Vahid Abbasov (əsgər)
Vahid Sahib oğlu Abbasov (11 noyabr 1994; Binəqədi rayonu, Azərbaycan — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vahid Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Binəqədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Binəqədi rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Füzuli döyüşləri |
Təltifləri |
Həyatı
Vahid Abbasov 1994-cü il noyabrın 11-də Binəqədi rayonunda anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Vahid Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Abbasov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (azərb.). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.