Roman Trifonov
Roman Maksimoviç Trifonov (rus. Роман Максимович Трифонов; 24 iyul [5 avqust] 1896, Xolstovka[d], Saratov quberniyası[d] – 5 aprel 1966, Bakı) — sovet opera müğənnisi (bas), professor (1956), Azərbaycan SSR xalq artisti (1958), Özbəkistan SSR xalq artisti (1945).
Roman Trifonov | |
---|---|
rus. Роман Максимович Трифонов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xolstovka[ru], Xvalınsk qəzası[ru], Saratov quberniyası[ru], Rusiya İmperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1928-ci ildən |
Səs tembri | bas |
Təhsili | Saratov Konservatoriyası[ru] |
Mükafatları | |
Həyatı
Roman Trifonov 24 iyul (5 avqust) 1896-cı ildə Saratov quberniyasının (hazırda Ulyanovsk vilayəti) Xolstovka kəndində anadan olmuşdur. 1927-ci ildə Saratov Konservatoriyasını bitirmiş, 1928–1930-cu illərdə Kiyev, 1931–1936-cı illərdə Saratov, Odessa, Sverdlovsk, 1936–1940-cı illərdə Leninqrad, 1940–1947-ci illərdə isə Daşkənd (Özbəkistan Dövlət Opera və Balet Teatrı[ru]) şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
Roman Trifonov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1940-cı ildən Daşkənd, 1948-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında (1956-cı ildən professor) dərs demişdir. O, 5 aprel 1966-cı ildə Bakıda vəfat etmişdir.
İfa etdiyi əsas partiyalar
Roman Trifonov bir sıra operalarda əsas partiyaları ifa edib:
- İbrahim xan ("Koroğlu", Üzeyir Hacıbəyov)
- Xan ("Azad", Cahangir Cahangirov)
- Fernando, Proçida ("Trubadur" və "Siciliya gecələri", Cüzeppe Verdi)
- Nilakant ("Lakme", Leo Delib)
- Qoçubəy, Kral Rene ("Mazepa" və "İolanta", Pyotr Çaykovski)
- Tsuniqa ("Karmen", Jorj Bize)
- Dəyirmançı ("Su pərisi", Aleksandr Darqomıjski)
- Mefistofel ("Faust", Şarl Fransua Quno)
- Don Bazilio ("Sevilya bərbəri", Coakkino Rossini)
- İvan Susanin ("İvan Susanin", Mixail Qlinka)
- Suvorov ("Suvorov", Sergey Vasilenko)
- Boris Qodunov və Varlam, Dosifey ("Boris Qodunov" və "Xovanşina", Modest Musorqski)
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958
- "Özbəkistan SSR xalq artisti" fəxri adı — 1945
- "Şərəf Nişanı" ordeni
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İstinadlar
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. IX ҹилд: Спутник – Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. сәһ. 356. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин. М.: Советская энциклопедия. 1967. стб. 263. 38 000 экз. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- Rəhimli, İ. (2005). Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. səh. 287.
- Rəhimli, İ. (2017). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. səh. 132. ISBN 5-86874-179-X.
Xarici keçidlər
- "Roman Maksimovich TRIFONOV". prabook.com (ingilis). 15 iyun 2021 tarixində . İstifadə tarixi: 15 iyun 2021.