sabir Rüstəmxanlı | 61 / 15.591 | |||
2014 | Sabir Rüstəmxanlı | 0 / 15.035 | |||
2019 | Sabir Rüstəmxanlı | 6 / 15.156 |
Qeydlər
- 1 əsas təmsilçi - Rafael Hüseynov
Mənbə
- Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi veb saytı
İstinadlar
- "Arxivlənmiş surət". 2021-04-30 tarixində . İstifadə tarixi: 2021-05-24.
- Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir. azadliq.org 2018-04-07 at the Wayback Machine (azərb.)
- "İlkin nəticələr". 2016-08-25 tarixində . İstifadə tarixi: 2021-05-24.
- . 19 Mart 2007. 2007-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24. (#parameter_ignored); (#invalid_param_val)
- "IPU". 2011-07-26 tarixində . İstifadə tarixi: 2021-05-24.
- 2000 seçkiləri (PDF). 2021-08-01 tarixində (PDF). İstifadə tarixi: 2021-05-24.
- "Ümumi nəticələr". 25 Nisan 2001 tarixində . (#parameter_ignored)
- "Election Passport". 2017-06-30 tarixində . İstifadə tarixi: 2021-05-24.
- "MSK". 2020-09-07 tarixində . İstifadə tarixi: 2021-05-24.